• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Əlövsət Quliyev: Ötən 20 il ərzində nəinki Azərbaycan xalqı, eləcə də bütün dünya şanlı tarix yazan, bütün vədlərini yerinə yetirən, güclü siyasi qətiyyəti və iradəsinə, böyük uzaqgörənliyinə, zəngin idarəçilik təcrübəsi və məharətinə şahidlik etdi

Cəmiyyət

20-12-2023, 15:24

Əlövsət Quliyev: Ötən 20 il ərzində nəinki Azərbaycan xalqı, eləcə də bütün dünya şanlı tarix yazan, bütün vədlərini yerinə yetirən,  güclü siyasi qətiyyəti və iradəsinə, böyük uzaqgörənliyinə, zəngin idarəçilik təcrübəsi və məharətinə şahidlik etdi


Aqrar elmlər sahəsində tanınmış alim, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev - Bu gün Azərbaycan dövləti tarixinin ən güclü dövrünü yaşayır. Prezident İlham Əliyevin yürütdüyü tam müstəqil siyasətin nəticəsində ölkəmiz qüdrətli, dünya miqyasında etibarlı tərəfdaş olan dövlətə çevrilib. Ən başlıcası isə üç ildir ki, 30 ilə yaxın düşmən işğalında qalan torpaqlarımız azad edilib. Ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycanın üçrəngli, müqəddəs bayrağı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə, düşmən tapdağından azad edilən torpaqlarda qürurla, şərəflə dalğalandırılır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbə xalqımızın bütün dünyaya haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Bu zəfərlə Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoydu. Dünyaya səs salan möhtəşəm Qələbə müstəqil Azərbaycanımızı dünyada qalib xalq, məğlubedilməz dövlət kimi yenidən tanıtdı. Bizi qürurlandıran uğurlar, zəfərlər 2020-ci il 8 noyabrda Şəhidlər xiyabanından xalqa səslənərək “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir!” deyən Prezident İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi sayəsində mümkün oldu.
Əlövsət Quliyev: Ötən 20 il ərzində nəinki Azərbaycan xalqı, eləcə də bütün dünya şanlı tarix yazan, bütün vədlərini yerinə yetirən,  güclü siyasi qətiyyəti və iradəsinə, böyük uzaqgörənliyinə, zəngin idarəçilik təcrübəsi və məharətinə şahidlik etdi


Dövlətçiliyimizin ən şərəfli səhifələrini yaşayan Azərbaycan növbəti tarixi mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin dekabrın 7-də növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında imzaladığı Sərəncama əsasən 7 fevral 2024-cü ildə növbədənkənar Prezident seçkiləri keçiriləcək. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində Prezident seçkiləri reallaşacaq. Ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti olan bu növbədənkənar Prezident seçkiləri, eyni zamanda, tarixə Zəfər seçkiləri kimi də həkk olunacaq. Taleyüklü bu keçid mərhələsində Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu növbəti dəfə də nümayiş etdirəcək. Görülən işlərə, qazanılan qələbələrə yüksək qiymət verən xalqımız yaxşı bilir ki, Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə Azərbaycan tarixində heç zaman bugünkü kimi qüdrətli, güvənli olmayıb. Ölkəmizdə həyata keçirilən siyasi və iqtisadi islahatlar, sosial-iqtisadi sahədə, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlar, 44 gün davam edən Vətən müharibəsində Şanlı Ordumuzun parlaq qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi deməyə əsas verir ki, 7 fevral 2024-cü ildə növbədənkənar Prezident seçkilərində xalq ölkədə aparılan demokratik islahatlara, Azərbaycanın qalib ölkə kimi tanınmasına səs verəcək.
Əlövsət Quliyev: Ötən 20 il ərzində nəinki Azərbaycan xalqı, eləcə də bütün dünya şanlı tarix yazan, bütün vədlərini yerinə yetirən,  güclü siyasi qətiyyəti və iradəsinə, böyük uzaqgörənliyinə, zəngin idarəçilik təcrübəsi və məharətinə şahidlik etdi

Xalqın inandığı, güvəndiyi İlham Heydər oğlu Əliyev Prezident seçildiyi ilk gündən Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirəcəyinə, hər bir soydaşımızın Prezidenti olacağına, düşmən işğalı altında qalan torpaqlarımızı azad edəcəyinə söz verdi və vədinə əməl etdi, mənfur düşmənin illərlə sinsi-sinsi həyata keçirdiyi təcavüzkar, məkrli planları alt-üst etdi. Azərbaycanın Qalib Prezidenti 30 il düşmən tapdağı altında qalan müqəddəs torpaqlarımızın yarasına 44 gün ərzində məlhəm çəkdi, elimizə, obamıza möhtəşəm Qələbəni ərməğan etdi, yurdundan didərgin düşən yüz minlərlə soydaşlarımızın doğma ata-baba yurduna qayıdış ümidlərini reallığa çevirdi. “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” - deyən Prezident İlham Əliyev ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail oldu, Azərbaycanın siyasi, iqtisadi imkanlarını genişləndirdi, ölkəmizin beynəlxalq arenadakı mövqelərini möhkəmləndirdi. Odur ki, cəmi 5 min üzvü toplamaqda böyük çətinlik çəkən radikal siyasi qüvvələr də bütün etibar limitlərini itirdiklərini, nəzərdə tutulmuş seçkilərin keçirilməsi ilə bağlı qərəzli fikirlərin, ritorikaların yersiz olduğunu anlamalıdırlar. Özünü müxalif partiyası adlandıran AXCP seçkiləri boykot etdiyini elan edir. Hər zaman dövlətinin, Prezidentinin yanında olan xalqın sərt təpkisi altında əziləcəklərini yaxşı bilən bu müxalif partiyanın qərar verənləri, başbilənləri unudurlar ki, seçkilərdə iştirak siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsidir. Radikallar “boykot” pərdəsi altında zəifliklərini, yalanlarını, ara qarışdırmağa xidmət edən oyunlarını gizlətməyə çalışırlar. “Boykot” sözü tək bəsdir ki, onların çirkli niyyətləri haqqında fikir formalaşsın.

“Qarabağ Azərbaycandır!” şüarını dilindən düşürməyən xalqımız, uzun illər min bir zəhmət hesabına bu şüarı yaradan və həyata keçirən ölkə rəhbərinin, Prezident cənab İlham Əliyevin yanında olacaq.

Əlövsət Quliyev: Ötən 20 il ərzində nəinki Azərbaycan xalqı, eləcə də bütün dünya şanlı tarix yazan, bütün vədlərini yerinə yetirən,  güclü siyasi qətiyyəti və iradəsinə, böyük uzaqgörənliyinə, zəngin idarəçilik təcrübəsi və məharətinə şahidlik etdi

Oxunub: 10604
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

20-12-2023, 10:42

Dr. Arif Məmmədov: Xalqın namizədi

Cəmiyyət

20-08-2023, 10:21

Aqrar elmlər sahəsində tanınmış alim, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev

---

20-12-2023, 12:38

Ziniyət Tağıyeva: Yeni gələcək

---

20-12-2023, 13:12

Sahibə Abbasova: Bizim bir prezidentimiz var

Gündəm / Siyasət

15-12-2023, 11:48

YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb - YENİLƏNİB

Araşdırma
Dövlət bağçalarında yerlərin sayı artırılıb
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir - Şeyxin qardaşı
Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
25 ailə doğma yurduna qayıdır - Fotolar
Bağçalara növbəyə yazılma prosesi başlayır
Hadisə
Bugün, 13:44
"UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
Bugün, 11:30
Ağdərədə mina partladı - Xəsarət alan var
Bugün, 09:25
Bəzi yollarda tıxac var
Dün, 12:30
Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm”
Dün, 12:09
Sabiq baş konsula cinayət işi açılıb - Qızıl qaçaqmalçılığı ittihamı
Dün, 10:52
Xəzərdə zəlzələ oldu
Son xəbərlər
  • Bugün, 16:00
    İrəvan nəticə çıxarmalıdır - Bakıdan KRİTİK xəbərdarlıq
  • Bugün, 15:30
    Paşinyan referenduma getməyəcək? – Bakıdan MÖVQE
  • Bugün, 14:22
    Avropadan Şah İsmayıl qüdrətinin 475 illik təsviri - “Heç bir ordu qarşılarında dayana bilmirdi”
  • Bugün, 14:00
    “Hitlerin davamçıları” hakimiyyətə gəlmək üzrədir - Almaniya gizli hərbi planını onlara verməyəcək
  • Bugün, 13:44
    "UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
  • Bugün, 13:39
    ABŞ-İran savaşı BU TARİXDƏ bitir
  • Bugün, 13:39
    Azərbaycan və Ermənistan liderlərinin son görüşü ilə bağlı VACİB AÇIQLAMA
  • Bugün, 13:35
    Prezidentə müraciət etdilər
  • Bugün, 13:16
    Duqinin yeni xülyası - postsovet ölkələrinə HƏDƏ
  • Bugün, 12:00
    Türkiyə onları bir araya gətirdi: Mühüm razılaşma
  • Bugün, 11:30
    Ağdərədə mina partladı - Xəsarət alan var
  • Bugün, 11:07
    Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
  • Bugün, 11:03
    Dövlət bağçalarında yerlərin sayı artırılıb
  • Bugün, 10:59
    “Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
  • Bugün, 10:27
    İsrail "Hizbullah"ın alınmaz qalasını məhv etdi
  • Bugün, 10:23
    Türkiyə MİT-i hərəkətə keçdi - İllərlə gizlənən "BOSS" yaxalandı
  • Bugün, 10:15
    Ukrayna Rusiyada cəhənnəm gecəsi təşkil etdi: Neft zavodları, liman və Ozon mərkəzi alovlandı...
  • Bugün, 09:33
    Quba-Xınalıq yolu çökdü - Video
  • Bugün, 09:30
    Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir - Şeyxin qardaşı
  • Bugün, 09:29
    “Demokratlar hakimiyyətə gəlsə, hər şeyi məhv edəcəklər” - Tramp
  • Bugün, 09:25
    Bəzi yollarda tıxac var
  • Bugün, 09:22
    2 məktəb yandı - 21 şagird həlak oldu+Fotolar
  • Bugün, 09:18
    Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayır
  • Bugün, 09:16
    Çində yeni təhlükəli virus yayılır – 15 əyalətdə aşkarlanıb, insanlara da keçib
  • Bugün, 09:00
    Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
  • Dün, 16:00
    Ermənilər Azərbaycandan 1400 hektar istəyir - Ağstafa sərhədində yeni tələb - FOTO
  • Dün, 15:30
    Robotlar şübhəli insanları belə tutacaq - Süni intellektli polislər xidmətə başladı
  • Dün, 13:48
    ABŞ İrana kütləvi zərbə endirəcək – Tramp “başqa yolumuz yoxdur” dedi
  • Dün, 13:17
    Makronun Bakıya qarşı qərəzi, Paşinyanın Paris macərası
  • Dün, 13:00
    İnfantinonun getməsi üçün 100 min imza toplandı - FIFA-da böyük skandal
  • Dün, 12:30
    Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm”
  • Dün, 12:24
    Prezident Qaradağda açılışda - Fotolar
  • Dün, 12:09
    Sabiq baş konsula cinayət işi açılıb - Qızıl qaçaqmalçılığı ittihamı
  • Dün, 11:53
    Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
  • Dün, 10:52
    Xəzərdə zəlzələ oldu
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə