• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Hacı Eldayaq Huseynov: Tariximizin Zəfər səhifələri məhz “Heydər Əliyev İli”ndə daha da zənginləşdi

Cəmiyyət

17-10-2023, 10:45

Hacı Eldayaq Huseynov: Tariximizin Zəfər səhifələri məhz “Heydər Əliyev İli”ndə daha da zənginləşdi



İmam Həsən Məscidinin axundu Hacı Eldayaq Huseynov - Oktyabrın 15-də xalqımız növbəti tarixi günü yaşadı. Azərbaycanın müstəqilliyinin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin ümumiləşdirilmiş ifadəsi olan “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 20 illiyi Zəfər ovqatında qeyd edildi. Belə ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əlamətdar günü işğalçılardan təmizlənmiş əzəli torpaqlarımız olan Xankəndi, Xocalı, Ağdərə, Əsgəran və Xocavənd şəhərlərində Azərbaycanın üçrəngli Bayrağını ucaltmaqla qeyd etməsi tariximizin qürurverici səhifələrini daha da zənginləşdirdi. Bu günün xoşbəxtliyini dövlətimizin başçısı belə ifadə etdi: “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək”
Hacı Eldayaq Huseynov: Tariximizin Zəfər səhifələri məhz “Heydər Əliyev İli”ndə daha da zənginləşdi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası istiqamətində göstərdiyi qətiyyət bu gün həmin ərazilərdə Azərbaycan Bayrağının ucaldılmasında özünün aydın ifadəsini tapır. Bundan böyük xoşbəxtlik ola bilərmi? Hər gün, hər saat Azərbaycanı bu tarixi günlərə yaxınlaşdırdı. Azərbaycan gücləndi, dünya birliyinin fəal üzvünə çevrildi. Regionda mövqelərini möhkəmləndirən Azərbaycan dünya siyasətində söz sahibliyini qorudu. Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Bu fikir beynəlxalq səviyyədə də etiraf edilir ki, yalnız iqtisadiyyatı güclü olan dövlət müstəqil siyasət həyata keçirə bilər. Azərbaycanın güclü iqtisadiyyatı bütün sahələrdə təkmil islahatların həyata keçirilməsinə yol açdı. Azərbaycan elə bir güclü ordu yaratdı ki, həmin rəşadətli ordu bu gün istənilən vəzifəni şərəflə yerinə yetirə bilər. Azərbaycan Silahlı Qüvvələri bunu 44 günlük İkinci Qarabağ müharibəsində sübut etdi. Bu gün qürurla bəhs etdiyimiz hər bir Zəfər Azərbaycanın bütün sahələrdə uğurlarının təqdimatıdır.
Hacı Eldayaq Huseynov: Tariximizin Zəfər səhifələri məhz “Heydər Əliyev İli”ndə daha da zənginləşdi

Bu uğurlardan söhbət açarkən təkcə 2023-cü ilin ötən dövründə Azərbaycanın ərazi bütövluyünün, suverenliyinin tam təmin edilməsi istiqamətində atılan qətiyyətli və mətin addımlara diqqət yetirmək kifayətdir. Bu ilin aprelin 23-də Laçın sərhəd-keçid məntəqəsinin yaradılması Azərbaycanın ərazi bütövlüyünün, sentyabrın 19-da isə lokal antiterror tədbirləri nəticəsində qarşı tərəfin ağ bayraq qaldırması, qondarma “Dağlıq Qarabağ Respublikası”nın tarixin zibilliyinə atılması bütün ərazilərimizdə suverenliyimizin tam təmin edilməsi kimi tariximizə yazıldı. Bu gün Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda üçrəngli Bayrağımızın dalğalanması hər bir azərbaycanlıda Müzəffər Ali Baş Komandan İlham Əliyevə sonsuz minnətdarlıq hissini daha da artırır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.

Hacı Eldayaq Huseynov: Tariximizin Zəfər səhifələri məhz “Heydər Əliyev İli”ndə daha da zənginləşdi


Bugünkü reallıqlarımız bir daha Prezident İlham Əliyevin “Nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm” çağırışının əməli işdə öz təsdiqini tapmasıdır. Üç il bundan öncə ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etdik. Həmin vaxt müharibə dayandırılsa da Azərbaycan xalqı çox yaxşı bilirdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Ermənistan silahlı birləşmələri digər ərazilərimizdən də çıxarılacaq, o torpaqlarımızda Azərbaycan Bayrağı ucaldılacaq. Elə də oldu. Çox qısa müddətdən - üç ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza Xankəndidən müraciət etdi. Bu, böyük xoşbəxtlik və bənzəri olmayan tarixi hadisədir. Xalqımıza bu şərəfli tarixi yaşadan və yaradan, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyev, onun rəhbərlik etdiyi Azərbaycan Ordusudur.
Hacı Eldayaq Huseynov: Tariximizin Zəfər səhifələri məhz “Heydər Əliyev İli”ndə daha da zənginləşdi


Tariximizin Zəfər səhifələrinin məhz “Heydər Əliyev İli”ndə daha da zənginləşməsi dövlət başçısı İlham Əliyevin ata vəsiyyətini, Onun qarşısında verdiyi vədləri bütünlüklə yerinə yetirməsini təsdiqləyir. Ümummilli Liderin 100 illiyi Şuşada qeyd olundu. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, o zaman da tədbirin hansı səviyyədə təşkili, qonaqların dəvəti ilə bağlı çoxsaylı suallar yaranmışdı. Amma təntənəli iclas keçirilmədi. Özlüyündə yaranan “Nə üçün” sualına dövlət başçısı İlham Əliyevin cavabı belə oldu ki, Ulu Öndərin xatirəsinə hörmətimiz əməli işlərlə ölçülməlidir.

Bəli, Azərbaycan xalqı Ali Baş Komandanı cənab İlham Əliyev olan rəşadətli Azərbaycan Ordusu Ulu Öndərin əziz xatirəsinə hörmət və ehtiramını əməli ilə ölçdü. Bu gün işğaldan azad edilmiş bütün torpaqlarımızda, xüsusilə Xankəndi şəhərinin mərkəzi meydanında üçrəngli Bayrağımızın dalğalanması gələcəyimizə çağırış, Ermənistana dərs olmalıdır. O meydanda xalqımızı təhdid edən separatçılar isə əli qandallı şəkildə arzuladıqları Bakıya gətirildi. Cənab İlham Əliyevin Xankəndidən Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi, hazırda özlərini “prezident” adlandıran 3 təlxək öz layiqli cəzasını gözləyir. Azərbaycan qarşısına hansı hədəfi qoyursa dövlətimizin qətiyyəti sayəsində beynəlxalq hüququn norma və prinsiplərinə söykənərək ona nail olur. Müzəffər Ali Baş Komandan nəyi dedi, onu da etdi. Dövlətimizin başçısı Xankəndidən bu mesajı ünvanladı: “Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın”.
Hacı Eldayaq Huseynov: Tariximizin Zəfər səhifələri məhz “Heydər Əliyev İli”ndə daha da zənginləşdi

Oxunub: 10319
Paylaş:
Digər xəbərlər

Cəmiyyət / Video

19-05-2023, 13:23

İmam Həsən Məscidinin axundu Hacı Eldayaq Huseynov

Cəmiyyət

4-10-2023, 10:25

Cabir Hüseynov: Heydər Əliyev siyasəti Azərbaycanı tərəqqi və Zəfər zirvəsinə yüksəldib

Cəmiyyət

27-09-2023, 10:00

Valid Hüseynov: 27 sentyabr - Zəfər tariximizin başlanğıcı

Cəmiyyət

3-10-2023, 12:47

Hacı Rauf Sərdarov: Zəfər salnaməsi - Tam və qəti qələbə

Cəmiyyət

11-10-2023, 12:26

Elmar Mahmudov: İnamın bir daha sübutu

Araşdırma
Bilgəhdə şok: "Ağac əkməyin, ölüm təhlükəsi ilə üzləşərsiniz"
Tikinti şirkətləri ilə sakinlər arasındakı mənzil davası – KİM HAQLIDIR?
Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
Bu marşrutlar "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan çıxarılır
Hadisə
Dün, 11:17
Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
Dün, 11:01
Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Dün, 10:56
Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
Dün, 09:59
"Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
30-10-2026, 11:26
Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
30-10-2026, 10:33
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
Son xəbərlər
  • Dün, 12:00
    Avropada qaz qiymətləri kəllə-çarxa qalxdı: Bazarda böyük təlaş yaranıb
  • Dün, 11:17
    Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
  • Dün, 11:01
    Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
  • Dün, 10:56
    Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
  • Dün, 09:59
    "Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
  • Dün, 09:42
    Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
  • Dün, 09:38
    Polşada gərginlik pik həddə çatdı - Onlar vəzifədən uzaqlaşdırıldı
  • Dün, 09:00
    Bilgəhdə şok: "Ağac əkməyin, ölüm təhlükəsi ilə üzləşərsiniz"
  • 30-10-2026, 16:00
    Tikinti şirkətləri ilə sakinlər arasındakı mənzil davası – KİM HAQLIDIR?
  • 30-10-2026, 15:30
    Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
  • 30-10-2026, 14:23
    Putindən Avropaya açıq müharibə anonsu: “Çox irəli getsəniz...!”
  • 30-10-2026, 13:00
    Bakı və İrəvan üçün KRİTİK 2027: Gələn ilin yazı...
  • 30-10-2026, 12:30
    Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
  • 30-10-2026, 12:08
    Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
  • 30-10-2026, 11:26
    Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
  • 30-10-2026, 10:49
    Əli Əsədov İrakli Kobaxidze ilə görüşdü
  • 30-10-2026, 10:45
    Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
  • 30-10-2026, 10:33
    Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
  • 30-10-2026, 10:14
    "Böyük Dəbilqə": Hidayət Heydərov və digər iki cüdoçu mübarizəyə başlayır
  • 30-10-2026, 10:10
    Bu marşrutlar "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan çıxarılır
  • 30-10-2026, 10:07
    FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
  • 30-10-2026, 09:49
    Azərbaycan nefti 3 dollar ucuzlaşdı
  • 30-10-2026, 09:46
    Bəzi yerlərdə yağıntılar intensivdir - Faktiki hava
  • 30-10-2026, 09:42
    Fransada böyük etiraz dalğası: 70 min polis və jandarm səfərbər edilir
  • 30-10-2026, 09:38
    Avropa ölkələri Rusiya ilə danışıqlara nümayəndə tapa bilmir
  • 30-10-2026, 09:35
    Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR - EKSKLÜZİV
  • 30-10-2026, 09:31
    Maaşı istədiyimiz bankın kartı ilə ala biləcəyik - Bu tarixdən
  • 30-10-2026, 09:00
    Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak edib
  • 29-10-2026, 16:00
    Azərbaycanı ağır illər gözləyir? – İki BAXIŞ
  • 29-10-2026, 15:30
    Şagirdin həyatını itirdiyi, jurnalistlərin döyüldüyü 225 nömrəli məktəbin direktoru kimdir?
  • 29-10-2026, 14:22
    Səbinə Əliyeva vəzifədən gedir, yoxsa...?
  • 29-10-2026, 14:00
    Varlılardan ƏLAVƏ VERGİ yığılacaq - Baş nazirdən TƏCİLİ TAPŞIRIQ
  • 29-10-2026, 12:15
    Əli Əsədov Gürcüstana gedir
  • 29-10-2026, 12:10
    Azərbaycan XİN Türkiyəni təbrik etdi
  • 29-10-2026, 11:53
    Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə