• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Şərəfli vəzifə sahibi Aysel Vəlizadə

Cəmiyyət

28-09-2023, 10:48

Şərəfli vəzifə sahibi Aysel Vəlizadə


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Sabirabad rayon Əsgərbəyli kənd tam orta məktəbinin direktoru Aysel Vəlizadədir.

Sabirabad rayon Əsgərbəyli kənd tam orta məktəbinin direktoru Aysel Vəlizadə qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Aysel Vəlizadənin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Aysel Vəlizadə səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Sabirabad rayon Əsgərbəyli kənd tam orta məktəbinin direktoru Aysel Vəlizadə - 2020-ci ilin sentyabrın 27-də erməni silahlı dəstələrinin Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərimizi atəşə tutması nəticəsində növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Minlərlə gəncimiz işğalçılara qarşı döyüşmək, Vətən torpağını azad etmək üçün irəli atıldı. Xalqına güvənən ordu, ordusuna güvənən xalq qələbəyə kökləndi. Millətimiz bir yumruq tək həmrəylik nümayiş etdirərək xalq-ordu birliyinin nümunəsi oldu. Beləliklə Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə başladı. Azərbaycan Ordusu qətiyyətiylə, döyüş və mənəvi-psixoloji hazırlığıyla düşmənin illərlə möhkəmləndirdiyi müdafiə qurğularını,“yenilməz ordu” mifini darmadağın etdi. Yenilməz Azərbaycan Ordusunun Zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətdi. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Bütün dünya Azərbaycan xalqının nələrə qadir olduğunu bir daha gördü, əsl vətənpərvərliyin şahidi oldu. Bu cür dəstəkdən və Ali Baş Komandanın siyasi iradəsindən ilham alan cəsur döyüşçülərimiz yeni qələbələrə köklənir, Qarabağı kənd-kənd, rayon-rayon, şəhər-şəhər azad edirdilər. Sürətlə irəliləyən Azərbaycan Ordusu bizə əcdadlarımızdan əmanət qalan yurdumuzu 44 gün ərzində işğalçılardan azad etdi. Azərbaycanın Yenilməz Ordusu XXI əsrin müharibəsini aparmaqla və müharibədə qalib gəlməklə tarix yazdı. “Dəmir yumruq” əməliyyatının xarakteri və nəticəsi də göstərdi ki, “Dəmir yumruq” Azərbaycan xalqının və xalq ordu birliyinin rəmzidir. Azərbaycan xalqı və rəşadətli ordumuz son 30 il ərzində öz torpaqlarını azad etməyə hər an hazır olub. Bu, ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasətinin və Müzəffər Azərbaycan Ordusunun yüksək peşəkarlığı, qüdrəti, rəşadəti, cəsarəti, qəhrəmanlığı eyni zamanda döyüş ruhunun məntiqi nəticəsi idi. Belə bir Yenilməz Ordunun yaradılması isə dövlət başçısının hər zaman diqqət yetirdiyi prioritet istiqamətlərdən biri idi. Ölkə başçısı İlham Əliyev noyabrın 25-də Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciəti zamanı bu barədə demişdir: “Mən bir daha deyirəm və hər dəfə deyəcəyəm, bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik.Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı- canı bahasına. Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın və adı çəkilən rayonların 300-dən çox yaşayış məntəqəsi azad edildi. Ordumuzun gücü hesabına düşmənin kapitulyasiyası əldə olundu.
Şərəfli vəzifə sahibi Aysel Vəlizadə
Vətən müharibəsində Azərbaycan Ordusu böyük zəfərə imza atdı. İgid oğullarımız böyük qəhrəmanlıq göstərdilər. İstər birinci, istərsə də İkinci Qarabağ müharibəsində şəhid olmuş hərbiçilərimizin və mülki əhalimizin qisasını aldıq”. Prezident İlham Əliyev adını, Azərbaycan tarixinə müdrik dövlət başçısı, Müzəffər Ali Baş Komandan kimi yazdı. Çünki uzun illər tarixi torpaqlarını itirməyə məhkum olmuş Azərbaycan xalqının milli mənliyini, gücünü özünə qaytardı, tarixi ədaləti bərpa etdi. Sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatdı. Dekabrın 10-da Bakı şəhərində müzəffər Azərbaycan Ordusunun Zəfər paradı keçirildi. Bu parad Azərbaycanın hərb tarixinə Qələbə paradı kimi yazıldı. Bu parad qalib sərkərdə, qalib ordu və qalib xalqın birlik rəmzinə çevrildi. Şuşada və işğaldan azad edilmiş digər ərazilərimizdə dalğalanan bayraqlar Azadlıq meydanına gətirildi və Qələbə simvolu kimi dalğalandı. Prezident, Ali Baş Komandan İlham Əliyevin 2018-ci ildə keçirilmiş hərbi paradda “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək” – vədi reallığa çevrildi. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunmuşlar. Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızın ailə üzvlərinin, qazilərin sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən bu insanların mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər Prezident İlham Əliyevin bu qəbildən olan vətəndaşlarımıza daim xüsusi diqqət və qayğı göstərməsinin bir təzahürüdür. Bu gün cənab İlham Əliyevin yürütdüyü siyasət, ordu quruculuğu ordunun güclənməsinə xidmət edir. Bu baxımdan aparılan islahatlar ordu quruculuğunun tərkib hissəsi olmaqla dövlətçiliyin möhkəmləndirilməsi deməkdir. Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması vaxtında aparılan islahatlarla bağlıdır. Prezident cənab İlham Əliyev ordu quruculuğu ilə əlaqədar öz çıxışlarının birində dediyi kimi: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə aslılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin nəticəsidir”. Xalqımız hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım günü kimi qeyd edilməsi qərara alınıb. Əlbəttə, bu Sərəncam da şəhidlərin ruhuna, şəhidlərin doğmalarına ölkəmizdə göstərilən ali ehtiramın bariz təzahürüdür. Xalqımız qəhrəman şəhidlərimizi heç vaxt unutmayacaq, Şəhidlərimiz xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır.

Oxunub: 10267
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

26-09-2023, 06:30

Şəfalı Əllər sahibi Abbasqulu Səfərov

Cəmiyyət

26-09-2023, 15:19

Vətənə Şərəfli xidmət Hikmət Şikarov

Cəmiyyət

21-09-2023, 00:37

Reyhan xanım Baxışova dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Cəmiyyət

22-08-2023, 09:53

El ağsaqqalı, ziyalı, gözəl insan və tanınmış xeyriyyəçi Yaqub Yaqubov

Cəmiyyət

20-08-2023, 10:21

Aqrar elmlər sahəsində tanınmış alim, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev

Araşdırma
SON DƏQİQƏ! “Bakı Metropoliteni” məlumat yaydı
180 min nəfəri sevindirən qərar - Nazirlik açıqladı
Yol polisindən yeni tədris ilinin başlanılması ilə bağlı MÜRACİƏT
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
Dövlət bağçalarında yerlərin sayı artırılıb
Hadisə
Bugün, 12:40
Bulvarda suyun səthi təmizlənir
Bugün, 11:21
Bakıda sabah xaos gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ
Bugün, 09:28
Bu 12 yolda tıxac var - Siyahı
Bugün, 09:20
Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb - YENİLƏNİB
12-09-2026, 10:25
“Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
11-09-2026, 13:44
"UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
Son xəbərlər
  • Bugün, 18:42
    Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb
  • Bugün, 18:37
    İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi
  • Bugün, 16:00
    ABŞ-nin keçmiş kəşfiyyat şefindən 44 günlük savaşa tarixi qiymət – “Ustalıqla təhlil edilib”
  • Bugün, 15:30
    “Müsəlmanlıqdan çıxın, pravoslavlığı qəbul edin” – Rusiyada 10 günə 100 min özbək ölkəni tərk etdi
  • Bugün, 13:42
    Əli Nağıyev Çinə getdi - Foto
  • Bugün, 13:37
    ABŞ-dan ANONS: Bakı ilə İrəvan sazişi BU TARİXDƏ imzalayacaq
  • Bugün, 12:40
    Bulvarda suyun səthi təmizlənir
  • Bugün, 12:36
    Dini liderlər Azərbaycan Prezidentinə müraciət etdilər
  • Bugün, 12:30
    İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olundu
  • Bugün, 12:00
    Dünyada neft şoku - Ərəblərin əsas kəməri sıradan çıxdı
  • Bugün, 11:21
    Bakıda sabah xaos gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ
  • Bugün, 10:49
    SON DƏQİQƏ! “Bakı Metropoliteni” məlumat yaydı
  • Bugün, 10:37
    180 min nəfəri sevindirən qərar - Nazirlik açıqladı
  • Bugün, 10:28
    Rusiya Ermənistana qaz idxalını dayandırır
  • Bugün, 09:59
    Bakıda TDT Müsəlman dini liderlərinin 7-ci Görüşü keçirilir
  • Bugün, 09:54
    Yol polisindən yeni tədris ilinin başlanılması ilə bağlı MÜRACİƏT
  • Bugün, 09:39
    Ermənistanda “qara qu quşu” ssenarisi: Güc strukturları bir-biri ilə toqquşdu
  • Bugün, 09:28
    Bu 12 yolda tıxac var - Siyahı
  • Bugün, 09:22
    Hakan Fidan Dəməşqə GETDİ - İsrail ordusu hücuma keçdi
  • Bugün, 09:20
    Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb - YENİLƏNİB
  • Bugün, 09:12
    İran ABŞ-yə qarşı 1000-dən çox batalyon yaradır - 31,5 MİLYON müraciət
  • Bugün, 09:00
    Zelenski öz keçmiş mətbuat katibini “Rusiya təbliğatçısı” ELAN ETDİ
  • 12-09-2026, 12:00
    İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
  • 12-09-2026, 10:58
    “Bu, Rusiya ilə müharibə deməkdir”
  • 12-09-2026, 10:25
    “Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
  • 12-09-2026, 10:16
    Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
  • 12-09-2026, 10:00
    Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
  • 12-09-2026, 09:42
    Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
  • 12-09-2026, 09:15
    Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
  • 12-09-2026, 09:00
    Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
  • 11-09-2026, 16:00
    İrəvan nəticə çıxarmalıdır - Bakıdan KRİTİK xəbərdarlıq
  • 11-09-2026, 15:30
    Paşinyan referenduma getməyəcək? – Bakıdan MÖVQE
  • 11-09-2026, 14:22
    Avropadan Şah İsmayıl qüdrətinin 475 illik təsviri - “Heç bir ordu qarşılarında dayana bilmirdi”
  • 11-09-2026, 14:00
    “Hitlerin davamçıları” hakimiyyətə gəlmək üzrədir - Almaniya gizli hərbi planını onlara verməyəcək
  • 11-09-2026, 13:44
    "UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə