• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Həqiqətə söykənməyən ittiham! [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

27-01-2026, 07:00



Son vaxtlar dövrü mətbuatda və sosial şəbəkələrdə sifarişlə qərəzli yazılar yazaraq vicdanlı, namuslu insanların işgüzar nüfuzuna xələl gətirmək üçün bəzi Media qurumları, xəbər portallarının rəhbərləri özlərinin korporativ maraqlarına rəğmən hər hoqqadan çıxırlar. Əks tərəfi dinləmədən, onların münasibətini öyrənmədən qarayaxma kampaniyasına start verirlər. Faktların, verilən sifarişlərin dürüstlüyünə varmadan vicdanlı insanları ləkələməklə məşğul olurlar. İctimaiyyət arasında həmin insanların nüfuzunu,reputasiyasını aşağı salmağa çalışırlar. Ağa qara deməklə, düzü əyri yazmaqla öz vicdanlarını bəzən unutmuş olurlar.
Əslində bu cür qarayaxmalar sonda sifarişçinin əleyhinə işləyir. Həqiqəti əks etdirməyən bu yazıları qərəzli şəkildə yazmaqla özlərinin nüfuzuna "daldan atılan daş"-misalında mənəvi zərbə vurmuş olurlar.Yaxşı deyiblər "yalan ayaq tutar,amma yeriməz". Bəzən onlar aidiyyatı olmayan işlərə burunlarını soxmaqla olan-qalan hörmətlərini də itirmiş olurlar. Axı hər şeyin zamana ehtiyacı var. Nəyinsə naminə tələsmək, tez-tələsik nəsə yazmaq lazım deyil. Əgər kimlərinsə mülk davası, ərazi-torpaq iddiası varsa bunun üçün aidiyyatı qurumlar və sonda məhkəmə orqanları var. Amma bəzi"media mənsublarının"bu işlərə burnunu soxması nədən irəli gəldiyini açıq şəkildə büruzə verir.

Şəmkir rayonunda yerləşən Şadlıq Sarayı məsələsinə görə iki ağsaqqal ziyalının adını hallandırmaq,onların şəkillərini sosial şəbəkələrdə yaymaq, paylaşmaq hansı məntiqə sığır? Bu nə dərəcədə etikdir? Əlbəttə bu qərəzçiliyin arxasında hansı maraqların olduğu öz çılpağlığı ilə sezilir. Bu gün hamı kimi Cavanşir Yusifovun oğlu Rüfət bəyin də bizneslə, sahibkarlıqla məşğul olmağa azad bir ölkənin azad vətəndaşı kimi tam hüququ vardır. Və Rüfət Bəy bu hüquqdan istifadə edərək qanunu şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Amma bu işlərə heç bir aidiyyatı, dəxli olmayan Yusif və Cavanşir Yusifovların adlarını çəkmək ,onları sosial şəbəkələrdə daş-qalağ etmək qərəzli-sifarişli yazıların müəllifi kimi böyük bir haqsızlığa imza atmaq deməkdir.

Bəli bu gün cəmiyyətdə, ictimaiyyət arasında kifayət qədər tanınmış nüfuzlu, hər zaman reputasiyaları yüksək olan iki ağsaqqal ziyalını, onların övladlarını, qohumlarını bəzi xəbər portalları sosial şəbəkələr üzərindən ləkələməklə məşğuldurlar. Tanınmış elm adamı Gəncə Dövlət Universitetinin rektoru Yusif müəllim Yusifovu və Maliyyə nazirliyinin keçmiş məsul işçisi olmuş Cavanşir Yusifovun ünvanına olmazın böhtanlar yağdırırlar. Onların ailə üzvlərinin, qohumlarının adlarını hallandırırlar. Apardığımız araşdırmalara rəğmən nə Yusif müəllimin və nə də Cavanşir müəllimin şəxsi biznesi yoxdur. Cavanşir müəllim bu gün təqaüddə olan bir təqaüdçü kimi öz şəxsi həyatı ilə məşğuldur.Yaşlı bir insanın adını bu qalmaqalda hallandırmaq heç bir məntiqə sığmır.Azad demokratik bir ölkənin vətəndaşı kimi hər kəsin bizneslə məşğul olmaq haqqı vardır. Bəzi istisnalar olmaq şərti ilə. O cümlədən də Cavanşir müəllimin oğlu Rüfət Yusifovun da sahibkarlıqla məşğul olmaq haqqı var və olur. Kifayət qədər yaşı olan--40-dan çox yaşı olan Rüfət Bəy artıq neçə illərdir sahibkarlıqla məşğul olur və dövlət qarşısında olan öhdəliklərini də qanuna uyğun səviyyədə də yerinə yetirir.Bəzi sosial şəbəkələr verdikləri qərəzli yazılarında bu restoranı şişirdilmiş şəkildə verərək nəhəng bir saraya bənzədirlər. Hansı ki,adam tutumuna görə az olan bu restoranda yalnız kiçik həcmli ziyafətlər,ad günləri, məhdud sayda kiçik toy məclisləri təşkil olunur.
O ki qaldı kimin haqlı, kiminsə haqsız olduğunu nəyinsə müqabilində subut etməyə çalışsanız buna baş vurmamağınız tövsiyyə olunur. Axı bu Sizin işiniz deyil. Bunun üçün aidiyyatı qurumlar,məhkəmə orqanları var. Belə işlərdə ağsaqqal insanların,aidiyyatı olmayan vətəndaşların adlarını hallandırmaq nə insafdandı və nə də düzgün deyil. Yusif müəllim elmi işlərlə məşğul olaraq böyük bir təhsil ocağına rəhbərlik edir. Bir təhsil fədaisi kimi ömrünü Elmə-Təhsilə, savadlı kadrların hazırlanmasına sərf edib. Və bu tendesiya bu gündə davam edir. Cavanşir müəllimə gəlincə isə O hər zaman işlədiyi dövrlərdə də və indi də Dövlətə-Dövlətçiliyə, Xalqa-Millətə, Qanunların Aliliyinə, Ulu Öndərin ideyalarına, onun siyasi kursuna və ideoloji xəttinə vicdanla-fəxarətlə-sədaqətlə xidmət edib və etməkdədir. İstər Yusif müəllim, istər Cavanşir müəllim Azərbaycan elitası və ictimaiyyəti arasında tanınmış parlaq simalardan biridirlər.Çətin,məsuliyyətli və şərəfli bir ömür yolu keçərək Dövlətə-Dövlətçiliyə xidmət edən,illərin sınağından çıxmış etibarlı,sadik, peşəkar iş bacarığına malik olan dəyərli ziyalılarımızdandırlar.
Son olaraq bizdə ən-ənəmizə uyğun olaraq qarşı tərəfin mövqeyini öyrənməyə, dərc etməyə və ona tribuna verməyə hazırıq.

Hörmətlə pressmedia.info Hatəm Allahverdiyev.

Oxunub: 10144
Paylaş:
Digər xəbərlər

---

1-08-2024, 11:01

Xalqıma-Dövlətimə xidmət mənim şərəf borcumdur [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

23-11-2025, 12:47

Nurlan Həsənov haqqında yayılan əsassız iddialar tamamilə qərəzlidir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

22-10-2024, 11:15

Şərəfli Ömür Yolu [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

22-08-2025, 11:36

Ədalətə və peşəkarlığa xidmət edən şəxsiyyət – Zahir Hüseynov [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

27-07-2025, 11:38

Masallı Regional Meşə İdarəsinin rəisi Nəsimi Nəsibova qarşı gedən əsassız ittihamlara cavab [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Xankəndidəki hərbi yürüşdən - Fotolar
Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Albertə haqsız hücumlar
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
ABB-dən kartlardan silinən pullarla bağlı yeni AÇIQLAMA
Hadisə
Bugün, 11:05
Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
Bugün, 09:46
DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
Dün, 12:21
Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
Dün, 12:15
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Dün, 11:18
Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
Dün, 10:45
Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanılıb
Son xəbərlər
  • Bugün, 13:02
    Xankəndidəki hərbi yürüşdən - Fotolar
  • Bugün, 12:14
    NATO Azərbaycan Ordusuna qiymət verdi
  • Bugün, 12:11
    NATO-nun Baş katibi Putini hədələdi: “Cavab verəcəyik”
  • Bugün, 11:51
    Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib
  • Bugün, 11:15
    NATO-nun gizli sənədi mətbuata sızdı - 70 milyardlıq yardım
  • Bugün, 11:05
    Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
  • Bugün, 10:39
    8 gün əvvəl qızıl medal qazanan cüdoçumuz vəfat etdi
  • Bugün, 10:28
    Zakir Həsənov hərbçilərə nə arzuladı?
  • Bugün, 10:18
    Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
  • Bugün, 10:12
    Süni intellekt vəkilləri də əvəzləməyə başlayır — Açıqlama
  • Bugün, 09:46
    DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
  • Bugün, 09:40
    Yaponiyada yenidən güclü zəlzələ oldu
  • Bugün, 09:36
    Avropada rekord istilər - Yüzlərlə ölən var
  • Bugün, 09:32
    Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatdı
  • Bugün, 09:27
    Arda DÇ-də rekorda imza atdı
  • Bugün, 09:23
    Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
  • Bugün, 09:11
    Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
  • Bugün, 09:00
    Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günüdür
  • Dün, 16:49
    Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
  • Dün, 16:46
    Bu hərbçilər təltif edildi - SİYAHI
  • Dün, 16:39
    Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
  • Dün, 16:00
    Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
  • Dün, 15:30
    Albertə haqsız hücumlar
  • Dün, 14:52
    Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
  • Dün, 14:21
    Kral III Çarlz Muxtar Babayevlə görüşüb
  • Dün, 12:40
    Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
  • Dün, 12:33
    İlham Əliyev Sloveniya Prezidentini təbrik edib
  • Dün, 12:29
    ABB-dən kartlardan silinən pullarla bağlı yeni AÇIQLAMA
  • Dün, 12:25
    Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
  • Dün, 12:21
    Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
  • Dün, 12:15
    İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
  • Dün, 11:22
    Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
  • Dün, 11:18
    Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
  • Dün, 10:45
    Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanılıb
  • Dün, 10:08
    Kredit götürmək istəyənlərin nəzərinə: Qaydalar dəyişir
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə