• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Nəqliyyat sektorunda bu dəyişikliklər olacaq: mühüm MESAJ [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

9-01-2026, 15:30



Prezident İlham Əliyevin yaxın günlərdə yerli televiziya kanallarına verdiyi müsahibədə nəqliyyat və logistika məsələləri xüsusi yer tutub. Dövlət başçısı həm ölkədaxili nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, həm də Azərbaycanın regional və qlobal tranzit mərkəzinə çevrilməsi istiqamətində görülən işlərə toxunub.

Müsahibədə səslənən fikirlər bir daha göstərir ki, nəqliyyat sektoru təkcə iqtisadi inkişafın deyil, eyni zamanda ölkənin geosiyasi mövqeyinin möhkəmləndirilməsinin əsas sütunlarından biridir.

Məhz bu kontekstdə ekspertlər Prezidentin açıqlamalarını şərh edərək mövcud və perspektiv layihələrin əhəmiyyətini dəyərləndiriblər.

Nəqliyyat üzrə ekspert Yasin Mustafayev mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Əsas məsələ bizim də düşündüyümüz və ümumilikdə dünya təcrübəsindən irəli gələn yanaşmadır: ictimai nəqliyyata üstünlük verilməli, mikromobillik təşviq edilməli, metro stansiyalarının sayı artırılmalıdır. Prioritet istiqamətlər sırasında mikromobillik zolaqlarının yaradılması, xüsusi zolaqların genişləndirilməsi, bu zolaqların kilometr üzrə uzadılması, küçələrin genişləndirilməsi və yeni yol qovşaqlarının salınması dayanır.

Eyni zamanda əvvəllər Bakıda avtomobil yönümlü nəqliyyat modelinə əsaslanan layihələrin mərhələli şəkildə yenilənməsi, tramvay xətlərinin bərpası və onların şəhərin müxtəlif istiqamətlərinə – o cümlədən sənaye və yaşayış zonalarına qədər uzadılması da vacib hesab olunur.

Cənab Prezidentin də vurğuladığı kimi, bu sahədə konkret addımlar atılır, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən xarici şirkətlər cəlb olunur, hədəflər müəyyənləşdirilir və uzunmüddətli planlar hazırlanır. Bütün bunlar strateji əhəmiyyət daşıyan addımlardır və biz bu proseslərin daha da sürətləndirilməsini istəyirik.

Çünki inkişaf etmiş ölkələrin və iri şəhərlərin təcrübəsi göstərir ki, ictimai nəqliyyatın və mikromobilliyin təşviqi vətəndaşların hərəkət azadlığını artırır, şəhər mühitini rahatlaşdırır və eyni zamanda ekoloji tarazlığın qorunmasına ciddi töhfə verir. Bu istiqamətdə atılan addımlar artıq zərurətə çevrilib”.

İqtissadçı Eyyub Kərimli isə hesab edir ki, Prezident İlham Əliyevin müsahibəsində nəqliyyat və logistika ilə bağlı səsləndirilən fikirlər təkcə konkret infrastruktur layihələri ilə məhdudlaşmır, bu sahənin Azərbaycanın regional və qlobal roluna təsiri kontekstində dəyərləndirilir. Onun fikrincə, Prezident Azərbaycanın coğrafi mövqeyini vahid tranzit və nəqliyyat qovşağı kimi önə çıxarmaqla ölkənin strateji üstünlüklərini vurğulayıb.

İqtisadçı qeyd edib ki, Azərbaycan unikal coğrafi mövqeyə malik olduğu üçün Mərkəzi Asiya ilə Qərb arasında etibarlı bağlantı yarada bilən ölkə kimi çıxış edir. Bu üstünlük Azərbaycanın qlobal logistika marşrutlarında alternativ rolunu gücləndirir və uzunmüddətli iqtisadi dəyər formalaşdırır. Onun sözlərinə görə, tranzit gəlirlərinin artması, xarici investisiyaların cəlbi və beynəlxalq əməkdaşlığın genişlənməsi bu siyasətin əsas nəticələrindəndir və bu yanaşma Azərbaycanın beynəlxalq tərəfdaşlar üçün “etibarlı tərəfdaş” imicini möhkəmləndirir.

Eyyub Kərimli bildirib ki, Prezidentin müsahibəsində Naxçıvanla nəqliyyat əlaqələrinin gücləndirilməsi xüsusi yer tutur. Naxçıvanı Türkiyə ilə birləşdirəcək dəmir yolu xəttinin əhəmiyyəti vurğulanıb, Araz çayı üzərində inşa edilən yeni körpünün isə bu əlaqələri daha da möhkəmləndirəcəyi qeyd olunub. Onun fikrincə, xüsusilə Zəngəzur dəhlizinin açılması fonunda bu layihələr Azərbaycanın tranzit potensialını əhəmiyyətli dərəcədə artıracaq.

İqtisadçı əlavə edib ki, bu təşəbbüslər ticarət dövriyyəsinin artmasına və logistika xərclərinin azalmasına imkan verəcək:

“Prezidentin Azərbaycanı Mərkəzi Asiya ilə Qərb arasında əsas nəqliyyat və logistika körpüsü kimi təqdim etməsi ölkəni “Şərqdən Qərbə” ticarət axınında mühüm keçid nöqtəsinə çevirir. Bu isə yükdaşımaların həcmini artırmaqla yanaşı, konteyner daşımaları və məhsul-logistika xidmətləri kimi yeni sahələrin inkişafına da şərait yaradır”.

Eyyub Kərimli vurğulayıb ki, müsahibədə nəqliyyat və logistika layihələri yalnız infrastruktur təşəbbüsü deyil, eyni zamanda diplomatik və iqtisadi strategiyanın mühüm elementi kimi təqdim olunur. Onun sözlərinə görə, bu yanaşma Azərbaycanın regiondaxili və qlobal miqyasda tranzit oyunçu mövqeyini gücləndirir və ölkə iqtisadiyyatı üçün yeni imkanlar yaradır.

Oxunub: 1055
Paylaş:
Digər xəbərlər

Siyasət

6-01-2026, 09:15

Bakının yeni yol infrastrukturunun xəritəsi təsdiqlənib [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

18-10-2024, 13:39

Bu şəxslərə ictimai nəqliyyat pulsuz olacaq [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

28-01-2025, 09:13

Taksilərin sayı azaldı: Bəs xidmətdə nə dəyişdi? [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

9-09-2025, 10:50

Prezident: Zəngəzur dəhlizi yaxın gələcəkdə qitələri birləşdirən mühüm nəqliyyat bağlantısı rolunu oynayacaq [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

23-11-2024, 11:20

COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Yağışlı hava şəraiti ilə bağlı sürücülərə - Müraciət
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi açıqlama
Hərbi Xidmətdən Yayınanlara Sərt Mesaj: “Neqodnı” Olanlar Komissiyaya Gəlsin!
Xankəndidəki hərbi yürüşdən - Fotolar
Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Hadisə
Dün, 09:56
Yaxın saatlarda leysan olacaq, dolu düşəcək
26-06-2026, 11:05
Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
26-06-2026, 09:46
DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
25-06-2026, 12:21
Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
25-06-2026, 12:15
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
25-06-2026, 11:18
Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
Son xəbərlər
  • Dün, 12:00
    “Hər gün yüzlərlə iş yeri bağlanır”
  • Dün, 11:23
    Yağışlı hava şəraiti ilə bağlı sürücülərə - Müraciət
  • Dün, 11:18
    Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi açıqlama
  • Dün, 10:01
    DÇ-2026: Misir İranla bərabərə qalaraq ilk dəfə pley-offa vəsiqə qazanıb
  • Dün, 09:56
    Yaxın saatlarda leysan olacaq, dolu düşəcək
  • Dün, 09:46
    Bu ölkədə azanı qadağan etməyə hazırlaşırlar
  • Dün, 09:41
    Bu gün Bakıda UFC turniri keçiriləcək
  • Dün, 09:01
    Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
  • Dün, 09:00
    Hərbi Xidmətdən Yayınanlara Sərt Mesaj: “Neqodnı” Olanlar Komissiyaya Gəlsin!
  • 26-06-2026, 13:02
    Xankəndidəki hərbi yürüşdən - Fotolar
  • 26-06-2026, 12:14
    NATO Azərbaycan Ordusuna qiymət verdi
  • 26-06-2026, 12:11
    NATO-nun Baş katibi Putini hədələdi: “Cavab verəcəyik”
  • 26-06-2026, 11:51
    Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib
  • 26-06-2026, 11:15
    NATO-nun gizli sənədi mətbuata sızdı - 70 milyardlıq yardım
  • 26-06-2026, 11:05
    Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
  • 26-06-2026, 10:39
    8 gün əvvəl qızıl medal qazanan cüdoçumuz vəfat etdi
  • 26-06-2026, 10:28
    Zakir Həsənov hərbçilərə nə arzuladı?
  • 26-06-2026, 10:18
    Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
  • 26-06-2026, 10:12
    Süni intellekt vəkilləri də əvəzləməyə başlayır — Açıqlama
  • 26-06-2026, 09:46
    DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
  • 26-06-2026, 09:40
    Yaponiyada yenidən güclü zəlzələ oldu
  • 26-06-2026, 09:36
    Avropada rekord istilər - Yüzlərlə ölən var
  • 26-06-2026, 09:32
    Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatdı
  • 26-06-2026, 09:27
    Arda DÇ-də rekorda imza atdı
  • 26-06-2026, 09:23
    Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
  • 26-06-2026, 09:11
    Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
  • 26-06-2026, 09:00
    Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günüdür
  • 25-06-2026, 16:49
    Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
  • 25-06-2026, 16:46
    Bu hərbçilər təltif edildi - SİYAHI
  • 25-06-2026, 16:39
    Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
  • 25-06-2026, 16:00
    Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
  • 25-06-2026, 15:30
    Albertə haqsız hücumlar
  • 25-06-2026, 14:52
    Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
  • 25-06-2026, 14:21
    Kral III Çarlz Muxtar Babayevlə görüşüb
  • 25-06-2026, 12:40
    Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə