• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ona etibar edilən bütün işlərdə Fuad Mehrəliyev özünü doğruldub

Cəmiyyət

23-08-2023, 11:56

Ona etibar edilən bütün işlərdə Fuad Mehrəliyev özünü doğruldub



Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Fuad Mehrəliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Fuad Mehrəliyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Fuad Mehrəliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Fuad Mehrəliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Fuad Mehrəliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Fuad Mehrəliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Fuad Mehrəliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Fuad Mehrəliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Fuad Mehrəliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Fuad Mehrəliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Fuad Mehrəliyev özünü doğruldub. Bizdə hörmətli Fuad Mehrəliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Fuad Mehrəliyev - Ölkəmizdə səhiyyənin inkişafı və peşəkar tibbi kadrların hazırlanması Ulu Öndərin adı ilə bağlıdır.

Ona etibar edilən bütün işlərdə Fuad Mehrəliyev özünü doğruldub


Hər bir xalqın tarixində elə şəxsiyyətlər var ki, onların adı tarixə əbədi olaraq həkk olunur, nəsildən-nəsilə insanların qəlbində öz əməlləri ilə yaşayacaq. Belə zirvəyə yüksələn dahi şəxsiyyətlərdən biri də müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevdir.

Qeyri-adi zəka və fitri istedad sahibi, müdrik dövlət xadimi Heydər Əliyev xalqımızın tarixinə parlaq və silinməz iz qoyub. Çoxəsrlik dövlətçilik tariximizdə Ulu Öndərin öz yeri, öz dəst-xəti var. Azərbaycanın ən çətin günlərində məsuliyyəti öz üzərinə götürüb, onu bir dövlət kimi tarixin ağır və sərt sınaqlarından çıxararaq bugünkü gerçəkliyinin və işıqlı sabahının möhkəm təməlini yaradıb. Dövlətçilik maraqlarına hər zaman xüsusi həssaslıqla yanaşan dahi şəxsiyyət Azərbaycanın tərəqqi və inkişaf yolunu bir dövlət olaraq uzaqgörənliklə müəyyənləşdirib, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlayıb.

Ümummilli Lider 1969-cu ildə Azərbaycana rəhbər seçiləndə respublikamızda acınacaqlı sosial-iqtisadi şərait hökm sürüb. O zaman Azərbaycan keçmiş sovet respublikaları arasında ən geridə qalan respublikalardan biri idi. Məhz onun titanik zəhməti, yüksək təşkilatçılığı sayəsində tez bir zamanda ölkə iqtisadiyyatında yaranan dirçəliş həyatın ayrı–ayrı sahələrinin inkişafını təmin etdi, o cümlədən milli səhiyyəmiz də özünün inkişaf mərhələsinə qədəm qoydu.

1970–1980–ci illərdə Azərbaycanda səhiyyənin inkişaf etdirilməsi üçün çox mühüm işlər görülüb. Azərbaycan xalqına xidmətin ən bariz nümunələrindən biri kimi, Heydər Əliyevin əhalinin sağlamlığının mühafizəsinə, millətin genofondunun qorunmasına, gələcəyinin təmin edilməsinə diqqət və qayğısı sonsuz, bu sahədə fəaliyyəti çoxşahəli olub. Məhz onun təşəbbüsü ilə 1969–cu ilin dekabrında Azərbaycan Respublikası Ali Sovetinin VII Sessiyası gələcək nailiyyətlərin bünövrəsində dayanan “Sağlamlıq Məcəlləsi” adlı sənədi qəbul etdi. Bu Məcəllə səhiyyənin gələcək inkişaf istiqamətlərini müəyyən etməklə, qarşıdan gələn illər üçün həm də bu sahədə fəaliyyət planı oldu və səhiyyənin inkişafına əsaslı təkan verdi.

Bundan əlavə, o dövrdə Azərbaycanın bir sıra bölgələrində tibb müəssisələri yararsız binalarda yerləşirdi. 1970–1980–ci illərdə respublikada bir çox mühüm səhiyyə obyektləri inşa edildi. Təkcə uşaq poliklinikalarının sayı 1970–1975–ci illərdə 150–dən 185–ə çatdı. Ulu Öndərin Azərbaycana rəhbərliyi illərində respublikada həkim kadrlarının və təbabət alimlərinin hazırlığı yüksək vüsət aldı, yeni elmi mərkəzlər açıldı, təbabət üzrə elmi–tədqiqat institutlarının fəaliyyəti canlandırıldı, ölkədə tibb elminin müxtəlif istiqamətləri üzrə konfranslar, forumlar keçirildi.

O illərdə səhiyyəyə bir vacib sosial sahə kimi diqqət yetirən Ulu Öndərin gördüyü işlərin nəticəsində ölkə səhiyyəsinin maddi–texniki imkanları möhkəmləndi, bu sahədə güclü kadrlar yetişdi, elmi potensial yarandı. Məhz Heydər Əliyevin təşəbbüsü ilə qabaqcıl elm mərkəzlərində tədqiqatlar aparan, dissertasiyalar müdafiə edənlər sonralar tibb elmimizin fəxri kimi, səhiyyəmizin inkişafına dəyərli töhfələr verdilər. Bundan əlavə, Ulu Öndər əhalinin sağlamlıq durumu üçün çox böyük əhəmiyyət daşıyan peşə patologiyaları və sənaye toksikologiyası məsələlərinə, eyni zamanda, yoluxucu xəstəliklərlə, alkoqolizm və narkomaniya ilə mübarizə, onların profilaktikası, dərman çatışmazlığı probleminin həlli kimi sahələrə böyük diqqət ayırırdı.

Heydər Əliyev əhalinin sağlamlığı ilə bağlı daha bir məsələyə - profilaktika və sağlamlaşdırıcı tədbirlərə böyük əhəmiyyət verirdi. Həmin illərdə əhalinin kütləvi surətdə dispanser qeydiyyatına alınmasına, sahə həkimlərinin işinin fəallaşdırılmasına, ana və uşaqlara göstərilən tibbi xidmətin səviyyəsinin artırılmasına ayrılan diqqət də xəstəliklərin qarşısının alınmasına, vaxtında aşkarlanaraq müalicə edilməsinə yönəldi.

Ulu Öndərin səhiyyə sahəsinə diqqəti və onun inkişafı üçün gördüyü işlər Azərbaycanı tezliklə tək ümumittifaq miqyasında deyil, həm də beynəlxalq arenada qabaqcıl mövqelərə çıxardı. Belə ki, 1970–ci ildə Ümumdünya Səhiyyə Təşkilatının regionlararası seminarının, iki il sonra isə Beynəlxalq Tibbi Avadanlıqlar Sərgisinin məhz Bakıda keçirilməsi respublikamızın bu sahədə artan rolundan xəbər verirdi.

Azərbaycan xalqının böyük xoşbəxtliyidir ki, Heydər Əliyev kimi dahi şəxsiyyətin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva kimi vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və çətin anlarında yenə də ən böyük dəstəkçisi var idi. Dünyamiqyaslı siyasətçi, Azərbaycanın lideri olan Prezident İlham Əliyevi dünyaya gətirən və görkəmli ictimai və dövlət xadimi, müasirləri tərəfindən “Cəmiyyətin təbibi” adlandırılan Əziz Əliyevin ailəsində dünyaya göz açan akademik Zərifə xanım Əliyeva da o dövrdə təbabətin qarşısında duran başlıca problemlər üzərində düşünür, həlli yollarını axtarırdı.

Heydər Əliyev SSRİ miqyasında səhiyyə sahəsinə rəhbərlik etdiyi müddətdə də Azərbaycanda əhalinin sağlamlığının qorunması üçün çox işlər gördü. Respublikamızın Xəzər dənizi sahillərində ittifaq əhəmiyyətli kurort zonasının yaradılması, sənaye müəssisələrində peşə xəstəliklərinin profilaktikası ilə bağlı tədbirlər, ümumittifaq miqyaslı bəzi toplantıların Bakıda keçirilməsi bu qəbildən idi.

Azərbaycan xalqının ötən əsrin 80–ci illərin sonundan başlayan müstəqillik uğrunda mübarizəsi, SSRİ–nin dağılması və bununla bağlı iqtisadi tənəzzül səhiyyəmiz üçün də izsiz ötüşmədi. Təəssüf ki, o dövrdə respublikada baş vermiş dəyişikliklər, mövcud sosial–iqtisadi böhran nəticəsində səhiyyə diqqətdən kənarda qaldı, bu sahədə böhran kəskinləşdi. Üstəlik, Ermənistan tərəfindən etnik təmizləmə siyasəti və ərazilərimizin işğalı ilə bağlı 1 milyon qaçqın və məcburi köçkün ordusunun olması yenicə istiqlaliyyət qazanan və hələ iqtisadi cəhətdən möhkəmlənməmiş bir ölkədə səhiyyəni prioritet sahə kimi inkişaf etdirməyə imkan vermirdi.

Yalnız Ümummilli Lider Heydər Əliyevin xalqın xahişi ilə respublikaya hakimiyyətə qayıdışı, digər sahələrdə olduğu kimi, bu sahədə də anarxiyaya, tənəzzülə son qoydu. Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı. Bu işdə ilk növbədə səhiyyənin hüquqi–normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində saxlanılırdı. Həmin məqsədlə ölkəmizdə səhiyyənin qanunvericilik bazasını gücləndirən bir sıra qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi.

Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu Öndərin sosialyönümlü siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi altında səhiyyə sistemində aparılan əsaslı islahatlar sayəsində səhiyyə idarəçiliyi və maliyyələşməsinin yeni müasir konsepsiyalara uyğun formalaşdırılması, ən yaxşı beynəlxalq təcrübədən istifadə, yerli və xarici tərəfdaşlarla məhsuldar əməkdaşlığın bu islahatların təməlini təşkil edir. Səhiyyə sahəsində aparılan mühüm işlərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rolu böyükdür. Məhz bu diqqət və dəstək sayəsində səhiyyədə bir çox irəliləyişlərə nail olmaq mümkün olub.

Oxunub: 10186
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

11-08-2023, 10:25

Allahverdi Bəylərov: 150 çarpayılılıq Salyan rayonlararası Psixiatriya xəstəxanası vətəndaşlara yüksək səviyyədə xidmət göstərir

---

17-07-2023, 13:50

Orxan Cəfərov: Möhkəm və sağlam siyasi sabitlik

Cəmiyyət

22-08-2023, 09:53

El ağsaqqalı, ziyalı, gözəl insan və tanınmış xeyriyyəçi Yaqub Yaqubov

---

12-07-2023, 11:58

Şərəfli vəzifəyə yiyələnən Talıb Talışinski bu işin müqəddəsliyini qoruyub saxlayır

Cəmiyyət

20-08-2023, 10:21

Aqrar elmlər sahəsində tanınmış alim, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev

Araşdırma
Bu gün qısa iş günüdür
Zəfər Günü ilə bağlı hərbi yürüşlər olacaq
Şəhid ailələri bu ödənişdən azad olunur
Sürücülük vəsiqəsi ilə bağlı QAYDA DƏYİŞİR
Şuşa ilə bağlı sevindirici RƏQƏMLƏR
DTX-nin Akademiyasında Zəfər gününə həsr olunan elmi-praktiki konfrans keçirilib
Hadisə
Bugün, 10:58
Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü
Bugün, 10:37
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
Bugün, 09:37
İnterpolla axtarılan şəxs Almaniyada tutulub Azərbaycana gətirildi
Bugün, 09:34
Güllü Muradovanın əri - Həbs edildi
Dün, 13:15
DTX-dən əməliyyat: Saxlanılanlar var
Dün, 10:57
Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
Son xəbərlər
  • Bugün, 13:12
    Azərbaycanda benzin və dizel markalanacaq
  • Bugün, 12:52
    İlham Əliyev və Mehriban Əliyeva alkoqolsuz içki istehsalı müəssisəsinin AÇILIŞINDA
  • Bugün, 12:34
    Bu gün qısa iş günüdür
  • Bugün, 12:31
    Zəfər Günü ilə bağlı hərbi yürüşlər olacaq
  • Bugün, 12:28
    Ölkəyə gətirilən bu heyvanlar vergidən azad olunur
  • Bugün, 12:25
    Kiçik sahibkarlara 5 illik vergi güzəşti olacaq
  • Bugün, 12:22
    Yükdaşıma şirkətlərinin nəzərinə: 8% vergi ödəyə biləcəklər
  • Bugün, 12:18
    Azərbaycanın yeni sosial-iqtisadi inkişaf strategiyası hazırlanır
  • Bugün, 11:09
    Şəhid ailələri bu ödənişdən azad olunur
  • Bugün, 11:05
    Sürücülük vəsiqəsi ilə bağlı QAYDA DƏYİŞİR
  • Bugün, 11:02
    Şuşa ilə bağlı sevindirici RƏQƏMLƏR
  • Bugün, 10:58
    Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü
  • Bugün, 10:49
    DTX-nin Akademiyasında Zəfər gününə həsr olunan elmi-praktiki konfrans keçirilib
  • Bugün, 10:41
    Bu rayonlara qar yağıb
  • Bugün, 10:37
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
  • Bugün, 09:41
    Casusluq riskinə görə BYD-yə məhdudiyyət qoymağa çağırdılar
  • Bugün, 09:37
    İnterpolla axtarılan şəxs Almaniyada tutulub Azərbaycana gətirildi
  • Bugün, 09:34
    Güllü Muradovanın əri - Həbs edildi
  • Bugün, 09:00
    Bu yolda bütün zolaqlar üzrə sürət həddi endirildi
  • Dün, 16:00
    Atasına və Özgür Özələ qarşı ifadə verdi, həbsdən çıxdı – Türkiyədə "350 min dollar" əməliyyatı!
  • Dün, 15:30
    Türkiyə və Ermənistan münasibətlərində ŞOK GƏLİŞMƏ: Rəsmən START VERİLDİ
  • Dün, 14:22
    İnternat məktəbində şagirdlər xəsarət alır, içməli su yoxdur iddiasına - İdarədən CAVAB
  • Dün, 13:35
    Uşağa qulluğa görə müavinət almaq qaydasında dəyişiklik
  • Dün, 13:31
    Maaşların ödənilməsi qaydası dəyişir
  • Dün, 13:27
    Ev satışı ilə bağlı YENİLİK
  • Dün, 13:15
    DTX-dən əməliyyat: Saxlanılanlar var
  • Dün, 13:11
    Azərbaycanda saatlıq maaş sistemi tətbiq ediləcək
  • Dün, 13:07
    Ərdoğan Azərbaycana gəlir
  • Dün, 12:11
    Ərzaq toplanır, işıq və internetin kəsiləcəyi deyilir – Dünya niyə panikadadır?
  • Dün, 11:19
    İşsizlikdən sığorta fondunun xərcləri 319 milyon manatdan çox olacaq
  • Dün, 11:16
    Azərbaycanda gələn il yaşayış minimumu artırılacaq
  • Dün, 11:10
    İstilik mövsümü başlayır: 77 min manat ayrıldı
  • Dün, 11:07
    Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"
  • Dün, 10:57
    Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
  • Dün, 10:49
    Dövlət başçısı: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə