• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İcra başçılarının səlahiyyətləri onlara ötürüləcək [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

15-08-2025, 10:24



Mütəllibovdan qalma icra hakimiyyətləri ləğv ediləcək
Azərbaycanın yerli idarəetmə sistemində mühüm dəyişikliklər gözlənilir. Uzun illər bölgələrdə əsas icraedici orqanı kimi fəaliyyət göstərən icra hakimiyyətləri struktur islahatlarının astanasındadır. İslahatların məqsədi qərarların qəbulu prosesini sürətləndirmək, bürokratik əngəlləri aradan qaldırmaq və yerli icra hakimiyyətlərinin daha çevik və effektiv fəaliyyətini təmin etməkdir. Bəzi idarələrin birləşdirilməsi, digərlərinin isə müasir tələblərə uyğun şəkildə yenidən formalaşdırılması nəzərdə tutulur.

Növbəti mərhələdə isə icra hakimiyyətlərinin ləğv edilə biləcəyi müzakirə edilir. Qeyd edək ki, artıq işğaldan azad edilən bölgələrdə Prezidentin nümayəndəlikləri sınaqdan keçirilir və onların fəaliyyəti özünü doğruldub. Ekspertlər növbəti mərhələdə icra hakimiyyətlərinin ləğvi və bütün səlahiyyətlərin nümayəndəliklərə ötürülməsi ehtimalını müzakirə edirlər.

Modern.az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, bu il Azərbaycanda “Konstitusiya və Suverenlik ili” elan edilib. Buna görə də istisna etməzdim ki, növbəti aylarda Konstitusiya dəyişiklikləri ilə bağlı referendum ehtimalı ola bilər. “Bütün bunları nəzərə alaraq hesab edirəm ki, yaxın perspektivdə dövlət idarəetməsində daha ciddi struktur islahatları gözləniləndir”.

Siyasi ekspert Əli Orucov “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycan hakimiyyətinin uğurlu xarici siyasəti daxili siyasəti ilə həmahəng getməlidir və möhkəmləndirilməlidur. Bunun üçün həllini gözləyən vacib problemlər həll edilməli. lazım gələrsə, qətiyyətli addımlar atılmalıdır: “Ölkədə islahatlar aparılsa da, bunun tempinin aşağı olması gözləntiləri doğrultmur və həyata keçirilən dəyişikliklər də istənilən effekti vermir. İdarəetmənin təkmilləşdirilməsi, müasir dövrün tələb və çağırışlarına uyğun yeniləşdirilməsi, mobil və səmərəli hala gətirilməsi qarşıda duran ən vacib məsələlərdir. Azərbaycanda dövlət aparatı çox şişirdilib və bir çox hallarda bir-birini təkrarlayır. Azərbaycanda təkcə yerli deyil, mərkəzi hakimiyyət orqanlarının da sayını azaltmaq işin faydasına olar. Nazirlər Kabinetinin tərkibi həddindən artıq genişdir. Fikrimcə, baş nazir postu ləğv olunmalı, Nazirlər Kabinetinə Birinci vitse-prezident rəhbərlik etməlidir. Nə qardaş Türkiyədə, nə Birləşmiş Ştatlarda baş nazir postu yoxdur. Nəzərə alsaq ki, Azərbaycan bir çox sahələrdə Türkiyə modelinə keçid edir, bu məsələdə də həmin təcrübədən yararlanmaq faydalı olardı. Dəfələrlə deyildiyi kimi, yerli icra hakimiyyəti orqanları Ayaz Mütəllibovun dönəmindən qalıb və köhnələrək müasirliklə ayaqlaşa bilmir. Hətta inkişafa, təşəbbüskarlığa mane olur. Eyni zamanda dövlətin büdcəsinə artıq yükdür. Onun əvəzinə yerli idarəetmə orqanlarının səlahiyyətlərini artırmaq, regionların təsərrüfat idarəçiliyini bələdiyyələrə vermək daha düzgün olar”.

Ekspert hesab edir ki, yerli icra hakimiyyəti orqanlarını 14 iqtisadi rayonlar üzrə birləşdirib Prezidentin həmin rayonlar üzrə nümayəndəliyini formalaşdırmaq olar: “Belə təcrübə artıq işğaldan azad olunmuş rayonlar üzrə var. Onlar Prezidentin yerlərdə nümayəndələri kimi birbaşa Prezidentə tabedirlər. Cəmiyyətin özü də artıq icra hakimiyyətləri başçılarına əlçatmaz ünvan kimi baxır. Bu da təsadüfi deyil. Başçılar özlərini əksər hallarda rayonların mütləq-hakimi kimi aparır, digər qurumlara, biznes strukturlarına qanunsuz müdaxilə edir, nəticədə əhalinin narazılığına səbəb olurlar. Korrupsiya və rüşvətxorluqla bağlı qalmaqallı icra başçılarının həbsi bir daha sübut etdi ki, bəzi yerli icra hakimiyyətləri bir çox hallarda mütəşəkkil cinayətkar qrupa çevrilib. Onlar özəl maraqlarını təmin etmək üçün tabeliyindəki vəzifəli şəxsləri də qanunsuzluğa məcbur edirlər. Faktiki olaraq yerli icra hakimiyyətləri heç nəyi həll etmir, heç nəyə məsuliyyət daşımır, amma geniş var-dövlət qazanırlar. Ancaq, təəssüf ki, tətbiq edilən bu qədər cəza tədbirləri, həbslər də bu cür neqativ halların qarşısını tam ala bilmir. Təəccüblüsü odur ki, həmin məmurlar qısa müddətdən sonra həbsdən azad olunurlar. Demək, onların arxasında hansısa gözəgörünməz güclü əl dayanır və onları cəzadan xilas edə bilir”.

Ə.Orucov dedi ki, son dövrlər bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının şöbə və idarələrini ləğv edilərək region üzrə birləşdirilməsi onu deməyə əsas verir ki, yerli icra hakimiyyətlərinin ləğv edilməsi istiqamətində ləng proses gedir: “Prezident İlham Əliyevin sərəncamı ilə ölkədə 14 iqtisadi rayonun yaradılması ölkənin yeni idarəetmə modelinə keçidini də artıq uzun müddətdir aktuallaşdırıb. Azərbaycanda dövlət idarəçiliyinin daha səmərəli qurulması üçün mövcud icra hakimiyyətlərinin ləğvi gec-tez baş verəcək. Hazırda işğaldan azad edilmiş rayonlarda və Naxçıvanda Prezidentin xüsusi nümayəndəliyi institutu fəaliyyət göstərir. Dövlət başçısının sərəncamı ilə yaradılmış yeni institut faktiki olaraq idarəetmə mexanizmini həyata keçirir. Hazırkı idarəetmə modelinin dəyişdirilməsi və icra hakimiyyətlərinin xüsusi nümayəndəliklərlə əvəz edilməsi həm idarətetmənin sadələşməsinə, həm də səmərəliliyinin artmasına səbəb olar. Əslində sovet dövrünün rayon partiya komitələrinin başqa adla təkrarına bənzəyən rayon icra hakimiyyəti institutu ləğv edilməli, bunun əvəzində 14 iqtisadi rayonda Prezidentin xüsusi nümayəndəliyi institutu tətbiq edilsə, daha səmərəli olar. İdarəetmə modellərində yeniliklərin tətbiqinin Konstitusiyada təsbit olunması üçün konstitusiya dəyişikliyi edilməlidir”.

Oxunub: 1081
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

23-02-2024, 10:36

İcra hakimiyyətləri ləğv edilir, nazirliklər birləşdirilir? [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

23-02-2024, 10:36

İcra hakimiyyətləri ləğv edilir, nazirliklər birləşdirilir? [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

16-03-2024, 10:00

İcra başçıları əvəzinə xüsusi nümayəndələr - YENİ DETALLAR MƏLUM OLDU [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

17-02-2025, 14:02

Prezident qanun imzaladı [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

25-09-2024, 15:23

İcra başçısının qardaşı faciəvi şəkildə öldü [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Yağışlı hava şəraiti ilə bağlı sürücülərə - Müraciət
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi açıqlama
Hərbi Xidmətdən Yayınanlara Sərt Mesaj: “Neqodnı” Olanlar Komissiyaya Gəlsin!
Xankəndidəki hərbi yürüşdən - Fotolar
Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Hadisə
Bugün, 09:56
Yaxın saatlarda leysan olacaq, dolu düşəcək
Dün, 11:05
Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
Dün, 09:46
DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
25-06-2026, 12:21
Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
25-06-2026, 12:15
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
25-06-2026, 11:18
Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
Son xəbərlər
  • Bugün, 12:00
    “Hər gün yüzlərlə iş yeri bağlanır”
  • Bugün, 11:23
    Yağışlı hava şəraiti ilə bağlı sürücülərə - Müraciət
  • Bugün, 11:18
    Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi açıqlama
  • Bugün, 10:01
    DÇ-2026: Misir İranla bərabərə qalaraq ilk dəfə pley-offa vəsiqə qazanıb
  • Bugün, 09:56
    Yaxın saatlarda leysan olacaq, dolu düşəcək
  • Bugün, 09:46
    Bu ölkədə azanı qadağan etməyə hazırlaşırlar
  • Bugün, 09:41
    Bu gün Bakıda UFC turniri keçiriləcək
  • Bugün, 09:01
    Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
  • Bugün, 09:00
    Hərbi Xidmətdən Yayınanlara Sərt Mesaj: “Neqodnı” Olanlar Komissiyaya Gəlsin!
  • Dün, 13:02
    Xankəndidəki hərbi yürüşdən - Fotolar
  • Dün, 12:14
    NATO Azərbaycan Ordusuna qiymət verdi
  • Dün, 12:11
    NATO-nun Baş katibi Putini hədələdi: “Cavab verəcəyik”
  • Dün, 11:51
    Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib
  • Dün, 11:15
    NATO-nun gizli sənədi mətbuata sızdı - 70 milyardlıq yardım
  • Dün, 11:05
    Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
  • Dün, 10:39
    8 gün əvvəl qızıl medal qazanan cüdoçumuz vəfat etdi
  • Dün, 10:28
    Zakir Həsənov hərbçilərə nə arzuladı?
  • Dün, 10:18
    Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
  • Dün, 10:12
    Süni intellekt vəkilləri də əvəzləməyə başlayır — Açıqlama
  • Dün, 09:46
    DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
  • Dün, 09:40
    Yaponiyada yenidən güclü zəlzələ oldu
  • Dün, 09:36
    Avropada rekord istilər - Yüzlərlə ölən var
  • Dün, 09:32
    Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatdı
  • Dün, 09:27
    Arda DÇ-də rekorda imza atdı
  • Dün, 09:23
    Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
  • Dün, 09:11
    Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
  • Dün, 09:00
    Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günüdür
  • 25-06-2026, 16:49
    Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
  • 25-06-2026, 16:46
    Bu hərbçilər təltif edildi - SİYAHI
  • 25-06-2026, 16:39
    Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
  • 25-06-2026, 16:00
    Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
  • 25-06-2026, 15:30
    Albertə haqsız hücumlar
  • 25-06-2026, 14:52
    Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
  • 25-06-2026, 14:21
    Kral III Çarlz Muxtar Babayevlə görüşüb
  • 25-06-2026, 12:40
    Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə