• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bərxudar Bərxudarov: Yeni tarix yazılıb

---

17-10-2024, 23:16

Bərxudar Bərxudarov: Yeni tarix yazılıb


Redaksiyamızın rəhbərliyi və kollektivi adından Bərxudar Bərxudarovu Şirvan şəhər İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsinə təyin olunması münasibəti ilə təbrik edirik. Ona etibar edilən bütün işlərdə Bərxudar Bərxudarov özünü doğruldub. Bizdə hörmətli Bərxudar Bərxudarovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Şirvan şəhər İcra Hakimiyyəti başçısının köməkçisi Bərxudar Bərxudarov - Bu il müzəffər Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasının 33-cü ildönümünü qeyd edir. 33 il əvvəl Azərbaycan Respublikasının Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün ərzində müzakirə etsə də, qərarın verilməsini bir həftə sonraya saxladı. Nəhayət 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında sənəd qəbul edildi. 2021-ci il oktyabrın 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqlədi. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olundu.
Bərxudar Bərxudarov: Yeni tarix yazılıb

Müstəqilliyinin ilk illərində özünün ağır günlərini yaşayan Azərbaycan xalqı qətiyyətli iradə nümayiş etdirərək gələcək taleyinə sahib çıxmağı bacardı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qazandı. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Azərbaycanı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisi elan edən Ümummilli Lider Heydər Əliyev “müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir” məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ulu Öndərin yorulmaz səyləri nəticəsində qısa müddətdə Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Müstəqilliyin əvəzsiz nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Əsl müstəqillik isə öz sərvətlərinin tam sahibi olmaqdır. 1994-cü il sentyabrın 20-də Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi - “Əsrin kontraktı” imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrə, Avropa və bütövlükdə dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Bir sözlə, əgər Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiliyi və dönməzliyi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Bərxudar Bərxudarov: Yeni tarix yazılıb

Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində strateji kursu bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndərin çoxşaxəli fəaliyyətinin nəticələrinə əsaslanaraq Prezident İlham Əliyev ölkəmizə rəhbərliyi dövründə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi və inkişafa nail olub. Azərbaycan yerləşdiyi bölgədə cərəyan edən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir ölkəyə çevrilib. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Dövlətimizin başçısının müəyyənləşdirdiyi uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə dayanır.

Ölkəmizə yeni can verən Ümummilli Liderin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin bu arzusunu da Prezident İlham Əliyev reallaşdırdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, düşmən torpaqlarımızdan qovulub çıxarıldı, ərazi bütövlüyümüz bərpa edildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi həkk olunub. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. Bundan iki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi.

Artıq işğaldan azad olunmuş ərazilərimizə həyat qayıdır. Azad edilmiş ərazilərdə dövlətimizin başçısının göstərişinə əsasən genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış Proqramı icra olunur. Görülən bütün işlər Azərbaycan xalqının daha həyat səviyyəsini daha da yaxşılaşdırmaq, sabahını daha firavan etmək məqsədi daşıyır. İşğaldan azad olunmuş ərazilərə həyat yenidən qayıdır: infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur.
Bərxudar Bərxudarov: Yeni tarix yazılıb

Görülən işlər Azərbaycan dövlətinin gücünü, qüdrətini, iqtisadi imkanlarını nümayiş etdirir. Təbii ki, ölkəmizin qüdrətini nümayiş etdirən daha bir hadisə ötən il sentyabrın 19-20-də baş verdi. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın qeyri-qanuni erməni silahlı birləşmələrindən təmizlənməsi və ərazilərimizdəki qondarma rejimin ləğv edilməsi istiqamətində başlatdığı lokal xarakterli antiterror tədbirləri qısa müddətdə böyük uğurla nəticələndi. Qeyri-qanuni erməni silahlı birləşmələrinin tərk-silah olunması, qondarma rejimin özünü buraxdığını elan etməsi ilə Azərbaycan bütün ərazilərində suverenliyini bərpa etdi. Beləliklə, bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkəmizin bütün şəhər və rayonlarında dalğalanır. Özünün müdrik, uzaqgörən və qətiyyətli Liderinin rəhbərliyi ilə möhtəşəm uğurlara imza ataraq tarixi Zəfər qazanan xalqımız bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir!

Oxunub: 10203
Paylaş:
Digər xəbərlər

Gündəm

4-05-2024, 11:59

ALLAH rəhmət etsin - Başsağlığı

Cəmiyyət

21-10-2023, 10:53

Bərxudar Bərxudarov: Zəfər yürüşü şərəflə davam etdirildi

---

7-02-2024, 10:30

Bərxudar Bərxudarov: Xalqımızın daha xoşbəxt, səadət dolu günləri, dövlətimizin ən əzəmətli, güclü illəri hələ qarşıdadır

---

17-10-2024, 12:55

Azad Musayev: Müstəqillik hər bir xalqın milli sərvətidir

---

17-10-2024, 11:59

Üzeyir Kərimov: Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 33 il ötür

Araşdırma
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir?
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Bu gün qısa iş günüdür
Zəfər Günü ilə bağlı hərbi yürüşlər olacaq
Şəhid ailələri bu ödənişdən azad olunur
Sürücülük vəsiqəsi ilə bağlı QAYDA DƏYİŞİR
Hadisə
Bugün, 10:58
Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü
Bugün, 10:37
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
Bugün, 09:37
İnterpolla axtarılan şəxs Almaniyada tutulub Azərbaycana gətirildi
Bugün, 09:34
Güllü Muradovanın əri - Həbs edildi
Dün, 13:15
DTX-dən əməliyyat: Saxlanılanlar var
Dün, 10:57
Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
Son xəbərlər
  • Bugün, 16:00
    Moskvadan yeni savaş siqnalı – İrəvan Ukraynanı əvəz etmək yolunda
  • Bugün, 15:30
    Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir?
  • Bugün, 15:29
    İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü
  • Bugün, 14:22
    İpi başqalarının əlində olan Ermənistan – Rusiyadan qopsa onu nələr gözləyir...
  • Bugün, 13:55
    Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
  • Bugün, 13:12
    Azərbaycanda benzin və dizel markalanacaq
  • Bugün, 12:52
    İlham Əliyev və Mehriban Əliyeva alkoqolsuz içki istehsalı müəssisəsinin AÇILIŞINDA
  • Bugün, 12:34
    Bu gün qısa iş günüdür
  • Bugün, 12:31
    Zəfər Günü ilə bağlı hərbi yürüşlər olacaq
  • Bugün, 12:28
    Ölkəyə gətirilən bu heyvanlar vergidən azad olunur
  • Bugün, 12:25
    Kiçik sahibkarlara 5 illik vergi güzəşti olacaq
  • Bugün, 12:22
    Yükdaşıma şirkətlərinin nəzərinə: 8% vergi ödəyə biləcəklər
  • Bugün, 12:18
    Azərbaycanın yeni sosial-iqtisadi inkişaf strategiyası hazırlanır
  • Bugün, 11:09
    Şəhid ailələri bu ödənişdən azad olunur
  • Bugün, 11:05
    Sürücülük vəsiqəsi ilə bağlı QAYDA DƏYİŞİR
  • Bugün, 11:02
    Şuşa ilə bağlı sevindirici RƏQƏMLƏR
  • Bugün, 10:58
    Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü
  • Bugün, 10:49
    DTX-nin Akademiyasında Zəfər gününə həsr olunan elmi-praktiki konfrans keçirilib
  • Bugün, 10:41
    Bu rayonlara qar yağıb
  • Bugün, 10:37
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
  • Bugün, 09:41
    Casusluq riskinə görə BYD-yə məhdudiyyət qoymağa çağırdılar
  • Bugün, 09:37
    İnterpolla axtarılan şəxs Almaniyada tutulub Azərbaycana gətirildi
  • Bugün, 09:34
    Güllü Muradovanın əri - Həbs edildi
  • Bugün, 09:00
    Bu yolda bütün zolaqlar üzrə sürət həddi endirildi
  • Dün, 16:00
    Atasına və Özgür Özələ qarşı ifadə verdi, həbsdən çıxdı – Türkiyədə "350 min dollar" əməliyyatı!
  • Dün, 15:30
    Türkiyə və Ermənistan münasibətlərində ŞOK GƏLİŞMƏ: Rəsmən START VERİLDİ
  • Dün, 14:22
    İnternat məktəbində şagirdlər xəsarət alır, içməli su yoxdur iddiasına - İdarədən CAVAB
  • Dün, 13:35
    Uşağa qulluğa görə müavinət almaq qaydasında dəyişiklik
  • Dün, 13:31
    Maaşların ödənilməsi qaydası dəyişir
  • Dün, 13:27
    Ev satışı ilə bağlı YENİLİK
  • Dün, 13:15
    DTX-dən əməliyyat: Saxlanılanlar var
  • Dün, 13:11
    Azərbaycanda saatlıq maaş sistemi tətbiq ediləcək
  • Dün, 13:07
    Ərdoğan Azərbaycana gəlir
  • Dün, 12:11
    Ərzaq toplanır, işıq və internetin kəsiləcəyi deyilir – Dünya niyə panikadadır?
  • Dün, 11:19
    İşsizlikdən sığorta fondunun xərcləri 319 milyon manatdan çox olacaq
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə