• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Rüstəm Xəlilov: Haqq yolunun sonu Zəfərdir!

---

17-09-2024, 10:31

Rüstəm Xəlilov: Haqq yolunun sonu Zəfərdir!


Redaksiyamızın rəhbərliyi və kollektivi adından cənab Rüstəm Xəlilovu Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunması münasibəti ilə təbrik edir, dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov - 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də, qarşı tərəf hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini və hərbi texnikasını ölkəmizin ərazilərindən çıxarmadı. İmzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi.

Azərbaycan işğala məruz qalan tərəf olsa da, Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artıraraq yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Vəziyyət o həddə çatmışdı ki, Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər.

2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Əməliyyatın uğurlu gedişatı Ermənistan dövlətini və onun himayəsi altında fəaliyyət göstərən qanunsuz xunta rejimini ciddi təşvişə salmışdır. Cəmi bir gün davam edən döyüşlər nəticəsində qanunsuz silahlı birləşmələr artıq Azərbaycanın şərtlərini qəbul etməyə hazır oldular.

Dövlət başçısı İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində, lokal antiterror tədbirlərinə başlanılmasını şərtləndirən amillərə, həmçinin bu tədbirlərin dayandırılması üçün qarşı tərəfə irəli sürülən şərtlərə və sair kimi məqamlara diqqəti yönəltdi.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sözümüz imzamız qədər dəyərlidir. Dövlət başçısı İlham Əliyev sözügedən müraciətində bu məqamı da xüsusi qeyd etdi ki, Qarabağ Azərbaycan ərazisidir və ölkəmizin ərazi bütövlüyünü bütün dünya tanıyır, o cümlədən Ermənistan rəhbərliyi artıq bunu başa düşüb.

Azərbaycanın bütün addımları legitimdir, hüquqidir və ədalətlidir. Antiterror tədbirləri yüksək peşəkarlıqla və dəqiqliklə aparıldı. Bütün dünya Azərbaycan Ordusunun qüdrətinin, peşəkarlığının bir daha şahidi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il 15 oktyabr tarixində Azərbaycan Bayrağını Xankəndi şəhərində ucaltdıqdan sonra xalqa müraciətində bir daha bəyan etdi ki, əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın: “Bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik”.

Bu gün azad Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəlir. Keçmiş məcburi köçkünlər mərhələ-mərhələ dogma yurd-yuvalarına qayıdırlar. Böyük Qayıdış proqramı çərçivəsində yaxın gələcəkdə abadlıq-yenidənqurma işləri daha da genişləndiriləcək.

Oxunub: 10197
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

17-09-2024, 16:51

Rüstəm Xəlilov Salyanın icra başçısı təyin olundu

---

17-09-2024, 10:34

Sevindik Hətəmov: Yeni zəfərlərə doğru!

Siyasət

20-09-2023, 13:35

Ermənilər ağ bayraq qaldırdı və təslim oldu

Siyasət

14-09-2023, 12:57

Azərbaycan XİN Ermənistana cavab verib

Bölgə

1-06-2024, 10:27

Salyan Rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir

Araşdırma
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir?
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Bu gün qısa iş günüdür
Zəfər Günü ilə bağlı hərbi yürüşlər olacaq
Şəhid ailələri bu ödənişdən azad olunur
Sürücülük vəsiqəsi ilə bağlı QAYDA DƏYİŞİR
Hadisə
Bugün, 10:58
Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü
Bugün, 10:37
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
Bugün, 09:37
İnterpolla axtarılan şəxs Almaniyada tutulub Azərbaycana gətirildi
Bugün, 09:34
Güllü Muradovanın əri - Həbs edildi
Dün, 13:15
DTX-dən əməliyyat: Saxlanılanlar var
Dün, 10:57
Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
Son xəbərlər
  • Bugün, 16:00
    Moskvadan yeni savaş siqnalı – İrəvan Ukraynanı əvəz etmək yolunda
  • Bugün, 15:30
    Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir?
  • Bugün, 15:29
    İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü
  • Bugün, 14:22
    İpi başqalarının əlində olan Ermənistan – Rusiyadan qopsa onu nələr gözləyir...
  • Bugün, 13:55
    Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
  • Bugün, 13:12
    Azərbaycanda benzin və dizel markalanacaq
  • Bugün, 12:52
    İlham Əliyev və Mehriban Əliyeva alkoqolsuz içki istehsalı müəssisəsinin AÇILIŞINDA
  • Bugün, 12:34
    Bu gün qısa iş günüdür
  • Bugün, 12:31
    Zəfər Günü ilə bağlı hərbi yürüşlər olacaq
  • Bugün, 12:28
    Ölkəyə gətirilən bu heyvanlar vergidən azad olunur
  • Bugün, 12:25
    Kiçik sahibkarlara 5 illik vergi güzəşti olacaq
  • Bugün, 12:22
    Yükdaşıma şirkətlərinin nəzərinə: 8% vergi ödəyə biləcəklər
  • Bugün, 12:18
    Azərbaycanın yeni sosial-iqtisadi inkişaf strategiyası hazırlanır
  • Bugün, 11:09
    Şəhid ailələri bu ödənişdən azad olunur
  • Bugün, 11:05
    Sürücülük vəsiqəsi ilə bağlı QAYDA DƏYİŞİR
  • Bugün, 11:02
    Şuşa ilə bağlı sevindirici RƏQƏMLƏR
  • Bugün, 10:58
    Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü
  • Bugün, 10:49
    DTX-nin Akademiyasında Zəfər gününə həsr olunan elmi-praktiki konfrans keçirilib
  • Bugün, 10:41
    Bu rayonlara qar yağıb
  • Bugün, 10:37
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
  • Bugün, 09:41
    Casusluq riskinə görə BYD-yə məhdudiyyət qoymağa çağırdılar
  • Bugün, 09:37
    İnterpolla axtarılan şəxs Almaniyada tutulub Azərbaycana gətirildi
  • Bugün, 09:34
    Güllü Muradovanın əri - Həbs edildi
  • Bugün, 09:00
    Bu yolda bütün zolaqlar üzrə sürət həddi endirildi
  • Dün, 16:00
    Atasına və Özgür Özələ qarşı ifadə verdi, həbsdən çıxdı – Türkiyədə "350 min dollar" əməliyyatı!
  • Dün, 15:30
    Türkiyə və Ermənistan münasibətlərində ŞOK GƏLİŞMƏ: Rəsmən START VERİLDİ
  • Dün, 14:22
    İnternat məktəbində şagirdlər xəsarət alır, içməli su yoxdur iddiasına - İdarədən CAVAB
  • Dün, 13:35
    Uşağa qulluğa görə müavinət almaq qaydasında dəyişiklik
  • Dün, 13:31
    Maaşların ödənilməsi qaydası dəyişir
  • Dün, 13:27
    Ev satışı ilə bağlı YENİLİK
  • Dün, 13:15
    DTX-dən əməliyyat: Saxlanılanlar var
  • Dün, 13:11
    Azərbaycanda saatlıq maaş sistemi tətbiq ediləcək
  • Dün, 13:07
    Ərdoğan Azərbaycana gəlir
  • Dün, 12:11
    Ərzaq toplanır, işıq və internetin kəsiləcəyi deyilir – Dünya niyə panikadadır?
  • Dün, 11:19
    İşsizlikdən sığorta fondunun xərcləri 319 milyon manatdan çox olacaq
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə