• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Rəsmiyyə Əliyeva: Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi

---

4-09-2024, 10:37

Rəsmiyyə Əliyeva: Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi


244 saylı uşaq bağçasının müdiri Rəsmiyyə Əliyeva - Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, hər ötən gün Azərbaycanın müstəqillik tarixinə uğur səhifəsi kimi yazılır. Amma bu məqamı da etiraf etmək lazımdır ki, bu uğurlarımız böyük səylərin, qətiyyətin nəticəsidir. Azərbaycanın hər bir uğuru Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövrü, eyni zamanda, siyasi fəaliyyətinin Naxçıvan mərhələsi dövlətə, xalqa xidmət nümunəsidir.

Azərbaycana rəhbərliyinin birinci dövründə Ümummilli Lider Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.

Onun siyasi fəaliyyətinin Naxçıvan mərhələsi də Azərbaycanın bu günü və gələcəyi üçün gördüyü işlərlə zəngindir. Belə ki, Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illər mühüm yer tutur. Həmin dövr Ulu Öndər Heydər Əliyevin siyasi irsinin Naxçıvan dövrü kimi xarakterizə edilir. Məhz həmin illər onun böyük siyasətə, hakimiyyətə qayıdış dövrü oldu. Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə işinə başlamışdı. Milli dövlətçiliyə yeni nəfəs vermiş Naxçıvan parlamentinin ilk sessiyasında gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdır. Fenomen şəxsiyyət Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq atıb. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi ki, Ulu Öndər Heydər Əliyev bunu nümayiş etdirdi. Eyni zamanda, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü. Aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etsə də ilk illərdə yaşananlar xalqın sabaha ümidlərini itirmişdi. Xalqımız azad, firavan yaşamaq istəyinə yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra nail oldu. Reallıq budur ki, güclü lideri olan millətlər və dövlətlər yüksək inkişaf yolu keçir, möhtəşəm uğurlara imza atırlar. Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadıqları ilə 1993-cü ildən başlanan inkişaf yolunu müqayisə etdikdə bu həqiqəti bir daha təsdiqləmiş oluruq.

Xalqımızın 1993-cü ildə Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvəti ilə Azərbaycanın xilas yolunun, müstəqilliyimizin əbədiliyinin təməli qoyuldu. Həmin tarixdən başlanan yol 2020-ci ildə xalqımıza Zəfər sevincini yaşatdı. Düşünülmüş və məqsədyönlü siyasət nəticəsində Azərbaycana möhtəşəm uğurlar qazandıran Ulu Öndər Heydər Əliyevin söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq!” tezisi reallıqda öz əksini tapdı. Azərbaycanın müstəqilliyinin daimiliyi və əbədiliyi təmin edildi.

Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin gördüyü işlərin zirvəsində ata vəsiyyətini yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməsi, işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli Bayrağımızın dalğalanmasına nail olması dayanır. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Lider məcburi köçkünlərlə görüşlərinin birində bu inamı ifadə etmişdir: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik.” Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu arzunu reallaşdırdı. 44 günlük İkinci Qarabağ müharibəsində 30 ilin işğalına son qoyuldu, ədalət bərpa edildi. Tarixi Zəfərimizdən üç il sonra isə, ötən ilin sentyabrında suverenliyimiz bərpa olundu, Azərbaycanın həyatında yeni dövr başladı.

Hazırda işğaldan azad edilmiş torpaqlarımızda həyat yenidən canlanıb, bərpa-quruculuq işləri geniş vüsət alıb. Böyük Qayıdış davamlılığı ilə diqqətdədir.

Oxunub: 10179
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

14-12-2023, 12:37

Dr. Elnur Hüseynov: Sən elə bir zirvəsən…

---

16-07-2023, 13:42

Qobustan rayon İcra hakimiyyətində silsilə tədbirlər davam edir

Cəmiyyət

25-05-2023, 14:26

Xalid Quluzadə: Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir

Cəmiyyət

9-10-2023, 10:11

Elviz Qasımov: Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir

Cəmiyyət

26-08-2023, 01:48

Aydın müəllim: İnam və səmimiyyət: Mehriban xanım Əliyeva Azərbaycana parlaq nailiyyətlər qazandırır

Araşdırma
5 günlük tətil başlayır - TARİXLƏR
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir?
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Bu gün qısa iş günüdür
Hadisə
Bugün, 11:23
15 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Bugün, 09:53
Azərbaycanda dəhşətli qəza baş verdi - Ölən var
6-11-2026, 10:58
Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü
6-11-2026, 10:37
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
6-11-2026, 09:37
İnterpolla axtarılan şəxs Almaniyada tutulub Azərbaycana gətirildi
6-11-2026, 09:34
Güllü Muradovanın əri - Həbs edildi
Son xəbərlər
  • Bugün, 13:11
    5 günlük tətil başlayır - TARİXLƏR
  • Bugün, 12:30
    Şok: ABŞ İranı vurmaq üçün Xəzərə girir - Bakının mövqeyi...
  • Bugün, 11:54
    İlham Əliyev Ərdoğana başsağlığı verib
  • Bugün, 11:23
    15 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI
  • Bugün, 11:01
    Amsterdamda 500 nəfər Röya Ayxanın adından edilən böyük dələduzluğun qurbanı oldu!
  • Bugün, 10:32
    Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
  • Bugün, 10:27
    “Türkiyə-Azərbaycan birliyi əbədidir!” - Video
  • Bugün, 10:22
    “ABŞ çarəsiz qumarbaz kimi çırpınır” - Trampın açıqlamasını təkzib etdi
  • Bugün, 10:05
    Neft ucuzlaşmağa davam edir
  • Bugün, 09:58
    Beşqat Olimpiya çempionu prezidentliyə namizəd olacağını açıqladı
  • Bugün, 09:53
    Azərbaycanda dəhşətli qəza baş verdi - Ölən var
  • Bugün, 09:37
    Hörmüz 8 milyard qarşılığında açılacaq? - Tehrandan cavab
  • Bugün, 09:32
    XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
  • Dün, 09:45
    Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb
  • Dün, 09:40
    Azərbaycanda Dövlət Bayrağı Günüdür
  • 8-11-2026, 15:06
    Şuşada liderlərin təkbətək görüşü keçirilir
  • 8-11-2026, 14:43
    Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı
  • 8-11-2026, 14:09
    Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO
  • 8-11-2026, 13:00
    Xankəndidə Zəfər Muzeyi olacaq
  • 8-11-2026, 12:52
    Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin
  • 8-11-2026, 12:20
    Azərbaycan lideri: “Düşmənin beli döyüş meydanında qırıldı”
  • 8-11-2026, 12:10
    Prezident xalqa müraciət edir - Video
  • 8-11-2026, 12:04
    Tokayev Əliyevi təbrik etdi
  • 8-11-2026, 11:52
    Ərdoğan Azərbaycana yolda düşdü
  • 8-11-2026, 11:43
    Zakir Həsənov və Kərim Vəliyev şəhid ailələri ilə görüşdü - Fotolar
  • 8-11-2026, 10:37
    Hamımızın yumruq olduğu gündür!
  • 8-11-2026, 10:29
    “Bayramı müzəffər xalq kimi qeyd etdiyimizə görə çox sağ olun!”
  • 8-11-2026, 10:22
    Rəsmilər Zəfər Parkını ziyarət edir
  • 8-11-2026, 09:00
    ​8 noyabr - Zəfər Günüdür
  • 7-11-2026, 14:41
    Prezident onlara ali hərbi rütbələr verdi
  • 7-11-2026, 14:33
    İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
  • 7-11-2026, 14:27
    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 7-11-2026, 12:06
    İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak etdi
  • 7-11-2026, 12:00
    Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək
  • 7-11-2026, 11:29
    İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə