• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Nərgiz Orucova: Azərbaycan xilaskar rolunda

---

19-07-2024, 12:01

Nərgiz Orucova: Azərbaycan xilaskar rolunda


Tovuz rayon Abubəyli kənd 2-nömrəli körpələr evi-uşaq bağçasının müdiri,
Nərgiz Orucova


Əsası 1875-ci il 22 iyulda "Əkinçi" qəzetinin nəşri ilə qoyulan Azərbaycan milli mətbuatı zəngin inkişaf yolu keçib. Maarifçi və jurnalist Həsən bəy Zərdabi tərəfindən nəşrə başlayan “Əkinçi” xalqın maarifçilik və mətbuat tarixində yeni bir səhifə idi. Sonrakı illərdə görkəmli ziyalılarımız tərəfindən nəşr edilən “Ziya”, “Şərqi-Rus”, “İrşad”, “Molla Nəsrəddin” və sair kimi nəşrlər məhz “Əkinçi” ənənələrini davam etdirmişdir.

Mətbuat bütün dövrlərdə həqiqətlərin çarçısı kimi çıxış edib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə müstəqillik və azadlıq ideyalarının, Sovet hakimiyyəti illərində kommunist ideyalarının, xalqın zəngin milli adət-ənənələrinin təbliğində böyük rol oynamışdır. Baxmayaraq ki, o dövr çox sərt ideoloji buxovlar və ciddi senzura qaydaları ilə əhatə olunmuşdur, amma mətbuat milli dəyərlərin qorunmasında üzərinə düşən missiyanı layiqincə yerinə yetirmişdir.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etdi. Lakin ilk illərdə ölkəmizə idarəçilikdən xəbərsiz insanların rəhbərliyi digər sahələrdə olduğu kimi, mətbuatda da uğursuzluqlara yol açdı. Belə çətin, siyadi durumun gərgin, xaosun, özbaşınalıqların, anarxiyanın hökm sürdüyü bir zamanda mətbuatın inkişafından, azad sözə, fikrə dəyərdən danışmaq mümkün deyildi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizdə bütün sahələrdə inkişafın, yeni mərhələnin əsasını qoydu. 1993-cü ildən başlayaraq Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində davamlı xarakter aldı. Ulu Öndər ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev “Bu gün Azərbaycan mətbuat müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndilirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır" fikirləri ilə mətbuatın cəmiyyətdə rolunu önə çəkməklə yanaşı, qarşısında dayanan vəzifələri açıqlayır.

Cəmiyyətdə demokratik münasibətlərin inkişafı ölkədə azad mətbuatın inkişafı ilə əlaqəlidir. Azad sözün cəmiyyətdə aşkarlıq və plüralizm prinsiplərinin bərqərar edilməsində, eləcə də demokratik inkişaf prosesində əsas meyarlardan biri olduğunu nəzərə alan Azərbaycan hakimiyyəti mətbuatın inkişafına qayğısını əsirgəmir. Bu gün Azərbaycanda ən müasir tələblərə və standartlara cavab verən medianın mövcudluğu və qazanılan uğurlar məhz bu reallığın nəticəsidir.

Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir və bildirir ki, Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur: “Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur.”

Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibəsi dövründə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımız 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə mərhələsində də bu işi davam etdirməkdədir. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, suverenliyimizin tam bərpa edilməsi ilə yeni dövrə qədəm qoyan qalib Azərbaycan uğurları ilə dünyanın diqqətindədir.

Oxunub: 10301
Paylaş:
Digər xəbərlər

---

18-07-2024, 12:14

Niftalı Qasımov: Zəfərin müjdəçisi

Mədəniyyət

22-07-2023, 10:00

Azərbaycanda Milli Mətbuat Günüdür

---

19-07-2023, 12:28

Xalid Ələkbərov: Operativ, qərəzsiz və dürüst

Mədəniyyət

28-11-2023, 09:37

Bu gün Həsən bəy Zərdabinin anım günüdür

---

17-03-2024, 10:35

Uşaq bağçalarına olan diqqət və qayğı daima ölkə prezidentinin diqqətindədir

Araşdırma
Taksi sürücüləri sabah imtahan verəcəklər
Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI
Allahşükür Paşazadə: Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir
Bu gün onlar üçün də dərs ilinin ilk günüdür - Fotolar
Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi– FOTO
Bilik gününə belə başladılar - FOTOLAR
Hadisə
Bugün, 11:25
Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir
Bugün, 10:30
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Dün, 11:46
Bakıda və rayonlarda şok əməliyyat: Külli miqdarda silah-sursat tapıldı
Dün, 11:18
Hərbi çağırışdan boyun qaçıran iki nəfərə CİNAYƏT İŞİ AÇILDI
Dün, 10:01
Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu - Tiktoker “Çevik”ə qarşı zorakılıq edib
Dün, 09:08
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Son xəbərlər
  • Bugün, 15:30
    Trampın sərvəti 7 milyard dollara çatdı
  • Bugün, 14:29
    Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
  • Bugün, 14:22
    Azərbaycan dost, İsrail düşmən siyahısında
  • Bugün, 14:11
    İcra başçısı dama qalxdı - VİDEO
  • Bugün, 14:00
    Avtomobil nəhəngləri böhran həddində: Yaxın 5 ildə hansı avto-markalar çökəcək?
  • Bugün, 13:19
    Taksi sürücüləri sabah imtahan verəcəklər
  • Bugün, 13:10
    İlham Əliyev açılışda iştirak edib - FOTOLAR
  • Bugün, 12:24
    Süni intellektin tətbiqi genişləndirilməlidir - İlham Əliyev
  • Bugün, 12:19
    İlham Əliyev bu şəxsləri təltif etdi
  • Bugün, 11:29
    Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI
  • Bugün, 11:25
    Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir
  • Bugün, 11:16
    Allahşükür Paşazadə: Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir
  • Bugün, 10:30
    Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
  • Bugün, 10:05
    Azərbaycan nefti ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
  • Bugün, 10:01
    Polislər etiraz aksiyasına çıxdı
  • Bugün, 09:57
    Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
  • Bugün, 09:54
    Bakıda sabah tarixi-dini abidələrlə bağlı konfrans keçiriləcək
  • Bugün, 09:49
    Süni intellektlər öz aralarında yeni bir dil yaratdı
  • Bugün, 09:45
    Neft ehtiyatları gözlənilmədən artdı - Qiymətlər endi
  • Bugün, 09:14
    Erməni mediası bir-birinə qarşı – Ceyhun Bayramovun sözləri üstündə savaş başladı
  • Bugün, 09:00
    Azərbaycanda mənzil almaq üçün 17 il işləmək lazımdır
  • Dün, 16:00
    Xəzərin dibindən Azərbaycana, oradan Avropaya – İrəvan da qoşulur
  • Dün, 15:30
    Şuşadakı rəqs Livandakı kilsəni qarışdırdı – Katolikos 1500 km-dən diplomatlara qəzəbləndi
  • Dün, 14:22
    Hikmət Hacıyevin Qarabağda göstərdiyi faktlar İrəvanı silkələdi – Bu addımı atmağa məcbur oldular
  • Dün, 14:00
    Daşınmaz əmlak bazarında YENİ VƏZİYYƏT: Kirayə bahalaşır, satış qiymətləri isə...
  • Dün, 13:46
    Prezident Hakan Fidanı qəbul etdi - Foto
  • Dün, 13:39
    ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
  • Dün, 12:47
    Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - Fotolar
  • Dün, 12:27
    Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı - Fotolar
  • Dün, 11:54
    Hikmət Hacıyevdən ABŞ ilə bağlı SON DƏQİQƏ açıqlamaları
  • Dün, 11:46
    Bakıda və rayonlarda şok əməliyyat: Külli miqdarda silah-sursat tapıldı
  • Dün, 11:18
    Hərbi çağırışdan boyun qaçıran iki nəfərə CİNAYƏT İŞİ AÇILDI
  • Dün, 11:11
    Bu gün onlar üçün də dərs ilinin ilk günüdür - Fotolar
  • Dün, 10:38
    Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi– FOTO
  • Dün, 10:07
    "Bakının azad edilməsi dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu" - XİN
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə