• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Səttar Möhbalıyev: “Qardaş Türkiyədə xalqın iradəsi və demokratiya zəfər çaldı”

---

28-05-2023, 22:31

Səttar Möhbalıyev: “Qardaş Türkiyədə xalqın iradəsi və demokratiya zəfər çaldı”


“Türkiyədə baş tutan parlament seçkiləri, eyni zamanda prezident seçkilərinin hər iki turu qardaş ölkədə dərin kök salan demokratiyanı bir daha göstərdi. Və sübut etdi ki, Türkiyə cəmiyyəti son dərəcə demokratdır, bu ölkənin vətəndaşları yüksək siyasi mədəniyyətə sahibdir. Seçkilərə hazırlıqlar başlayandan prosesin sonunadək bütün işlər qanun çərçivəsində, demokratik prinsiplər üzərində quruldu, siyasi bloklara və partiyalara, namizədlərə bərabər imkanlar yardıldı, türkiyəli qardaşlarımız sərbəst şəkildə öz seçimlərini etdilər. Seçicilərin fəallığı da ölkə vətəndaşlarının məsuliyyətindən, dövlətə, vətənə olan sevgilərindən xəbər verir. Ümumiyyətlə, həm seçkilərin keçirilməsi prosesi, həm də onun nəticələri bizə deməyə əsas verir ki, qardaş ölkədə demokratiya, haqq-ədalət zəfər çaldı”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, heç bir məkirli beynəlxalq siyasi dairə Türkiyə xalqının iradəsinə təsir edə bilmədi: “Qardaş ölkənin vətəndaşları tərəqqini, inkişafı, sabitliyi, əmin-amanlığı seçdi. Son 20 ildə Türkiyə böyük inkişaf yolu keçib, dünyada yüksək nüfuz qazanıb. Əminliklə ifadə edə bilərik ki, hazırda Türkiyə dünya siyasətinin mühüm tərəfini təşkil edir, lider dövlətlər arasında öz yerini tutub. Hərbi qüdrəti isə müzakirəolunmazdır. Son illərdə hərbi müdafiə potensialının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Artıq qardaş ölkənin yerli hərbi sənayesi Ordunun silah-sursata olan tələbatının 80 faizini ödəyir, bu, kifayət qədər yüksək göstəricidir. Həmçinin istehsal etdiyi pilotsuz uçuş aparatları, pilotsuz döyüş təyyarələri, tankları ilə düşmənlərinin gözünü qamaşdırır. Bundan başqa, gəmi, helikopter, avtomobil istehsalına da başlanılıb. Türk xalqı öz seçimi ilə bu uğurlara cənab Rəcəb Tayyib Ərdoğanın sayəsində nail olduğunu bütün dünyaya sübut etdi”.
“Cənab Rəcəb Tayyib Ərdoğan hər zaman Azərbaycana bütün məsələlərdə dəstək olub, həmrəylik nümayiş etdirib. Eyni zamanda iki ölkə arasında münasibətlərin bu zirvəyə yüksəlməsində, əlaqələrin genişlənməsində onun xidmətləri danılmazdır. Yeri gəlmişkən, Azərbaycanın qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi başlayan ilk saatlardan bizə qardaş ölkədən dəstək mesajları gəlməyə başladı. Türkiyə Prezidenti şəxsən ifadə etdi ki, Azərbaycanın yanındayıq. Bu mənəvi dəstək Azərbaycanın gücünə əlavə güc qatdı. Qələbəmizə bizim qədər sevindi, dəfələrlə ölkəmizə gəldi, Zəfər paradında, Füzulidə, Zəngilanda hava limanlarının açılış mərasimlərində iştirak etdi. Bu yalnız təmannasız qardaşlıq nümunəsidir. Həmçinin cənab Rəcəb Tayyib Ərdoğan Türkdilli ölkələrin bir-birinə yaxınlaşmasına, həmrəyliyinə, təşkilatlanmasına əhəmiyyətli töhfələr verib”, - Milli Məclisin deputatı bildirib.
“Böyük qürur hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev və qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə iki türk dövləti - Azərbaycan və Türkiyə dünya dövlətləri içərisində böyük söz sahibidir, beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tuturlar, bayraqları ən mötəbər regional və beynəlxalq təşkilatların qarşısında əzəmətlə dalğalanır. Eləcə də hər iki ölkənin dünya miqyasında olan nüfuzu imkan verir ki, onlar qlobal məsələlərin həllində yaxından iştirak etsin, mürəkkəb və gərgin proseslərin aradan qaldırılmasında vasitəçi olsunlar. Bunlar günümüzün reallıqlarıdır. Qəti şəkildə inanırıq ki, Azərbaycan və Türkiyənin bütün sahələrdə daha böyük uğurları, naliyyətləri hələ qarşıdadır. Bu əminliyi xalqlarımız müdrik qərarları və düzgün seçimləri ilə möhürləyiblər”, - AHİK sədri vurğulayıb.

Oxunub: 10308
Paylaş:
Digər xəbərlər

Dünya

28-05-2023, 09:00

Türkiyədə prezident seçkilərinin ikinci turu başlayıb

---

26-05-2023, 15:28

Səttar Möhbalıyev: “Moskvada Paşinyanın mənasız iddiaları alt-üst oldu”

---

15-05-2023, 11:07

Səttar Möhbalıyev: “Brüssel görüşü Azərbaycanın siyasi iradəsini əks etdirdi”

---

25-05-2023, 14:44

Səttar Möhbalıyev: “Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın iradəsinin məhsulu idi”

Dünya

19-05-2023, 12:01

Ərdoğanın özü elə çoxqütblü dünya deməkdir: Bəli, Ərdoğan özü bir dünya qütbüdür

Araşdırma
Azərbaycanı ağır illər gözləyir? – İki BAXIŞ
Şagirdin həyatını itirdiyi, jurnalistlərin döyüldüyü 225 nömrəli məktəbin direktoru kimdir?
Səbinə Əliyeva vəzifədən gedir, yoxsa...?
Azərbaycanda aliment artırılacaq
Sərnişinlərə şad xəbər: Bütün köhnə avtobuslar yenilənəcək
Bakı məktəbində dəhşət: Şagird dərs zamanı necə ölüb? - DETALLAR
Hadisə
Bugün, 10:40
Anasının zorakılığına məruz qalan 14 yaşlı qız sığınacağa yerləşdirilib
Dün, 10:05
Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının - Siyahısı
Dün, 09:56
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Dün, 09:26
Almaniyanın elit hərbçiləri Rusiya ilə müharibəyə hazırlaşır
Dün, 09:00
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
27-10-2026, 22:02
Ramiz Mehdiyevə hökm oxundu - Əmlakları ilə bağlı qərar verildi
Son xəbərlər
  • Bugün, 16:00
    Azərbaycanı ağır illər gözləyir? – İki BAXIŞ
  • Bugün, 15:30
    Şagirdin həyatını itirdiyi, jurnalistlərin döyüldüyü 225 nömrəli məktəbin direktoru kimdir?
  • Bugün, 14:22
    Səbinə Əliyeva vəzifədən gedir, yoxsa...?
  • Bugün, 14:00
    Varlılardan ƏLAVƏ VERGİ yığılacaq - Baş nazirdən TƏCİLİ TAPŞIRIQ
  • Bugün, 12:15
    Əli Əsədov Gürcüstana gedir
  • Bugün, 12:10
    Azərbaycan XİN Türkiyəni təbrik etdi
  • Bugün, 11:53
    Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
  • Bugün, 11:02
    Dələduzluğa qarşı yeni mərkəz yaradılır: Nazir elan etdi
  • Bugün, 10:58
    Manatla bağlı mühüm qərar verildi
  • Bugün, 10:55
    Sabah Azərbaycanın yeni ombudsmanı seçiləcək
  • Bugün, 10:48
    Mərkəzi Bankın valyuta ehtiyatları artdı
  • Bugün, 10:44
    Azərbaycanda qiymət artımı bu qədər olacaq
  • Bugün, 10:40
    Anasının zorakılığına məruz qalan 14 yaşlı qız sığınacağa yerləşdirilib
  • Bugün, 10:13
    Trampdan Netanyahunun seçkidəki taleyinə dair - Açıqlama
  • Bugün, 10:00
    Etirazlara görə Avropa Liqası matçının vaxtı dəyişdi
  • Bugün, 09:34
    Ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
  • Bugün, 09:31
    Avropa İttifaqı geri addım atdı
  • Bugün, 09:27
    Mehriban Əliyeva Türkiyə xalqını təbrik etdi
  • Bugün, 09:13
    İsraildə "ölüm-qalım savaşı" başladı – Netanyahu hakimiyyəti itirir, ərəblər hərəkətə keçdi!
  • Bugün, 09:00
    Azərbaycanda aliment artırılacaq
  • Dün, 16:00
    Moskvanın ikili oyunu ifşa olunur: Rusiya peykləri…
  • Dün, 15:30
    Putin Əliyevlə fəal danışıqları elan etdi – Bakı ilə ortaq plan
  • Dün, 14:22
    TÜRK DÜNYASININ BÖYÜK AİLƏ MƏCLİSİ ANKARADA TOPLANIR – İlham Əliyevin iştirakı bədxah dairələrə cavab olacaq!
  • Dün, 14:00
    Bu rayonların icra hakimiyyətlərində həbslər anonsu
  • Dün, 13:41
    Paşinyan qələbə eyforiyasında - sülhə risk?
  • Dün, 12:15
    Sərnişinlərə şad xəbər: Bütün köhnə avtobuslar yenilənəcək
  • Dün, 11:58
    Bakı məktəbində dəhşət: Şagird dərs zamanı necə ölüb? - DETALLAR
  • Dün, 11:53
    İlham Əliyev Çexiya Prezidentini təbrik etdi
  • Dün, 11:49
    Prezident: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir
  • Dün, 10:49
    Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
  • Dün, 10:43
    Bu gün 5 matç var
  • Dün, 10:38
    Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
  • Dün, 10:34
    Rusiyanın ən böyük kimya zavodlarından biri vuruldu
  • Dün, 10:08
    ABŞ-dən Körfəz ölkələrinə müharibə - Xəbərdarlığı
  • Dün, 10:05
    Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının - Siyahısı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə