• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Səttar Möhbalıyev: “Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın iradəsinin məhsulu idi”

---

25-05-2023, 14:44

Səttar Möhbalıyev: “Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın iradəsinin məhsulu idi”


“Azərbaycan xalqı dünyanın ən qədim xalqlarından olmaqla bəşər tarixində özünəməxsus yer tutur. Sahib olduğu mədəniyyəti, zəngin ədəbiyyatı, böyük dövlətçilik ənənələri şərəfli tariximizin şərəfli səhifələrini yazıblar. Bu gün hər bir azərbaycanlı öz tarixini öyrəndikcə ata-babalarımızın Vətən üçün, xalq üçün etdiklərindən qürur duyur və onlardan nümunə götürür. Məhz onların min bir əziyyətlə qurub-yaratdığı Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular və s. dövlətlər, eləcə də Səfəvilər imperiyası orta əsr dünyasının ən əzəmətli dövlətlərindən hesab olunur. Azərbaycan tarixinin şanlı səhifələrindən biri də xalqımızın uzun illər milli-azadlıq mübarizəsi apararaq 1918-ci il mayın 28-də öz müstəqil dövlətini yaratmasıdır. Bununla Azərbaycan xalqı azad yaşamaq əzmini nümayiş etdirdi”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Bu, həmin dövrün son dərəcə müasir dövləti idi və ən əsası isə Şərqdə ilk demokratik respublika kimi dünya tarixinə düşüb. Həmçinin Azərbaycan Xalq Cümhuriyyəti hüquqi, dünyəvi və parlamentli respublika idi. Bütün bu göstəricilərinə görə Azərbaycan hətta bir sıra Avropa dövlətlərini belə geridə qoyurdu. Xalqın hakimiyyətini və insanların bərabərliyi prinsipini əsas götürən Cümhuriyyət öz vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi aradan qaldırdı və bu addımı atan ilk dövlətlərdən oldu. Bununla bir daha aydın olur ki, Azərbaycanda tolerantlıq, birgəyaşayış mədəniyyətinin kökləri daha qədimdir. Həmçinin vacib qərarlardan biri də şərqdə ilk dəfə qadınlara səsvermə hüququnun verilməsi idi. Baxmayaraq ki, ABŞ-da 1920-ci ildə, Fransa isə 1944-cü ildə qadınlar səsvermə hüququ əldə edib. Odur ki, Azərbaycan qadını bu hüququ dünyanın ən qabaqcıl ölkələrinin qadınlarından daha əvvəl qazanıb”, - Milli Məclisin deputatı bildirib.

AHİK sədri qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti çox qısa - cəmi 23 ay yaşamasına baxmayaraq, xalqımızın həyatında və tarixində dərin iz qoydu: “İlk parlament, hökumət yaradıldı, dövlət atributları təsis olundu, ana dili dövlət dili elan edildi, hərbi hissələr quruldu, sərhədlər müəyyənləşdi, müstəqil dövlətimizin dünya dövlətləri tərəfindən tanınması istiqamətində mühüm işlər görüldü. 1920-ci ilin yanvarında Azərbaycanın dövlət müstəqilliyinin böyük dövlətlər tərəfindən de-fakto tanınması imkan verdi ki, bolşevik işğalından sonra Azərbaycan bir dövlət kimi dünya xəritəsindən silinməsin. Bir sözlə, Cümhuriyyət üzərinə düşən vəzifələri şərəflə yerinə yetirdi, xalqın milli mənlik şüurunu özünə qaytardı, xalqımızın öz müqəddəratını təyin etmək bacarığını ortaya qoydu”.
Səttar Möhbalıyev vurğulayıb ki, hərbi müdaxilə yolu ilə Azərbaycan Xalq Cümhuriyyəti süquta etsə də, onun ideyaları xalqın yaddaşından silinmədi, azadlıq arzusu ilə yaşadı və əmin idi ki, bu istək bir gün yenidən reallaşacaq: “Üstündən 70 il keçəndən sonra yenidən üçrəngli və ay-ulduzlu bayrağımız Vətən göylərində pərvazlandı, bir daha xalqımız azad, müstəqil dövlətinə sahib oldu. Müstəqilliyin ilk illəri çox ağır keçdi, hətta onu itirmək, daha ağrılısı isə Azərbaycanın parçalanması təhlükəsi ilə üz-üzə qaldıq. Bu dəfə də müdrik xalqımız iradə nümayiş etdirərək özünün böyük oğlu Heydər Əliyevi dövlət başına gətirdi və bunla da ölkəmizin başı üstünü almış təhlükə sovuşdu, müstəqilliyimiz möhkəmlənməyə başladı. Bu gün Azərbaycan Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövlətinə çevrilib, dünyanın əhəmiyyətli ölkələrindən hesab olunur. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi”.

Oxunub: 10310
Paylaş:
Digər xəbərlər

---

15-05-2023, 11:07

Səttar Möhbalıyev: “Brüssel görüşü Azərbaycanın siyasi iradəsini əks etdirdi”

Cəmiyyət

25-05-2023, 14:26

Xalid Quluzadə: Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir

---

23-05-2023, 09:51

Səttar Möhbalıyev: “Azərbaycanla Litva arasında strateji tərəfdaşlıq münasibətləri inkişaf etməkdədir”

---

23-05-2023, 00:00

Aqiyə Naxçıvanlı: “Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasını Cümhuriyyətin acı taleyini yaşamaqdan qorudu”

Cəmiyyət

23-05-2023, 15:52

İlham Əzimov: Ulu Öndər Xalq Cümhuriyyəti dövründə təməli qoyulmuş müstəqil Azərbaycan ideyasını gerçəkləşdirdi, müstəqilliyimizi dönməz və əbədi etdi

Araşdırma
Tikinti şirkətləri ilə sakinlər arasındakı mənzil davası – KİM HAQLIDIR?
Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
Bu marşrutlar "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan çıxarılır
Azərbaycanı ağır illər gözləyir? – İki BAXIŞ
Hadisə
Bugün, 11:26
Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
Bugün, 10:33
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
Bugün, 09:46
Bəzi yerlərdə yağıntılar intensivdir - Faktiki hava
Dün, 10:40
Anasının zorakılığına məruz qalan 14 yaşlı qız sığınacağa yerləşdirilib
28-10-2026, 10:05
Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının - Siyahısı
28-10-2026, 09:56
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Son xəbərlər
  • Bugün, 16:00
    Tikinti şirkətləri ilə sakinlər arasındakı mənzil davası – KİM HAQLIDIR?
  • Bugün, 15:30
    Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
  • Bugün, 14:23
    Putindən Avropaya açıq müharibə anonsu: “Çox irəli getsəniz...!”
  • Bugün, 13:00
    Bakı və İrəvan üçün KRİTİK 2027: Gələn ilin yazı...
  • Bugün, 12:30
    Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
  • Bugün, 12:08
    Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
  • Bugün, 11:26
    Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
  • Bugün, 10:49
    Əli Əsədov İrakli Kobaxidze ilə görüşdü
  • Bugün, 10:45
    Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
  • Bugün, 10:33
    Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
  • Bugün, 10:14
    "Böyük Dəbilqə": Hidayət Heydərov və digər iki cüdoçu mübarizəyə başlayır
  • Bugün, 10:10
    Bu marşrutlar "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan çıxarılır
  • Bugün, 10:07
    FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
  • Bugün, 09:49
    Azərbaycan nefti 3 dollar ucuzlaşdı
  • Bugün, 09:46
    Bəzi yerlərdə yağıntılar intensivdir - Faktiki hava
  • Bugün, 09:42
    Fransada böyük etiraz dalğası: 70 min polis və jandarm səfərbər edilir
  • Bugün, 09:38
    Avropa ölkələri Rusiya ilə danışıqlara nümayəndə tapa bilmir
  • Bugün, 09:35
    Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR - EKSKLÜZİV
  • Bugün, 09:31
    Maaşı istədiyimiz bankın kartı ilə ala biləcəyik - Bu tarixdən
  • Bugün, 09:00
    Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak edib
  • Dün, 16:00
    Azərbaycanı ağır illər gözləyir? – İki BAXIŞ
  • Dün, 15:30
    Şagirdin həyatını itirdiyi, jurnalistlərin döyüldüyü 225 nömrəli məktəbin direktoru kimdir?
  • Dün, 14:22
    Səbinə Əliyeva vəzifədən gedir, yoxsa...?
  • Dün, 14:00
    Varlılardan ƏLAVƏ VERGİ yığılacaq - Baş nazirdən TƏCİLİ TAPŞIRIQ
  • Dün, 12:15
    Əli Əsədov Gürcüstana gedir
  • Dün, 12:10
    Azərbaycan XİN Türkiyəni təbrik etdi
  • Dün, 11:53
    Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
  • Dün, 11:02
    Dələduzluğa qarşı yeni mərkəz yaradılır: Nazir elan etdi
  • Dün, 10:58
    Manatla bağlı mühüm qərar verildi
  • Dün, 10:55
    Sabah Azərbaycanın yeni ombudsmanı seçiləcək
  • Dün, 10:48
    Mərkəzi Bankın valyuta ehtiyatları artdı
  • Dün, 10:44
    Azərbaycanda qiymət artımı bu qədər olacaq
  • Dün, 10:40
    Anasının zorakılığına məruz qalan 14 yaşlı qız sığınacağa yerləşdirilib
  • Dün, 10:13
    Trampdan Netanyahunun seçkidəki taleyinə dair - Açıqlama
  • Dün, 10:00
    Etirazlara görə Avropa Liqası matçının vaxtı dəyişdi
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə