• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İlham Əliyevin puça çıxartdığı antiAzərbaycan PLANI... - Və yaxud Azərbaycanın YENİ QURTULUŞ DASTANI [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

20-09-2024, 09:00

İlham Əliyevin puça çıxartdığı antiAzərbaycan PLANI... - Və yaxud Azərbaycanın YENİ QURTULUŞ DASTANI

Azərbaycan tarixi mərhələdən keçir. Belə ki, Azərbaycan ordusu artıq ölkəmizin ərazi bütövlüyünü tam şəkildə bərpa etməyə nail olub. Müstəqillik tariximizdə ilk dəfə olaraq, Azərbaycanın sərhədləri tamamilə nəzarət altına alınıb. İndi Azərbaycan ərazilərinin daxilində erməni separatizmi və terrorizmi də mövcud deyil. Çünki Azərbaycan ordusu onilliklər boyu davam etmiş bu problemi də birdəfəlik həll edib. Və bu baxımdan, Azərbaycan dövlətinin artıq yeni inkişaf mərhələsinə keçid etfiyi qətiyyən şübhə doğurmur.

Onu da qeyd etmək lazımdır ki, bu önəmli və tarixi qələbə Azərbaycana o qədər də asan başa gəlməyib. Hətta hesab etmək olar ki, Azərbaycan ərazilərinin Ermənistan ordusunun işğalından xilas edilməsinə yol açmış II Qarabağ savaşı əslində, iki mərhələdə davam edib. Birinci mərhələdə Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrini darmadağın edərək, rəsmi İrəvanı kapitulyasiya aktını imzalamaq məcburiyyətində buraxıb. Və bununla da, II Qarabağ savaşının ilk mərhələsi Azərbaycanın parlaq tarixi zəfəri ilə yekunlaşıb.

Ancaq buna baxmayaraq, Rusiyanın vasitəçiliyi ilə imzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni silahlı erməni terror dəstələri qalmaqdaydı. Halbuki, üçtərəfli anlaşmaya əsasən, Azərbaycanın Qarabağ regionundakı Ermənistan ordusunun tör-töküntüləri ölkəmizin ərazisindən çıxarılmalı, erməni terror dəstələri isə 3 il əvvəl tərksilah edilməliydilər. Və Ermənistan üçtərəfli anlaşma ilə öz üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirməkdən yayınmağa çalışırdı.

Azərbaycan işğala məruz qalan tərəf olsa da, Qarabağda regionunda gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal məcrada davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələn hər şeyi etdi. Ancaq Azərbaycanın humanist çağırışlarının qarşılığında Ermənistan Qarabağ regionunda öz silahlı qüvvələrinin sayını artırmaqla, gizli yollarla bölgəyə əlavə silah-sursat daşıyaraq, hərbi təxribatları davam etdirməyə çalışırdı. Hətta vəziyyət o həddə çatmışdı ki, Qarabağdakı erməni separatçı-terrorçular yenidən müstəqillik iddiaları irəli sürür, özlərinə oyuncaq “prezident” seçir, qondarma “parlament”in adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər.

Ona görə də, rəsmi Bakı "Laçın" nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə erməni terrorçuların davamlı silahlandırılmasının qarşısını almaq qərarına gəldi. Çünki 10 noyabr üçtərəfli anlaşmasına zidd olaraq, Ermənistandan Azərbaycan ərazisindəki silahlı erməni terror dəstələrinə əlavə canlı qüvvə, yeni silah-sursat, minalar, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması təhlükəli həddə çatmlşdı. Və “Laçın” nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycan ərazilərində erməni terrorizminin keniş fəaliyyət imkanları qazanmasının qarşısını böyük ölçüdə almış oldu.

Ancaq bütün bunlara baxmayaraq, erməni separatçı-terrorçular rəsmi Bakının reinteqrasiya çağırışlarını eşitmək istəmirdilər. Belə ki, ötən ilin sentyabrında Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı terror qüvvələri ardıcıl və genişmiqyaslı hərbi təxribatlar törətməyə və terror hücumları etməyə başladılar. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, hərbi qulluqçular şəhid olurdular və yaralanırdılar. Azərbaycan ordusunun mövqeləri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulurdu.

Nəticədə bütün bu təxribatların qarşısının alınması, üçtərəfli anlaşmanın müddəalarının icrasının təmin olunması, Qarabağ regionunda Azərbaycan Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Azərbaycan ordusunun cəmisi 23 saat 43 dəqiqə davam edən antiterror əməliyyatları nəticəsində erməni separatçı-terrorçular döyüş meydadında məğlub edildilər və ağ bayraq qaldırmağa məcbur oldular. Və bundan sonra Azərbaycanın Qarabağ regionunda erməni terror dəstələrinin tərksilah olunması prosesinə başlanılaraq, qısa müddətdə uğurla yekunlaşdırıldı.

Bununla da II Qarabağ savaşının ikinci mərhələdi də Azərbaycanın parlaq hərbi zəfəri ilə sona çatdı. Bu tarixi hərbi zəfər sayəsində rəsmi Bakı nəhayət ki, Qarabağ regionunda Azərbaycan Konstitusiya quruluşunun bərpa prosesini sona çatdırmış oldu. Ən əsasısa, Azərbaycan ərazisi onilliklərlə mövcud olmuş erməni terrorizmindən birdəfəlik təmizləndi. Rəsmi Bakı Azərbaycanın müstəqillik dövrünün ən böyük probleminin həllinə nail oldu. Və bundan sonra Azərbaycan ərazisində “erməni problemi” daha heç vaxt mövcud olmayacaq.

Təbii ki, indi rəsmi Bakı Azərbaycanın inkişaf perspektivlərini reallığa çevirmək imkanlarını ön plana çəkmək şansı qazanıb. Hər halda, onilliklər boyi erməni terrorçuların nəzarətində qalmış Azərbaycanın tarixi Xankəndi şəhəri də artıq əsl sahiblərinin ixtiyarındadır. Azərbaycan erməni separatçı-terrorçuların daşı-daş üstündə buraxmadığı Qarabağ regionunda dağıdılmış şəhərləri yenidən tikərək, bərpa edir. Erməni separatçı-terrorçuların həmin yaşayış məntəqələrindən vaxtilə didərgin saldığı Azərbaycan vətəndaşları tədricən öz yurd-yuvalarına geri dönməyə də başlayıblar. Və bütün bunlar Azərbaycanın müasir tarixində gələcək nəsillərin də yalnız qürur duya biləcəyi parlaq dönüş mərhələsinin başlanğıcıdır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,

Oxunub: 10120
Paylaş:
Digər xəbərlər

Siyasət

17-02-2024, 09:58

Əliyev yeni dövrün “yol xəritəsi”ni elan etdi: İrəvan tezliklə yalvaracaq [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

9-08-2024, 09:00

Kiyev Trampın "sülh masası"nı dağıtmağa çalışır: Kurskda Rusiya və Ukraynanın taleyi həll olunur [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

18-03-2024, 10:00

NATO indi də Cənubi Qafqaza can atır: Bu hərbi-siyasi alyansın hədəfləri Bakının mövqeyindən asılıdır [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

12-07-2023, 10:00

Araik Putinin yeni "Qarabağ planı"nı necə deşifrə etdi: Xankəndi əməliyyatı artıq an məsələsidir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

26-10-2023, 09:38

Paris İrəvanı müflis edir: Rusiya isə Ermənistanın “tam çöküş planı”na malikdir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA
İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
Onlar belə maaş alacaqlar
Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
Sürücülərin 20 bal problemi parlamentə çıxdı
Hadisə
Dün, 09:24
Pulda və eşqdə bəxtləri gətirəcək BÜRCLƏR
5-06-2026, 16:28
Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
5-06-2026, 15:30
Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
5-06-2026, 09:49
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
4-06-2026, 15:42
Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
4-06-2026, 14:22
Sabah 32 dərəcə isti olacaq
Son xəbərlər
  • Dün, 10:12
    Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA
  • Dün, 09:53
    Zelenskinin Putinə yazdığı o məktub - TAM MƏTN
  • Dün, 09:48
    Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi
  • Dün, 09:37
    Tesla xidmətə cəlb olundu
  • Dün, 09:30
    Kilsə ilə separatçılar birləşdi – TƏHLÜKƏ
  • Dün, 09:24
    Pulda və eşqdə bəxtləri gətirəcək BÜRCLƏR
  • Dün, 09:16
    İran ABŞ bazalarını hədəf aldı
  • Dün, 09:11
    Süni intellekt “super peyvənd” hazırladı
  • 5-06-2026, 21:18
    AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
  • 5-06-2026, 16:28
    Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
  • 5-06-2026, 16:00
    Dünyanı lərzəyə gətirən terror zərbəsi: Omanın nəhəng neft terminalında dəhşətli partlayış
  • 5-06-2026, 15:30
    Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
  • 5-06-2026, 15:29
    Prezidentdən Azərbaycan Minifutbol Federasiyası ilə bağlı Sərəncam
  • 5-06-2026, 14:22
    İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
  • 5-06-2026, 13:48
    Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib
  • 5-06-2026, 13:11
    Onlar belə maaş alacaqlar
  • 5-06-2026, 12:37
    Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
  • 5-06-2026, 12:21
    Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
  • 5-06-2026, 12:17
    Son DƏQİQƏ! İsrail Livanda tutduğu mühüm məntəqəni Livan ordusuna təhvil verdi
  • 5-06-2026, 12:13
    Sürücülərin 20 bal problemi parlamentə çıxdı
  • 5-06-2026, 11:39
    Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
  • 5-06-2026, 11:29
    Paşinyandan şok etiraf: ATƏT MQ yaradılmışdı ki, Qarabağ münaqişəsi həll edilməsin
  • 5-06-2026, 11:13
    Paşinyan: KTMT-dən çıxacağıq, Lukaşenkoya bir daha imkan vermərik ki...
  • 5-06-2026, 11:08
    Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək
  • 5-06-2026, 10:51
    Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıbmış
  • 5-06-2026, 10:24
    Prezident millimizi qələbə münasibətilə təbrik etdi
  • 5-06-2026, 09:53
    Tokayev Qazaxıstan prezidenti haqqında qanunu imzaladı
  • 5-06-2026, 09:49
    DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
  • 5-06-2026, 09:41
    "Bitcoin" kəskin ucuzlaşdı
  • 5-06-2026, 09:36
    Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
  • 5-06-2026, 09:29
    Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
  • 5-06-2026, 09:00
    Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
  • 4-06-2026, 16:00
    Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
  • 4-06-2026, 15:42
    Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
  • 4-06-2026, 15:30
    Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə