• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Kiyev Trampın "sülh masası"nı dağıtmağa çalışır: Kurskda Rusiya və Ukraynanın taleyi həll olunur

Siyasət

9-08-2024, 09:00

Kiyev Trampın "sülh masası"nı dağıtmağa çalışır: Kurskda Rusiya və Ukraynanın taleyi həll olunur


Əgər, Ukrayna ordusu Rusiya ərazisində ələ keçirdiyi yaşayış məntəqələrində möhkəmlənməyi bacararsa, bu, rəsmi Kiyevə Krım və Donbası geri qaytarmaq imkanları aça bilər... Əks halda, Rusiyanın indiyə qədər artıq bir neçə dəfə təkrarladığı sülh şərtlərində israr edəcəyi qətiyyən şübhə doğurmur və hər iki tərəf üçün həlledici mərhələ başlayıb...
Ukrayna savaşı tədricən nəzarətdən çıxmağa başlayıb. Belə ki, son vaxtlar bu savaş daha geniş areala yayılmağa doğru istiqamət alıb. Halbuki, son zamanlarda Ukrayna savaşının ən qısa müddətdə dayandırılması ilə bağlı məsələ əsas müzakirə mövzusu idi. Və Qərb siyasi dairələri bu mövzu ətrafında ziddiyyətli mövqedən çıxış edirdilər.

İndi isə Ukrayna savaşı ətrafında situasiya olduqca qəliz xarakter daşıyır. Çünki Ukrayna ordusu gözlənilmədən əks hücuma keçib. Bu əks hücum isə Rusiya ordusunun müdafiə çatışmazlıqlarını qabarıq şəkildə ortaya çıxarıb. Və Rusiya ordusunun məğlubiyyətə düçar olma variantları üzrə müzakirələrə geniş imkanlar açıb.

orig-1635353624BtZoEW3QiICa0Nl8RZvifhYSTfttlYkOXoszjS96.jpeg (184 KB)

Məsələ ondadır ki, Ukrayna ordusunun son hücumları Rusiyanın gözləmədiyi istiqamətdən reallaşdırılıb. Nəticədə Ukrayna ordusu Rusiya ərazisinə daxil olmağı bacarıb. Hətta Kursk istiqamətində Rusiyanın bəzi yaşayış məntəqələri Ukrayna ordusunun nəzarətinə keçib. Rusiya ordusu isə Ukrayna hərbi kontingentini ölkə ərazisindən çıxartmaqda açıq-aşkar çətinlik çəkir. Və bu, o deməkdir ki, Ukrayna savaşı artıq Rusiya ərazisilərinə keçirilib.

Təbii ki, rəsmi Kiyevin gözlənilmədən Ukrayna ordusunu Rusiya ərazisinə yeritmək barədə prinsipial qərar qəbul etməsi qətiyyən təsadüfi deyil. Əksinə, rəsmi Kiyevin konkret hərbi-siyasi planla Ukraynanın strateji hədəflərinə doğru can atdığı qətiyyən şübhə doğurmur. Və bu strateji hədəflərin daha çox yaxın gələcəkdə müzakirə olunacaq sülh sazişi ilə bağlı ola biləcəyi qətiyyən istisna deyil.

Məsələ ondadır ki, bir müddət öncəyə qədər rəsmi Kiyev Rusiya ilə sülh danışıqlarına ehtiyac yarandığını açıq mətnlə etiraf edirdi. Çünki ABŞ və Qərb Ukrayna ordusuna hərbi texnika təminatını vaxtında yerinə yetirmirdi. Nəticədə Ukrayna ordusu olduqca ciddi hərbi texnika və silah-sursat çatışmazlığı ilə üzləşirdi. Üstəlik, bütün bunlar Ukrayna ordusunun canlı qüvvə itkilərini də artırırdı. Və belə situasiyada Kremllə sülh danışıqlarına başlanılması rəsmi Kiyevi bəzi Ukrayna ərazilərini təşəbbüsü ələ keçirmiş Rusiyaya güzəştə getmək məcburiyyətində buraxa bilərdi.

Üstəlik, son vaxtlar bəzi Qərb siyasi dairələri də rəsmi Kiyevə Kremllə sülh danışıqlarına başlamağın vacib olduğunu təlqin etməyə başlamışdılar. Hətta bu məqsədlə Ukrayna bəzi Ukrayna ərazilərinin - Krım və Donbasın Rusiyanın nəzarətinə verilməsinin qaçılmaz ola biləcəyini qabardırdılar. Rəsmi Kiyev isə belə bir sülh variantına qətiyyən hazır deyil. Və Qərbdəki müttəfiqlərin güzəştli sülh tələblərinə mümkün qədər müqavimət göstərməyə çalışırdı.

tramp-putin-imza.JPG (69 KB)

Digər tərəfdən, ABŞ-da keçiriləcək növbəti prezident seçkiləri də rəsmi Kiyevi ciddi şəkildə narahat edən məsələlərin sırasına daxildir. Çünki həmin seçkilərdə qələbə şansı olan keçmiş Ağ Ev sahibi Donald Tramp Ukrayna savaşını ən qısa zamanda sona çatdırmaq niyyətində olduğunu qətiyyən gizlətmir. Hətta onun açıqlamalarından belə anlaşılır ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ağ Evə geri dönəcəyi təqdirdə, Ukrayna ərazilərinin güzəştə gedilməsi hesabına Rusiyanı məmnun edəcək sülh ssenarisinə daha yaxındır. Və bu variant rəsmi Kiyevi qətiyyən qane etmir, əksinə, belə eyhamlara açıq qıcıqla reaksiya verir.

Təbii ki, Ukrayna üçün belə əlverişsiz situasiyanı yalnız savaş meydanında qazanılan hərbi uğurlarla dəyişmək mümkün ola bilərdi. Rəsmi Kiyev də bu önəmli reallığı tam dəqiqliyi ilə anlayırdı. Ona görə də, Ukrayna ordusunun Rusiya ərazisinə girməsi bu baxımdan, böyük əhəmiyyət daşıyır. Çünki artıq müharibə yalnız Ukrayna deyil, həm də Rusiya ərazisində gedir. Rusiya ordusu çətin vəziyyətə salınıb, müdafiə olunmaqda kifayət qədər ciddi problemlərlə üzləşir. Və bu, Rusiya ordusunun Ukrayna savaşında hərbi məğlubiyyət versiyalarını da artıq ön plana keçirtməyə başlayıb.

Ona görə də, əgər, indi sülh danışıqları başlayarsa, Kremlin Rusiyanın maraqlarını ifadə edən şərtlərdə israr etmək şansları o qədər cəlbedici görünmür. Yəni, Kreml əlverişsiz situasiyaya düşüb və Ukrayna situasiyanı öz xeyrinə dəyişməyə nail olub. Hər halda, hazırda müharibə Rusiya ərazisinə keçirilib. Rusiya əhalisi arasında müəyyən panik durum yaranıb. Və üstəlik, savaşın Rusiya ərazisilərinin dərinliklərinə doğru yayılma ehtimalı da tamamilə inandırıcı görünür.

Ancaq burada əsas məsələ Ukrayna ordusunun nə qədər irəliləyə biləcəyi ilə birbaşa bağlıdır. Eyni zamanda, Rusiyanın dərinliklərinə doğru irəliləməyi bacarmasa belə, Ukrayna ordusunun ələ keçirdiyi ərazilərdə döyüş mövqelərinə nəzarəti qoruya bilib-bilməyəcəyi də hazırda böyük önəm daşıyır. Çünki Ukrayna ordusunun öz hərbi uğurlarını bu ilin sonuna - ABŞ-da keçiriləcək növbəti prezident seçkilərinin yekun nəticələri məlum olana qədər davam etdirməsi vacibdir. Və bu halda, rəsmi Kiyev Rusiya ilə Ukrayna üçün daha əlverişli şərtlər çərçivəsində sülh danışıqlarına başlamaq şansı qazana bilər.

GIRIS-1-UKRAYNA.jpg (61 KB)Onu da nəzərə almaq lazımdır ki, bəzi araşdırma mərkəzləri bu ilin sonuna doğru Rusiyanın daha ciddi maliyyə-iqtisadi böhranla üzləşə biləcəyini ehtimal edirlər. Onların fikrincə, əgər, Kreml böhran təhlükəsindən yayınmaq yollarını tapa bilməzsə, bu, Rusiya ordusunun silah-sursatla təchizatına sarsıdıcı zərbələr vuran bilər. Və bu halda, Kremlin sülh şərtləri diqtə etmək imkanları tamamilə bloklanmış olacaq.

Belə olacağı təqdirdə, hətta ABŞ-da Donald Trampın prezident seçilməsi belə, Rusiyanın sülh masasında mövqelərini pozitiv istiqamətdə dəyişmək üçün yetərli xarakter daşımayacaq. Yəni belə anlaşılır ki, rəsmi Kiyevin savaşı Rusiya ərazisinə keçirməsi hazırda birmənalı şəkildə strateji hədəfə çevrilib. Ukraynanın gələcək taleyi böyük ölçüdə məhz bu hədəfə hansı səviyyədə nail olunacağından asılıdır.

Əgər, Ukrayna ordusu Rusiya ərazisində ələ keçirdiyi yaşayış məntəqələrində möhkəmlənməyi bacararsa, bu, rəsmi Kiyevə Krım və Donbası geri qaytarmaq imkanları aça bilər. Əks halda, Rusiyanın indiyə qədər bir neçə dəfə təkrarladığı sülh şərtlərində israr edəcəyi qətiyyən şübhə doğurmur. Və bu baxımdan, hər iki tərəf üçün həlledici mərhələnin başlandığını düşünmək olar.(Musavat.com)

Oxunub: 10225
Paylaş:
Digər xəbərlər

Dünya

5-06-2023, 11:14

Ukrayna ordusu genişmiqyaslı hücuma keçib

Siyasət

9-04-2024, 09:19

Qərbin qalmaqallı “gizli planı” ifşa olundu: Ukrayna əraziləri Rusiyaya satılacaq

Siyasət

9-07-2024, 09:17

Qərbdəki "savaş mafiyası"na sarsıdıcı zərbə vuruldu: Ukraynanın taleyi indi Orban-Tramp sülh planından asılıdır

Dünya

16-07-2024, 09:18

Tramp "Ukrayna faciəsi" hazırlayır: ABŞ geri çəkiləcək, Avropa Birliyi isə dəstək verməyəcək

Siyasət

30-07-2024, 10:00

Kreml Trampı niyə "qaranlıq güclərə" bağladı: Rusiya ABŞ "dərin dövlət"ini hədəfə aldı

Araşdırma
Taksi sürücüləri sabah imtahan verəcəklər
Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI
Allahşükür Paşazadə: Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir
Bu gün onlar üçün də dərs ilinin ilk günüdür - Fotolar
Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi– FOTO
Bilik gününə belə başladılar - FOTOLAR
Hadisə
Bugün, 11:25
Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir
Bugün, 10:30
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Dün, 11:46
Bakıda və rayonlarda şok əməliyyat: Külli miqdarda silah-sursat tapıldı
Dün, 11:18
Hərbi çağırışdan boyun qaçıran iki nəfərə CİNAYƏT İŞİ AÇILDI
Dün, 10:01
Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu - Tiktoker “Çevik”ə qarşı zorakılıq edib
Dün, 09:08
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Son xəbərlər
  • Bugün, 15:30
    Trampın sərvəti 7 milyard dollara çatdı
  • Bugün, 14:29
    Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
  • Bugün, 14:22
    Azərbaycan dost, İsrail düşmən siyahısında
  • Bugün, 14:11
    İcra başçısı dama qalxdı - VİDEO
  • Bugün, 14:00
    Avtomobil nəhəngləri böhran həddində: Yaxın 5 ildə hansı avto-markalar çökəcək?
  • Bugün, 13:19
    Taksi sürücüləri sabah imtahan verəcəklər
  • Bugün, 13:10
    İlham Əliyev açılışda iştirak edib - FOTOLAR
  • Bugün, 12:24
    Süni intellektin tətbiqi genişləndirilməlidir - İlham Əliyev
  • Bugün, 12:19
    İlham Əliyev bu şəxsləri təltif etdi
  • Bugün, 11:29
    Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI
  • Bugün, 11:25
    Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir
  • Bugün, 11:16
    Allahşükür Paşazadə: Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir
  • Bugün, 10:30
    Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
  • Bugün, 10:05
    Azərbaycan nefti ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
  • Bugün, 10:01
    Polislər etiraz aksiyasına çıxdı
  • Bugün, 09:57
    Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
  • Bugün, 09:54
    Bakıda sabah tarixi-dini abidələrlə bağlı konfrans keçiriləcək
  • Bugün, 09:49
    Süni intellektlər öz aralarında yeni bir dil yaratdı
  • Bugün, 09:45
    Neft ehtiyatları gözlənilmədən artdı - Qiymətlər endi
  • Bugün, 09:14
    Erməni mediası bir-birinə qarşı – Ceyhun Bayramovun sözləri üstündə savaş başladı
  • Bugün, 09:00
    Azərbaycanda mənzil almaq üçün 17 il işləmək lazımdır
  • Dün, 16:00
    Xəzərin dibindən Azərbaycana, oradan Avropaya – İrəvan da qoşulur
  • Dün, 15:30
    Şuşadakı rəqs Livandakı kilsəni qarışdırdı – Katolikos 1500 km-dən diplomatlara qəzəbləndi
  • Dün, 14:22
    Hikmət Hacıyevin Qarabağda göstərdiyi faktlar İrəvanı silkələdi – Bu addımı atmağa məcbur oldular
  • Dün, 14:00
    Daşınmaz əmlak bazarında YENİ VƏZİYYƏT: Kirayə bahalaşır, satış qiymətləri isə...
  • Dün, 13:46
    Prezident Hakan Fidanı qəbul etdi - Foto
  • Dün, 13:39
    ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
  • Dün, 12:47
    Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - Fotolar
  • Dün, 12:27
    Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı - Fotolar
  • Dün, 11:54
    Hikmət Hacıyevdən ABŞ ilə bağlı SON DƏQİQƏ açıqlamaları
  • Dün, 11:46
    Bakıda və rayonlarda şok əməliyyat: Külli miqdarda silah-sursat tapıldı
  • Dün, 11:18
    Hərbi çağırışdan boyun qaçıran iki nəfərə CİNAYƏT İŞİ AÇILDI
  • Dün, 11:11
    Bu gün onlar üçün də dərs ilinin ilk günüdür - Fotolar
  • Dün, 10:38
    Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi– FOTO
  • Dün, 10:07
    "Bakının azad edilməsi dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu" - XİN
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə