• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

"Zəngəzur yarışı" başlayır: Qalib kim olacaq? - Görünəni odur ki... [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

20-08-2024, 15:30

"Zəngəzur yarışı" başlayır: Qalib kim olacaq? - Görünəni odur ki...


“ABŞ-nin Azərbaycan və Ermənistanı əhatə edəcək yeni yol layihəsi siyasiləşdirilməməlidir”.

Bunu Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Rusiya mətbuatına verdiyi açıqlamda deyib.

“Vaşinqton Rusiya və Çindən yan keçməklə belə bir nəqliyyat marşrutu açmaq planlarını nəzərdən keçirir. Mən bu məsələni siyasiləşdirməzdim.

Məsələ bundadır ki, bu, hər hansı yeni dəhliz açılanda sınaqdan keçirilmiş və əlverişli olanlardan dərhal imtina edilib yeni marşruta qaçılacağı demək deyil. Bunun üçün uzun zaman, böyük vəsaitlər və bir çox ölkələrin razılığı lazımdır”, - o bildirib.

Səfir qeyd edib ki, nəqliyyat imkanlarının müxtəlifliyi biznesin inkişafı üçün yalnız daha çox şərait yaradır:

“Nəqliyyat dəhlizi nədir? Bu, yüklərin və insanların daşınması, ticarət üçün bir fürsətdir. Yollar nə qədər çox olsa, bizneslə məşğul olmaq, ticarət və turizmi inkişaf etdirmək bir o qədər əlverişli olur.

İstənilən yol ərazilərin inkişafı deməkdir”.

Qeyd edək ki, ABŞ Dövlət katibinin müavini Ceyms O’Brayen iyunun 27-də Azərbaycana səfəri zamanı Mərkəzi Asiyadan ixracatın dünya bazarına ya Rusiya, ya da Çin vasitəsilə həyata keçirldiyini xatırladaraq alternativ marşrutun vacibliyini bildirmişdi.

“Onların alternativ üçün Azərbaycanla işləməyə ehtiyacı var. Bir yol Gürcüstan və Qara dənizdən keçir, digər yol, yəni potensial olaraq daha böyük yol Azərbaycan, Ermənistan və Türkiyədən keçir”, - deyə Ceyms O’Brayen açıq şəkildə Rusiyanı və Çini “Orta dəhliz”dən kənarlaşdırmağın vacibliyini vurğulayıb.

Yəni ABŞ alternativ marşrutlar təklif etməklə Rusiyanın və Çinin istifadə etdikləri nəqliyyat-kommunikasiya dəhlizlərinə çıxışı məhdudlaşdırmaq istəyir. ABŞ-nin son zamanlar “Orta dəhliz”ə və Zəngəzura marağının artması da bununla bağlıdır. ABŞ hərbi kontingentinin və avadanlıqlarının Zəngəzurda yerləşdirilməsinin səbəblərindən biri məhz bu ərazidən keçəcək tranzit yollara nəzarəti gücləndirməkdir.

Bu da 2020-ci il 10 noyabr Bəyanatına əsasən Zəngəzur dəhlizinin təhlükəsizliyinə təmin etmək hüququnu özündə saxlayan Rusiyanı narahat edir. Qonşu İran isə hansı dövlətin nəzarət etməsindən asılı olamayaraq, yüklərin Zəngəzur vasitəsilə daşınmasına qarşı çıxır.

Sentyabrın 21-də Fransa Prezidenti Emmanuel Makronun Ermənistana gözlənilən səfəri də regionun geosiyasi “payçı”larından biri olmaq iddiasını nümayiş etdirmək məqsədi daşıyır. Yəni Zəngəzur dəhlizi üzərində maraqlar toqquşmasının baş verməsi “Orta dəhliz” vasitəsilə Cənubi Qafqaza və Mərkəzi Asiyaya birbaşa çıxış əldə etməyə çalışan Türkiyənin maraqlarına ziddir.

Ona görə də Azərbaycanın Zəngəzur dəhlizi məsələsini Ermənistanla imzalancaq çərçivə sazişinin mətnindən çıxartmaq qərarı bölgədə yaranmış qarşıdurmadan kənar qalmağa xidmət edir.

Prezident Vladimir Putinin Azərbaycana səfəri də Rusiyanın alternativ bazarlara çıxış əldə etmək istəyi ilə bağlıdır. Avropa bazarlarına çıxışı bloklanmış Rusiya daha çox cənub və cənub-şərq ölkələri ilə ticarətə üstünlük verir. Bu baxımdan, Azərbaycanın logistika imkanları Moskva üçün çox əlverişlidir.

Cənubi Qafqaz ölkələri arasında Gürcüstanla münasibətlər sabit deyil.

Gürcüstan hakimiyyətinin Rusiya ilə yaxınlığı barədə nə qədər fikirlər səslənsə də, Cənubi Osetiya və Abxaziya münaqişələrinin davam etməsi səbəbindən iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələri mövcud deyil.

Hətta rəsmi Tiflisin Moskva ilə əlaqələri bərpa etmək cəhdləri Qərbin və Gürcüstan cəmiyyətinin İvanişvili hakimiyyətinə siyasi təzyiqləri ilə müşahidə olunur. Ermənistan Rusiya ilə həmsərhəd olmadığına görə, birbaşa tranzit imkanlara malik deyil.

Azərbaycan hazırda Rusiyanın Cənubi Qafqaz üzərindən Asiya və Avropa bazarlarına çıxışını təmin edəcək yeganə ölkədir. Xüsusilə də, Azərbaycanın həm Rusiya ilə, həm də İranla quru sərhədinə malik olması nəqliyyat “habı”ndan istifadə üçün əlverişli şərait yaradır.

Yəni Şimal-Cənub dəhlizi vasitəsilə Rusiya Fars Körfəzinə, Hindistana və Yaxın Şərqə çıxış imkanları qazanmaq istəyir. Eyni zamanda, Rusiya “Orta dəhliz”dən istifadə edərək Türkiyə və Yaxın Şərq ölkələri ixrac-idxal əməliyyatları həyata keçirə bilər.

Buna nail olmaq üçün Rusiya Zəngəzur dəhlizindən istifadə etməlidir.

Ancaq Ermənistan hakimiyyəti Rusiya Federel Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının dəhlizə nəzarət etməsinə qarşı çıxır. Ona görə də Rusiya 10 noyabr Bəyanatının 9-cu bəndinin icrasından yayınan Ermənistanı Zəngəzurdan nəqliyyat kommunikasiyalarını açmaq üçün tərəfləri qane edən başqa bir variant təklif edə bilər.

Yəni Rusiyanın dəmir və avtomobil yollarının mühafizəsi məsələsində Ermənistana güzəştə getməklə yeni əməkdaşlıq formatı irəli sürəcəyi istisna edilmir. Ermənistan hakimiyyətinə Qərbin təzyiq imkanları geniş olduğundan Nikol Paşinyanın bununla razılaşacağını söyləmək olmaz.

Çünki ABŞ Zəngəzur dəhlizinin açılmasında maraqlı görünsə də, Ermənistanın tranzit imkanlarından Rusiyanın istifadəsinə qarşı çıxır.

Yəni ABŞ Rusiyanın Azərbaycan və Ermənistan üzərindən Türkiyə bazarlarına çıxışının qarşısını almağa çalışacaq.

Bu isə bölgədə ABŞ-ın hərbi fəallığının artmasına səbəb ola bilər. Öz növbəsində, Rusiya “Orta dəhliz”in imkanlarından istifadə etməkdə israrlı görünür. Ona görə də perspektivdə Zəngəzur bölgəsi uğrunda geosiyasi rəqabətin artacağı gözlənilir.

Müşfiq Abdulla
“Cebheinfo.az”

Oxunub: 10127
Paylaş:
Digər xəbərlər

Siyasət

1-07-2024, 16:00

Zəngəzur dəhlizi şaxələnəcək: Hər iki ölkədə... - GƏLİŞMƏ [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

1-11-2023, 13:24

Azərbaycanın bəyanatı təəccüblüdür, hər şey bu qədər sadə deyil - Qərb mediası şokunu gizlədə bilmədi [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

21-02-2024, 11:01

“Kamil Zeynallı dünən gecə saatlarında...” – Polad Bülbüloğlu danışdı [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

6-08-2024, 14:22

İrəvan üçtərəfli Bəyanatdan imtina edir? - Görünəni odur ki... [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

16-01-2024, 14:22

Prezident seçkisindən sonra Zəngəzur dəhlizi... - GƏLİŞMƏ [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Qumara görə cəzalar sərtləşdirilir
Yeni dövlət rüsumları üçüncü oxunuşdan keçdi
“Təbii ki, ətin qiyməti qalxacaq”
Azərbaycan və Serbiya hərbi mütəxəssisləri məsləhətləşmə apardı
Bakıda velosiped və skuter sürənlərin nəzərinə!
Sosial müavinət alanlara ŞAD XƏBƏR
Hadisə
Bugün, 11:30
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
Bugün, 11:26
“Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
Dün, 09:25
Bu kəndlə əlaqə kəsildi
8-07-2026, 14:11
Nazirliyin qoyunlarını oğurladı
8-07-2026, 13:45
Sabah 35 dərəcə isti olacaq - PROQNOZ
8-07-2026, 13:26
İrandan Azərbaycana 78 kq narkotik keçirmək istədilər
Son xəbərlər
  • Bugün, 11:58
    Qumara görə cəzalar sərtləşdirilir
  • Bugün, 11:48
    Yeni dövlət rüsumları üçüncü oxunuşdan keçdi
  • Bugün, 11:30
    Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
  • Bugün, 11:26
    “Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
  • Bugün, 11:22
    Seyran Ohanyan və digərlərinin Göyçə sahilindəki əmlakları söküldü
  • Bugün, 11:06
    “Təbii ki, ətin qiyməti qalxacaq”
  • Bugün, 10:50
    DÇ finalında ilk dəfə fasilə şousu olacaq - Ulduzlar səhnəyə çıxacaq
  • Bugün, 10:45
    Azərbaycan Ermənistana 434 min avro ödəyib
  • Bugün, 10:36
    Zakir Həsənov Selçuk Bayraktarla görüşdü - Foto
  • Bugün, 10:17
    Azərbaycan və Serbiya hərbi mütəxəssisləri məsləhətləşmə apardı
  • Bugün, 10:10
    Bakıda velosiped və skuter sürənlərin nəzərinə!
  • Bugün, 10:06
    Azərbaycan və Rusiya mühüm sənəd imzaladı
  • Bugün, 10:00
    Bizə qələbə lazımdır - Putin
  • Bugün, 09:54
    Rəqəmsal avro yaradılır - TƏSDİQLƏNDİ
  • Bugün, 09:14
    WSJ: İranın Yaxın Şərqdəki ABŞ bazalarına endirdiyi bəzi zərbələr hədəfə dəyib
  • Bugün, 09:00
    Zelenski: Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm
  • Dün, 16:00
    ABŞ İrana zərbələri aylarla davam etdirmək variantına hazırlaşır
  • Dün, 15:30
    Avtomobil sənayesində yeni dövr – Avtomobillər sürətlə smartfonlaşır
  • Dün, 14:22
    Putinin qərarı Ermənistanı Bakıya möhtac edir
  • Dün, 11:59
    Sosial müavinət alanlara ŞAD XƏBƏR
  • Dün, 11:55
    Azərbaycanda nadir avtomobillərin güzəştli idxalı üçün müraciətlər başlayır
  • Dün, 11:49
    İran son itkilərini AÇIQLADI
  • Dün, 11:02
    Tehran-Məşhəd dəmiryolu xətti də vurulub
  • Dün, 10:54
    İranın iki uran anbarında radiasiya çirklənməsi: Azı 2 mütəxəssis ölüb – ŞOK İDDİA
  • Dün, 10:40
    Ukrayna dronları Rusiyanın dərinliklərini vurdu: Tver və Stavropolda neft bazaları alovlandı
  • Dün, 10:35
    Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb
  • Dün, 10:23
    Ərdoğanın hədiyyə etdiyi bahalı tapançaları - Özləri ilə apara bilmədilər
  • Dün, 10:08
    ABŞ İranda haraları vurduğunu açıqladı
  • Dün, 09:47
    Hörmüz boğazı yalnız İranın şərtləri ilə açılacaq – Qalibaf
  • Dün, 09:36
    Ən çox onun baxışları müzakirə olundu - Fotolar
  • Dün, 09:32
    ABŞ İrana yeni zərbələr dalğasının başa çatdığını bildirib
  • Dün, 09:25
    Bu kəndlə əlaqə kəsildi
  • Dün, 09:00
    Bu rayonda beş küçəyə şəhidlərin adı verildi
  • 8-07-2026, 16:00
    Erməni evlərində Azərbaycan İŞIĞI – “Metsamor”u bağlamaq ZAMANI
  • 8-07-2026, 15:30
    Bakı-Moskva qatarının “bəxti” açıla bilər
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə