• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bakı-Moskva qatarının “bəxti” açıla bilər [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

İqtisadiyyat

Bugün, 15:30

Bakı-Moskva qatarının “bəxti” açıla bilər


İqtisadçı deyir ki, əsas hədəf logistik imkanların səmərəliliyinin artırılmasıdır, gələcəkdə isə...

Azərbaycan, Rusiya və İran arasında dəmir yolu sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı ötən həftə keçirilən görüşlər və imzalanan protokol yeni müzakirələrə səbəb olub. Rəsmi açıqlamalarda əsas diqqət “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına, yükdaşımalarının artırılmasına və rəqəmsal həllərin tətbiqinə yönəlsə də, bu əməkdaşlığın gələcəkdə Bakı-Moskva sərnişin qatarının yenidən fəaliyyətə başlamasına zəmin yarada biləcəyi barədə fikirlər də səslənir.

Uzun illər Azərbaycanla Rusiya arasında ən populyar nəqliyyat marşrutlarından biri hesab edilən Bakı-Moskva qatarı minlərlə insanın seçim etdiyi nəqliyyat vasitəsi olub. Xüsusilə Rusiyada yaşayan azərbaycanlılar, tələbələr, turistlər və iş adamları üçün bu marşrut həm iqtisadi, həm də rahat səyahət imkanı yaradırdı. Lakin COVİD-19 pandemiyası dövründə beynəlxalq sərnişin daşımalarının dayandırılması ilə bu xətt də fəaliyyətini dayandırdı və sonrakı illərdə yalnız yükdaşımalar əvvəlki tempdə davam etdirildi.

İndi isə ADY rəhbərliyinin Rusiyaya səfəri zamanı aparılan danışıqlar ictimai müzakirələrdə mövzunu yenidən gündəmə gətirib. Görüşlərdə Azərbaycan, Rusiya və İran dəmir yolu administrasiyaları “Şimal-Cənub” dəhlizinin imkanlarının genişləndirilməsi, yük axınının artırılması, Astara terminalının potensialının yüksəldilməsi və marşrut boyunca rəqəmsal idarəetmə sistemlərinin tətbiqini müzakirə ediblər. Bu məsələlər ilk baxışdan yalnız yükdaşımalarına aid görünsə də, nəqliyyat mütəxəssisləri hesab edirlər ki, yaradılan yeni infrastruktur və koordinasiya gələcəkdə sərnişin daşımalarının bərpası üçün də əlverişli zəmin formalaşdıra bilər.

Aydındır ki, beynəlxalq sərnişin qatarının yenidən fəaliyyətə başlaması üçün ilk növbədə iki ölkə arasında siyasi razılaşma olmalıdır. Bununla yanaşı, sərhəd və gömrük prosedurlarının sadələşdirilməsi, pasport nəzarətinin təşkili, təhlükəsizlik məsələlərinin razılaşdırılması və marşrutun iqtisadi səmərəliliyinin hesablanması da vacib şərtlər sırasındadır. Son illərdə beynəlxalq nəqliyyat marşrutlarında baş verən dəyişikliklər də bu ehtimalı gücləndirir. Avrasiya məkanında alternativ logistika dəhlizlərinə marağın artması Azərbaycanı regionun əsas tranzit mərkəzlərindən birinə çevirib. Ölkə həm “Şərq-Qərb”, həm də “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyi üçün dəmir yolu infrastrukturunun inkişafı dövlətin əsas prioritetlərindən biri hesab olunur.

Bakı-Moskva qatarının yenidən işə düşməsi təkcə iki ölkə arasında nəqliyyat əlaqələrinin bərpası demək olmayacaq. Bu marşrut turizm, ticarət və humanitar əlaqələrin genişlənməsinə də töhfə verə bilər. Xüsusilə hava nəqliyyatı ilə müqayisədə daha sərfəli qiymətə səyahət etmək istəyən sərnişinlər üçün dəmir yolu yenidən ciddi alternativə çevrilə bilər. Böyük həcmdə baqaj daşımaq imkanı da bu nəqliyyat növünün üstünlüklərindən biri sayılır.

Bütün bunları nəzərə aldıqda demək olar ki, Azərbaycan, Rusiya və İran arasında imzalanan son əməkdaşlıq sənədi sərnişin qatarlarının açılması barədə qərar olmasa da, bu istiqamətdə mühüm siqnal hesab oluna bilər.


İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a bildirib ki, imzalanan sənədi birbaşa Bakı-Moskva sərnişin qatarının bərpasına ciddi təkan verəcək qərar kimi qiymətləndirmir: “Çünki burada əsas diqqət logistika və yükdaşıma məsələlərinə yönəlib. Doğrudur, bu qərar gələcəkdə sərnişin qatarının bərpası ilə bağlı proseslərə başlamaq üçün texniki və institusional zəmin yaradır, yəni bunu müsbət bir siqnal kimi qəbul etmək olar. Eyni zamanda Azərbaycan Dəmir Yolları" QSC-nin açıqlamasında da bu məqama toxunulur. Sənəddə "Şimal-Cənub" nəqliyyat dəhlizi, Astara terminalı və yük axınları kimi istiqamətlərin xüsusi vurğulanması onu göstərir ki, əsas məqsəd Azərbaycanın bir tranzit ölkə olaraq logistik imkanlarından yararlanmaq və bu kontekstdə ölkənin iqtisadi əhəmiyyətini artırmaqdır. Hazırkı mərhələdə söhbət logistik imkanların səmərəliliyinin artırılmasından gedir. Təbii ki, bu səmərəlilik yüksəldikcə və üç ölkənin daxili strukturları (müvafiq administrasiyaları) arasında koordinasiya gücləndikcə sərhəd-keçid məntəqələrinin fəaliyyətində, həmçinin qrafik və texniki idarəetmə məsələlərində bir çox uğurlu irəliləyişlər əldə olunacaq".

İqtisadçı hesab edir ki, bu müsbət tendensiya gələcəkdə yükdaşımalarla paralel olaraq, sərnişin daşımalarının da bərpası və bu sahədə dinamik inkişafın təmin edilməsi üçün real zəmin yaradır: “Bakı-Moskva qatarının iqtisadi səmərəliliyini təmin edən ən vacib amil sərnişin tələbatıdır. Bu tələbatın sadəcə müvəqqəti və ya dəyişkən deyil, məhz daimi və sabit olması layihənin iqtisadi baxımdan özünü doğrultması üçün əsas şərtdir. Əgər bu marşrut açılarsa, ilk aylarda kəskin bir tələbatın yaranacağı şəksizdir. Çünki quru sərhədlərinin bağlı qalması sərnişin axınında bir növ "yığılmış təzyiq" effekti yaradıb. Qatar xətti fəaliyyətə başlayacağı təqdirdə, Rusiyada yaşayan soydaşlarımız, tələbələr, müxtəlif ailələr və daha büdcəli səyahətə üstünlük verənlər bu marşrutdan aktiv şəkildə istifadə edəcəklər. Lakin burada əsas sual doğuran məqam budur, bu yüksək tələbat və aktivlik nə qədər uzunmüddətli olacaq? Əgər tələb sabitləşərsə, bu layihə iqtisadi baxımdan səmərəli olacaq. Layihənin Azərbaycana təsirinə gəldikdə isə, bunun ölkəmiz üçün faydalı olacağı birmənalıdır. Xüsusilə Azərbaycan və Rusiya arasındakı münasibətləri vətəndaş faktoru, iqtisadiyyat, yükdaşımalar, turizm və digər istiqamətlər kontekstindən nəzərdən keçirdikdə, bu əməkdaşlığın effektivliyi aydın görünür. Digər tərəfdən, dəmir yolu sektorunun fəaliyyətində - istər xidmət keyfiyyəti və baza infrastrukturunun təkmilləşdirilməsi, istərsə də bu sahədə çalışan vətəndaşların rifahı baxımından ciddi canlanma gözlənilir. Həmçinin iki ölkə arasındakı ticarət dövriyyəsinin və xidmət sahələrinin inkişafı da bu müsbət dinamikanı dəstəkləyir”.

İqtisadçı vurğulayıb ki, layihənin ümumi iqtisadi təsiri olduqca müsbətdir. Bununla belə, Bakı-Moskva qatarının açılmasının hər iki ölkənin iqtisadiyyatına ciddi və böyük bir müsbət təsir göstərəcəyini gözləmək tam doğru deyil: “Lakin iqtisadi tərəflərindən fərqli olaraq, bu addımın həm Azərbaycan, həm də Rusiya vətəndaşları üçün sosial baxımdan müsbət tərəfləri daha çox olacaq. Xüsusilə Azərbaycan kontekstindən yanaşsaq, sərnişin qatarının fəaliyyətə başlaması və gediş-gəlişin təmin edilməsi vətəndaşlarımız üçün çoxdan gözlənilən və arzuolunan bir addımdır. Əgər hər hansı bir proses birbaşa vətəndaşın rifahına və istəyinə xidmət edirsə, deməli, onun sosial səmərəsi və faydası olduqca yüksəkdir”.

Oxunub: 101
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

6-01-2026, 09:05

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

3-05-2024, 16:59

Şərəfli və keşməkeşli ömür yolu [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

27-08-2025, 10:16

Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar(CANLI) [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

İqtisadiyyat

24-06-2025, 11:02

Azərbaycan üzərindən Avropaya - Yol qısalır, xərc azalır [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

İqtisadiyyat

7-11-2024, 10:40

Bu ölkədən Azərbaycana gələn turistlərin sayı rekord səviyyədə artıb [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Erməni evlərində Azərbaycan İŞIĞI – “Metsamor”u bağlamaq ZAMANI
Valideynlərin DİQQƏTİNƏ! Qəfil uşaq ölümlərinin səbəbləri...
Məktəbli formasına dair vahid yanaşma təmin ediləcək
Səhiyyə nazirinə yeni müavin təyin olundu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
Kimlər daha tez pensiyaya çıxa bilər?
Hadisə
Bugün, 14:11
Nazirliyin qoyunlarını oğurladı
Bugün, 13:45
Sabah 35 dərəcə isti olacaq - PROQNOZ
Bugün, 13:26
İrandan Azərbaycana 78 kq narkotik keçirmək istədilər
Bugün, 10:17
Dərnəgül yolunda dəhşətli qəza - Sürücü öldü - Video
Dün, 13:17
Nəsimi rayonunda 70 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
6-07-2026, 12:39
Həbs edilən "Arzum" ləqəbli tiktoker cəza ilə razı deyil - Apellyasiya şikayəti verdi
Son xəbərlər
  • Bugün, 16:00
    Erməni evlərində Azərbaycan İŞIĞI – “Metsamor”u bağlamaq ZAMANI
  • Bugün, 15:30
    Bakı-Moskva qatarının “bəxti” açıla bilər
  • Bugün, 14:22
    İrandan Ermənistana verilən o VƏD... – Bakının gözləntisi
  • Bugün, 14:11
    Nazirliyin qoyunlarını oğurladı
  • Bugün, 14:05
    Ceyhun Bayramov: "Bu, cinayətdir"
  • Bugün, 13:45
    Sabah 35 dərəcə isti olacaq - PROQNOZ
  • Bugün, 13:32
    Azərbaycan və İordaniya viza rejimini ləğv edir
  • Bugün, 13:26
    İrandan Azərbaycana 78 kq narkotik keçirmək istədilər
  • Bugün, 11:57
    Tehrandan Vaşinqtona: O dövr bitdi, artıq…
  • Bugün, 11:53
    NATO zirvəsində qeyri-adi hadisə: Bu ölkəni iki lider təmsil edir
  • Bugün, 11:45
    Azərbaycan Prezidenti İordaniya Kralını ölkəyə səfərə dəvət etdi
  • Bugün, 11:08
    Prezident qəbul keçirdi - FOTOLAR
  • Bugün, 11:02
    ADY sərnişin daşınmasını 18 % artırıb
  • Bugün, 10:21
    Tramp bu barədə əmri Ankarada olarkən verib
  • Bugün, 10:17
    Dərnəgül yolunda dəhşətli qəza - Sürücü öldü - Video
  • Bugün, 09:41
    Azərbaycanda yeni avtomobil zavodu tikiləcək
  • Bugün, 09:36
    Xocavənd və Şuşaya növbəti köç karvanı yola salındı
  • Bugün, 09:31
    Yaxın Şərqdə silahlar yenidən işə düşdü: ABŞ və İranın gecə zərbələri
  • Bugün, 09:24
    DÇ-2026: 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşdi
  • Bugün, 09:00
    Türkiyənin F-35-ləri rəsmən Netanyahunu qorxuya saldı: daha bir...
  • Dün, 16:00
    Valideynlərin DİQQƏTİNƏ! Qəfil uşaq ölümlərinin səbəbləri...
  • Dün, 15:30
    Dizel yoxdur, Rusiyada kənd təsərrüfatı çökür: məhsul yığımı dayandı
  • Dün, 14:22
    "Yeganə yol üsyandır!"
  • Dün, 13:40
    Tramp Türkiyəyə kömək edəcək
  • Dün, 13:30
    Tbilisi qatarlarında sərnişin tutumu artırılır - Biletlər satışdadır
  • Dün, 13:22
    Xocavənd şəhərinə növbəti köç karvanı yola salındı
  • Dün, 13:17
    Nəsimi rayonunda 70 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
  • Dün, 13:02
    Ankarada 36-cı NATO Sammiti başladı
  • Dün, 12:52
    Dəməşqdə Makronun qaldığı hotelin yaxınlığında partlayış olub
  • Dün, 12:15
    Məktəbli formasına dair vahid yanaşma təmin ediləcək
  • Dün, 12:02
    "Trampın sülh gündəliyinin irəli aparılmasında xüsusi rolu var" - Prezident
  • Dün, 11:40
    Pakistan–Əfqanıstan sərhədində alov yenidən qızışır - SON DƏQİQƏ
  • Dün, 11:29
    İlham Əliyev Stiv Deynsi qəbul etdi
  • Dün, 11:19
    Səhiyyə nazirinə yeni müavin təyin olundu
  • Dün, 10:44
    Hörmüzdə yeni gərginlik neft qiymətlərinə təsir etdi
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə