• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Prezident İlham Əliyev və Mehriban Əliyeva “İmarət”də görülən işlərlə tanış olublar

Siyasət

24-12-2023, 17:38

Prezident İlham Əliyev və Mehriban Əliyeva “İmarət”də görülən işlərlə tanış olublar


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində “İmarət” Kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olublar.

"Dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verildi.

Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidələrindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli ev xüsusiyyəti daşıyıb. İşğal altında olmuş ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi, Pənahəli xanın imarəti də işğalçılar tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb.
Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarı olub. Qarabağ xanlarının nəslindən olan digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq da erməni vandalizminə məruz qalıb. İbrahimxəlil xanın türbəsi və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsi ermənilər tərəfindən dağıdılıb.

Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq Pənahəli xanın sarayının yerləşdiyi “İmarət” Kompleksinin bərpa edilməsi üçün işlərə başlanılıb. Kompleksin bərpası ilə bağlı xarici mütəxəssislər tərəfindən hazırlanmış konsepsiya 2022-ci il oktyabrın 4-də dövlətimizin başçısına təqdim olunub və işlərə başlanılıb. Konsepsiyaya əsasən, kompleks Pənahəli xanın sarayı, türbələr və Qarabağ atları parkından ibarət olacaq, xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.

Xarici mütəxəssislərin Ağdama səfərləri çərçivəsində sahənin inspeksiyası və çəkilişləri aparılıb, arxiv materialları araşdırılıb, beynəlxalq təcrübəyə əsaslanaraq bərpa və dizayn layihələri hazırlanıb. Kompleks ümumilikdə 3,3 hektar ərazini əhatə edəcək.

“İmarət” Kompleksindəki tarixi qəbiristanlıqda mövcud beş türbə qalığı tədqiqat sahəsinə daxil edilib. Türbələrin içi və ətrafı erməni işğalçılarının bu abidələrin daxilində qurduğu donuzçuluq təsərrüfatının tullantılarından və digər qalıqlardan təmizlənib.

Tədqiqat nəticəsində burada çox sayda müsəlman qəbirləri, daş abidələrin fraqmentləri - başdaşıları, sinədaşıları, antik dövr sütun bazası, antropomorf büt aşkarlanıb. Ərazidə xüsusilə kəllə və alt çənə sümükləri, çox sayda insan skeletinin fraqmentləri tapılıb. Onların arasında xan nəslinə aid olan qədim sərdabə tipli qəbirlər də yer alıb. Burada sovet dövründə dəfn edilənlərin qəbirlərinin böyük bir hissəsi vandalizmə məruz qalıb. Ərazidə aşkarlanan sümüklərdən DNT nümunələri götürülüb, qəbirlərin identifikasiyası üzərində araşdırmalar davam etdirilir.

Erməni işğalçılar tərəfindən məzarların sinədaşı və başdaşıları sındırılıb, bir çoxu müxtəlif məqsədlə istifadə üçün qəbiristanlıq ərazisindən çıxarılıb.

Kompleksin ərazisində arxeoloji tədqiqatların aparılması məqsədilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu bu ilin aprelində Ağdam şəhərinə mütəxəssislərdən ibarət elmi ekspedisiya göndərib. Tədqiqatlar zamanı tapıntıların foto və videoçəkilişləri həm fotoaparat, həm də kvadrokopterlə aparılıb. Tədqiqatlar nəticəsində müəyyən edilib ki, “İmarət” Kompleksinə aid olan tarixi qəbiristanlığın ərazisi 6 min kvadratmetrdir. Cari ilin sonunadək Kompleksin ərazisindəki tarixi qəbiristanlıqda arxeoloji tədqiqat işlərinin birinci mərhələsi yekunlaşacaq. Burada tədqiqat işlərinin ikinci mərhələsinə başlanılacaq.

Kompleksin tam bərpası üçün vəsaitin Qarabağ Dirçəliş Fondu tərəfindən ayrılması nəzərdə tutulur.

Prezident İlham Əliyev və Mehriban Əliyeva “İmarət”də görülən işlərlə tanış olublarPrezident İlham Əliyev və Mehriban Əliyeva “İmarət”də görülən işlərlə tanış olublarPrezident İlham Əliyev və Mehriban Əliyeva “İmarət”də görülən işlərlə tanış olublarPrezident İlham Əliyev və Mehriban Əliyeva “İmarət”də görülən işlərlə tanış olublarPrezident İlham Əliyev və Mehriban Əliyeva “İmarət”də görülən işlərlə tanış olublarPrezident İlham Əliyev və Mehriban Əliyeva “İmarət”də görülən işlərlə tanış olublarPrezident İlham Əliyev və Mehriban Əliyeva “İmarət”də görülən işlərlə tanış olublarPrezident İlham Əliyev və Mehriban Əliyeva “İmarət”də görülən işlərlə tanış olublarPrezident İlham Əliyev və Mehriban Əliyeva “İmarət”də görülən işlərlə tanış olublarPrezident İlham Əliyev və Mehriban Əliyeva “İmarət”də görülən işlərlə tanış olublar

Oxunub: 10232
Paylaş:
Digər xəbərlər

Siyasət

7-11-2023, 15:38

Azərbaycan Prezidenti və birinci xanım Şuşaya səfər ediblər

Siyasət

26-08-2023, 11:21

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçının Zabux kəndində görülmüş işlərlə tanış olublar və sakinlərlə görüşüblər YENİLƏNƏCƏK

Siyasət

25-08-2023, 15:30

Prezident və birinci xanım Kəlbəcərə səfər ediblər

Siyasət

27-09-2023, 10:46

Prezident və birinci xanım Bakıda inşası davam etdirilən Zəfər parkında olublar

Siyasət

20-11-2023, 09:58

Ağdam Şəhəri Günüdür, rayonun azadlığa qovuşmasından 3 il ötür

Araşdırma
İnternat məktəbində şagirdlər xəsarət alır, içməli su yoxdur iddiasına - İdarədən CAVAB
Uşağa qulluğa görə müavinət almaq qaydasında dəyişiklik
Maaşların ödənilməsi qaydası dəyişir
Ev satışı ilə bağlı YENİLİK
Azərbaycanda saatlıq maaş sistemi tətbiq ediləcək
Ərzaq toplanır, işıq və internetin kəsiləcəyi deyilir – Dünya niyə panikadadır?
Hadisə
Bugün, 13:15
DTX-dən əməliyyat: Saxlanılanlar var
Bugün, 10:57
Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
Bugün, 09:52
Şəhid anası faciəvi şəkildə öldü - Foto
Dün, 13:38
Sabah leysan olacaq, qar yağacaq
Dün, 12:11
“Toyota Prado” ana və arabadakı körpəsinin üstündən keçdi - Anbaan video
Dün, 12:05
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Son xəbərlər
  • Bugün, 16:00
    Atasına və Özgür Özələ qarşı ifadə verdi, həbsdən çıxdı – Türkiyədə "350 min dollar" əməliyyatı!
  • Bugün, 15:30
    Türkiyə və Ermənistan münasibətlərində ŞOK GƏLİŞMƏ: Rəsmən START VERİLDİ
  • Bugün, 14:22
    İnternat məktəbində şagirdlər xəsarət alır, içməli su yoxdur iddiasına - İdarədən CAVAB
  • Bugün, 13:35
    Uşağa qulluğa görə müavinət almaq qaydasında dəyişiklik
  • Bugün, 13:31
    Maaşların ödənilməsi qaydası dəyişir
  • Bugün, 13:27
    Ev satışı ilə bağlı YENİLİK
  • Bugün, 13:15
    DTX-dən əməliyyat: Saxlanılanlar var
  • Bugün, 13:11
    Azərbaycanda saatlıq maaş sistemi tətbiq ediləcək
  • Bugün, 13:07
    Ərdoğan Azərbaycana gəlir
  • Bugün, 12:11
    Ərzaq toplanır, işıq və internetin kəsiləcəyi deyilir – Dünya niyə panikadadır?
  • Bugün, 11:19
    İşsizlikdən sığorta fondunun xərcləri 319 milyon manatdan çox olacaq
  • Bugün, 11:16
    Azərbaycanda gələn il yaşayış minimumu artırılacaq
  • Bugün, 11:10
    İstilik mövsümü başlayır: 77 min manat ayrıldı
  • Bugün, 11:07
    Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"
  • Bugün, 10:57
    Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
  • Bugün, 10:49
    Dövlət başçısı: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
  • Bugün, 10:45
    Bakıda dünya çempionatının açılış mərasimi olub - FOTO/VİDEO
  • Bugün, 10:41
    İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanladı
  • Bugün, 10:01
    Şad xəbər: Pensiyalar, müavinətlər, təqaüdlər artırılır
  • Bugün, 09:55
    Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi
  • Bugün, 09:52
    Şəhid anası faciəvi şəkildə öldü - Foto
  • Bugün, 09:40
    Neftimizin qiyməti 106 dollara düşdü
  • Bugün, 09:00
    Paşinyan Zəngəzur dəhlizinə tələsir: İrəvan ABŞ-ni gözləmək istəmir!
  • Dün, 16:00
    Rusiya Türk Dövlətləri Təşkilatına buraxılmır – Ankaradan önəmli şərt!
  • Dün, 15:30
    Türkiyədə bu məhsul qadağan edildi - Azərbaycanda da istifadə olunur
  • Dün, 13:42
    Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
  • Dün, 13:38
    Sabah leysan olacaq, qar yağacaq
  • Dün, 13:04
    Prezident və birinci xanım “AIREX 2026” sərgisi ilə tanış oldular
  • Dün, 12:16
    Ehtiyatlarımız ölkəni 40 ay saxlayacaq səviyyəyə çatdı - SON RƏQƏMLƏR
  • Dün, 12:11
    “Toyota Prado” ana və arabadakı körpəsinin üstündən keçdi - Anbaan video
  • Dün, 12:05
    Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
  • Dün, 12:02
    3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
  • Dün, 11:59
    Gələn ilin sosial xərcləri üçün vəsait artırılır
  • Dün, 11:53
    Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
  • Dün, 11:45
    Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə