• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Başkənd və Kərkinin taleyi masada - İrəvanda siyasi həyəcan

Siyasət

19-10-2026, 14:22

Başkənd və Kərkinin taleyi masada - İrəvanda siyasi həyəcan


Prezident Əliyev Türkmənistanda Paşinyana nə deyib?

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ötən həftə verdiyi açıqlamada Azərbaycanla ərazi mübadiləsi ehtimalını istisna etməyib.

Musavat.com “Hraparak”a istinadən verdiyi məlumatına görə, ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassis ilə birgə mətbuat konfransında Mirzoyana, xüsusilə, Azərbaycanla Ermənistanın nəzarətindəki kəndlərin dəyişdirilməsi ehtimalı barədə sual ünvanlanıb.

Ermənistan XİN rəhbəri cavabında müxtəlif imkanların mövcud olduğunu, bu variantların müzakirə edildiyini və müzakirələrin davam etdiriləcəyini bildirib. Onun sözlərinə görə, tərəflər məsələyə konstruktiv yanaşırlar.



Mirzoyan müzakirələrin yekun nəticəsini proqnozlaşdırmaq istəməsə də, ərazi mübadiləsinin mümkün həll yollarından biri olduğunu vurğulayıb. Nazir belə bir qərarın ümumxalq müzakirəsinə çıxarılmasının nəzərdə tutulduğunu da qeyd edib. Nəşr yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan anklav və eksklavların taleyi ilə bağlı indiyədək bir neçə fərqli yanaşma səsləndirib. Nəşrin məlumatına görə, əvvəlki variantlardan biri Başkəndin (Artsvaşen) Azərbaycana, Kərki və digər üç anklav ərazisinin isə Ermənistana verilməsini nəzərdə tutub. Lakin Paşinyan ötən həftə fərqli yanaşma ilə çıxış edib. Söhbət “kəndlərin yerdəyişməsi” adlandırılan variantdan gedir. Ermənistan baş naziri anklav və eksklavların mövcud olmamalı olduğunu bildirib. Bu yanaşma anklavların özləri ilə yanaşı, onların ətrafındakı müəyyən ərazilərin də müvafiq tərəfə verilməsini nəzərdə tutur. Məqsəd sərhədin bir neçə dəfə keçilməsinə ehtiyac yaratmadan həmin yaşayış məntəqələrinə çıxışı təmin etməkdir.

Paşinyan məsələnin hələ müzakirə mərhələsində olduğunu və yekun qərarın verilmədiyini açıqlayıb. “Hraparak” hakimiyyət dairələrindəki mənbələrinə istinadən iddia edir ki, tərəflər məhz sonuncu varianta üstünlük veriblər. Nəşrin yazdığına görə, bu, Türkmənistanda son görüşlərində Azərbaycan Prezidenti İlham Əliyevin Paşinyan qarşısında irəli sürdüyü tələbdir. Məqalədə həmçinin iddia olunur ki, Paşinyanın Ermənistana qayıtdıqdan sonra Konstitusiya dəyişiklikləri prosesini sürətləndirməsi və anklavlar məsələsini yenidən gündəmə gətirməsi bu müzakirələrlə əlaqəlidir. İddiaya görə, sülh sazişinin imzalanması üçün həllini gözləyən məsələlərdən biri də anklavların taleyidir.

O da iddia olunur ki, Ermənistan hakimiyyəti “anklavlarla bağlı qərarların qəbul edilməsi zamanı parlament müxalifətinin və cəmiyyətin müqaviməti ilə üzləşə bilər”. Qeyd olunur ki, hakim “Vətəndaş müqaviləsi” partiyasının parlamentdə konstitusion çoxluğu yoxdur. Buna görə də müvafiq layihənin referendum mərhələsinə çıxarılması üçün müxalifət deputatlarının dəstəyinə ehtiyac yarana bilər.



Nəşrin mənbələri hesab edir ki, hakimiyyət ictimaiyyətin və müxalifətin dəstəyini qazanmaq üçün müxtəlif siyasi vasitələrdən istifadə edə, mümkün müharibə təhlükəsini ön plana çıxara bilər. Bu ssenariyə əsasən, referendum baş tutmasa, mümkün hərbi qarşıdurmaya görə məsuliyyət müxalifətin üzərinə qoyulmağa çalışıla bilər.
Anklav və eksklavların taleyi Azərbaycan-Ermənistan münasibətlərində yalnız ərazi mübadiləsi məsələsi deyil, həm də dövlət sərhədinin delimitasiyası, suverenliyin bərpası və nəqliyyat-kommunikasiya əlaqələrinin təhlükəsizliyi ilə bağlı mühüm mövzudur.

Azərbaycanın mövqeyindən əsas prinsip ərazi məsələlərinin beynəlxalq hüquq, qarşılıqlı razılaşma və dövlətlərin suverenliyi əsasında həll edilməsidir. Əgər anklavların qaytarılması sülh prosesinin bir hissəsi kimi razılaşdırılarsa, bu, sərhəd mübahisələrinin aradan qaldırılmasına və gələcəkdə qarşılıqlı iddiaların azaldılmasına töhfə verə bilər.

Eyni zamanda, mümkün razılaşmanın şərtləri, ərazilərin dəqiq sərhədləri, yaşayış məntəqələrinə çıxış yolları və təhlükəsizlik təminatları aydın olmalıdır. Ermənistan daxilində bu məsələnin siyasi mübarizə predmetinə çevrilməsi isə tərəflərin əldə edə biləcəyi razılaşmanın ictimai qəbuluna təsir göstərə bilər.

Oxunub: 1010
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

6-01-2026, 09:05

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB

Gündəm

3-05-2024, 16:59

Şərəfli və keşməkeşli ömür yolu

Dünya

25-08-2026, 10:00

Paşinyan yenə Başkənd dedi - Çıxış yolları AÇIQLANDI

Gündəm

13-05-2024, 09:18

Heydər Əliyev: Xalqa həsr edilmiş ömür

Dünya

16-11-2024, 14:22

ATƏT böhran içində, MQ isə “yaşayır” - Ermənistanın sonuncu “saman çöpü”

Araşdırma
Səbinə Əliyeva vəzifədən gedir, yoxsa...?
Azərbaycanda aliment artırılacaq
Sərnişinlərə şad xəbər: Bütün köhnə avtobuslar yenilənəcək
Bakı məktəbində dəhşət: Şagird dərs zamanı necə ölüb? - DETALLAR
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
Sabiq deputat Bakıda 4 milyon 810 min manatlıq özəl əmlakı özbaşına sökdü – ŞİRKƏTİNƏ CİNAYƏT İŞİ AÇILDI
Hadisə
Bugün, 10:40
Anasının zorakılığına məruz qalan 14 yaşlı qız sığınacağa yerləşdirilib
Dün, 10:05
Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının - Siyahısı
Dün, 09:56
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Dün, 09:26
Almaniyanın elit hərbçiləri Rusiya ilə müharibəyə hazırlaşır
Dün, 09:00
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
27-10-2026, 22:02
Ramiz Mehdiyevə hökm oxundu - Əmlakları ilə bağlı qərar verildi
Son xəbərlər
  • Bugün, 14:22
    Səbinə Əliyeva vəzifədən gedir, yoxsa...?
  • Bugün, 14:00
    Varlılardan ƏLAVƏ VERGİ yığılacaq - Baş nazirdən TƏCİLİ TAPŞIRIQ
  • Bugün, 12:15
    Əli Əsədov Gürcüstana gedir
  • Bugün, 12:10
    Azərbaycan XİN Türkiyəni təbrik etdi
  • Bugün, 11:53
    Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
  • Bugün, 11:02
    Dələduzluğa qarşı yeni mərkəz yaradılır: Nazir elan etdi
  • Bugün, 10:58
    Manatla bağlı mühüm qərar verildi
  • Bugün, 10:55
    Sabah Azərbaycanın yeni ombudsmanı seçiləcək
  • Bugün, 10:48
    Mərkəzi Bankın valyuta ehtiyatları artdı
  • Bugün, 10:44
    Azərbaycanda qiymət artımı bu qədər olacaq
  • Bugün, 10:40
    Anasının zorakılığına məruz qalan 14 yaşlı qız sığınacağa yerləşdirilib
  • Bugün, 10:13
    Trampdan Netanyahunun seçkidəki taleyinə dair - Açıqlama
  • Bugün, 10:00
    Etirazlara görə Avropa Liqası matçının vaxtı dəyişdi
  • Bugün, 09:34
    Ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
  • Bugün, 09:31
    Avropa İttifaqı geri addım atdı
  • Bugün, 09:27
    Mehriban Əliyeva Türkiyə xalqını təbrik etdi
  • Bugün, 09:13
    İsraildə "ölüm-qalım savaşı" başladı – Netanyahu hakimiyyəti itirir, ərəblər hərəkətə keçdi!
  • Bugün, 09:00
    Azərbaycanda aliment artırılacaq
  • Dün, 16:00
    Moskvanın ikili oyunu ifşa olunur: Rusiya peykləri…
  • Dün, 15:30
    Putin Əliyevlə fəal danışıqları elan etdi – Bakı ilə ortaq plan
  • Dün, 14:22
    TÜRK DÜNYASININ BÖYÜK AİLƏ MƏCLİSİ ANKARADA TOPLANIR – İlham Əliyevin iştirakı bədxah dairələrə cavab olacaq!
  • Dün, 14:00
    Bu rayonların icra hakimiyyətlərində həbslər anonsu
  • Dün, 13:41
    Paşinyan qələbə eyforiyasında - sülhə risk?
  • Dün, 12:15
    Sərnişinlərə şad xəbər: Bütün köhnə avtobuslar yenilənəcək
  • Dün, 11:58
    Bakı məktəbində dəhşət: Şagird dərs zamanı necə ölüb? - DETALLAR
  • Dün, 11:53
    İlham Əliyev Çexiya Prezidentini təbrik etdi
  • Dün, 11:49
    Prezident: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir
  • Dün, 10:49
    Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
  • Dün, 10:43
    Bu gün 5 matç var
  • Dün, 10:38
    Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
  • Dün, 10:34
    Rusiyanın ən böyük kimya zavodlarından biri vuruldu
  • Dün, 10:08
    ABŞ-dən Körfəz ölkələrinə müharibə - Xəbərdarlığı
  • Dün, 10:05
    Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının - Siyahısı
  • Dün, 10:01
    İsraildə seçkilərin ilkin nəticələri - Netanyahunun bloku liderdir
  • Dün, 09:56
    Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə