• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Rusiyadan Azərbaycana qarşı qərar [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

14-11-2025, 09:29



Şimal qonşu ölkəmizdən yan keçməklə Şimal-Cənub dəhlizi vasitəsilə İrana yük daşımalarına başlayıb və bunu NATO ilə bəhanə gətirir; Bakı-Moskva arasında indi də logistika böhranı?
Rusiya Azərbaycandan yan keçməklə Şimal-Cənub dəhlizi vasitəsilə İrana yük daşımalarına başlayıb. Rusiya Dəmir Yolları bildirib ki, 62 ədəd 40 futluq konteyner daşıyan qatar Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin şərq marşrutundan istifadə edərək təxminən 13 gün ərzində təyinat yerinə çatıb. “Yeni Müsavat” xəbər verir ki, qatar İrana getmək üçün Rusiya, Qazaxıstan və Türkmənistandan keçib. Aprin şəhəri istiqamətində qatarların həftədə iki-üç dəfə hərəkət etməsi gözlənilir. Mütəxəssislər növbəti üç ildə marşrut boyunca illik yük daşımalarının 15-20% artacağını və ixracatçıların nəqliyyat xərclərinin 10-15% azalacağını proqnozlaşdırırlar.

Qeyd edilir ki, daşınan malların çeşidinin genişləndirilməsi tez xarab olan və yüksək texnologiyalı yüklərin daxil edilməsinə imkan verəcək. Aprin limanına daşınan yüklər daha sonra ya Çinə, ya da cənuba, İranın Bəndər Abbas limanına, oradan isə Hindistana göndərilir. Beləliklə, quru-dəniz marşrutunun tam logistika dövrü Azərbaycandan yan keçməklə Şimal-Cənub dəhlizinin şərq qolu vasitəsilə Rusiya-Hindistan dəhlizi üzərindən həyata keçirilir.

Əvvəllər Azərbaycandan keçən qərb marşrutu daha perspektivli hesab olunurdu və Rusiya buraya investisiya qoyurdu. Rusiya bunu Bakının NATO da daxil olmaqla, Qərb strukturlarına yönəlməsi ilə izah edir. Bildirilir ki, Rusiya məhz buna görə Azərbaycandan imtina edərək Şimal-Cənub dəhlizinin şərq qolu vasitəsilə yük daşımalarına başlayıb. Sirr deyil ki, zəngin enerji resurslarından tutmuş müasir, döyüş qabiliyyətli orduya, eləcə də çoxvektorlu xarici siyasətə qadir Azərbaycan NATO-nun “cənub cinahında” mərkəzi aktora çevrilib. Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” kimi proqramları çərçivəsində dialoqu davam etdirir.

Ötən həftə Prezident İlham Əliyev noyabrın 6-da NATO nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATO-dakı daimi nümayəndələri, həmçinin ABŞ və Fransanın NATO-dakı daimi nümayəndələrinin müavinləri daxildir.

NATO nümayəndə heyətinin Prezident İlham Əliyev tərəfindən qəbul olunmasının əhəmiyyətini vurğulayan Türkiyənin alyansdakı daimi nümayəndəsi Basat Öztürk dövlətimizin başçısının NATO mənzil-qərargahına səfərlərini məmnunluqla xatırladıb. Prezident İlham Əliyev Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırıldığını və bu çərçivədə Türkiyə ordusu ilə sıx əməkdaşlığı vurğulayıb. Bu xüsusda ölkəmizlə alyans arasında əlaqələrin genişləndirilməsinin roluna toxunub. Prezident İlham Əliyev Azərbaycanın ötən əsrin əvvəllərində müstəqilliyini qazandıqdan bəri əsas məqsədimizə çatdığımızı - torpaqlarımızın işğaldan azad olunduğunu vurğulayaraq qeyd edib ki, ordumuzun müasirləşdirilməsi prosesi bundan sonra da davam edəcək.

Rusiyanın şübhələrinə baxmayaraq, Bakının NATO-ya qoşulmaq kimi məqsədi yoxdur. Azərbaycan üçün önəmli olan öz təhlükəsizliyini təmin edən ordusunun olması və müttəfiqləridir.

Bəs Rusiyanın bu qərarının Azərbaycana hansı təsirləri ola bilər? İki ölkə arasında indi də iqtisadi münasibətlərdə gərginlik başlayırmı? Moskva Bakıya təzyiq göstərməklə nəyə nail olmaq istəyir?

Sualları cavablandıran professor Qabil Hüseynlinin sözlərinə görə, Rusiyanın bu davranışı anlaşılmazdır: “Çünki Azərbaycan yüklərin daşınması üçün ən uyğun istiqamətdir. Üstəlik, 2028-ci ildən Azərbaycan üzərindən 5 milyon ton yük daşınması nəzərdə tutulub. Bu hədəf olduğu halda Rusiyanın yenə yersiz bəhanələr gətirməsi qəbuledilməzdir. Azərbaycan Rusiya ilə münasibətlərin gərgin dövründə belə ticarət dövriyyəsində, yükdaşımalarda fasilə verməyib. Üstəgəl, sanksiyalar altında olan Rusiyanın Şimal-Cənub dəhlizinə böyük ehtiyacı var. Ancaq onun Azərbaycan hissəsindən imtina növbəti dəfə əlaqələrə mənfi təsir edəcək. Yəni bu dəfə artıq siyasi böhran deyil, iqtisadi və logistika əlaqələrində problem yaranır. Təbii ki, bu qərar Azərbaycana da gəlirlər cəhətdən mənfi təsirini göstərir. Lakin Rusiya Azərbaycanı itirmək istəyirsə, onun seçimidir. Fakt budur ki, bizim Şimali Atlantika Alyansına üzvlük niyyətimiz yoxdur və belə "izah"lar uğursuzdur".

Q.Hüseynli NATO ilə əməkdaşlığın inkişafını isə Azərbaycanın suveren haqqı olduğunu düşünür və bunun Rusiyaya təhlükə yaratmadığını hesab edir: “Alyansla 30 ildən çoxdur ki, əməkdaşlığımız var. Yeri gəlmişkən, Bakıda rus və NATO generallarının görüşünə də ev sahibliyi etmişik. Azərbaycan isə bu blokla əməkdaşlıq etsə də, Qoşulmama Hərəkatına üzvdür. O deməkdir ki, hərbi bloklara qoşulmaq istəmirik və neytrallığımızı qoruyuruq. Zənnimcə, Rusiyanın hərbi blokla əlaqələrimizi bəhanə gətirib logistika sahəsində addımlar atması Azərbaycana təzyiq məqsədi daşıyır. Buna da bizdən heyif çıxmaq cəhdi demək olar. Halbuki Rusiya taxılı Azərbaycandan keçərək Ermənistana daşınır. Moskva bunu görməzdən gələrək öz aləmində bizi guya cəzalandırır”.

Analitikin fikrincə, Rusiyanın Azərbaycan-NATO əlaqələrinin acığına Şimal-Cənub nəqliyyat dəhlizinin şərq qolunu seçməsi özünə də fayda gətirmir: “Ən azından ona görə ki, məsafə uzanır. Belə demək mümkünsə, daşıma xərcləri artır, malın dəyərinə təsir edir. İndi bu nə hikkədir?! Məncə, Rusiya dəhlizin qərb qolundan daşımaları bərpa edəcək. Sadəcə, müvəqqəti təzyiq cəhdidir. Nəzərə alaq ki, Zəngəzur dəhlizi var və Rusiya bu yoldan da pay istəyir. O zaman indi özünü yaxşı aparmalıdır ki, belə bir iqtisadi dividentdən məhrum olmasın. Mənə elə gəlir ki, burada Rusiyanın qısqanclığı da var. Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti artmaqdadır. Və bizim müstəqil qərarlarımız, müxtəlif layihələrdə iştirakımız onun xoşuna gəlmir. Ancaq Rusiya anlamalıdır ki, Azərbaycan və Türkiyəsiz ona çox çətin olacaq”.

Qeyd edək ki, 2000-ci ildən icrasına başlanan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinə 12 il əvvəl Azərbaycan da qoşulub. Ölkəmiz İran üzərindən Hindistandan, Fars körfəzi ölkələrindən gələcək yüklərin Rusiyaya, Avropaya ötürülməsində iştirak etmək niyyətini büruzə verib, layihənin icrasında aktiv iştirak niyyətini bəyan edib. Lakin uzun müddət İran və Rusiyanın layihəyə ciddi maraq göstərməməsi üzündən onun icrası ləngiyib. İran dəhlizin bir seqmenti olan Qəzvin-Rəşt dəmiryol xəttini 8 ilə güclə çəkib başa çatdırıb. İqtisadçıların fikrincə, ölkəmiz Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə tranzit yüklərin daşınmasından ildə 2,5-3 milyard dollara yaxın vəsait əldə edə bilər.

Oxunub: 1031
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

27-10-2025, 11:35

Tehran Bakı razılaşmasının detallarını açıqladı [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

1-07-2024, 16:00

Zəngəzur dəhlizi şaxələnəcək: Hər iki ölkədə... - GƏLİŞMƏ [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

İqtisadiyyat

9-09-2025, 11:51

Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlərin gələn il tamamlanması nəzərdə tutulur [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

10-10-2025, 09:11

Rusiya Rəşt–Astara layihəsini dayandırmayıb – Tehran Bakıda yeni üçtərəfli görüşü açıqladı [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

4-12-2023, 09:17

Ermənistan Bakının layihəsinə qoşulmağa can atır - GƏLİŞMƏ [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Hərbçilərə telefonla neqativ xəbər ötürməyin! - MN-dən çağırış
Nazirlik birdəfəlik müavinətlə bağlı məlumat yaydı
General təqaüdə göndərildi
DİN kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - Fotolar
Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak etdi
Vəfat edən sabiq rektor bu vəzifəli şəxsin anasıdır
Hadisə
Dün, 11:05
16 yaşlı yeniyetmə öldü, yaralılar var - Yasamalda partlayış
3-07-2026, 11:03
Dövlət torpaqlarını qanunsuz satan dəstə ifşa olundu - DETALLAR
3-07-2026, 10:43
Səfərbərlik Xidmətinin 75 əməkdaşı cəzalandırılıb - 42-i rəhbər şəxsdir
3-07-2026, 09:43
Masallıda avtomobillər toqquşdu, iki nəfər öldü
3-07-2026, 09:12
"Arzum" niyə həbs olunub? - MƏHKƏMƏDƏN AÇIQLAMA
2-07-2026, 12:33
"Arzum 9999" ləqəbli tiktoker məhkəmə zalında həbs olunub
Son xəbərlər
  • Dün, 12:11
    Əhalinin DİQQƏTİNƏ! Ət ucuzlaşa bilər - SƏBƏB
  • Dün, 11:28
    Hərbçilərə telefonla neqativ xəbər ötürməyin! - MN-dən çağırış
  • Dün, 11:23
    “Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır”
  • Dün, 11:05
    16 yaşlı yeniyetmə öldü, yaralılar var - Yasamalda partlayış
  • Dün, 11:01
    İlham Əliyevdən Trampa məktub
  • Dün, 10:00
    Rusiyadan Azərbaycana pul göndərənlərə BƏD xəbər
  • Dün, 09:41
    Mehriban xanım Əliyevanın yeni dövlətçilik missiyası və Rəqəmsal Şuşanın fəthi
  • Dün, 09:35
    Sonunda Bu da Oldu: oğruları tutub skoçladılar
  • Dün, 09:27
    Azərbaycan XİN ABŞ-ni təbrik etdi
  • Dün, 09:22
    Bir aydır ki, körpü bu haldadır - Sakinlər çətin durumda+Video
  • Dün, 09:15
    “Azeri Light” 73 dollara satılır
  • Dün, 09:00
    Rusiyadakı yanacaq böhranı Azərbaycana təsir edəcək? – Ekspertdən açıqlama
  • 3-07-2026, 16:00
    Son Dəqiqə: Rusiyadan NATO ölkəsinə hədə - Artıq hədəfimizdəsiniz
  • 3-07-2026, 15:30
    Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar
  • 3-07-2026, 14:22
    Türkiyə ilə İsrail arasında gərginlik nəzarətdən çıxa bilər
  • 3-07-2026, 12:56
    İlham Əliyev Lukaşenkonu təbrik etdi
  • 3-07-2026, 12:50
    Azərbaycandan tranzit keçməklə Ermənistana 980 tona yaxın buğda göndərilib
  • 3-07-2026, 12:46
    “Arzum”un vəkilləri bu addımı atmağa hazırlaşırlar
  • 3-07-2026, 12:28
    Nazirlik birdəfəlik müavinətlə bağlı məlumat yaydı
  • 3-07-2026, 12:16
    “AzərEnerji” Xankəndi və Ağdərədə 110 kV-luq yarımstansiyalar tikir
  • 3-07-2026, 11:21
    Paşinyan Tehrandadır - Video - Yenilənib
  • 3-07-2026, 11:15
    General təqaüdə göndərildi
  • 3-07-2026, 11:09
    Tramp kriptovalyutadan 1,4 milyard dollar qazandı
  • 3-07-2026, 11:03
    Dövlət torpaqlarını qanunsuz satan dəstə ifşa olundu - DETALLAR
  • 3-07-2026, 10:51
    İsrail İranı hədələdi: Təkbaşına müharibəyə hazırıq
  • 3-07-2026, 10:43
    Səfərbərlik Xidmətinin 75 əməkdaşı cəzalandırılıb - 42-i rəhbər şəxsdir
  • 3-07-2026, 10:25
    İranda ali rəhbər Seyid Əli Xamenei ilə vida mərasimi başlayıb
  • 3-07-2026, 09:43
    Masallıda avtomobillər toqquşdu, iki nəfər öldü
  • 3-07-2026, 09:37
    Bu ölkənin hər 6 sakinindən biri dollar milyonçusudur
  • 3-07-2026, 09:33
    Fidan: Ərdoğan Putinlə məsləhətləşir
  • 3-07-2026, 09:29
    Zəlzələ qurbanlarının sayı 3 minə çatır
  • 3-07-2026, 09:12
    "Arzum" niyə həbs olunub? - MƏHKƏMƏDƏN AÇIQLAMA
  • 3-07-2026, 09:00
    ABŞ və Türkiyə sanksiyaların aradan qaldırılmasında istəklidir - Fidan
  • 2-07-2026, 16:00
    Bu maşın modeli kəskin ucuzlaşıb - Səbəb
  • 2-07-2026, 15:30
    Rusiyadakı anti-Aıərbaycan qüvvələrə ciddi zərbə
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə