• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Sülh imkanları tükəndi: Ordu zərbə endirməlidir - Başqa yolu YOXDUR!

Siyasət

16-08-2023, 16:00

Sülh imkanları tükəndi: Ordu zərbə endirməlidir - Başqa yolu YOXDUR!



Qarabağ bölgəsində Ermənistan və separatçıların, eyni zamanda öz maraqları üçün sülhün əldə olunmasına əngəl törədən ölkələrin əvvəlcədən də bildiyimiz teatr və kinosayağı fəaliyyətləri, oyunları artaraq davam edir. Hadisələrin görünən və pərdəarxası tərəfləri var. Ona görə də baş verən prosesləri kiçik və genişmiqyaslı formada dəyərləndirmək mümkündür.

Bu sözləri Axar.az-a Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

General rus sülhməramlıların nəzarəti altında Xocalı hava limanından Qarabağdakı erməni terrorçularına silah daşındığını qeyd edib:

“Əvvəlcə kiçikmiqyaslı dəyərləndirmədən başlayaq. 10 noyabr bəyanatının imzalanmasından artıq 33 ay keçib. Bəyanatın şərtlərinə görə sülhün təminatçısı olan rus sülhməramlılar Qarabağdakı erməni terrorçuları və Ermənistan ordusunun qalıqlarını tamamilə Azərbaycan ərazisindən çıxarmalı, eyni zamanda Laçın yoluna paralel şəkildə Zəngəzur dəhlizi açılmalı idi. Artıq üç ilə yaxın müddət keçməsinə baxmayaraq, nə Ermənistanın, nə də terrorçu qrupların təxribatları səngiyir. Əksinə biz həm sərhəddə, həm də rus sülhməramlıların Qarabağdakı müvəqqəti məsuliyyət bölgəsində topların, HHM sistemlərinin yığıldığını, eyni zamanda yeni döyüş mövqelərinin hazırlandığını, istehkam qurğularının möhkəmləndirildiyini, mina döşəndiyini müşahidə edirik. Öncə Azərbaycanın xoş niyyətindən istifadə edib rus sülhməramlıların gözü qarşısında Laçın yolundan silah, narkotik və faydalı qazıntıları daşıdılar, ancaq sərhəd-buraxılış məntəqəsinin qurulması ilə planları alt-üst oldu. İndi isə Qarabağdakı terrorçulara silahlar rus sülhməramlıların nəzarətindəki Xocalı hava limanı üzərindən daşınır. Yəni bütün bunlar rus sülhməramlıların birbaşa dəstəyi və nəzarəti altında həyata keçirilir. Baş verənlərin hamısı haqqında da nöqtə-vergülünə kimi məlumatları var. Brüssel, Vaşinqton və Moskvadakı danışıqlara rəğmən Kəlbəcər istiqamətində Azərbaycan mövqelərinin atəşə tutulması, hərbi və terrorçu fəaliyyətlərin artması qarşı tərəfin ağıllanmadığını, yenə yumruq istədiyini göstərir”.

Yücel Karauz Rusiyanın Qarabağdakı separatçıları dəstəkləməklə əslində özünə quyu qazdığını bildirib:

“Böyükmiqyaslı dəyərləndirməyə görə isə məsələ budur ki, əgər Rusiya istəsəydi, Türkiyə ilə birlikdə 10 noyabr bəyanatını ən qısa zamanda sülh müqaviləsinə çevirə bilərdi. Rusiya beş il boyunca Qarabağın sülhməramlılar vasitəsilə yalnız öz nəzarətində qalacağını düşünürək yanıldı və bu, davam edir. Bəyanat sülh müqaviləsinə çevrilmədiyi üçün də zamanla prosesə Brüssel, ABŞ, heç vaxt münaqişənin bitməsini istəməyən Fransa, İran kimi dövlətlər inteqrasiya etdi. Yəni əslində Rusiya özünü tələyə saldı və hadisələrin gedişatı daha qarışıq, çoxtərəfli mahiyyət daşımağa başladı. Artıq ölkələr Üçüncü Dünya müharibəsinə doğru sürətlə irəliləyir. İstər Ukrayna müharibəsi, istər digər toqquşma bölgələri, istərsə də Afrikada başlayan gərginlik bunun göstəriciləridir. Cənubi Qafqaz da Qərbin, Rusiyanın, Çinin, Hindistanın və digərlərinin maraqlarının toqquşduğu nöqtədir. Qarşıda gözlənilən müharibə isə yalnız bir bölgədə meydana gələn toqquşma ilə başlamayacaq. Moskva vaxt itirmədən 10 noyabr bəyanatının sülh sazişinə çevrilməsini təmin etmək üçün öhdəliklərini yerinə yetirməlidir. Xocalı hava limanından terrorçulara silah-sursat daşımağın, onları ora-bura aparıb gətirməyin Moskvaya heç bir faydası yoxdur”.

General artıq vəziyyətin öz axarından çıxdığını, antiterror əməliyyatından başqa yol olmadığını vurğulayıb:

“Fikrimcə, Azərbaycan sivil ölkə kimi bütün dünyaya öz torpağında başqasının ordusunu, silahlı qruplarını görmək istəmədiyini elan etməlidir. Ondan sonra Moskva və İrəvana bütün yarımçıq qalan işlərin yerinə yetirilməsi üçün 31 dekabra kimi vaxt verməli, təxribatların, Xocalı havalimanından daşınmaların davam etməsi halında isə Ermənistan və Qarabağdakı terrorçuların hərbi nöqtələri Şanlı Azərbaycan Ordusu tərəfindən yerlə-yeksan olunmalıdır. Bu, beynəlxalq hüquq baxımından da Azəbaycanın haqqıdır. Problemi kökündən həll etmək üçün başqa yol yoxdur. Hazırda xoş niyyət göstərmək, sülhə şans tanımaq, diplomatik yolla həll kimi vasitələrdən istifadə şansı demək olar ki, tükənib və vəziyyət öz məcrasından çıxıb. Növbəti dəmir yumruğun vaxtı çatıb. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan dövləti dünyaya öz xəbərdarlığını etməli və hərəkətə keçərək antiterror əməliyyatı ilə bütün legitim hədəfləri məhv edərək Qarabağda terrorçuların, Ermənistan ordusunun qalıqlarının varlığına son qoymalıdır, ondan sonra sülh müqaviləsi imzalanacaq”.

Oxunub: 10197
Paylaş:
Digər xəbərlər

Dünya

28-11-2023, 16:00

Paşinyan erməni əsgərləri ora ölümə göndərir - BUNUN BAŞQA ADI YOXDUR...

Dünya

27-10-2023, 16:00

Ermənistanda Fransa bazası... o zaman Azərbaycanda da Türkiyə bazası... - NİYƏ DƏ YOX?

Siyasət

25-07-2023, 09:00

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Dünya

7-11-2023, 14:22

Qarabağdakı “ordu” Ermənistan MN-ə tabe idi – Erməni mayor ETİRAF ETDİ

Siyasət

1-06-2023, 16:00

Paşinyan dalana dirənib: Sülhə isə Rusiya mane olur - İNCƏLƏMƏ...

Araşdırma
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Hadisə
Dün, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
22-09-2026, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
22-09-2026, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
22-09-2026, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
22-09-2026, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
22-09-2026, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Son xəbərlər
  • Dün, 16:00
    Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
  • Dün, 15:30
    Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
  • Dün, 14:22
    Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
  • Dün, 13:39
    Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
  • Dün, 13:00
    İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
  • Dün, 12:55
    Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
  • Dün, 12:29
    Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
  • Dün, 12:19
    Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
  • Dün, 12:15
    Prezident əfv Sərəncamı imzaladı
  • Dün, 12:11
    Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
  • Dün, 12:05
    Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
  • Dün, 11:54
    İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
  • Dün, 11:50
    Mərkəzi Bank manatla bağlı qərar verdi
  • Dün, 11:46
    Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
  • Dün, 11:28
    Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
  • Dün, 11:25
    Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
  • Dün, 11:21
    XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
  • Dün, 11:16
    Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
  • Dün, 11:07
    Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
  • Dün, 11:03
    Prezident mühüm SƏRƏNCAM İMZALADI
  • Dün, 10:17
    Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
  • Dün, 09:45
    Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
  • Dün, 09:00
    Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
  • 22-09-2026, 16:00
    Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
  • 22-09-2026, 15:30
    Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
  • 22-09-2026, 14:22
    Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
  • 22-09-2026, 13:39
    Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
  • 22-09-2026, 13:14
    Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
  • 22-09-2026, 13:04
    Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
  • 22-09-2026, 13:00
    Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
  • 22-09-2026, 12:32
    DYP kənd texnikası sürücülərinə müraciət etdi
  • 22-09-2026, 12:28
    Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
  • 22-09-2026, 12:24
    Prezident müşavirə keçirdi - FOTOLAR
  • 22-09-2026, 12:01
    Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
  • 22-09-2026, 11:55
    Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə