Yaxın Şərqdə gərginlik artmaqda davam edir. Xüsusilə də, Husilərin Səudiyyə Ərəbistanına qarşı hücumları vəziyyəti qəlizləşdirib. Məhz son proseslər fonunda müqəddəs torpaqlarda - Məkkə və Mədinəyə zəvvarların ziyarətlərinin təhlükəsizliyi məsələsi gündəmə gəlib.
Diqqətçəkən məqamlardan biri də zəvvarların Kəbəyə ziyarətlərinin dayandırılması ehtimalıdır.
Səudiyyəli jurnalist Əhməd Hələbi Məkkə və Mədinəyə ziyarətlərlə bağlı hər hansı məhdudiyyət olmadığını bildirib.
"Hazırda heç bir məhdudiyyətlər qoyulmayıb. Allaha şükür Ümrə zəvvarlarının sayı artır və Həcc müqavilələri ilə bağlı hazırlıq işləri normal qaydada davam edir", - deyə Əhməd Hələbi qeyd edib.
Səudiyyəli jurnalist ölkəsinin Məkkə Sazişinə uyğun olaraq, Türkiyə və Pakistandan kömək istəyib-istənməyəcəyi məsələsinə isə belə cavab verib: "Hələ ki, belə bir addım atılmayıb. Bu, siyasətçilərin işidir"./Modern.az