• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Aytəkin Mehmanqızının şeirləri”

Mədəniyyət

18-08-2025, 15:37





Mən, Aytəkin Mehman qızı Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. Əslən Şuşadan olan Mehman adlı ziyalı bir şəxsin övladıyam. Uşaq ikən evimizin qonaqları şairlər, yazarlar, rəssamlar, bir sözlə, ziyalılar, elm və incəsənət xadimləri olmuşlar. Belə ziyalıları evimizdə tez-tez görmək, onların arasında böyümək məndə şeirə, ədəbiyyata uşaqlıqda xüsusi bir maraq oyadır ki, bu da məni məktəbi əla qiymətlərlə bitirdikdən sonra BDU-nun filologiya fakultəsinə aparır. Orada mən Əliyar Qarabağlı, Yusif Seyidov, Nizami Cəfərov, Şamil Qurbanov, Ağa Laçınlı kimi gözəl, savadlı müəlimlərdən dərs almışam. Bugün mən nəsihət, məsnəvi, rübai və sərbəst şeirlər yazıram. “Qaranlıq gecənin bir sabahı var”, “Seçilmiş şeirlərim”, “Şairlik zirvəsi” adlı kitabların müəllifiyəm.

Gözəl Allahım
Əlimdən tutursan yıxılanda mən,
Qoymursan heç yerdə heç vaxt əyiləm.
Mənim ömür dostum, vəfalı şahım.
Ey böyük, ey uca gözəl Allahım!
Hər yerdə köməyim olmusan mənim,
Mənim ürək dostum, könül həmdəmim.
Səndən istəyirəm nə istəsəm mən,
Hörməti, sevgini səndən görmüşəm.
Mən necə deməyim “çox şükür” sənə,
Baxıb sevinərkən səadətimə?!
Səni dərk etməyən bəşər yerinə,
Deyirəm, çox sağ ol hər yerdə sənə.
Bu qədər nemətlər yaratmısan sən,
Səni dərk etmək də çətindir hərdən.
İnsan aciz qalır böyüklüyünə,
Baxanda çox şeyin gözəlliyinə...

Şairlik zirvəsi
Vicdanım ələndi Allah yanında,
Qələm mükafatı aldım o anda.
Onu almaq üçün məni sınadı,
Bu gözəl qələmə o layıq sandı.
Sanmayın asandır onu qazanmaq,
Bu qədər sınaqdan üzü ağ çıxmaq
Qarşına çıxacaq hər bir sınaqdan
Tanrı xatirinə üzü ağ çıxmaq.
Şairlik zirvəsi böyük zirvədir,
O zirvəyə qalxan seçilmişlərdir.
Tanrı vəh göndərir seçilmişlərə,
Hər kəs qalxa bilməz o zirvələrə.
Çox şükür Tanrıya, şairəyəm mən,
Allahım vermişdir əlimə qələm.
Hikmətlər yazıram yazan zaman mən,
Oxuyanlar desinlər doğrudan "Əhsən!"
Yüz il ötsə belə ölməz şairlər,
Onlardan qalacaq gözəl şeirlər.
Oxuyub onları düşünəndə siz,
Böyük hörmət ilə yad edərsiniz...
Dənizin üzündə tez ələ keçən,
Tullantılar olar, bilirəm ki, mən.
Bahalı incilər xəzinələrtək,
Suyun üzərində üzməsin gərək.
Qiymətli incilər dərya dibində,
Orda üzə bilməz ən aciz bəndə,
Bahalı bir inci istəyərsən sən,
Dəryanın dibinə gərək gedəsən.

Bahalı incilər
Dənizin üzündə tez ələ keçən,
Tullantılar olar, bilirəm ki, mən.
Bahalı incilər xəzinələrtək,
Suyun üzərində üzməsin gərək.
Qiymətli incilər dərya dibində,
Orda üzə bilməz ən aciz bəndə,
Bahalı bir inci istəyərsən sən,
Dəryanın dibinə gərək gedəsən.

SULTAN SÜLEYMANIN NƏSİHƏTİ
Bir gün bir şah var imiş, adı Süleyman imiş.
Çağırıb vəzirini, vəsiyyət etdi ona: -Mən öləndə əlimi çıxararsız tabutdan,
Həkimlərin çiynində köçəcəyəm dünyadan.
Paylayın insanlara qızılları da ordan!
Hikməti anlamayan vəzir soruşdu şahdan: -Nədir bunun mənası, düşünürəm bayaqdan.
Axı anlamadım mən, varislərin var ikən,
Həkimlərin çiynində neyçün köçməlisən sən?
Şah düşünüb beləcə, xeyli xəyala getdi,
Sanki bir an, bir anlıq bu dünyanı tərk etdi.
Açıqlayıb hikməti, vəzirə belə dedi: -Qoyun görsün insanlar, şah da əliboş getdi!
Həkimlər ola-ola, bu dünyanı tərk etdi.

Uca Allahımız sevir hər kəsi
Uca Allahımız sevir hər kəsi,
İncitmək istəməz heç vaxt, heç kəsi.
Nə zərbə alarsa həyatda insan,
Onu qazanarmış öz günahından…

Dəyişdi zəmanə
Bir vaxt alçaq idi, kiçikdi evlər,
Oradan gələrdi çox şən gülüşlər.
Zəmanə dəyişdi, evlər böyüdü,
Sevinclər azaldı, gülüşlər öldü...
Fırlandı zəmanə, dövr etdi dövran,
Zəmanə dəyişdi, dəyişdi insan.
Soyuqluq məhv edir hər kəsi indi,
İsti qəlblər üçün zaman çətindir.

Həyat məktəbi
Həyat özü elə böyük məktəbdir,
Ən gözəl dərsləri o keçəcəkdir.
Həyatdan dərs alan kamil bir insan,
Çox bilər adi bir təhsil alandan.

Həzrəti Yusif
Yusifə xəyanət edən qardaşlar,
Sonunda Yusifə möhtac oldular,
Quyuda sığındı Yusif Allaha,
Sonunda çevrildi Misirdə şaha.
Yusifi quyudan çıxaran Allah,
Bizi də çıxarar bir gün inşAllah.
Yetər ki, quyuda bizdə Yusif tək
O gözəl Tanrıya sıxınaq gərək.
Peyğəmbər əhlinə xəyanət edən,
Xəyanət etməsin bizlərə nədən?
Qurbanı olmuşdu o xəyanətin,
Keçirmiş zindanda gözəl illərin.
Padşah kürsüsünə çıxan peyğəmbər,
Zülmlər çəkmişdir şahlığa qədər.
Allahı sevmişdir yalnız Yusifi,
Yusif buraxmamış heç yerdə səhvi.

Müəllif: Aytəkin Mehmanqızı

Şah və kəniz
Bir gün bir məmləkətdə zalım bir şah var idi,
Çətin sualları ilə vəziri mat edirdi.
Bir gün vəzirini o, çağıraraq yanına,
Çətin suallarını sırayla verdi ona.
Vəzir xəyala daldı, sualı çətin sandı,
Çox düşünüb beləcə, xeyli xəyala daldı.
Kənizlərdən birini dərhal yadına saldı,
Kənizlərdən birisi ağıllı kəniz idi,
Çətin suallar ona çox vaxt asan gəlirdi.
Ağıllı kənizi o, tez çağırdı yanına,
Ən çətin sualı da, düşünüb verdi ona.
Kəniz tapdı sualın cavabını beləcə,
Özü kəniz olsa da, onda çoxmuş düşüncə.
Şah çağırıb vəziri, soruşdu vəzirindən: -Söylə görüm nə etdin, cavabları tapdın sən? -Bəli, əziz şahımız, cavabları tapdım mən. -Düzünü de, vəzirim, özünmü tapdım bunu,
Yoxsa kənardan sənə söylədilərmi onu? -Kənizlərdən birisi cavabı tapdı düzü,
Özü də çox tez tapdı, düşünmədi çox özü.
Şah əmr etdi: -Qoy gəlsin, cavabı tapan kəniz!
Bu gündən etibarən vəzirimdir o kəniz!
Kəniz gəlib dayandı düz şahın göz önündə,
Vəzir olacağını düşünməzdi ömründə.
Kənizin gözlərindən yaşlar süzülüb axdı,
Şahın üzünə o, böyük təəccüblə baxdı.
Həyatda heç kim bilməz nələr gözləyir onu.
Səbirlə yaşayanın möcüzə imiş sonu.
Yetər ki, hər insanın əməli saleh olsun,
İnsanın yol yoldaşı ağılı, kamalı olsun.

(Rəvayətə əsasən yazılmış şeirim)

Yalanlar
Yalanlar doğrunu yuyub aparar,
Səni hər bir yerdən nəzərdən salar.
Dilini yalana öyrətməklə sən,
İnan ki, hər yerdə gözdən düşərsən.
Sabah doğrunu da söylərsən əyər,
Sənin sözlərinə verməzlər dəyər.
Bir daha yalançı adını alsan,
Daha inanmayar sənə bir insan.
Hətta doğruları söyləyəndə bil,
Sənə heç bir kimsə inanan deyil.
Öyrətmə dilini gəl sən yalana,
Yalan yaraşmayır təmiz insana.
Mələk ürəyidir uşaq ürəyi.
Kiçicik qəlbində arzu, diləyi.
O gül baxışıyla mələktək baxar,
Gözləri Günəştək üzə nur saçar.
Uşaqsız qoymasın Allah heç evi,
Uşaqdır hər evin əsil bəzəyi.
Uşaqsız olmasın heç ev, heç ocaq,
Körpəsiz qalmasın heç əl, heç qucaq.
Körpə səsi gəlsin evlərimizdən,
Könüllər sevinsin körpə səsindən.
Dünyada qiymətli heç nə görmədim
Körpə gülüşündən, körpə səsindən.

UŞAQ
Mələk ürəyidir uşaq ürəyi.
Kiçicik qəlbində arzu, diləyi.
O gül baxışıyla mələktək baxar,
Gözləri Günəştək üzə nur saçar.
Uşaqsız qoymasın Allah heç evi,
Uşaqdır hər evin əsil bəzəyi.
Uşaqsız olmasın heç ev, heç ocaq,
Körpəsiz qalmasın heç əl, heç qucaq.
Körpə səsi gəlsin evlərimizdən,
Könüllər sevinsin körpə səsindən.
Dünyada qiymətli heç nə görmədim
Körpə gülüşündən, körpə səsindən.

Verməyin dəyəri dəyərsizlərə
Verməyin dəyəri dəyərsizlərə,
O zaman zərbələr dəyər sizlərə.
Dəyər də qızıltək çox qiymətlidir,
Hər yerdə, hər kəsə layiq deyildir.
Qızılı verərlər ən əzizlərə,
O da sağ ol deyər qızıla görə.

Oğul çörəyi
Oğul böyüdərkən elə böyüt sən,
Oğul çörəyini yeyə biləsən.
Oğul çörəyinin dadı başqadır,
Hər oğul çörəyi sanki bal dadır.
Oğullar böyüsün, bir igid olsun,
Bütün oğulları Allah qorusun.
Oğul çörəyini dadmaq bizlərə,
Gözəl analara, qoy nəsib olsun.
Qoy Allah qorusun, mərd oğulları!
Ana üçün, el üçün yaşayanları.
Bu gül balaları, gül oğulları,
Qoy tanrım qorusun mərd oğulları!
Nə dadlı çörəkdir, oğul çörəyi?
Hər ana dadmışmı oğul çörəyin?
Elə analar var dadmayıb onu,
Beləcə çatıbdır ömrünün sonu.
Belə analara qoy rəhmət olsun,
Gözəl oğulları Allah qorusun.
Mən arzu edirəm bütün analar,
Oğul çörəyini hər an dadsınlar.
Oğullar qazansın, analar yesin,
Bacılar qardaşla daim fəxr etsin!

Deməyin pula siz əl çirki heç vaxt
Deməyin pula siz əl çirki heç vaxt,
Parasız qoymasın heç kəsi Allah.
Hər şey olmasa da, çox şeydir para,
İnsanın üzünü etməyər qara.
Paradır insanın üzün ağardan,
Para ilə qara da seçilmir ağdan.
Qatığa qara desə, parası olan,
Deyərlər qaradır qatıq doğrudan.

Bahalı incilər
Dənizin üzündə tez ələ keçən,
Tullantılar olar, bilirəm ki, mən.
Bahalı incilər xəzinələrtək,
Suyun üzərində üzməsin gərək.
Qiymətli incilər dərya dibində,
Orda üzə bilməz ən aciz bəndə,
Bahalı bir inci istəyərsən sən,
Dəryanın dibinə gərək gedəsən.

SULTAN SÜLEYMANIN
NƏSİHƏTİ

Bir gün bir şah var imiş, adı Süleyman imiş.
Çağırıb vəzirini, vəsiyyət etdi ona: -Mən öləndə əlimi çıxararsız tabutdan,
Həkimlərin çiynində köçəcəyəm dünyadan.
Paylayın insanlara qızılları da ordan!
Hikməti anlamayan vəzir soruşdu şahdan: -Nədir bunun mənası, düşünürəm bayaqdan.
Axı anlamadım mən, varislərin var ikən,
Həkimlərin çiynində neyçün köçməlisən sən?
Şah düşünüb beləcə, xeyli xəyala getdi,
Sanki bir an, bir anlıq bu dünyanı tərk etdi.
Açıqlayıb hikməti, vəzirə belə dedi: -Qoyun görsün insanlar, şah da əliboş getdi!
Həkimlər ola-ola, bu dünyanı tərk etdi.

Oxunub: 10234
Paylaş:
Digər xəbərlər

Siyasət

29-02-2024, 10:15

Cavid Qurbanov: "Mənim üçün dünyada bundan yaxşı heç nə ola bilməz" - VİDEO

Gündəm

31-05-2024, 10:25

Bu gün Xalq artisti Oqtay Zülfüqarovun anadan olmasından 95 il ötür

Mədəniyyət

9-01-2025, 09:40

Milli Qəhrəman Salatın Əsgərovanın anım günüdür

Mədəniyyət

24-10-2023, 16:00

Laçınlı aillənin bu fotosu maraq doğurdu - 30 ildən sonra...

---

21-08-2024, 10:42

Mirdamət Seyidov: Müqəddəs amallar uğrunda...

Araşdırma
5 günlük tətil başlayır - TARİXLƏR
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir?
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Bu gün qısa iş günüdür
Hadisə
Bugün, 11:23
15 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Bugün, 09:53
Azərbaycanda dəhşətli qəza baş verdi - Ölən var
6-11-2026, 10:58
Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü
6-11-2026, 10:37
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
6-11-2026, 09:37
İnterpolla axtarılan şəxs Almaniyada tutulub Azərbaycana gətirildi
6-11-2026, 09:34
Güllü Muradovanın əri - Həbs edildi
Son xəbərlər
  • Bugün, 13:11
    5 günlük tətil başlayır - TARİXLƏR
  • Bugün, 12:30
    Şok: ABŞ İranı vurmaq üçün Xəzərə girir - Bakının mövqeyi...
  • Bugün, 11:54
    İlham Əliyev Ərdoğana başsağlığı verib
  • Bugün, 11:23
    15 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI
  • Bugün, 11:01
    Amsterdamda 500 nəfər Röya Ayxanın adından edilən böyük dələduzluğun qurbanı oldu!
  • Bugün, 10:32
    Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
  • Bugün, 10:27
    “Türkiyə-Azərbaycan birliyi əbədidir!” - Video
  • Bugün, 10:22
    “ABŞ çarəsiz qumarbaz kimi çırpınır” - Trampın açıqlamasını təkzib etdi
  • Bugün, 10:05
    Neft ucuzlaşmağa davam edir
  • Bugün, 09:58
    Beşqat Olimpiya çempionu prezidentliyə namizəd olacağını açıqladı
  • Bugün, 09:53
    Azərbaycanda dəhşətli qəza baş verdi - Ölən var
  • Bugün, 09:37
    Hörmüz 8 milyard qarşılığında açılacaq? - Tehrandan cavab
  • Bugün, 09:32
    XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
  • Dün, 09:45
    Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb
  • Dün, 09:40
    Azərbaycanda Dövlət Bayrağı Günüdür
  • 8-11-2026, 15:06
    Şuşada liderlərin təkbətək görüşü keçirilir
  • 8-11-2026, 14:43
    Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı
  • 8-11-2026, 14:09
    Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO
  • 8-11-2026, 13:00
    Xankəndidə Zəfər Muzeyi olacaq
  • 8-11-2026, 12:52
    Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin
  • 8-11-2026, 12:20
    Azərbaycan lideri: “Düşmənin beli döyüş meydanında qırıldı”
  • 8-11-2026, 12:10
    Prezident xalqa müraciət edir - Video
  • 8-11-2026, 12:04
    Tokayev Əliyevi təbrik etdi
  • 8-11-2026, 11:52
    Ərdoğan Azərbaycana yolda düşdü
  • 8-11-2026, 11:43
    Zakir Həsənov və Kərim Vəliyev şəhid ailələri ilə görüşdü - Fotolar
  • 8-11-2026, 10:37
    Hamımızın yumruq olduğu gündür!
  • 8-11-2026, 10:29
    “Bayramı müzəffər xalq kimi qeyd etdiyimizə görə çox sağ olun!”
  • 8-11-2026, 10:22
    Rəsmilər Zəfər Parkını ziyarət edir
  • 8-11-2026, 09:00
    ​8 noyabr - Zəfər Günüdür
  • 7-11-2026, 14:41
    Prezident onlara ali hərbi rütbələr verdi
  • 7-11-2026, 14:33
    İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
  • 7-11-2026, 14:27
    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 7-11-2026, 12:06
    İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak etdi
  • 7-11-2026, 12:00
    Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək
  • 7-11-2026, 11:29
    İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə