• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ət bazarı üçün yeni risk: Fermerləri hansı dəyişikliklər gözləyir?

İqtisadiyyat

28-09-2026, 10:41

Ət bazarı üçün yeni risk: Fermerləri hansı dəyişikliklər gözləyir?


Azərbaycanda iri və xırdabuynuzlu heyvanların yaşına, çəkisinə və cinsinə uyğun kəsilməsi ilə bağlı yeni tələblərin hazırlanması gündəmdədir. Bu məsələ "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027-2032-ci illər üçün Dövlət Proqramı"nda əksini tapıb. Sənədə əsasən, ilk növbədə heyvanların erkən yaşda və aşağı çəkidə kəsilməsinə səbəb olan amillər araşdırılacaq. Daha sonra heyvanların növü, cinsi və məhsuldarlıq xüsusiyyətləri nəzərə alınmaqla müvafiq normativ tələblər hazırlanacaq. Yeni qaydaların əsas məqsədi heyvandarlıq məhsullarının həcmini artırmaq və daxili bazarı qorumaqdır. Bununla belə, tələblərin fermerlərə, xüsusilə kiçik və ev təsərrüfatlarına təsiri də müzakirə mövzusudur. Heyvanların daha uzun müddət saxlanılması yem və qulluq xərclərini artırmaqla yanaşı, ət təklifinin azalmasına və qiymətlərin yüksəlməsinə səbəb ola bilərmi? Yeni tələblər yerli istehsalı stimullaşdıracaq, yoxsa idxala ehtiyacı artıracaq?
Ölkə.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Tələblər beynəlxalq təcrübə əsasında hazırlanacaq"

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, iri və xırdabuynuzlu heyvanların kəsiminin tənzimlənməsi prosesinə qabaqcıl beynəlxalq təcrübənin ətraflı araşdırılması ilə başlanılacaq. Dünyada bu sahədə tətbiq olunan uğurlu modellər, standartlar və hüquqi tənzimləmə mexanizmləri təhlil ediləcək, ölkəmiz üçün uyğun təcrübələr əsasında təkliflər hazırlanacaq: "Proses bütövlükdə rəqəmsal nəzarət sistemləri vasitəsilə həyata keçiriləcək. İlkin mərhələdə iqtisadi, bioloji, aqrotexniki və digər amillər araşdırılacaq. Araşdırmaların nəticələrinə uyğun olaraq heyvanların optimal yaş və çəki hədlərinə dair tələblər formalaşdırılacaq".

Ət bazarı üçün yeni risk: Fermerləri hansı dəyişikliklər gözləyir? - FOTO

"Vahid göstəricilərin tətbiqi nəzərdə tutulmur"

AQTA-dan bildirilib ki, Dövlət Proqramında heyvanların cinsi və cins xüsusiyyətləri də xüsusi meyar kimi qeyd olunub. Heyvanların bioloji inkişaf tempi, damazlıq dəyəri və təsərrüfat təyinatı eyni olmadığı üçün bütün heyvanlar üçün vahid göstəricilərin tətbiqi nəzərdə tutulmur: "Tələblər heyvanların növünə, cinsinə və məhsuldarlıq xüsusiyyətlərinə uyğun olaraq fərqləndiriləcək. Təkliflər hazırlanarkən bu müxtəliflik nəzərə alınacaq. Bu məqsədlə, ilk növbədə, normativ hüquqi bazanın formalaşdırılması ilə bağlı təkliflər hazırlanacaq və mövcud hüquqi aktlar təkmilləşdiriləcək. Müvafiq hüquqi aktlar qüvvəyə mindikdən sonra kəsim məntəqələrində rəqəmsal identifikasiya məlumatları və rəsmi çəkiölçmə sistemləri vasitəsilə qanunvericiliyin tələblərinə riayət olunmasına ciddi nəzarət ediləcək".

Ət bazarı üçün yeni risk: Fermerləri hansı dəyişikliklər gözləyir? - FOTO

Agentlikdən o da bildirilib ki, proses mərhələli şəkildə həyata keçiriləcək: "Fermerlər və sahibkarlar üçün hazırlıq və adaptasiya dövrü olacaq. Yeni qaydalar hüquqi müstəvidə təsdiqlənməzdən əvvəl və onların tətbiqi zamanı heyvandarlıqla məşğul olan subyektlər üçün geniş maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur".

"Qaydalar qiymət artımına səbəb ola bilər"

İqtisadçı Günay Hüseynovanın sözlərinə görə, əsas məqsəd erkən kəsimin qarşısını almaqdır. Bununla belə, yeni qaydaların tətbiqi qiymət artımına şərait yarada bilər: "Bazarda tələb-təklif balansının pozulması, eyni zamanda, bu sahə ilə əlaqəli digər istiqamətlərdə marjanın yüksəlməsi ümumi qiymət artımı ilə nəticələnə bilər. Bununla yanaşı, qiymətlərdə kəskin artım baş verərsə, bazarı tənzimləmək məqsədilə idxal məhsullarının həcmi də artırılacaq. Kənd təsərrüfatının heyvandarlıq, xüsusilə də ətlik məhsul istehsalı ilə məşğul olan kiçik təsərrüfat sahibləri lazımi iqtisadi islahatlar həyata keçirilmədiyi təqdirdə, bu dəyişikliklərdən daha çox zərər görə bilərlər".

Ət bazarı üçün yeni risk: Fermerləri hansı dəyişikliklər gözləyir? - FOTO

"Kiçik təsərrüfatların xərcləri artacaq"

G.Hüseynova bildirir ki, iri fermerlər kiçik təsərrüfat sahiblərindən fərqli olaraq, heyvanların yem tələbatını əsasən öz təsərrüfatlarında istehsal etdikləri ot və yem hesabına qarşılayırlar: "Təbii ki, heyvanların daha gec kəsilməsi və uzun müddət saxlanılması iri təsərrüfatların gəlirlərinin artmasına imkan verəcək. Lakin kiçik təsərrüfatlarda vəziyyət fərqlidir. Pulla alınan ot və yem heyvanların daha uzun müddət saxlanılması halında təsərrüfat sahibinin maliyyə yükünü artıracaq. Düşünürəm ki, bu qaydaların tətbiqindən əvvəl müvafiq iqtisadi islahatlar həyata keçirilməlidir. Əks təqdirdə, yeni tələblər kənd sakinlərinin və kiçik fermerlərin heyvandarlıqdan uzaqlaşmasına səbəb ola bilər. Əlavə xərclərin pərakəndə satış qiymətlərinə təsir göstərməsi də gözləniləndir. Heyvanların daha gec kəsilməsi yem və saxlama xərclərini artırmaqla yanaşı, daşınma, kəsim məntəqəsinə gətirilmə, obyektin icarəsi və digər xərclərin də yüksəlməsinə səbəb olacaq".

Ət bazarı üçün yeni risk: Fermerləri hansı dəyişikliklər gözləyir? - FOTO

"Ev təsərrüfatlarına dövlət dəstəyi verilməlidir"

Ekspert hesab edir ki, heyvandarlıqla məşğul olan ev tipli təsərrüfatlara dövlət dəstəyi göstərilməlidir: "Əgər vətəndaş öz tələbatını ödəməklə yanaşı, daxili bazarın tələbinin müəyyən hissəsini də qarşılayırsa, ona dəstək verilməlidir. Bu, həm kiçik təsərrüfatların qorunmasına, həm də yerli istehsalın davamlılığına xidmət edə bilər. Yeni qaydaların uğurlu tətbiqi üçün yalnız heyvandarlıq təsərrüfatlarına deyil, digər kənd təsərrüfatı sahələri ilə məşğul olan ev təsərrüfatlarına da dövlət dəstəyi göstərilməlidir".

Oxunub: 1020
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

6-01-2026, 09:05

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB

Gündəm

3-05-2024, 16:59

Şərəfli və keşməkeşli ömür yolu

Siyasət

25-06-2026, 16:39

Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI

İqtisadiyyat

7-09-2026, 10:44

Fermerlərə böyük dəstək: Yeni subsidiya məbləğləri açıqlandı

İqtisadiyyat

29-11-2023, 14:33

Bazarda ət bahalaşdıqca, kolbasa-sosis ucuzlaşır

Araşdırma
Səbinə Əliyeva vəzifədən gedir, yoxsa...?
Azərbaycanda aliment artırılacaq
Sərnişinlərə şad xəbər: Bütün köhnə avtobuslar yenilənəcək
Bakı məktəbində dəhşət: Şagird dərs zamanı necə ölüb? - DETALLAR
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
Sabiq deputat Bakıda 4 milyon 810 min manatlıq özəl əmlakı özbaşına sökdü – ŞİRKƏTİNƏ CİNAYƏT İŞİ AÇILDI
Hadisə
Bugün, 10:40
Anasının zorakılığına məruz qalan 14 yaşlı qız sığınacağa yerləşdirilib
Dün, 10:05
Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının - Siyahısı
Dün, 09:56
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Dün, 09:26
Almaniyanın elit hərbçiləri Rusiya ilə müharibəyə hazırlaşır
Dün, 09:00
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
27-10-2026, 22:02
Ramiz Mehdiyevə hökm oxundu - Əmlakları ilə bağlı qərar verildi
Son xəbərlər
  • Bugün, 14:22
    Səbinə Əliyeva vəzifədən gedir, yoxsa...?
  • Bugün, 14:00
    Varlılardan ƏLAVƏ VERGİ yığılacaq - Baş nazirdən TƏCİLİ TAPŞIRIQ
  • Bugün, 12:15
    Əli Əsədov Gürcüstana gedir
  • Bugün, 12:10
    Azərbaycan XİN Türkiyəni təbrik etdi
  • Bugün, 11:53
    Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
  • Bugün, 11:02
    Dələduzluğa qarşı yeni mərkəz yaradılır: Nazir elan etdi
  • Bugün, 10:58
    Manatla bağlı mühüm qərar verildi
  • Bugün, 10:55
    Sabah Azərbaycanın yeni ombudsmanı seçiləcək
  • Bugün, 10:48
    Mərkəzi Bankın valyuta ehtiyatları artdı
  • Bugün, 10:44
    Azərbaycanda qiymət artımı bu qədər olacaq
  • Bugün, 10:40
    Anasının zorakılığına məruz qalan 14 yaşlı qız sığınacağa yerləşdirilib
  • Bugün, 10:13
    Trampdan Netanyahunun seçkidəki taleyinə dair - Açıqlama
  • Bugün, 10:00
    Etirazlara görə Avropa Liqası matçının vaxtı dəyişdi
  • Bugün, 09:34
    Ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
  • Bugün, 09:31
    Avropa İttifaqı geri addım atdı
  • Bugün, 09:27
    Mehriban Əliyeva Türkiyə xalqını təbrik etdi
  • Bugün, 09:13
    İsraildə "ölüm-qalım savaşı" başladı – Netanyahu hakimiyyəti itirir, ərəblər hərəkətə keçdi!
  • Bugün, 09:00
    Azərbaycanda aliment artırılacaq
  • Dün, 16:00
    Moskvanın ikili oyunu ifşa olunur: Rusiya peykləri…
  • Dün, 15:30
    Putin Əliyevlə fəal danışıqları elan etdi – Bakı ilə ortaq plan
  • Dün, 14:22
    TÜRK DÜNYASININ BÖYÜK AİLƏ MƏCLİSİ ANKARADA TOPLANIR – İlham Əliyevin iştirakı bədxah dairələrə cavab olacaq!
  • Dün, 14:00
    Bu rayonların icra hakimiyyətlərində həbslər anonsu
  • Dün, 13:41
    Paşinyan qələbə eyforiyasında - sülhə risk?
  • Dün, 12:15
    Sərnişinlərə şad xəbər: Bütün köhnə avtobuslar yenilənəcək
  • Dün, 11:58
    Bakı məktəbində dəhşət: Şagird dərs zamanı necə ölüb? - DETALLAR
  • Dün, 11:53
    İlham Əliyev Çexiya Prezidentini təbrik etdi
  • Dün, 11:49
    Prezident: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir
  • Dün, 10:49
    Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
  • Dün, 10:43
    Bu gün 5 matç var
  • Dün, 10:38
    Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
  • Dün, 10:34
    Rusiyanın ən böyük kimya zavodlarından biri vuruldu
  • Dün, 10:08
    ABŞ-dən Körfəz ölkələrinə müharibə - Xəbərdarlığı
  • Dün, 10:05
    Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının - Siyahısı
  • Dün, 10:01
    İsraildə seçkilərin ilkin nəticələri - Netanyahunun bloku liderdir
  • Dün, 09:56
    Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə