• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Payızda qiymət artımı gözləntisi

İqtisadiyyat

19-08-2026, 11:47

Payızda qiymət artımı gözləntisi


Qlobal bahalaşma, idxal qiymətləri və mövsümi amillər Azərbaycanda ərzaq inflyasiyasını sürətləndirə bilər
Artıq yay mövsümü başa çatmaq üzrədir. Adətən payız özü ilə bərabər bir sıra kənd təsərrüfatı məhsullarının, onların təsiri ilə isə bütövlükdə ərzaq qiymətlərinin yüksəlməsini də gətirir. Mövsüm dəyişdikcə bəzi məhsulların təklifi azalır, qışa hazırlıqla əlaqədar isə tələbat artır. Bu amillər müəyyən məhsullar üzrə qiymət artımı riskini gündəmə gətirir.

Bu il isə qiymətlərə yalnız mövsümi deyil, qlobal səviyyədə qeydə alınan hərbi-siyasi gərginlik və müharibələr təsir edir. Rusiya ilə Ukraynanın Qara dəniz regionundan dünya bazarına əsas ərzaq məhsullarının, xüsusilə də buğdanın ixracını 70-80 faiz azaldan zərbələri, ABŞ-İran münaqişəsi üzündən beynəlxalq ticarət zəncirlərində böyük payı olan Hörmüz və Bab-əl Məndəb boğazlarında gəmiçiliyin kəskin məhdudlaşması qlobal ərzaq bazarında ciddi bahalaşmaya rəvac verməkdədir.

Bundan əlavə, Avropa və ABŞ-də qeydə alınan görünməmiş istilər kənd təsərrüfatı məhsullarının istehsalına mənfi təsir göstərir. Bütün bunların nəticəsi olaraq yalnız iyul ayı və avqustun ilk həftəsində dünya buğda qiymətlərində 10 faizlik artım qeydə alınıb, proses davam edir.

Azərbaycanda da bu proseslərin təsiri hiss olunmağa başlayıb. Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən 2026-cı ilin yanvar-iyul aylarında ölkədə istehlak qiymətləri 2025-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzrə 3,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz artıb.

2025-ci ilin iyul ayı ilə müqayisədə cari ilin iyul ayında istehlak qiymətləri 5,8 faiz artıb. Bu zaman qida məhsullarında 7,2 faizlik artım qeydə alınıb.
Komitə bildirir ki, cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından uzun düyü, makaron məmulatları, mal və qoyun əti, qatıq, kəsmik, yumurta, süfrə marqarini, limon, albalı, gilas, ərik, ağ kələm, göyərti, yerkökü, soğan və süfrə duzunun qiymətləri bahalaşıb, banan, alma, armud, alça, gavalı, şaftalı, qarpız, yemiş, üzüm, çiyələk, xiyar, pomidor, şirin bibər, badımcan, göy lobya, sarımsaq və kartofun qiymətləri ucuzlaşıb.

Ölkəyə idxal oluna əsas ərzaq məhsullarının qiymətində də artım var. Belə ki, bu ilin yanvar-iyulunda idxal olunan buğdanın 1 tonu 227 dollara başa gəlib ki, bu da illik ifadədə 2 dollar artım deməkdir. Eyni dövrdə ətin 1 kq-nın idxal qiyməti 2,18 dollardan 2,36 dollara yüksəlib, kərə yağının 1 kq-nın qiyməti 6,8 dollardan 6,3 dollara düşüb. Kərə yağındakı qiymə azalması əsasən İrandan daha ucuz yağ idxalının artması ilə bağlıdır, Avropa və Yeni Zelandiyadan idxal olunan yağlarda isə qiymətlər artıb.
İnflyasiyanın ilin ikinci yarısında daha da sürətlənəcəyini iki mühüm göstəricidən də aydın görmək olur. Belə ki, bu ilin birinci yarısında idxalçı qiymət indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz, iyunun sonuna ötən ilin iyunu ilə müqayisədə isə 25,2 faiz artıb.

Eyni zamanda yanvar-iyul aylarında sənaye məhsullarının istehsalçı qiymət indeksi müvafiq olaraq 20,6 faiz və 18,7 faiz, kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi isə 4,4 faiz və 4,2 faiz artıb. Hər iki sahədə artım adətən növbəti 2 ay ərzində daxili bazardakı qiymətlərdə əksini tapır.

Azərbaycan hökuməti də payızda inflyasiyanın sürətlənəcəyini gözləyir. Maliyyə Nazirliyinin açıqladığı “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində qeyd olunur ki, 2026-cı ilin yanvar-iyun aylarında inflyasiya tempi hədəf daxilində olub: “İllik inflyasiya (2026-cı ilin iyun ayı 2025-ci ilin iyun ayına nisbətən) 5,8 faiz, orta illik inflyasiya (2026-cı ilin yanvar-iyun ayları 2025-ci ilin yanvar-iyun aylarına nisbətən) 5,7 faiz səviyyəsində qərarlaşıb. Hesabat dövründə orta illik ərzaq qiymətlərində 6,6 faizlik, qeyri-ərzaq qiymətləri üzrə 3,9 faizlik, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 5,7 faizlik artım qeydə alınıb”.

Sənəddən aydın olur ki, Azərbaycan hökuməti qlobal və regional iqtisadi reallıqlar, xüsusilə də dünya enerji, ərzaq və maliyyə bazarlarında baş verən proseslərin milli iqtisadiyyata təsirini nəzərə alaraq, illik makroiqtisadi proqnozlarına yenidən baxıb. İqtisadiyyat Nazirliyi 2026- cı ilin ilk 6 ayının makrofiskal nəticələri, həmçinin qlobal miqyasda iqtisadi artımla və enerji daşıyıcılarının qiymətləri ilə bağlı gözləntilər fonunda cari ildə ölkə iqtisadiyyatı ilə bağlı makroiqtisadi proqnozlarını yeniləyib. Həmin proqnozlara əsasən, 2026-cı ildə ÜDM-in real ifadədə 1,7 faiz artmaqla 138,0 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən nominal olaraq 3,9 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in real ifadədə 3,1 faiz artmaqla 100,0 milyard manata (əvvəlki proqnoza nəzərən nominal ifadədə 1,7 milyard manat az) çatacağı gözlənilir.

Bildirilir ki, tikinti və turizm sektoru üzrə gözlənilən nisbətən aşağı artım templəri ümumilikdə qeyri-neft-qaz sektorunun proqnozlarına öz təsirini göstərib. Belə ki, 2026-cı ildə qeyri-neft-qaz sektoru üzrə ÜDM-in real artım tempinə dair proqnoz 5,0 faizdən 3,1 faizə endirilib.

İnflyasiyanın sürətlənməsi kimi mənfi təsirlə yanaşı, qlobal münaqişələrin Azərbaycan üçün müsbət təsiri də var, ilin ikinci yarısında onun daha da çoxalacağı gözlənilir. Belə ki, Maliyyə Nazirliyinin açıqlamasına görə, yanvar-iyunda dövlət büdcəsinin neft-qaz sektoru üzrə gəlirlərində təsdiq olunmuş göstəricilərlə müqayisədə kəskin azalma olub. Lakin bu azalma “Şahdəniz” yatağı və SOCAR üzrədir, “Azəri-Çıraq-Günəşli” yatağından hasil və ixrac edilən neft hesabına büdcəyə vergi daxilolmalarında isə artım var. Bu dövrdə Azərbaycan neftinin orta satış qiyməti 94,5 dollar təşkil edib.

Hökumət ilin ikinci yarısında neft-qaz sektorundan vergi ödənişlərində 650,0 milyon manat və ya 4,0 faizlik artım proqnozlaşdırır. Belə ki, ümumilikdə neft-qaz sektorundan büdcəyə 4 milyard 250,0 milyon manat vergi gəliri daxil olması gözlənilir. Bunun 41,2 faizini və ya 1 milyard 750,0 milyon manatını Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən ödənilən vergilər, 11,8 faizini və ya 500,0 milyon manatını Azəri-Çıraq-Günəşli layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi, 47,1 faizini və ya 2 milyard manatını isə “Şahdəniz” layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edəcək.

Nazirliyin açıqlamasına görə, 2026-cı il dövlət büdcəsinin gözlənilən daxilolmalarının hesablanması zamanı Azərbaycan qazının bütün istiqamətlər üzrə 1000 kub metrinin orta satış qiyməti 35 ABŞ dolları artırılaraq 296,0 ABŞ dolları müəyyən edilib. Qiymət artımı ilə əlaqədar “Şahdəniz” layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi daxilolmalarının 400,0 milyon manat və ya 25,0 faiz artacağı gözlənilir.

Oxunub: 1023
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

6-01-2026, 09:05

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB

Gündəm

3-05-2024, 16:59

Şərəfli və keşməkeşli ömür yolu

Gündəm / Siyasət

17-10-2024, 15:05

Prezident COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub - YENİLƏNİB

İqtisadiyyat

24-07-2025, 14:22

Mərkəzi Bank faizləri endirdi: manata nə təsiri olacaq?

Cəmiyyət

23-12-2025, 14:22

Azərbaycana "ÇÖRƏK TƏHLÜKƏSİ" - Gələn il...

Araşdırma
Dövlət bağçalarında yerlərin sayı artırılıb
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir - Şeyxin qardaşı
Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
25 ailə doğma yurduna qayıdır - Fotolar
Bağçalara növbəyə yazılma prosesi başlayır
Hadisə
Bugün, 13:44
"UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
Bugün, 11:30
Ağdərədə mina partladı - Xəsarət alan var
Bugün, 09:25
Bəzi yollarda tıxac var
Dün, 12:30
Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm”
Dün, 12:09
Sabiq baş konsula cinayət işi açılıb - Qızıl qaçaqmalçılığı ittihamı
Dün, 10:52
Xəzərdə zəlzələ oldu
Son xəbərlər
  • Bugün, 16:00
    İrəvan nəticə çıxarmalıdır - Bakıdan KRİTİK xəbərdarlıq
  • Bugün, 15:30
    Paşinyan referenduma getməyəcək? – Bakıdan MÖVQE
  • Bugün, 14:22
    Avropadan Şah İsmayıl qüdrətinin 475 illik təsviri - “Heç bir ordu qarşılarında dayana bilmirdi”
  • Bugün, 14:00
    “Hitlerin davamçıları” hakimiyyətə gəlmək üzrədir - Almaniya gizli hərbi planını onlara verməyəcək
  • Bugün, 13:44
    "UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
  • Bugün, 13:39
    ABŞ-İran savaşı BU TARİXDƏ bitir
  • Bugün, 13:39
    Azərbaycan və Ermənistan liderlərinin son görüşü ilə bağlı VACİB AÇIQLAMA
  • Bugün, 13:35
    Prezidentə müraciət etdilər
  • Bugün, 13:16
    Duqinin yeni xülyası - postsovet ölkələrinə HƏDƏ
  • Bugün, 12:00
    Türkiyə onları bir araya gətirdi: Mühüm razılaşma
  • Bugün, 11:30
    Ağdərədə mina partladı - Xəsarət alan var
  • Bugün, 11:07
    Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
  • Bugün, 11:03
    Dövlət bağçalarında yerlərin sayı artırılıb
  • Bugün, 10:59
    “Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
  • Bugün, 10:27
    İsrail "Hizbullah"ın alınmaz qalasını məhv etdi
  • Bugün, 10:23
    Türkiyə MİT-i hərəkətə keçdi - İllərlə gizlənən "BOSS" yaxalandı
  • Bugün, 10:15
    Ukrayna Rusiyada cəhənnəm gecəsi təşkil etdi: Neft zavodları, liman və Ozon mərkəzi alovlandı...
  • Bugün, 09:33
    Quba-Xınalıq yolu çökdü - Video
  • Bugün, 09:30
    Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir - Şeyxin qardaşı
  • Bugün, 09:29
    “Demokratlar hakimiyyətə gəlsə, hər şeyi məhv edəcəklər” - Tramp
  • Bugün, 09:25
    Bəzi yollarda tıxac var
  • Bugün, 09:22
    2 məktəb yandı - 21 şagird həlak oldu+Fotolar
  • Bugün, 09:18
    Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayır
  • Bugün, 09:16
    Çində yeni təhlükəli virus yayılır – 15 əyalətdə aşkarlanıb, insanlara da keçib
  • Bugün, 09:00
    Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
  • Dün, 16:00
    Ermənilər Azərbaycandan 1400 hektar istəyir - Ağstafa sərhədində yeni tələb - FOTO
  • Dün, 15:30
    Robotlar şübhəli insanları belə tutacaq - Süni intellektli polislər xidmətə başladı
  • Dün, 13:48
    ABŞ İrana kütləvi zərbə endirəcək – Tramp “başqa yolumuz yoxdur” dedi
  • Dün, 13:17
    Makronun Bakıya qarşı qərəzi, Paşinyanın Paris macərası
  • Dün, 13:00
    İnfantinonun getməsi üçün 100 min imza toplandı - FIFA-da böyük skandal
  • Dün, 12:30
    Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm”
  • Dün, 12:24
    Prezident Qaradağda açılışda - Fotolar
  • Dün, 12:09
    Sabiq baş konsula cinayət işi açılıb - Qızıl qaçaqmalçılığı ittihamı
  • Dün, 11:53
    Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
  • Dün, 10:52
    Xəzərdə zəlzələ oldu
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə