• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Heydər Əliyev Azərbaycanın xilaskarlıq simvoludur! [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

13-05-2024, 09:21

Heydər Əliyev Azərbaycanın xilaskarlıq simvoludur!


Səfərov Fuad Nuşrəvan oğlu
25 saylı notariat ofisinin Xüsusi notariusu


Hər bir xalq taleyini və tarixini özü yazır. Yalnız lidersiz bir xalq taleyin sərt sınaqlarına duruş gətirə bilməyərək daha böyük faciələr yaşayır. Uğursuz və miskin həyat tərzi lidersiz bir xalqın alın yazısıdır. Böyük Atatürk Türkiyəni, Mahatma Qandi Hindistanı, Şarl de Qoll Fransanı və xalq qarşısında fövqəladə xidmətləri ilə fədakarlıq göstərərək ümummili lider kimi ali titul qazanmış Heydər Əliyev Azərbaycanı qorudu və yaratdı!

Mübaligəsiz və qeyd-şərtsiz Heydər Əliyev qədər mənsub olduğu xalqı sevən, xalqı kimi yaşayan liderə nadir hallarda rast gəlmək olar. Bütün zamanların ən böyük azərbaycanlısı Heydər Əliyev hələ keçmiş İttifaq dövründə fəaliyyəti ilə Azərbaycanın milliliyini, tarixini, mədəniyyətini qoruya bilmişdi. Ana dilimizin dövlət dili statusu alması, ziyalılarımızın repressiya maşınından qorunması, azərbaycanlı gənclərin SSRİ-nin nüfuzlu tədris müəssisələrində ali təhsilə yiyələnmələri məhz ulu öndər Heydər Əliyevin Azərbaycana olan əsl xidmət nümunəsi idi.

Gənclərimizin hərbi biliklər əldə etmələri üçün ümummilli liderin birbaşa rəhbərliyi və uzaqgörənliyi ilə 1971-ci ildə Bakı şəhərində əfsanəvi diviziya komandiri Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılması mühüm hadisə kimi tarixə yazıldı.

İstər Azərbaycanda, istərsə də keçmiş İttifaqın rəhbərliyində təmsil olunduğu dövrlərdə Heydər Əliyev Azərbaycanda milli özünüdərkin, intibahın formalaşması konsepsiyasını yaratmışdı. Bütün dövrlərdə Azərbaycana olan sevgisini fəaliyyəti ilə sübut edən ulu öndər 1990-cı ilin qanlı Yanvarında bir daha böyüklüyünü bütün dünyaya sübut etdi. Xalqın o ağrılı-acılı günlərində Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələn Heydər Əliyev keçmiş SSRİ rəhbərliyini və şəxsən Mixail Qorbaçovu cinayətkar adlandırdı. Həyatına ola biləcək hər cür təhdidlərə baxmayaraq ümummilli lider sübut etdi ki, Vətən uğrunda ölmək olar! Ulu öndər blokada olan Azərbaycanın səsini bütün dünyaya yaydı və sübut etdi ki, vəzifə sahibi olmadan da Vətənə xidmət göstərmək mümkündür. Bu fövqəlnümunəni yalnız xalqının şəriksiz lideri olacaq Heydər Əliyev sərgiləyə bilərdi.

Zaman Azərbaycanı sınağa çəkirdi. Ötən əsrin sonlarında xalqımız uzun həsrətə son qoyaraq qəhrəman igidlərinin qanı, canı hesabına müstəqilliyinə nail oldu. Azadlıq təşnəsi ilə alışıb-yanan xalq işğaldan qurtularaq istiqbalına qovuşdu. Amma ürək ağrısı ilə qeyd etmək lazımdır ki, xarici və daxili düşmənlər bu azadlığı beşikdəcə boğmağı hədəfləmişdilər. O zamankı iqtidarın naşı siyasət kursu o qədər bəsit qurulmuşdu ki, Azərbaycan beynəlxalq münasibətlər sistemindən kənarda qalmış, ölkəni xaos bürümüş, iqtisadiyyat məhv olaraq böyük işsizlər ordusunun yaranmasına gətirib çıxarmışdı.

Bütün bunlarla yanaşı, qanunların işləməməsi, hüquqi dövlət quruculuğu prosesinin olduqca ləng aparılması, hərbi müxalifətin mövcudluğu ölkədə kriminogen vəziyyət yaratmışdı. Eyni zamanda, məhkəmə sisteminin çökməsi, islahatların aparılmaması kimi yarıtmaz fəaliyyət şahın qanun olmasına gətirib çıxarmışdı. Vahid komandanlığın olmaması, ordunun qruplar tərəfindən idarə edilməsi mənfur düşmənlərimizə meydan vermiş, cəbhədə uğursuzluqla nəticələnmişdi.

Xarici qüvvələrin dəstəyi ilə ölkəni bürümüş separatizm meyilləri, bundan başqa respublikada baş vermiş qardaş qırğını bütövlükdə vətəndaş müharibəsinin yaranmasına zəmin yaratmışdı. Ölkə uçuruma yuvarlanmışdı. Xalq əmin idi ki, Azərbaycanı bu dəhşətli vəziyyətdən yalnız Heydər Əliyev çıxaracaq.

Beləliklə, xalqın təkidi ilə Heydər Əliyev hakimiyyətə qayıtdı. Qısa zaman içində qanunun aliliyi təmin olundu, hüquqi dövlət quruculuğu prosesinə başlanıldı. İqtisadiyyatın inkişafına meydan verildi, ölkədə əlverişli biznes mühiti yaradıldı. Respublikada liberal iqtisadiyyatın əsası qoyuldu. Bütün maneələrə baxmayaraq Heydər Əliyevin memarlığı ilə ölkə nəhəng iqtisadi layihə – “ Əsrin müqaviləsi”nin bağlanmasına şahidlik etdi. Azərbaycan beynəlxalq münasibətlərin həm iqtisadi, həm də siyasi baxımından vacib tərəfdaşına çevrildi.
Hüquqi dövlət quruculuğunu əsas siyasi xətt seçən ulu öndərin birbaşa rəhbərliyi ilə Dövlətin Əsas Qanunu–müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci ildə qəbul olundu. Bununla yanaşı, mükəmməl hüquqi sistem, effektiv məhkəmə hakimiyyətinə nail olunaraq insan hüquq və azadlıqlarının qorunması prioritet vəzifə kimi qarşıya məqsəd qoyuldu. Ölkədə daha bir hüquqi hadisə baş verdi. Ulu öndər Heydər Əliyev humanizm, insanpərvərlik kimi ali dəyərləri daşıyıcısı olaraq 1998-ci ildə ölüm hökmünün ləğvinə nail ola bildi.

Qarabağın işğaldan azad olunması ulu öndərin ən böyük arzularından biri idi. Dahi şəxsiyyət Azərbaycan Prezidenti vəzifəsində çalışarkən problemin həlli üçün böyük səylər göstərdi. Onun rəhbərliyi ilə Azərbaycan 1996-cı ildə ATƏT-in Lissabon Sammitində bu istiqamətdə ilk diplomatik uğur qazandı. Heydər Əliyev bütün dünyaya Qarabağ həqiqətələrini çatdırdı. Diplomatik fəaliyyətlə yanaşı, güclü ordu quruculuğuna xüsusi diqqət yetirdi.

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi dahi şəxsiyyətin arzu etdiyi qələbə sevincini xalqımız yaşadı. Bu tarixi zəfərin əldə olunmasının həlledici amili Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev oldu. Hərbi, diplomatik və informasiya müstəvisində müharibənin möhtəşəm qələbə ilə başa çatması istqamətində görülən bütün işlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirildi.

Heydər Əliyevin Azərbaycan qarşısında xidmətləri danılmazdır. Əfsanəyə çevrilən bu dahi Vətən övladının xatirəsi hər birimiz üçün əzizdir. Xilaskarlıq simvolu olan ulu öndər Heydər Əliyev Azərbaycanı qorumaqla xoşbəxt həyatımızın təminatçısı kimi qəlbimizdə əbədi yer aldı.

Məhz buna görə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin sərəncamı ümumxalq sevgisi ilə, alqışla qarşılandı. Çünki bugünkü qüdrətli, regionun lider dövləti olan Azərbaycan məhz ulu öndər Heydər Əliyevin şah əsəridir. Heç vaxt, heç bir qüvvə Heydər Əliyev sevgisini xalqımızın qəlbindən çıxara bilməz. Heydər Əliyev xalqımızın fədakar qəhrəmanı, azadlıq və xilaskarlıq missiyası ilə Azərbaycanın simvoludur!

Oxunub: 10168
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

17-05-2023, 14:57

Fuad Hacıyev: “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

31-07-2023, 20:41

Dilimiz xalqımızın varlığının ən əsas təminatçısıdır [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

22-05-2023, 08:00

Şöhrəddin Verdiyev: Bu gün müstəqillik yolunda inamla irəliləyən Azərbaycanın qazandığı böyük uğurlar məhz Heydər Əliyev siyasətinin nəticəsidir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

12-12-2023, 11:32

Dursun müəllim: Müasir Azərbaycanın qurucusu - Ümummilli Lider Heydər Əliyev [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

23-05-2023, 00:00

Aqiyə Naxçıvanlı: “Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasını Cümhuriyyətin acı taleyini yaşamaqdan qorudu” [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
Emin Əmrullayev məzunları təbrik etdi
116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
Hadisə
Dün, 10:19
Polis əməliyyat keçirdi
12-06-2026, 16:11
Azərbaycanda güclü zəlzələ oldu
12-06-2026, 14:05
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
12-06-2026, 10:50
Həmin şagird hoteldə ölübmüş
11-06-2026, 12:49
Nərimanovda baş verən yanğın söndürülüb - YENİLƏNİB
11-06-2026, 11:44
70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı - Video
Son xəbərlər
  • Dün, 12:04
    Türkiyə Ermənistanla sərhədi açdı
  • Dün, 11:13
    Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
  • Dün, 11:06
    Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
  • Dün, 11:02
    AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
  • Dün, 10:57
    Emin Əmrullayev məzunları təbrik etdi
  • Dün, 10:19
    Polis əməliyyat keçirdi
  • Dün, 10:10
    Şuşada TDT Forumu keçirilir
  • Dün, 10:01
    116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
  • 12-06-2026, 16:11
    Azərbaycanda güclü zəlzələ oldu
  • 12-06-2026, 16:00
    Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
  • 12-06-2026, 15:30
    KTMT niyə Türkiyəni hədəf göstərdi?
  • 12-06-2026, 14:05
    İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
  • 12-06-2026, 13:08
    Zahid Oruc: Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb…
  • 12-06-2026, 13:05
    Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
  • 12-06-2026, 12:47
    Rus ordusu “Tramp yolu”na NİYƏ soxuldu – HƏDƏF
  • 12-06-2026, 12:40
    SON DƏQİQƏ: Ermənistan ÇALXALANIR - Karapetyan HƏRƏKƏTƏ KEÇDİ
  • 12-06-2026, 12:17
    İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır
  • 12-06-2026, 12:00
    Orta aylıq maaş 1200 manata çatır
  • 12-06-2026, 11:25
    Prezident həmkarını təbrik etdi
  • 12-06-2026, 10:50
    Həmin şagird hoteldə ölübmüş
  • 12-06-2026, 10:46
    DYP “Son zəng”lə əlaqədar məzunlara və valideynlərə müraciət etdi
  • 12-06-2026, 10:28
    Son Dəqiqə: İlon Mask dünya tarixində ilk dollar trilyoneri oldu
  • 12-06-2026, 10:00
    15 mindən çox şəxs magistraturaya imtahan verəcək
  • 12-06-2026, 09:44
    Ukrayna Rusiya günündə Moskvanı BELƏ "TƏBRİK ETDİ" - Nəhəng zavodlar ALOV İÇİNDƏ
  • 12-06-2026, 09:39
    Aqrar sahədə regional müşavirələrə start verilir
  • 12-06-2026, 09:34
    Cənubi Koreya DÇ-yə əzmkar qələbə ilə başladı
  • 12-06-2026, 09:30
    DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
  • 12-06-2026, 09:26
    Azərbaycan XİN Rusiyanı təbrik etdi
  • 12-06-2026, 09:21
    ABŞ ilk dəfə dünyanın ən böyük neft ixracatçısı oldu
  • 12-06-2026, 09:00
    Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
  • 11-06-2026, 16:00
    Ermənistana böyük ZƏRBƏ: Rusiya İrəvanı bu iki ölkə ilə əvəzlədi
  • 11-06-2026, 15:30
    Tramp: “Hörmüz boğazına ABŞ nəzarət edir, İran uduzub”
  • 11-06-2026, 14:22
    Ermənistanda seçkidən sonra təmizləmə ƏMƏLİYYATI BAŞLADI
  • 11-06-2026, 14:04
    Azərbaycan və İran Araz çayının su ehtiyatları ilə bağlı razılığa gəldi - FOTO
  • 11-06-2026, 13:11
    Pensiyalar nə vaxt ödəniləcək?
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə