• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Şöhrəddin Verdiyev: Bu gün müstəqillik yolunda inamla irəliləyən Azərbaycanın qazandığı böyük uğurlar məhz Heydər Əliyev siyasətinin nəticəsidir

Cəmiyyət

22-05-2023, 08:00

Şöhrəddin Verdiyev: Bu gün müstəqillik yolunda inamla irəliləyən Azərbaycanın qazandığı böyük uğurlar məhz Heydər Əliyev siyasətinin nəticəsidir


Gəncə Şəhər Su İdarəsinin rəisi Şöhrəddin Verdiyev - “Bu gün Azərbaycan tarixində əlamətdar bir gündür. Dərin biliyini, qazandığı zəngin təcrübəni, Uca Yaradanın ona bəxş etdiyi istedadı, mənalı və şərəfli ömrünü yalnız mənsub olduğu xalqına həsr edən, bunu özünün həyat amalına çevirən və bu yolda usanmadan uzun bir yol alan, xalqının ümid çırağı, nümunəvi azərbaycanlı Heydər Əliyevin doğum günüdür. Doğulduğu gündən onun düşüncələrində özü üçün yox, “xalqım üçün nə etməliyəm” fikirləri hakim idi. O, bu istəklərlə həyata yol aldı və ancaq doğma xalqı üçün çalışdı. Tutduğu yol müqəddəs, nəcib, vicdanlı olduğu üçün Uca Yaradan hər zaman ona dayaq durdu. Hansı vəzifəni daşıdısa, məqsəd bir idi - yalnız xalqa xidmət. Çünki Heydər Əliyev xalqını sonsuz məhəbbətlə sevirdi, azərbaycanlı olduğu üçün hər zaman fəxr edirdi. O, xalqının tarixini dərindən öyrənmişdi. Bilirdi ki, Azərbaycan xalqı kamil, savadlı bir xalqdır, qüdrətli dövlətlər yaradıb, böyük ədəbiyyata, zəngin mədəniyyətə sahibdir. Ona görə də Heydər Əliyev xalqı üçün gördüyü işlərdə yalnız xalqdan güc aldı, vəzifələrinin ilk pillələrindən sonadək bu yolla addımladı”.

Şöhrəddin Verdiyev: Bu gün müstəqillik yolunda inamla irəliləyən Azərbaycanın qazandığı böyük uğurlar məhz Heydər Əliyev siyasətinin nəticəsidir


“Xalqımız çətin anlarında yalnız ona üz tutdu, bu dahi insanın gücünə, qabiliyyətinə, şəxsiyyətinə və ona olan sevgisinə qəlbən inandı. Əmin idi ki, Heydər Əliyev bacaracaq. Budur Azərbaycan xalqının müdrikliyi, kamilliyi, çünki qəbul etdiyi qərar tam doğru idi, taleyini Heydər Əliyevə etibar etməkdə yanılmamışdı. O, sovet Azərbaycanına rəhbərlik etməyə başlayarkən respublikamızda vəziyyət tarixdən məlumdur. Demək olar ki, digər ittifaq respublikalarından bütün göstəricilərinə görə geridə idi. Moskvadan Azərbaycana laqeyd münasibət var idi, əsasən aqrar respublika kimi xarakterizə olunurdu və o da çox aşağı səviyyədə. Amma Heydər Əliyev qısa müddətdə xalqımızın potensialını ortaya qoydu, bütün sahələrin inkişafına nail oldu. Azərbaycanın ittifaq miqyasında nüfuzu artdı, rəqabətqabiliyyətli bir respublikaya çevrildi. Heydər Əliyevin qətiyyəti və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri Azərbaycanda inşa olundu. Buna misal olaraq Bakı Məişət Kondisionerləri Zavodunun adını çəkmək istərdim. Həmçinin həmin dövrdə Ulu Öndərin tikdirdiyi elə müəssisələr var ki, onlar bu gün də iqtisadiyyatımızın gücləndirilməsinə, xalqımızın rifah halının yüksəlməsinə xidmət edir. Məhz onun rəhbərliyi ilə Azərbaycanda yeni binalar, mədəniyyət obyektləri tikildi. Ulu Öndərin diqqət yetirdiyi məsələlərdən biri də əhalinin mənzil şəraitinin yaxşılaşdırılması idi. Onun respublikamıza rəhbərliyi dövründə əhaliyə 376,1 min yeni tikilmiş mənzil verilmişdi. Təbii ki, həmin dövrdə bilavasitə Heydər Əliyevin müdrik rəhbərliyi sayəsində qazanılmış nailiyyətləri saymaqla qurtarmaq olmaz. Amma ümumiləşdirib onu deyə bilərəm ki, Moskva Azərbaycanın gücünü və əhəmiyyətini başa düşdü, hər məsələdə onunla hesablaşdı”.

“Baş verən hadisələri dərindən analiz etsək, görərik ki, ötən əsrin sonlarında Azərbaycanın başına gələn bəlalar Heydər Əliyev Moskvadakı vəzifəsindən uzaqlaşdırılandan sonra başladı. Düşmənlərimiz anlayırdı ki, Heydər Əliyev var ikən çirkin planlarını həyata keçirə bilməyəcəklər. Məhz Qarabağ münaqişəsi o, istefaya getdikdən bir neçə gün sonra başladı, xain düşmənlərimizin əli-qolu açıldı, xalqımızın baş üzərini qara buludlar almağa başladı. İmperiya dağıldıqdan sonra bu proses geniş vüsət aldı. Xalqımız müstəqil olsa da, amansız müharibə davam edir, torpaqlar itirilir, ölkədə anarxiya, xaos baş alıb gedirdi. Belə şəraitdə xalqın güzaranından danışmaq, ümumiyyətlə, yersizdir. Həmin vaxt Heydər Əliyev Azərbaycan xalqının yeganə çıxış yolu oldu, xilas yolu onun timsalında göründü. Heydər Əliyevi Naxçıvandan gətirən təyyarənin Bakıya enməsi ilə xalq dərindən nəfəs aldı, əmin oldu ki, artıq etibarlı əldədir. Bax budur Azərbaycan xalqının müdrikliyi, çünki çətin anda dəqiq və düzgün qərar qəbul etməyi bacarır. Bir nüansa diqqət çəkmək istərdim. Ulu Öndər Bakıya gələrkən nə komandası var idi, nə də silahı. O yalnız geniş biliyi, zəngin təcrübəsi və xalqına olan sonsuz sevgisi ilə ağır və şərəfli işə başladı. Nəticəyə gəldikdə isə hazırkı Azərbaycana baxmaq kifayətdir... Bu gün Şuşadan ucalan muğam səsi bütün dünyanı xəyallara qərq edib”.

Oxunub: 10272
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

17-05-2023, 12:52

Şahin müəllim: Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu

Cəmiyyət

16-05-2023, 11:04

Qəhrəman Qələndərov: Ulu Öndərin həyat və fəaliyyəti Azərbaycan gəncliyi üçün nümunədir

Cəmiyyət

19-05-2023, 11:18

Mahir Muradov: Ulu Öndərin əbədiyaşar ideyaları Azərbaycana qələbələr bəxş edir

Araşdırma
Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir?
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Bu gün qısa iş günüdür
Zəfər Günü ilə bağlı hərbi yürüşlər olacaq
Şəhid ailələri bu ödənişdən azad olunur
Hadisə
Dün, 10:58
Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü
Dün, 10:37
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
Dün, 09:37
İnterpolla axtarılan şəxs Almaniyada tutulub Azərbaycana gətirildi
Dün, 09:34
Güllü Muradovanın əri - Həbs edildi
5-11-2026, 13:15
DTX-dən əməliyyat: Saxlanılanlar var
5-11-2026, 10:57
Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
Son xəbərlər
  • Bugün, 14:41
    Prezident onlara ali hərbi rütbələr verdi
  • Bugün, 14:33
    İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
  • Bugün, 14:27
    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • Bugün, 12:06
    İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak etdi
  • Bugün, 12:00
    Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək
  • Bugün, 11:29
    İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
  • Bugün, 11:25
    Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub
  • Bugün, 10:38
    Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
  • Bugün, 10:34
    Neftimiz bu gün də bahalaşdı
  • Bugün, 10:27
    Prezident Şuşada açılışda - Fotolar
  • Bugün, 09:00
    Müharibənin taleyi həll olunur – Putin Ukrayna ilə danışıqları elan etdi!
  • Dün, 21:20
    İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video-Yenilənib
  • Dün, 20:59
    “Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq”
  • Dün, 20:55
    Prezidentin sakinlə zarafatı: - “Qonşuyuq?”
  • Dün, 16:00
    Moskvadan yeni savaş siqnalı – İrəvan Ukraynanı əvəz etmək yolunda
  • Dün, 15:30
    Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir?
  • Dün, 15:29
    İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü
  • Dün, 14:22
    İpi başqalarının əlində olan Ermənistan – Rusiyadan qopsa onu nələr gözləyir...
  • Dün, 13:55
    Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
  • Dün, 13:12
    Azərbaycanda benzin və dizel markalanacaq
  • Dün, 12:52
    İlham Əliyev və Mehriban Əliyeva alkoqolsuz içki istehsalı müəssisəsinin AÇILIŞINDA
  • Dün, 12:34
    Bu gün qısa iş günüdür
  • Dün, 12:31
    Zəfər Günü ilə bağlı hərbi yürüşlər olacaq
  • Dün, 12:28
    Ölkəyə gətirilən bu heyvanlar vergidən azad olunur
  • Dün, 12:25
    Kiçik sahibkarlara 5 illik vergi güzəşti olacaq
  • Dün, 12:22
    Yükdaşıma şirkətlərinin nəzərinə: 8% vergi ödəyə biləcəklər
  • Dün, 12:18
    Azərbaycanın yeni sosial-iqtisadi inkişaf strategiyası hazırlanır
  • Dün, 11:09
    Şəhid ailələri bu ödənişdən azad olunur
  • Dün, 11:05
    Sürücülük vəsiqəsi ilə bağlı QAYDA DƏYİŞİR
  • Dün, 11:02
    Şuşa ilə bağlı sevindirici RƏQƏMLƏR
  • Dün, 10:58
    Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü
  • Dün, 10:49
    DTX-nin Akademiyasında Zəfər gününə həsr olunan elmi-praktiki konfrans keçirilib
  • Dün, 10:41
    Bu rayonlara qar yağıb
  • Dün, 10:37
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
  • Dün, 09:41
    Casusluq riskinə görə BYD-yə məhdudiyyət qoymağa çağırdılar
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə