• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Pentaqonun Kiyevə zərbəsi bumeranq effekti verir: Zelenski Trampı da Ərdoğanın masasına oturdur [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

22-04-2026, 09:00



Rəsmi Kiyevin, daha çox Rusiyanın tərəfdaşı kimi davranan Ağ Ev sahibi Donald Trampı da “sülh masası” arxasına qaytarmaq cəhdi bəzi uzaqgedən siyasi məqsədlərə xidmət edir... Belə ki, Ukraynanın bu manevrlə ABŞ daxilində baş verə biləcəyi ehtimal olunan önəmli siyasi dəyişikliklərə elə əvvəlcədən uyğunlaşmağa cəhd göstərdiyi qətiyyən istisna deyil...
Ukrayna savaşının yeni mərhələyə keçid etmək üzrə olduğu müşahidə edilir. Belə ki, son proseslər onu göstərir ki, bu münaqişə tədricən hərbi mərhələdən siyasi-diplomatik fazaya transformasiya olunmağa başlayıb. ABŞ tərəfindən verilən son neqativ mesajlar, rəsmi Kiyevin danışıqlara açıq olduğunu nümayiş etdirməsi və Türkiyənin aktiv vasitəçilik təşəbbüsləri bu transformasiyanın əsas əlamətləri kimi görünür. Və bütün bunlar isə yalnız regional deyil, həm də qlobal güc balansına birbaşa təsir göstərə biləcək yeni geopolitik arxitekturanın formalaşmaqda olduğunu biruzə verir.

Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın Ukrayna savaşına münasibətdə yürütdüyü siyasətdə önəmli korrektələr də müşahidə olunur. “Politico” nəşrinin istinad etdiyi yüksək vəzifəli Pentaqon rəsmisi açıq şəkildə vurğulayıb ki, ABŞ-ın Ukraynaya dəstəyi böyük ölçüdə məhdud resurslara əsaslanır və bu model artıq davamlı xarakter daşımır. Pentaqonun Ukraynaya ağır zərbə hesab oluna biləcək bu mövqeyi qətiyyən təsadüfi deyil və onu göstərir ki, ABŞ öz qlobal prioritetlərini yenidən müəyyənləşdirir. Çünki Ağ Ev əsas diqqətini getdikcə, daha çox Asiya-Sakit okean regionuna, xüsusilə də, ABŞ-Çin rəqabətinə yönəldir.

Digər tərəfdən, Ukraynaya ayrılan genişmiqyaslı maliyyə və hərbi resursların ABŞ-da daxili siyasi müzakirə mövzusuna çevrilməsi Ağ Evi daha ehtiyatlı davranmağa vadar edir. Ona görə də, ABŞ faktiki olaraq, açıq mesaj verir ki, “qoca qitə”nin təhlükəsizlik problemləri bundan sonra artıq ilk növbədə Avropa ölkələrinin öz məsuliyyətində olmalıdır. Və bu isə öz növbəsində NATO daxilində də “məsuliyyət paylaşımı” məsələsini yenidən aktuallaşdırır, transatlantik münasibətlərdə müəyyən gərginlik yaradır.

Maraqlıdır ki, ABŞ-ın Ukraynaya dəstəyinin məhdudlaşmasından narahat olan rəsmi Kiyev siyasi-diplomatik fəallığını artırmaq məcburiyyətində qalıb. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa növbəti dəfə bəyan edib ki, prezident Volodimir Zelenski artıq Rusiya lideri Vladimir Putin ilə birbaşa görüşə hazırdır. Yəni, rəsmi Kiyev bir tərəfdən, beynəlxalq ictimaiyyətə sülhə açıq olduğunu göstərməyə və bununla da Qərb ölkələrinin heç olmasa, siyasi dəstəyini qorumağa çalışır.

Digər tərəfdən isə bu, Rusiyaya qarşı yönəlmiş siyasi təzyiqdir, çünki Kremlin sülh danışıqlardan yayınması xüsusi olaraq, qabardılır. Bu baxımdan, Ukraynanın mövqeyi yalnız sülhə birbaşa çağırış kimi deyil, həm də dəyişən geopolitik reallıqlara uyğunlaşma cəhdi kimi də qiymətləndirilə bilər. Rəsmi Kiyev artıq anlayır ki, hərbi müstəvidə əldə olunan nəticələrin davamlılığı daha yalnız Qərbin dəstəyindən asılı deyil. Və ona görə də, siyasi-diplomatik müzakirə platformaları getdikcə, daha çox əhəmiyyət qazanmağa başlayır.

Təbii ki, mövcud situasiyada Türkiyənin vasitəçilik potensialının indi daha qabarıq şəkildə ön plana keçməsi də diqqəti çəkir. Prezident Rəcəb Tayyib Ərdoğanın prinsipial manevrləri Türkiyəni hazırda ən etibarlı vasitəçi kimi göstərir. Xarici işlər naziri Hakan Fidan isə Türkiyənin sülh danışıqları üçün ən uyğun platforma olduğunu açıq şəkildə bəyan edib. Və bu baxımdan, yaxın vaxtlarda Ukrayna üzrə “sülh masası”nın əl dəyişdirə biləcəyi də qətiyyən istisna deyil.

Məsələ ondadır ki, rəsmi Kiyev artıq Türkiyəyə müraciət edərək, Ukrayna və Rusiya arasında yüksək səviyyəli görüşün təşkilinə dəstək istəyib. Ukrayna ümid edir ki, rəsmi Ankara Türkiyədə prezidentlərin (Volodimir Zelenski, Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Donald Tramp) birbaşa iştirakı ilə dördtərəfli formatda sammit keçirməyə nail ola bilər. Çünki Türkiyə NATO-ya üzv olsa da, Rusiya ilə siyasi dialoqa da malik nadir ölkələrdən biridir. Və eyni zamanda, rəsmi Ankara daha əvvəl Qara dəniz taxıl dəhlizinin yaradılmasına nail olmaqla, Türkiyənin vasitəçilik potensialını artıq sübuta yetirib.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Kiyevin dördtərəfli formatda ABŞ prezidenti Donald Trampa da yer ayırması böyük maraq doğurur. Çünki bu önəmli məqam Ukrayna savaşının artıq yalnız dövlətlərarası deyil, həm də kollektiv Qərb daxilində siyasi ziddiyyətlərin kontekstində müzakirə olunduğunu göstərir. Və rəsmi Kiyevin daha çox Rusiyanın tərəfdaşı kimi davranan Ağ Ev sahibi Donald Trampı da “sülh masası” arxasına qaytarmaq cəhdi bəzi siyasi məqsədlərə xidmət edə bilər.

Bəzi ehtimallara görə, rəsmi Kiyev bu manevrlə bir tərəfdən, ABŞ daxilində ehtimal olunan mümkün siyasi dəyişikliklərə elə əvvəlcədən uyğunlaşmağa cəhd göstərir. Digər tərəfdənsə, Kremlin bütün bəhanələrini aradan qaldırmaq baxımından, Rusiya üçün daha qəbul edilə bilən danışıqlar formatı kimi, alternativ istiqamət də dolayısı ilə qorumuş olur. Nəhayət, bu, həm də kollektiv Qərbin daxilində vahid mövqeyinin artıq ciddi şəkildə zəiflədiyini göstərən üstüörtülü mesaj da sayıla bilər. Yəni, reallaşacağı təqdirdə, yeni siyasi-diplomatik platforma klassik Qərb-Rusiya qarşıdurmasından fərqli olaraq, həm də çoxqütblü mühitin əlamətlərini daşımış kimi görünəcək.

Göründüyü kimi, bütün bu faktorlar üzrə belə bir ümumi nəticəyə gəlmək olar ki, Ukrayna müharibəsi artıq yeni mərhələyə daxil olur. Bu mərhələdə ABŞ Ukraynaya münasibətdə daha çox məsafəli dəstək strategiyasına üstünlük verir. Avropa ölkələri təhlükəsizlik baxımından, daha böyük məsuliyyətlə üz-üzə qalacaq, Ukrayna isə siyasi-diplomatik alətlərə daha çox önəm verməyə məcburdur. Rusiya zaman faktorundan istifadə edərək, hərbi-siyasi mövqelərini qorumağa çalışır. Türkiyə isə bu mərhələdə vasitəçilik potensialı sayəsində öz geopolitik gücünü artırır.

Belə anlaşılır ki, Ukrayna savaşının gələcək taleyi artıq yalnız döyüş meydanında müəyyən olunmur. Əksinə, siyasi iradə, çevik diplomatik təşəbbüslər və geopolitik balans yaratma cəhdləri indi daha çox həlledici rol oynamağa başlayıb. Əgər, rəsmi Kiyevin təklif etdiyi siyasi-diplomatik format reallaşarsa, bu, yalnız Ukrayna savaşının deyil, həm də bütövlükdə Avrasiya təhlükəsizlik sisteminin yenidən qurulmasına təkan verə bilər. Əks halda isə Ukrayna müharibəsinin qeyri-müəyyən müddətə uzanaraq, yeni qlobal güc mərkəzlərinin formalaşması ilə bağlı prosesi sürətləndirə biləcəyi də qətiyyən istisna deyil. Və hər iki halda, yalnız ABŞ deyil, artıq Türkiyə də qlobal güc balansının əsas platformalarından biri rolunda çıxış edəcək.musavat.com

Oxunub: 1016
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

6-01-2026, 09:05

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

3-02-2025, 09:00

Tramp Putini və Rusiyanı məğlub etmək niyyətindədir: Kiyevdən xəbərsiz Ukrayna "siyasi bazarlıq" predmetinə çevrilib [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

9-08-2024, 09:00

Kiyev Trampın "sülh masası"nı dağıtmağa çalışır: Kurskda Rusiya və Ukraynanın taleyi həll olunur [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

16-12-2025, 09:00

Ərdoğan Tramp-Putin tandemini pozur: Türkiyə Ukrayna savaşında əsas orbitrə çevrilir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

9-05-2025, 09:11

Trampın yeni "Ukrayna planı" Kremldə şok effekti yaradıb: Türkiyənin müdaxiləsi Rusiyanın təklənməsinə yol açacaq [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA
İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
Onlar belə maaş alacaqlar
Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
Sürücülərin 20 bal problemi parlamentə çıxdı
Hadisə
Dün, 09:24
Pulda və eşqdə bəxtləri gətirəcək BÜRCLƏR
5-06-2026, 16:28
Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
5-06-2026, 15:30
Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
5-06-2026, 09:49
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
4-06-2026, 15:42
Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
4-06-2026, 14:22
Sabah 32 dərəcə isti olacaq
Son xəbərlər
  • Dün, 10:12
    Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA
  • Dün, 09:53
    Zelenskinin Putinə yazdığı o məktub - TAM MƏTN
  • Dün, 09:48
    Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi
  • Dün, 09:37
    Tesla xidmətə cəlb olundu
  • Dün, 09:30
    Kilsə ilə separatçılar birləşdi – TƏHLÜKƏ
  • Dün, 09:24
    Pulda və eşqdə bəxtləri gətirəcək BÜRCLƏR
  • Dün, 09:16
    İran ABŞ bazalarını hədəf aldı
  • Dün, 09:11
    Süni intellekt “super peyvənd” hazırladı
  • 5-06-2026, 21:18
    AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
  • 5-06-2026, 16:28
    Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
  • 5-06-2026, 16:00
    Dünyanı lərzəyə gətirən terror zərbəsi: Omanın nəhəng neft terminalında dəhşətli partlayış
  • 5-06-2026, 15:30
    Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
  • 5-06-2026, 15:29
    Prezidentdən Azərbaycan Minifutbol Federasiyası ilə bağlı Sərəncam
  • 5-06-2026, 14:22
    İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
  • 5-06-2026, 13:48
    Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib
  • 5-06-2026, 13:11
    Onlar belə maaş alacaqlar
  • 5-06-2026, 12:37
    Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
  • 5-06-2026, 12:21
    Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
  • 5-06-2026, 12:17
    Son DƏQİQƏ! İsrail Livanda tutduğu mühüm məntəqəni Livan ordusuna təhvil verdi
  • 5-06-2026, 12:13
    Sürücülərin 20 bal problemi parlamentə çıxdı
  • 5-06-2026, 11:39
    Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
  • 5-06-2026, 11:29
    Paşinyandan şok etiraf: ATƏT MQ yaradılmışdı ki, Qarabağ münaqişəsi həll edilməsin
  • 5-06-2026, 11:13
    Paşinyan: KTMT-dən çıxacağıq, Lukaşenkoya bir daha imkan vermərik ki...
  • 5-06-2026, 11:08
    Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək
  • 5-06-2026, 10:51
    Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıbmış
  • 5-06-2026, 10:24
    Prezident millimizi qələbə münasibətilə təbrik etdi
  • 5-06-2026, 09:53
    Tokayev Qazaxıstan prezidenti haqqında qanunu imzaladı
  • 5-06-2026, 09:49
    DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
  • 5-06-2026, 09:41
    "Bitcoin" kəskin ucuzlaşdı
  • 5-06-2026, 09:36
    Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
  • 5-06-2026, 09:29
    Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
  • 5-06-2026, 09:00
    Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
  • 4-06-2026, 16:00
    Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
  • 4-06-2026, 15:42
    Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
  • 4-06-2026, 15:30
    Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə