• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Öldürülən liderlər, yaşayan sistem-İranın sirri [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

19-03-2026, 09:00

Öldürülən liderlər, yaşayan sistem-İranın sirri


Hərdən düşünürsən ki, İsrail və ABŞ-la müharibə edən bu ölkəni bəlkə süni intellekt idarə edir, ölənlər fiziki olaraq dünya ilə əlaqələrini kəsiblər, amma yenə əmrlər və göstərişlər verirlər…

Hələ ipucu belə yoxdur ki, ABŞ və İsrail İran hakimiyyətini öldürüb qurtararsa, sonra nə edəcək? İsrailin belə “qara siyahısı” çoxdan var idi və həm 12 günlük müharibədə, həm indi o siyahıda olanların bir neçəsinin adının üstünə artıq krest(X) işarəsi qoyulub, amma hələ yeni-yeni adlar da necə deyərlər, müharibə davam edərkən, onlayn əlavə olunur...

Bəzi təhlilçilər deyirlər ki, İranda yüksək vəzifəlilərin mərkəzləşdirilmiş qoruma-təhlükəsizlik sistemi heç vaxt olmayıb. Onların çoxunun qorunması dövlət sisteminə deyil, ənənəvi ailə bağlarına əsaslanıb və bu da nəticədə vahid təhlükəsizlik standartlarının olmamasına gətirib çıxarıb. Hakimiyyətdəki indiki şok itkilərin səbəblərindən biri də budur...
O da iddia olunur ki, guya legitim hakimiyyət hədəfə alınmır, buna misal olaraq da prezident Pezeşkianı, xarici işlər naziri Əraqçini və parlament sədri Qalibafı göstərirlər. Mümkündür ki, həqiqətən də ikili koalisiya İran hakimiyyətindən kimlərəsə hələ toxunmasın, amma məgər Pezeşkian, Əraqçi Trampa təriflərmi yağdırır? Onlar ötən il yayında da, indi də ABŞ və İsrail əleyhinə, məsələn, dünən öldürülən Milli Təhlükəsizlik Şurasının sədri Laricanidən az radikal bəyanatlar verməyiblər.Hadisələri bir az qabaqlasaq, İrandakı İslam rejimi çökərsə, Pezeşkianı ABŞ və İsraillə masaya oturmağa yəqin ki, “özünkülər” (məsələn, SEPAH) imkan verməz, infazı özləri həyata keçirə bilər. Laricani də dövlətin adamı idi, zamanında Qərblə nüvə danışıqlarında da Tehranı təmsil etmişdi. Onun başı üçün 10 milyon dollar mükafat qoyulmuşdu. İran siyasətində ən odioz fiqurlardan biri olan Laricani kimi birinin yerini (məlumata görə, Tehran yaxınlığında hədəfə gəlib) nişan vermək üçün çox az puldur, amma indi o məbləğə də razı olmaq mümkündür.
İsrailli nazir hiyləgərcəsinə deyib ki, Laricaninin yerini guya özləri təsbit edib raket zərbəsi vurublar, yəni əməliyyat pulsuz başa gəlib. Amma bu daha çox daxildəki agenturadan iz azdırmağa oxşayır. İranda lap çoxdan yaxşı təşkilatlanmış və maskalanmış kəşfiyyat fəaliyyəti göstərir. İranın hərbi və siyasi hakimiyyətindəki “təmizləmə” təkcə mühafizənin zəif olması deyil, həm də daxildəki kəşfiyyatın “xidmətidir”. Nə oldu, İsrail və Pentaqon raketlərinin sanki burnu varmış ki, iyləyib lazımi hədəfləri tapıb, əl ilə qoyulmuş kimi öldürsün?

Yeri gəlmişkən, hələ də ortalarda görünməyən yeni dini lider Müctəba Xameneinin yerini deyən üçün də 10 milyon dollar mükafat vəd edilib. Amma bu qədər pul yeni rəhbərin yerini nişan vermək üçün çox azdır, yəqin İsrail kəşfiyyatına belə informasiya sızarsa, məbləğin 5 qat artacağına ümid edilə bilər.
Mövzumuz isə həm də budur ki, İran bu zərbələrə neçə gün dözəcək, savaş bitəndən sonra nəyə razılaşacaq, hansı siyasəti işləyəcək, ölkəni ayağa qaldırmaq üçün kimlər sinəsini irəli verib, qollarını çırmalayacaq? Bu da indilikdə cavabı olmayan sualdır. İranın tez-tez yenilədikləri şərtləri isə bir az gülməlidir, sanki ABŞ deyil, İran Vaşinqonunun başına bomba yağdırır ki, indi də belə şərtlər irəli sürür.
Netanyahunun İran xalqına guya yazığı gəlir, son müraciətində deyib ki, biz hakimiyyətdəki pis adamları məhv edirik, siz də ayağa qalxın, hakimiyyətdə ölməyib qalanları qovun. Hələ ki, müraciətə reaksiya yoxdur. Aydındır ki, İsrail İranı artıq zəiflədib, “şir”in bütün xarizmasını yerlə bir edib, indi isə həm də illərlə sürə biləcək xaosa sürükləmək, hakimiyyət böhranına, millətlərarası qırğınlara sürükləmək istəyir.
Yəni İran əhli bilir ki, molla rejimi zalımdır, amma onlar qədər qəddar olan (Qəzza yalnız onun son iki ilidir) Netanyahu rejiminin çağırışı ilə üsyan çıxarmaq indilikidə dövlətə xəyanətdir. Əraqçi Laricaninin öldürülməsindən sonra belə deyib: “Amerikalı və yəhudilərin niyə hələ də İranın güclü siyasi quruluşa malik olduğunu anlamadıqlarını başa düşmürəm. Bir nəfərin varlığı və ya yoxluğu bu quruluşa təsir etmir. Əsas amil fərdi fiqurlar deyil, sistemin özünün gücü olaraq qalmasıdır.”

Bir yazıda qeyd etmişdim ki, İranın xarabalığının altından deyəsən, bir dövlət də var. İran rejiminə heç bir rəğbətim yoxdur, amma bu sirr də adamı düşündürməyə bilmir. Axı bu adamlar sıravi əsgər deyillər ki, vurulanda posta yenisi çıxsın. Bu öldürülən adamlar hərəsi bir mühüm sahəni kurasiya edirdilər. Müharibə rejimində belə itkilər əlbəttə olur, amma müasir tarixdə İranın itkiləri ilə müqayisə olunacaq nümunə yoxdur.musavat.com

...Bəlkə İran hakimiyyəti süni intellektə adaptasiya olunub, yəni Əli Xamenei də daxil olmaqla ölənlər fiziki olaraq dünya ilə əlaqələrini kəsiblər, amma yenə əmrlər və göstərişlər verməkdə davam edirlər. Doğrusunu Allah bilir...

Oxunub: 1018
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

6-01-2026, 09:05

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

27-08-2025, 10:16

Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar(CANLI) [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

27-09-2023, 12:24

Antiterror əməliyyatlarında şəhid olmuş hərbi qulluqçuların siyahısı - FOTO [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

18-12-2024, 14:44

İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

3-05-2024, 16:59

Şərəfli və keşməkeşli ömür yolu [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
"Son Zəng"yeni həyata atılan ilk addım ...
Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
Emin Əmrullayev məzunları təbrik etdi
116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
Hadisə
13-06-2026, 10:19
Polis əməliyyat keçirdi
12-06-2026, 16:11
Azərbaycanda güclü zəlzələ oldu
12-06-2026, 14:05
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
12-06-2026, 10:50
Həmin şagird hoteldə ölübmüş
11-06-2026, 12:49
Nərimanovda baş verən yanğın söndürülüb - YENİLƏNİB
11-06-2026, 11:44
70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı - Video
Son xəbərlər
  • Dün, 13:25
    "Son Zəng"yeni həyata atılan ilk addım ...
  • 13-06-2026, 12:04
    Türkiyə Ermənistanla sərhədi açdı
  • 13-06-2026, 11:13
    Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
  • 13-06-2026, 11:06
    Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
  • 13-06-2026, 11:02
    AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
  • 13-06-2026, 10:57
    Emin Əmrullayev məzunları təbrik etdi
  • 13-06-2026, 10:19
    Polis əməliyyat keçirdi
  • 13-06-2026, 10:10
    Şuşada TDT Forumu keçirilir
  • 13-06-2026, 10:01
    116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
  • 12-06-2026, 16:11
    Azərbaycanda güclü zəlzələ oldu
  • 12-06-2026, 16:00
    Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
  • 12-06-2026, 15:30
    KTMT niyə Türkiyəni hədəf göstərdi?
  • 12-06-2026, 14:05
    İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
  • 12-06-2026, 13:08
    Zahid Oruc: Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb…
  • 12-06-2026, 13:05
    Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
  • 12-06-2026, 12:47
    Rus ordusu “Tramp yolu”na NİYƏ soxuldu – HƏDƏF
  • 12-06-2026, 12:40
    SON DƏQİQƏ: Ermənistan ÇALXALANIR - Karapetyan HƏRƏKƏTƏ KEÇDİ
  • 12-06-2026, 12:17
    İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır
  • 12-06-2026, 12:00
    Orta aylıq maaş 1200 manata çatır
  • 12-06-2026, 11:25
    Prezident həmkarını təbrik etdi
  • 12-06-2026, 10:50
    Həmin şagird hoteldə ölübmüş
  • 12-06-2026, 10:46
    DYP “Son zəng”lə əlaqədar məzunlara və valideynlərə müraciət etdi
  • 12-06-2026, 10:28
    Son Dəqiqə: İlon Mask dünya tarixində ilk dollar trilyoneri oldu
  • 12-06-2026, 10:00
    15 mindən çox şəxs magistraturaya imtahan verəcək
  • 12-06-2026, 09:44
    Ukrayna Rusiya günündə Moskvanı BELƏ "TƏBRİK ETDİ" - Nəhəng zavodlar ALOV İÇİNDƏ
  • 12-06-2026, 09:39
    Aqrar sahədə regional müşavirələrə start verilir
  • 12-06-2026, 09:34
    Cənubi Koreya DÇ-yə əzmkar qələbə ilə başladı
  • 12-06-2026, 09:30
    DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
  • 12-06-2026, 09:26
    Azərbaycan XİN Rusiyanı təbrik etdi
  • 12-06-2026, 09:21
    ABŞ ilk dəfə dünyanın ən böyük neft ixracatçısı oldu
  • 12-06-2026, 09:00
    Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
  • 11-06-2026, 16:00
    Ermənistana böyük ZƏRBƏ: Rusiya İrəvanı bu iki ölkə ilə əvəzlədi
  • 11-06-2026, 15:30
    Tramp: “Hörmüz boğazına ABŞ nəzarət edir, İran uduzub”
  • 11-06-2026, 14:22
    Ermənistanda seçkidən sonra təmizləmə ƏMƏLİYYATI BAŞLADI
  • 11-06-2026, 14:04
    Azərbaycan və İran Araz çayının su ehtiyatları ilə bağlı razılığa gəldi - FOTO
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə