• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Tramp niyə “məni aradan götürmək istəyirlər” dedi: Çin və Rusiya ABŞ-ın “savaş bataqlığı”na tam düşməsini gözləyir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

13-03-2026, 09:18




Əgər, Yaxın Şərqdə hərbi qarşıdurma uzanarsa, bu regionda yeni ittifaqların yaranması, enerji bazarlarında ciddi dəyişikliklər və qlobal rəqabətin daha da kəskinləşməsi qaçılmaz ola bilər… Və bu baxımdan, ABŞ-İran müharibəsi yalnız iki dövlət arasındakı hərbi toqquşma deyil, həm də müasir dünyanın yeni geopolitik reallıqlarını formalaşdıran önəmli radikal proses kimi görünür…
Yaxın Şərq ölkələrini də tədricən öz içərisinə çəkməkdə olan ABŞ-İran savaşının ilkin nəticələri onu göstərir ki, XXI əsrin müharibələri artıq yalnız hərbi güc toqquşması ilə xarakterizə olunmur. Belə ki, müasir müharibələr həm də iqtisadi resursların, texnoloji üstünlüyün və qlobal geopolitik balansın ciddi sınağına çevrilir. Və İrana qarşı müharibənin ilk mərhələsində ortaya çıxan məqamlar ABŞ-ın hərbi potensial üstünlüyünə baxmayaraq, bu savaşın həm maliyyə, həm də siyasi baxımdan, olduqca ağır nəticələr doğura biləcəyini göstərir.

Onu da qeyd etmək lazımdır ki, Pentaqon tərəfindən açıqlanan rəsmi məlumatlara görə, hərbi qarşıdurmanın ilk on günü ərzində ABŞ ordusu artıq ciddi itkilərlə üzləşib. Belə ki, 140 amerikalı hərbçi yaralanıb, 7 amerikalı hərbçi isə həlak olub. Pentaqondan bildirilib ki, əsgər yaralanmalarının böyük bir hissəsi ABŞ hərbi bazalarına qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumların nəticəsində baş verib. Və bu isə onu göstərir ki, İran klassik hərbi güc baxımından, ABŞ-la rəqabət aparmasa da, regionda asimmetrik müharibə strategiyasını effektiv şəkildə tətbiq edir.

Son illərdə İranın hərbi doktrinasında əsas diqqət məhz bu strategiyaya – raket arsenalının genişləndirilməsi və pilotsuz sistemlərin inkişafına yönəldilib. Bu modelin əsas məqsədi daha güclü rəqiblə birbaşa hərbi balans yaratmaq deyil, məhz onun savaş xərclərini maksimum səviyyədə artırmaqla bağlıdır. Ona görə də, müharibənin ilk mərhələsi artıq ABŞ üçün milyardlarla dollar xərc yaradıb. Analitik hesablamalara görə, ABŞ savaşın ilk on günü ərzində təxminən 10,35 milyard dollar xərcləyib. Və bu, gündəlik orta hesabla 1 milyard dollardan çox vəsaitin xərclənməsi deməkdir.

Bu barədə məlumatlar isə ABŞ-da fəaliyyət göstərən nüfuzlu analitik mərkəz – “Center for Strategic and International Studies” tərəfindən təqdim olunan hesablamalara əsaslanır. Həmin hesabatda qeyd olunur ki, hərbi əməliyyatların ilk 100 saatı təxminən 3,3 milyard dollara başa gəlib, ilk həftə ərzində isə xərclər 6 milyard dollar səviyyəsinə çatıb. Bundan əlavə, İranın raket və dron hücumları nəticəsində ABŞ-ın itirdiyi hərbi texnikanın dəyəri təxminən 2,55 milyard dollar həcmindədir. Və bu rəqəmlər onu göstərir ki, müharibə uzandıqca ABŞ üçün maliyyə yükü daha da artacaq.

Maraqlıdır ki, bu hərbi qarşıdurmanın ən diqqət çəkən xüsusiyyətlərindən biri məhz hücum və müdafiə xərcləri arasındakı böyük fərqlərin olması ilə bağlıdır. Çünki İranın istifadə etdiyi raket və dronlar ilə müqayisədə ABŞ-ın müdafiə sistemləri olduqca bahalıdır. ABŞ İranın hücumlarını dəf etmək üçün yüzlərlə bahalı raketdən istifadə edib. ABŞ-ın “Patriot”, SM və THAAD tipli raketlərinin qiymətinin milyonlarla dollar olduğu bildirilir. Yəni, İranın nisbətən ucuz hücum vasitələri ABŞ-ı çox bahalı müdafiə sistemlərindən istifadə etməyə məcbur buraxır. Bu isə müasir müharibələrdə getdikcə daha çox müşahidə olunan yeni “ucuz hücum, bahalı müdafiə” modelini ortaya çıxarır.

Digər tərəfdən, müharibənin maliyyə yükünü artıran əsas faktorlardan biri də ABŞ donanmasının regionda yerləşdirilməsidir. Hazırda Yaxın Şərqdə ABŞ-a məxsus iki böyük aviadaşıyıcı – “USS Abraham Lincoln” və “USS Gerald R. Ford” fəaliyyət göstərir. Bu aviadaşıyıcıların hər biri zərbə qrupları ilə birlikdə gündəlik milyonlarla dollarlıq əməliyyat xərci yaradır. Və əgər, əlavə olaraq, “USS George H.W. Bush” donanma qrupu da regiona göndərilərsə, ABŞ üçün müharibənin gündəlik xərcləri daha da artmış olacaq.

Onu da qeyd etmək lazımdır ki, ABŞ və İran arasındakı hərbi qarşıdurma yalnız regional hadisə deyil. Çünki bu, qlobal güclərin geopolitik strategiyalarına da birbaşa təsir göstərir. Xüsusilə də Çin və Rusiya Yaxın Şərqdə baş verənləri diqqətlə izləyir. Çin üçün əsas məsələ enerji marşrutlarının sabitliyi və Yaxın Şərqdə iqtisadi maraqların qorunmasıdır. Rusiya isə bu hərbi qarşıdurmanın Qərbin diqqətini Ukrayna müharibəsindən yayındırmasında maraqlıdır. Və bu baxımdan, ABŞ-İran qarşıdurması qlobal güclər arasında yeni strateji manevrlər üçün də əlavə imkanlar yaradır.

Təbii ki, hərbi münaqişənin genişlənməsi regionun digər mühüm güclərini də tədricən, bu prosesə cəlb edə bilər. Bu baxımdan, Türkiyə xüsusi diqqət mərkəzindədir. Türkiyə NATO-nun üzvü olmaqla yanaşı, Yaxın Şərq və Cənubi Qafqaz arasında mühüm geopolitik mövqeyə malikdir. Rəsmi Ankara həm Qərb, həm də regional aktorlarla əlaqələrə sahib olduğu üçün növbəti mərhələdə vasitəçi və ya balanslaşdırıcı güc kimi də çıxış edə bilər. Və son illərdə Türkiyənin siyasi-diplomatik fəallığı onu göstərir ki, rəsmi Ankara regional böhranlarda vasitəçilik rolunu gücləndirməyə çalışır.

Maraqlıdır ki, Qərb analitikləri ABŞ-İran savaşının gələcək inkişaf istiqamətləri ilə bağlı bir neçə əsas ehtimal irəli sürürlər. Birinci ssenari məhdud çərçivədə hərbi qarşıdurmanın davam etməsidir. Bu halda, münaqişə tərəfləri daha genişmiqyaslı müharibədən qaçaraq, qarşılıqlı zərbələrlə strateji təzyiq siyasəti yürüdə bilərlər. İkinci ssenari münaqişənin bütün regiona yayılması ilə bağlıdır. Bu halda, Yaxın Şərqin bir neçə ölkəsi də müharibəyə cəlb oluna və hərbi böhran daha geniş geopolitik münaqişəyə çevrilə bilər. Üçüncü ssenari isə siyasi-diplomatik razılaşma ehtimalıdır. Və bu haldasa, beynəlxalq vasitəçilik nəticəsində münaqişə tərəflərinin hərbi əməliyyatları dayandıra biləcəyi istisna edilmir.

Bütün bunları nəzərə aldıqda, hazırda qlobal məkanda hərbi-siyasi vəziyyətin daha da qəlizləşmə istiqamətində inkişaf etmə ehtimalı inandırıcı görünür. ABŞ prezidenti Donald Trampın öz siyasi karyerasının gələcək taleyi barədə müəmmalı açıqlaması da bunu təsdiqləyir. Belə ki, Ağ Ev sahibi “Bilmirəm, burada daha nə qədər olacağam. Görünür, məni aradan götürmək istəyən çox düşmənim var” deməklə, öz siyasi rəqiblərinə mesaj göndərib. Prezident Donald Trampın bu konkret ünvanı olmayan və müəmmalı mesajı da Yaxın Şərqdəki hərbi böhran ucbatından ABŞ-da ölkədaxili siyasi mübarizənin artıq ciddi şəkildə gərginləşdiyini göstərir.Müsavat

Beləliklə, ABŞ-İran savaşı müasir dünya artıq yeni geopolitik mərhələyə daxil olduğunu göstərir. Əgər, bu hərbi qarşıdurma uzanarsa, Yaxın Şərqdə yeni ittifaqların yaranması, enerji bazarlarında ciddi dəyişikliklər və qlobal rəqabətin daha da kəskinləşməsi ehtimalı arta bilər. Və bu baxımdan, ABŞ-İran müharibəsi yalnız iki dövlət arasındakı hərbi toqquşma deyil, həm də müasir dünyanın yeni geopolitik reallıqlarını formalaşdıran önəmli radikal proses kimi görünür.

Oxunub: 1017
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

6-01-2026, 09:05

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

3-05-2024, 16:59

Şərəfli və keşməkeşli ömür yolu [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

27-08-2025, 10:16

Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar(CANLI) [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

18-12-2024, 14:44

İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

12-02-2025, 10:33

İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
"Son Zəng"yeni həyata atılan ilk addım ...
Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
Emin Əmrullayev məzunları təbrik etdi
116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
Hadisə
Bugün, 10:23
Bəzi rayonlara intensiv yağış yağır - Faktiki hava
Bugün, 09:30
Başı stadionun dəmirləri arasında qaldı - Xilas anları+Video
13-06-2026, 10:19
Polis əməliyyat keçirdi
12-06-2026, 16:11
Azərbaycanda güclü zəlzələ oldu
12-06-2026, 14:05
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
12-06-2026, 10:50
Həmin şagird hoteldə ölübmüş
Son xəbərlər
  • Bugün, 10:51
    XİN: Heydər Əliyevin qayıdışı dövlət müstəqilliyinin möhkəmləndirilməsinin təməlini qoyub
  • Bugün, 10:46
    Məsud Pezeşkian: İrana qarşı aparılan iqtisadi müharibə hərbi qarşıdurmadan daha pisdir
  • Bugün, 10:42
    Tramp Putinə və Si Cinpinə təşəkkür etdi
  • Bugün, 10:23
    Bəzi rayonlara intensiv yağış yağır - Faktiki hava
  • Bugün, 09:53
    Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına - Müraciət ünvanladı
  • Bugün, 09:48
    Qardaşlığımızın möhürlənməsinin beşinci ili
  • Bugün, 09:39
    Flora Kərimovanın vəziyyəti - Açıqlandı
  • Bugün, 09:30
    Başı stadionun dəmirləri arasında qaldı - Xilas anları+Video
  • Bugün, 09:23
    “İranla saziş imzalandı, hamını təbrik edirəm!”
  • Bugün, 09:16
    Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
  • Bugün, 09:11
    Prezident İlham Əliyev 15 İyun – Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
  • Bugün, 09:00
    Azərbaycanda Milli Qurtuluş Günüdür
  • Dün, 13:25
    "Son Zəng"yeni həyata atılan ilk addım ...
  • 13-06-2026, 12:04
    Türkiyə Ermənistanla sərhədi açdı
  • 13-06-2026, 11:13
    Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
  • 13-06-2026, 11:06
    Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
  • 13-06-2026, 11:02
    AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
  • 13-06-2026, 10:57
    Emin Əmrullayev məzunları təbrik etdi
  • 13-06-2026, 10:19
    Polis əməliyyat keçirdi
  • 13-06-2026, 10:10
    Şuşada TDT Forumu keçirilir
  • 13-06-2026, 10:01
    116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
  • 12-06-2026, 16:11
    Azərbaycanda güclü zəlzələ oldu
  • 12-06-2026, 16:00
    Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
  • 12-06-2026, 15:30
    KTMT niyə Türkiyəni hədəf göstərdi?
  • 12-06-2026, 14:05
    İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
  • 12-06-2026, 13:08
    Zahid Oruc: Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb…
  • 12-06-2026, 13:05
    Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
  • 12-06-2026, 12:47
    Rus ordusu “Tramp yolu”na NİYƏ soxuldu – HƏDƏF
  • 12-06-2026, 12:40
    SON DƏQİQƏ: Ermənistan ÇALXALANIR - Karapetyan HƏRƏKƏTƏ KEÇDİ
  • 12-06-2026, 12:17
    İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır
  • 12-06-2026, 12:00
    Orta aylıq maaş 1200 manata çatır
  • 12-06-2026, 11:25
    Prezident həmkarını təbrik etdi
  • 12-06-2026, 10:50
    Həmin şagird hoteldə ölübmüş
  • 12-06-2026, 10:46
    DYP “Son zəng”lə əlaqədar məzunlara və valideynlərə müraciət etdi
  • 12-06-2026, 10:28
    Son Dəqiqə: İlon Mask dünya tarixində ilk dollar trilyoneri oldu
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə