• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Trampın elçiləri Moskvadan nə ilə qayıdır... [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

4-12-2025, 09:35



Putin-Uitkoff danışıqlarında niyə heç bir kompromis əldə edilmədi? - rəy
“Putinin Uitkoffla söhbəti konstruktiv, çox faydalı və məzmunlu olub”. “Yeni Müsavat” xəbər verir ki, bunu Kremldə keçirilən danışıqların yekunu ilə bağlı açıqlaması zamanı Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib. O, hələ görüləcək çox işin olduğunu vurğulayaraq sözlərinə belə davam edib: “Hələlik heç bir kompromis əldə edilməyib. Rusiya və ABŞ liderləri arasında görüş hazırda planlaşdırılmır. Biz konkret ifadələr və həll yolları deyil, mahiyyəti müzakirə etdik. Tərəflər əməkdaşlıq üçün böyük perspektivlər görürlər”.

Uşakov ABŞ-nin Ukrayna ilə bağlı sülh təklifi haqqında da danışıb. Bildirib ki, Rusiya bu təklifdə nə iləsə razılaşmağa hazırdır. “Təklifdə nələrsə tənqidə səbəb olub. Lakin faydalı müzakirə baş tutdu”, - o deyib.

Uşakov qeyd edib ki, Vladimir Putin Trampa Uitkoff vasitəsilə salamlarını, eləcə də bir sıra siyasi siqnalları çatdırıb. O əlavə edib ki, Ukrayna böhranının həlli ilə bağlı ABŞ tərəfindən işlənmiş bəzi materiallar müzakirə edilə bilər. Uşakovun sözlərinə görə, Rusiya prezidenti ilə Uitkoff arasındakı görüşdə konkret ifadələr deyil, ABŞ sənədlərində qeyd olunanların mahiyyəti müzakirə olunub. Kremldəki danışıqların yekunu ilə bağlı brifinqdə danışan Uşakov Rusiya və ABŞ-nin Putin və Uitkoffun Kremldə apardığı danışıqların mahiyyətini açıqlamamaq barədə razılığa gəldiklərini söyləyib. Kreml rəsmisi tərəflərin sülhdən uzaq olmadığını qeyd edib.

“Moskva Trampın Ukrayna böhranının həlli ilə bağlı ilkin 28 bəndlik planından başqa əlavə olaraq daha dörd sənəd alıb”, - Uşakov bunu bildirib. O, bu əlavə dörd sənədin mahiyyətini açıqlaya bilmədiyini, lakin sənədlərin hamısının Ukraynadakı böhranın uzunmüddətli həllinə və sülhə aid olduğunu söyləyib.

Putinlə Tramp arasında görüş ehtimalı da məhz bu səviyyədəki irəliləyişdən asılıdır. “Razılığa gəldik ki, amerikalılarla, xüsusən də Kremldə olan şəxslərlə nümayəndələr, köməkçilər və digər nümayəndələr səviyyəsində əlaqələri davam etdirəcəyik. Prezidentlər səviyyəsində mümkün görüşə gəldikdə isə, bu, köməkçilərimiz, nümayəndələrimiz və sair vasitəsilə israrla və inadla davam etdirəcəyimiz yolda hansı irəliləyişlərə nail ola biləcəyimizdən asılı olacaq”, - Kreml rəsmisi əlavə edib.

Putinin köməkçisi bundan başqa danışıqlarda konkret ərazi məsələsinin müzakirə olunub-olunmadığı ilə bağlı sualı belə cavablandırıb: “Bu məsələ müzakirə olunanlar arasında bizim üçün daha vacib olanıdır. Amerikalılar üçün də həmçinin. Hələlik kompromis variantı tapılmayıb. Lakin ABŞ-nin təklif etdiyi bir sıra variantlar az-çox məqbul görünür. Lakin onları müzakirə etmək lazımdır. Təklif olunan bir sıra variantlar bizə uyğun gəlmir. Bunların üzərində iş davam etdiriləcək”.

Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev isə Kremldə ABŞ nümayəndələri ilə baş tutan görüşü məhsuldar adlandırıb.

“Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda əsas mübahisəli məqam Kiyevin nəzarəti altında qalan Donetsk ərazisinin 20%-i ilə bağlıdır”. Bunu isə ABŞ dövlət katibi Marko Rubio “Fox News”a açıqlaması zamanı bildirib.

“Onların hazırda sözün əsl mənasında mübahisə etdiyi şey təxminən 30-50 kilometrlik ərazi və Ukraynanın nəzarəti altında qalan Donetsk bölgəsinin 20%-i ilə bağlıdır. Biz ukraynalıların nə ilə yaşaya biləcəyini, gələcək üçün onların təhlükəsizliyini nəyin təmin edəcəyini anlamağa çalışırıq və düşünürəm ki, müəyyən irəliləyiş əldə etmişik”, - Rubio deyib.

Dövlət katibi onu da bildirib ki, ABŞ Ukraynadakı münaqişəni həll etmək üçün çalışır, lakin ona son qoymaq qərarı Moskva və Kiyevdən asılıdır.

Politoloq Rüstəm Tağızadənin bildirdiyinə görə, hazırda ABŞ Kiyevə təzyiq edir, Avropa isə onu müdafiə. Onun fikrincə, Ukrayna üçün vəziyyət ürəkaçan deyil və son korrupsiya qalmaqalları fonunda Vaşinqton Zelenskiyə təzyiqləri artırır ki, daha tez atəşkəsə nail olunsun: “Rusiya Donbasdan Ukrayna müdafiə qüvvələrinin geri çəkilməsini tələb edir. Əgər bu razılaşma olmasa, rus qoşunları hərbi əməliyyatlarla bu hədəfinə çatmaq istəyindədir. Ona görə də 28 maddəlik plan Ukraynanın təhlükəsizliyinə təhdid kimi görünür. Ümumiyyətlə, Uitkoffun başçılığı ilə danışıqlar aparılması o deməkdir ki, Birləşmiş Ştatlar Rusiyanın maraqlarına uyğun hərəkət etməkdədir”.

Siyasi şərhçi Aqşin Kərimovun sözlərinə görə, Tramp hakimiyyətə gəldikdən sonra onun Zelenskinin qeyri-legitim olmasına dair işarələri Putinin hekayələri ilə oxşarlıq təşkil etdi: “Trampın Ukrayna prezidentini "seçkisiz diktator" adlandırması Putinin Zelenskinin qeyri-legitim olmasına dair iddialarının ABŞ tərəfindən dəstəklənməsi demək idi. Sonradan, xüsusilə də Trampın həm Zelenski ilə “barışıq”, həm də Putinlə görüş trafikləri həmin iddiaları bir qədər gündəmdən qaldırdı. Bu, müvəqqəti bir fasilə idi və indi Ukraynadakı 100 milyon dollarlıq korrupsiya əməliyyatları, Zelenskinin yaxın adamlarının istefa verməsi həmin gündəliyi yenidən aktuallaşdırıb".

Onun fikrincə, korrupsiya ittihamlarının ağırlığı Ukraynanın Rusiya qoşunlarının irəliləməsinə qarşı siyasi iradəsinə təsir edir, üstəlik, Kiyev Moskvanın şərtləri qarşısında güzəştə getməsi üçün ABŞ-nin artan təzyiqləri ilə üzləşir: “Bu amil Zelenskinin qeyri-legitim olmasına dair iddiaların tirajlanmasındakı yeni mərhləni ABŞ-Rusiya sövdələşməsi kimi xarakterizə edir. Başqa sözlə, korrupsiya skandalı və Zelenskiyə qarşı iddialar Putin-Tramp danışıqlarında razılaşdırılmış müştərək əməliyyatın tərkib hissəsi kimi görünür. Yəni Trampın komandası hazırda Rusiya ilə nizamlanma üçün potensial ümumi çərçivə üzərində işləyərkən onun daha da qabağa aparılması üçün yeni prezidentə ehtiyac duyur. Burada Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda Böyük Britaniyada səfir olan Valeri Zalujninin adının hallanması təsadüfi deyil. Zalujinin Zelenskini əvəz edə biləcək güclü fiqur olduğu bundan əvvəl də dəfələrlə təkrarlanıb”.

Ekspertə görə, Zalujni özü də Zelenskinin kənarlaşdırılması prosesinə dəstək verir: “Bugünlərdə "Teleqraf" nəşrində dərc olunan məqaləsində verdiyi mesajlar onun prezidentlik üçün ambisiyalarını ortaya qoyur. Zalujni bir növ özünü həm müharibə dövrünün, həm də sülh mərhələsinin prezidenti kimi təsvir edərək yazır: “Sülh, hətta növbəti müharibə ərəfəsində belə, siyasi dəyişikliklər, dərin islahatlar, tam bərpa, iqtisadi artım və vətəndaşların geri qayıtması üçün şans verir”. Zelenskinin siyasi və hərbi uğursuzluqlar burulğanına düşməsi üçün korrupsiya əməliyyatları bəlkə də bir mərhələdir. Bundan sonra Zelenskinin istefa verəcəyi haradasa gözləniləndir, lakin müharibə bitməyib və Zelenski Qərbi Rusiyaya qarşı daha fərqli missiyaya inandıra bilər. Bununla belə, Zelenskinin ulduzu artıq sönmək üzrədir və Ukraynanın siyasi üfüqlərində Zalujninin parlayacağı gün uzaqda görünmür".

Oxunub: 1019
Paylaş:
Digər xəbərlər

Dünya

26-11-2025, 14:32

Gizli danışığın detalları sızdırıldı - Onlar dinlənilib? [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

7-08-2025, 13:02

Kreml: Trampla Putinin görüş yeri razılaşdırılıb [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

7-10-2024, 18:00

Putin İlham Əliyev və Paşinyanla görüşlər keçirəcək [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

10-10-2025, 15:30

Putin MDB liderlərini dekabrda Rusiyaya dəvət etdi – görüş tarixi... [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

4-12-2025, 09:00

ABŞ kəşfiyyatı “Tramp planı”nı əngəlləyir: Ağ Ev isə üç lideri “yemək masası”na çəkir, menyuda Ukraynadır [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Nazirlik birdəfəlik müavinətlə bağlı məlumat yaydı
General təqaüdə göndərildi
DİN kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - Fotolar
Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak etdi
Vəfat edən sabiq rektor bu vəzifəli şəxsin anasıdır
Bu gündən satışı qadağan edilir - 5 min manatək cərimə olunacaqsınız
Hadisə
Dün, 11:03
Dövlət torpaqlarını qanunsuz satan dəstə ifşa olundu - DETALLAR
Dün, 10:43
Səfərbərlik Xidmətinin 75 əməkdaşı cəzalandırılıb - 42-i rəhbər şəxsdir
Dün, 09:43
Masallıda avtomobillər toqquşdu, iki nəfər öldü
Dün, 09:12
"Arzum" niyə həbs olunub? - MƏHKƏMƏDƏN AÇIQLAMA
2-07-2026, 12:33
"Arzum 9999" ləqəbli tiktoker məhkəmə zalında həbs olunub
1-07-2026, 14:04
Sabiq rektor VƏFAT ETDİ
Son xəbərlər
  • Dün, 16:00
    Son Dəqiqə: Rusiyadan NATO ölkəsinə hədə - Artıq hədəfimizdəsiniz
  • Dün, 15:30
    Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar
  • Dün, 14:22
    Türkiyə ilə İsrail arasında gərginlik nəzarətdən çıxa bilər
  • Dün, 12:56
    İlham Əliyev Lukaşenkonu təbrik etdi
  • Dün, 12:50
    Azərbaycandan tranzit keçməklə Ermənistana 980 tona yaxın buğda göndərilib
  • Dün, 12:46
    “Arzum”un vəkilləri bu addımı atmağa hazırlaşırlar
  • Dün, 12:28
    Nazirlik birdəfəlik müavinətlə bağlı məlumat yaydı
  • Dün, 12:16
    “AzərEnerji” Xankəndi və Ağdərədə 110 kV-luq yarımstansiyalar tikir
  • Dün, 11:21
    Paşinyan Tehrandadır - Video - Yenilənib
  • Dün, 11:15
    General təqaüdə göndərildi
  • Dün, 11:09
    Tramp kriptovalyutadan 1,4 milyard dollar qazandı
  • Dün, 11:03
    Dövlət torpaqlarını qanunsuz satan dəstə ifşa olundu - DETALLAR
  • Dün, 10:51
    İsrail İranı hədələdi: Təkbaşına müharibəyə hazırıq
  • Dün, 10:43
    Səfərbərlik Xidmətinin 75 əməkdaşı cəzalandırılıb - 42-i rəhbər şəxsdir
  • Dün, 10:25
    İranda ali rəhbər Seyid Əli Xamenei ilə vida mərasimi başlayıb
  • Dün, 09:43
    Masallıda avtomobillər toqquşdu, iki nəfər öldü
  • Dün, 09:37
    Bu ölkənin hər 6 sakinindən biri dollar milyonçusudur
  • Dün, 09:33
    Fidan: Ərdoğan Putinlə məsləhətləşir
  • Dün, 09:29
    Zəlzələ qurbanlarının sayı 3 minə çatır
  • Dün, 09:12
    "Arzum" niyə həbs olunub? - MƏHKƏMƏDƏN AÇIQLAMA
  • Dün, 09:00
    ABŞ və Türkiyə sanksiyaların aradan qaldırılmasında istəklidir - Fidan
  • 2-07-2026, 16:00
    Bu maşın modeli kəskin ucuzlaşıb - Səbəb
  • 2-07-2026, 15:30
    Rusiyadakı anti-Aıərbaycan qüvvələrə ciddi zərbə
  • 2-07-2026, 14:22
    Rusiya "Zəngəzur dəhlizi"ndən pay istəyir
  • 2-07-2026, 14:00
    Müharibə İranın ən böyük sirrini üzə çıxardı
  • 2-07-2026, 13:43
    Vilayət Eyvazov polislərə tapşırıq verdi
  • 2-07-2026, 12:59
    DİN kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - Fotolar
  • 2-07-2026, 12:37
    Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini təbrik etdi
  • 2-07-2026, 12:33
    "Arzum 9999" ləqəbli tiktoker məhkəmə zalında həbs olunub
  • 2-07-2026, 11:13
    Əsgəran-Xocalı-Xankəndi yolunda tikinti işləri son mərhələyə çatıb
  • 2-07-2026, 11:08
    Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak etdi
  • 2-07-2026, 10:51
    İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
  • 2-07-2026, 09:59
    "Euronews": Aİ həll yolları üçün Cənubi Qafqaza üz tutur
  • 2-07-2026, 09:54
    Qətərdə ABŞ-İran dolayı danışıqlarında irəliləyiş var
  • 2-07-2026, 09:47
    Vəfat edən sabiq rektor bu vəzifəli şəxsin anasıdır
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə