• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ukraynanın “kapitulyasiyası” hazırlanır? ŞOK DETALLAR [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

28-11-2025, 14:22



Ukrayna müharibəsinin taleyi yenidən qlobal siyasətin mərkəzinə çevrilib. ABŞ-ın yeni administrasiyasının formalaşdırdığı sülh planı, Zelenski ilə Tramp arasında gözlənilən görüş və Qərbin dəyişən mövqeyi tək bir sualı gün kimi ortaya çıxarır: Ukraynanı masa arxasında uduzdururlar?

Son günlər sızan məlumatlar, diplomatik mesajlar və Vaşinqton–Brüssel xəttində yaranan narahatlıqlar bunun təsadüfi olmadığını göstərir.

İndiki sülh sazişi nədən ibarətdir - mətndə nələr var? Sızan məlumatlara görə, ABŞ-ın hazırladığı yeni sülh sazişi bir neçə kritik maddəni əhatə edir: Atəşkəsin dərhal elan edilməsi, cəbhə xəttinin indi olduğu kimi “müvəqqəti sərhəd” kimi tanınması, Rusiyanın nəzarət etdiyi ərazilərdə referendum və ya xüsusi status müzakirəsi, Ukraynaya təhlükəsizlik zəmanətinin ABŞ və bir neçə ölkə tərəfindən verilməsi, Rusiyaya qarşı sanksiyaların şərti yumşaldılması, Ukraynanın yenidən qurulması üçün Qərbin maliyyə proqramı.

Bu maddələrin böyük bir qismi Kremlə yaxın görünür və bir çox analitik artıq açıq şəkildə bildirir ki, plan Ukraynanın mövqelərini ciddi şəkildə zəiflədir. Əgər saziş bu şəkildə qəbul olunarsa, bu, ən azı siyasi baxımdan Ukraynanın “məğlubiyyəti” kimi qiymətləndirilə bilər.

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, ötən bazar ertəsi günü Cenevrədə Ukrayna, Avropa İttifaqı və ABŞ rəsmiləri tərəfindən yenidən hazırlanmış “sülh planı”nın təfərrüatları tam açıqlanmadığına görə bu barədə konkret fikir söyləmək çətindir:

“Bununla belə, mətbuata sızdırılan çox önəmli məqamlar var və biz sadəcə bu məqamlara aydınlıq gətirə bilərik. Məlumatlardan anlaşıldığına görə, Qərb ölkələri və Ukrayna tərəfindən hazırlanan yeni “sülh təklifləri” əslində rəsmi Kiyevə təqdim olunmuş 28 maddəlik layihənin üzərində bəzi korrektələr aparılması ilə ortaya çıxıb.

Bildirilir ki, Trampın Ukraynaya təqdim etdiyi 28 maddəlik layihə 19 maddəyə endirilib. Bu isə o deməkdir ki, ən azı 9 maddə tamamilə ixtisara salınıb. Nəzərə alsaq ki, bəzi maddələr Ukrayna və Avropa liderlərinin təklifi ilə layihəyə əlavə olunub, o zaman “sülh təklifi”ndə daha çox maddənin ixtisara düşdüyü anlaşılır. Ukrayna prezidenti Volodimir Zelenskinin mətbuata verdiyi açıqlamada dilə gətirdiyi bəzi fikirlər bu ehtimalı gücləndirir. O, açıqlamasında “sülh təklifi”ndə “daha az maddənin” saxlanıldığı və “bir çox düzgün element”lərin layihəyə əlavə olunduğunu söyləyib”.

Heydər Oğuzun fikrincə, ixtisara salınan əsas maddələr Ukraynanın Rusiyaya əlavə torpaq verməsi, NATO-ya üzvlükdən rəsmən imtina etməsi, əsgər sayının 600 minə endirilməsi və uzaqmənzilli silahların məhvi, rus dilinə rəsmi status verilməsi və s. ilə bağlıdır:

“Həqiqətən də Trampın “sülh təklifi”ndə yer alan bu maddələr Ukraynanın suverenlik haqlarının pozulması anlamına gəlirdi və imzalanması nəzərdə tutulan sülh sazişini kapitulyasiya aktına çevirirdi. Yenilənmiş “sülh təklifi”ndə bu maddələr üzərində ya ciddi korrektələr aparılıb, ya da tamamilə layihədən çıxarılıb.

Hazırda müzakirə olunan təkliflər paketində Ukrayna ordusunun 800 min həddində saxlanılması, NATO-ya üzvlük müddəasının Konstitusiyadan çıxarılmaması, amma onun qeyri-müəyyən dövrə qədər dondurulması, Rusiya tərəfindən işğal olunmuş ərazilərin faktiki sərhədə çevrilməsi, sülhdən əvvəl atəşkəsə gedilməsi və bundan sonra sülh danışıqlarına başlanması nəzərdə tutulur. Bundan əlavə, atəşkəs dövründə təmas xəttinə Böyük Britaniya, Fransa, Türkiyə və s. sülhməramlılarının yerləşdirilməsi də əsas şərtlər kimi irəli sürülür.

Sözsüz ki, yeni maddələrin Rusiya tərəfindən qəbul olunması çətin məsələdir. Xüsusilə də NATO dövlətlərinin əsgərlərinin sülhməramlılar kimi Ukrayna torpaqlarına yerləşdirilməsinə Putinin razılıq verməsi inandırıcı deyil.

2022-ci ildə Putin Ukrayna savaşını NATO qoşunlarının Ukraynaya yerləşdirilməsinə qarşı çıxdığı üçün başlatmışdı. İndiki halda sülhməramlı missiya adı altında NATO qoşunlarının təmas xəttinə yerləşdirilməsi də mahiyyət etibarilə Rusiyanın xofunu tətikləməkdən başqa bir şey deyil”.

Siyasi şərhçi hesab edir ki, istər Avropa, istərsə də Rusiya tərəfindən bu zamanadək irəli sürülən bütün təkliflər Ukraynaya sülh gətirmək məqsədinə xidmət etməyib:

“Həm Rusiya, həm də Avropa ölkələri maksimalist mövqedən çıxış edib, bu da bütün danışıqların yarımçıq kəsilməsi ilə nəticələnib. Göstərilən arqumentlər ondan xəbər verir ki, Ukrayna savaşı hələ uzun müddət davam etdiriləcək”.

Oxunub: 1041
Paylaş:
Digər xəbərlər

Dünya

21-11-2025, 09:00

ABŞ-ın Ukraynanı Rusiyaya təhvil verəcək gizli planı: Ağ Evdən Kiyevə “sülh istəyirsənsə, rusca danış” mesajı göndərildi [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

9-08-2025, 09:00

Tramp-Putin görüşü dəhşətli hərbi-siyasi ssenarilər vəd edir: Sülh ehtimalı real deyil, qlobal "soyuq savaş" isə qaçılmazdır [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

22-11-2025, 09:22

Avropa ölkələri ABŞ-Rusiya tandeminə “savaş” açır: Yeni “Tramp-Putin planı” da iflasa uğrayacaq [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

6-09-2025, 10:02

Tramp Ukrayna savaşının taleyini “düyünə” salıb: Ağ Evin “sülh təşəbbüsləri” Rusiyaya manevr məkanı açır [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

21-11-2025, 12:22

Trampın Ukrayna üçün sülh planı DƏRC EDİLDİ [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Hərbçilərə telefonla neqativ xəbər ötürməyin! - MN-dən çağırış
Nazirlik birdəfəlik müavinətlə bağlı məlumat yaydı
General təqaüdə göndərildi
DİN kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - Fotolar
Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak etdi
Vəfat edən sabiq rektor bu vəzifəli şəxsin anasıdır
Hadisə
Bugün, 11:05
16 yaşlı yeniyetmə öldü, yaralılar var - Yasamalda partlayış
Dün, 11:03
Dövlət torpaqlarını qanunsuz satan dəstə ifşa olundu - DETALLAR
Dün, 10:43
Səfərbərlik Xidmətinin 75 əməkdaşı cəzalandırılıb - 42-i rəhbər şəxsdir
Dün, 09:43
Masallıda avtomobillər toqquşdu, iki nəfər öldü
Dün, 09:12
"Arzum" niyə həbs olunub? - MƏHKƏMƏDƏN AÇIQLAMA
2-07-2026, 12:33
"Arzum 9999" ləqəbli tiktoker məhkəmə zalında həbs olunub
Son xəbərlər
  • Bugün, 12:11
    Əhalinin DİQQƏTİNƏ! Ət ucuzlaşa bilər - SƏBƏB
  • Bugün, 11:28
    Hərbçilərə telefonla neqativ xəbər ötürməyin! - MN-dən çağırış
  • Bugün, 11:23
    “Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır”
  • Bugün, 11:05
    16 yaşlı yeniyetmə öldü, yaralılar var - Yasamalda partlayış
  • Bugün, 11:01
    İlham Əliyevdən Trampa məktub
  • Bugün, 10:00
    Rusiyadan Azərbaycana pul göndərənlərə BƏD xəbər
  • Bugün, 09:41
    Mehriban xanım Əliyevanın yeni dövlətçilik missiyası və Rəqəmsal Şuşanın fəthi
  • Bugün, 09:35
    Sonunda Bu da Oldu: oğruları tutub skoçladılar
  • Bugün, 09:27
    Azərbaycan XİN ABŞ-ni təbrik etdi
  • Bugün, 09:22
    Bir aydır ki, körpü bu haldadır - Sakinlər çətin durumda+Video
  • Bugün, 09:15
    “Azeri Light” 73 dollara satılır
  • Bugün, 09:00
    Rusiyadakı yanacaq böhranı Azərbaycana təsir edəcək? – Ekspertdən açıqlama
  • Dün, 16:00
    Son Dəqiqə: Rusiyadan NATO ölkəsinə hədə - Artıq hədəfimizdəsiniz
  • Dün, 15:30
    Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar
  • Dün, 14:22
    Türkiyə ilə İsrail arasında gərginlik nəzarətdən çıxa bilər
  • Dün, 12:56
    İlham Əliyev Lukaşenkonu təbrik etdi
  • Dün, 12:50
    Azərbaycandan tranzit keçməklə Ermənistana 980 tona yaxın buğda göndərilib
  • Dün, 12:46
    “Arzum”un vəkilləri bu addımı atmağa hazırlaşırlar
  • Dün, 12:28
    Nazirlik birdəfəlik müavinətlə bağlı məlumat yaydı
  • Dün, 12:16
    “AzərEnerji” Xankəndi və Ağdərədə 110 kV-luq yarımstansiyalar tikir
  • Dün, 11:21
    Paşinyan Tehrandadır - Video - Yenilənib
  • Dün, 11:15
    General təqaüdə göndərildi
  • Dün, 11:09
    Tramp kriptovalyutadan 1,4 milyard dollar qazandı
  • Dün, 11:03
    Dövlət torpaqlarını qanunsuz satan dəstə ifşa olundu - DETALLAR
  • Dün, 10:51
    İsrail İranı hədələdi: Təkbaşına müharibəyə hazırıq
  • Dün, 10:43
    Səfərbərlik Xidmətinin 75 əməkdaşı cəzalandırılıb - 42-i rəhbər şəxsdir
  • Dün, 10:25
    İranda ali rəhbər Seyid Əli Xamenei ilə vida mərasimi başlayıb
  • Dün, 09:43
    Masallıda avtomobillər toqquşdu, iki nəfər öldü
  • Dün, 09:37
    Bu ölkənin hər 6 sakinindən biri dollar milyonçusudur
  • Dün, 09:33
    Fidan: Ərdoğan Putinlə məsləhətləşir
  • Dün, 09:29
    Zəlzələ qurbanlarının sayı 3 minə çatır
  • Dün, 09:12
    "Arzum" niyə həbs olunub? - MƏHKƏMƏDƏN AÇIQLAMA
  • Dün, 09:00
    ABŞ və Türkiyə sanksiyaların aradan qaldırılmasında istəklidir - Fidan
  • 2-07-2026, 16:00
    Bu maşın modeli kəskin ucuzlaşıb - Səbəb
  • 2-07-2026, 15:30
    Rusiyadakı anti-Aıərbaycan qüvvələrə ciddi zərbə
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə