• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ağ Evin Pekini məğlub etmək planı yenə iflasa uğradı: Rusiya ilə yanaşı, ABŞ da Çindən asılı vəziyyətə düşür [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

22-09-2025, 09:00

Ağ Evin Pekini məğlub etmək planı yenə iflasa uğradı: Rusiya ilə yanaşı, ABŞ da Çindən asılı vəziyyətə düşür


Çin qlobal siyasət məkanında artıq yalnız güclü rəqib deyil, həm də vazkeçilməz siyasi iradə mərkəzi statusunu möhkəmləndirir... Ağ Ev və Kremlin eyni vaxtda rəsmi Pekinin qlobal təsir imkanlarını qəbul etməsi ikiqütblü düzənin daha da dərinləşərək, fərqli məzmun aldığını təsdiqləyir...
"Yeni Müsavat xəbər verir ki, dünyanın siyasət məkanında paralel qlobal proseslər Çinin mərkəzi rolunu getdikcə daha çox ön plana çıxarır. ABŞ prezidenti Donald Trampın Çin lideri Si Tsinpinlə “məhsuldar” telefon danışığını elan etməsi ilə eyni günlərdə Kremlin rəsmi Pekinlə birlikdə İranın nüvə probleminin həlli üçün yeni təşəbbüs hazırladığını açıqlaması qətiyyən təsadüfi deyil. Bu iki məsələ əslində, Çin diplomatiyasının paralel xarakterli strateji kursunu göstərir. Yəni, rəsmi Pekin bir tərəfdən ABŞ-la münasibətləri idarə etməyə, digər tərəfdən isə Rusiya ilə Qərbə alternativ qlobal koalisiya qurmağa cəhd göstərir.

Onu da qeyd etmək lazımdır ki, Tramp–Si Tsinpin danışıqlarının qlobal məkanda ciddi mesajlar kimi qəbul edildiyi də diqqətdən yayınmır. Belə ki, ABŞ prezidenti Donald Tramp açıqlamasında Çin lideri ilə danışıqlarda qarşılıqlı ticarət münasibətləri, fentanil böhranı, Ukrayna savaşının sona çatdırılma zərurəti və Tik-Tok sazişi kimi mövzuları gündəmə gətirib. Və iki supergücün lideri arasında müzakirə üçün məhz bu mövzuların seçilməsi qətiyyən təsadüfi deyil.

Məsələ ondadır ki, bu iki nəhəng dövlət arasında uzun müddətdən bəri iqtisadi və texnoloji xətt üzrə ciddi problemlər yaşanır. Ancaq Tik-Tok məsələsində “irəliləyiş”in əldə olunması ABŞ-Çin rəqabətində tərəflərin tam qarşıdurmadan yayınmaq niyyətini göstərir. Hər halda, Ağ Ev sahibi Donald Tramp Çinlə gərginliyi “idarə olunan rəqabət” modelinə uyğunlaşdırmaq istəyir.

Maraqlıdır ki, ABŞ və Çin arasında geopolitik məzmun daşıyan ziddiyyətlər də mövcuddur. Belə ki, bu istiqamət üzrə Tramp administrasiyasının Rusiya-Ukrayna müharibəsinin dayandırılması prosesində rəsmi Pekinin Kreml üzərindəki təsirindən yararlanmaq niyyəti daha ön plana çıxır. Və ABŞ bununla əslində, Çini Ukrayna münaqişəsində “vasitəçi” roluna doğru yaxınlaşdırmağa israrla cəhd göstərir.

Digər tərəfdən, ABŞ və Çin arasında siyasi-diplomatik təmasların mövcud dinamikası da diqqəti çəkir. Xüsusilə də qarşılıqlı rəsmi səfərlər barədə razılaşmalar iki ölkə arasında gərgin və amansız rəqabətin nisbətən “yumşaldılma mexanizmi” kimi qəbul edilir. Və beləliklə, Tramp administrasiyası Çini həm qlobal rəqib, həm də beynəlxalq problemlərin həllində zəruri tərəfdaş kimi təqdim etməyə çalışır.

Bütün bunlara paralel olaraq, Rusiya və Çin İranın nüvə proqramına dair yeni siyasi-diplomatik təşəbbüs hazırladıqlarını rəsmən elan ediblər. Rusiyanın BMT-dəki nümayəndəsi Mixail Ulyanovun sözlərinə görə, Avropa Birliyinin mövcud yanaşmaları nizamlama proseslərini bloklayır, Rusiya və Çin isə alternativ çıxış yolları təklif etməyə hazırdır.

Ancaq Qərb siyasi dairələrində əsas qənaətlər ondan ibarətdir ki, İranın nüvə proqramının nizamlanma prosesinin məhz Moskva-Pekin xəttində təqdim olunması, həm də ABŞ və Avropa Birliyinin sanksiya siyasətinə qarşı balansın pozulma məqsədi daşıyır. Çünki rəsmi Pekin bu təşəbbüs çərçivəsində həm Rusiya ilə strateji tərəfdaşlığı möhkəmləndirir, həm də Yaxın Şərqdə “alternativ vasitəçi” kimi öz rolunu artırır. Və bu məsələ ətrafında cərəyan edən proseslər hazırda Qərbin geopolitik maraqlarına problemlər yaradır.

Göründüyü kimi, rəsmi Pekin iki prosesin üzərindən hazırda paralel strategiya yürüdür. Bir tərəfdən, ABŞ ilə qarşılıqlı münasibətlərdə iqtisadi-siyasi riskləri minimuma endirməyə, sərt rəqabəti idarəolunan çərçivədə saxlamağa çalışır. Digər tərəfdən isə Rusiya ilə münasibətlərdə ABŞ və Qərbin yaratdığı boşluqlardan istifadə edib, alternativ diplomatik platformalar formalaşdırmağa cəhd göstərir. Yəni, Çin həm ABŞ-la qarşıdurmanı “idarəolunan rəqabətə” çevirmək istəyir, həm də Rusiyayla birgə “Qərbdən kənar qlobal diplomatiya” düşərgəsi quraraq, özünü ikiqütblü dünyanın əsas dayağı kimi göstərir.

Bütün bunların kəskin ziddiyyətləri aşmaqda çətinlik çəkən iştirakçı tərəflər üçün müəyyən geopolitik nəticələri gözlənilir. Belə ki, Ağ Ev Çini qlobal problemlərin həllində mümkün tərəfdaş kimi göstərməklə, daxili və xarici siyasət məkanında ABŞ üçün “pragmatik liderlik” mesajı verir. Rusiya İranla bağlı təşəbbüslər vasitəsilə Qərbin təzyiqlərinə qarşı rəsmi Pekinlə ortaq müdafiə xətti qurmağa çalışır. Rəsmi Pekin isə paralel diplomatiya ilə Çin üçün həm “ABŞ-ın zəruri tərəfdaşı”, həm də “Rusiyanın strateji dayağı” obrazını formalaşdırır.

Beləliklə, Tramp–Si Tsinpin arasında pozitiv məzmunlu telefon danışığı və Moskva–Pekin tandeminin İran təşəbbüsü onu göstərir ki, Çin artıq qlobal siyasət məkanında yalnız güclü rəqib deyil, həm də vazkeçilməz vasitəçi statusunu da möhkəmləndirir. Ağ Ev və Kreml eyni vaxtda rəsmi Pekinin qlobal təsir imkanlarını qəbul etməyə məcbur qalmış kimi görünürlər. Bu isə ikiqütblü qlobal düzənin daha da dərinləşərək, fərqli məzmun qazanmaqda olduğunu təsdiqləyir. Və bütün bunların sayəsində indi Çin həm ABŞ-la əməkdaşlıq edərək, qlobal böhran məkanlarını idarə etmək, həm də Rusiya ilə birlikdə Qərbə alternativ siyasi-diplomatik platformalar qurmaq imkanları qazanıb.

Oxunub: 1041
Paylaş:
Digər xəbərlər

Dünya

9-09-2025, 09:00

Tramp-Putin savaşı “qlobal enerji zəlzələsi” törədir: Rusiya Qlobal Cənubu da ABŞ-la toqquşmaya sürükləyir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

10-05-2025, 09:12

ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

30-05-2025, 09:11

ABŞ Qafqazda yenə Rusiya ilə savaşa başlayır: Azərbaycan hər iki nəhəngin məğlub olmasında maraqlıdır [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

6-09-2025, 10:02

Tramp Ukrayna savaşının taleyini “düyünə” salıb: Ağ Evin “sülh təşəbbüsləri” Rusiyaya manevr məkanı açır [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

22-06-2024, 09:59

Nüvə müharibəsi Şərqdən başlayacaq: Əvvəlcə ABŞ, Yaponiya və Cənubi Koreya vurulacaq, sonra isə... [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Balıq məhsulları tam nəzarətə götürülür - Bazar BELƏ DƏYİŞƏCƏK
DİN-dən xəbərdarlıq: Bu məlumatları heç kimlə paylaşmayın
Azərbaycanın daha bir ölkə ilə viza rejimi ləğv olunur
Niyə mənzillər oğlanlara deyil, qızlara etibar edilir? - VİDEO
Zəngəzur dəhlizi TƏHLÜKƏDƏ – Moskva gör NƏ tələb edir…
Dövlət mülkiyyətində olan əmlakla bağlı yeni qanun
Hadisə
11-07-2026, 11:30
Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu
11-07-2026, 09:23
Evin girişi başlarına uçdu, köməksiz vəziyyətdə qaldılar - VİDEO
10-07-2026, 11:30
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
10-07-2026, 11:26
“Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
9-07-2026, 09:25
Bu kəndlə əlaqə kəsildi
8-07-2026, 14:11
Nazirliyin qoyunlarını oğurladı
Son xəbərlər
  • Dün, 23:56
    Dünya Kriminal qəzetinin kollektivi Eldar Salahova dərin hüznlə başsağlığı verir
  • Dün, 16:00
    Bakı BUNU bacardı: İsrail onları MƏYUS etdi – Revanşistlər ŞOKDA
  • Dün, 15:30
    Balıq məhsulları tam nəzarətə götürülür - Bazar BELƏ DƏYİŞƏCƏK
  • Dün, 13:12
    DİN-dən xəbərdarlıq: Bu məlumatları heç kimlə paylaşmayın
  • Dün, 13:05
    Prezident: "Yaponiya ilə müdafiə sənayesində birgə müəssisələr yarada bilərik"
  • Dün, 13:02
    İlham Əliyev: Qarabağın bərpasında Azərbaycana birinci yardım edən məhz Şavkat Mirziyoyev olub
  • Dün, 12:36
    İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur
  • Dün, 11:16
    Azərbaycanın daha bir ölkə ilə viza rejimi ləğv olunur
  • Dün, 11:11
    Dövlət başçısı: Fransanın dənizaşırı əraziləri kolonial müstəmləkəçilik siyasətindən əziyyət çəkir
  • Dün, 11:07
    Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı
  • Dün, 11:02
    Prezident: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir
  • Dün, 10:56
    İlham Əliyev: Donald Tramp sülhsevər və sülhü gətirə biləcək insandır - YENİLƏNİB
  • Dün, 10:44
    Prezident: "Avropaya qaz təchizatının həcminin artırılması ilə bağlı danışıqlar gedir"
  • Dün, 10:40
    Dövlət başçısı: Təhlükəsizlik təhdidləri bizim region üçün kitablarda oxuduğumuz mövzu deyil
  • Dün, 10:36
    İlham Əliyev: "Azərbaycan artıq orta gücə çevrilir"
  • Dün, 10:08
    İlham Əliyev: Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir
  • Dün, 10:04
    İlham Əliyev: "907-ci düzəliş" ermənipərəst senatorlar tərəfindən irəli sürülmüşdü
  • Dün, 10:00
    Prezident: Borrel vəzifədən getdikdən sonra Azərbaycanın Avropa Komissiyası ilə münasibətləri yaxşılaşmağa başladı
  • Dün, 09:56
    İlham Əliyev Şuşa Qlobal Media Forumunun keçirilməsinin məqsədindən danışdı
  • Dün, 09:46
    Dövlət başçısı: Coğrafi mövqeyimizin üstünlüklərindən səmərəli istifadə etməyə nail olmuşuq
  • Dün, 09:42
    İlham Əliyev: Azərbaycan və Türkiyə kimi dünyada bir-birinə yaxın iki ölkə yoxdur
  • Dün, 09:38
    Prezident: Qonşularla əlaqə olmadan tranzit ölkə olmaq mümkün deyil
  • Dün, 09:27
    Şuşada Prezidentin iştirakı ilə Forum başladı - YENİLƏNİB - CANLI
  • Dün, 09:00
    Niyə mənzillər oğlanlara deyil, qızlara etibar edilir? - VİDEO
  • 11-07-2026, 22:02
    Prezident: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
  • 11-07-2026, 21:44
    İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır
  • 11-07-2026, 20:30
    32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto
  • 11-07-2026, 18:12
    İlham Əliyev “Xankəndi” hotelinin açılışında - Fotolar
  • 11-07-2026, 12:04
    Prezident “Həkəriçay” su anbarının təməlini qoydu - Fotolar
  • 11-07-2026, 11:45
    Azərbaycan müdafiə naziri Türkiyədə işgüzar səfərdədir
  • 11-07-2026, 11:30
    Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu
  • 11-07-2026, 11:23
    İlham Əliyev Monqolustan Prezidentini təbrik etdi
  • 11-07-2026, 11:18
    İlham Əliyev Laçında - FOTOLAR
  • 11-07-2026, 10:11
    Xirosimadan 24 dəfə güclü atom bombası - Hazırdır
  • 11-07-2026, 10:07
    Zəngəzur dəhlizi TƏHLÜKƏDƏ – Moskva gör NƏ tələb edir…
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə