• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Nüvə müharibəsi Şərqdən başlayacaq: Əvvəlcə ABŞ, Yaponiya və Cənubi Koreya vurulacaq, sonra isə...

Siyasət

22-06-2024, 09:59

Nüvə müharibəsi Şərqdən başlayacaq: Əvvəlcə ABŞ, Yaponiya və Cənubi Koreya vurulacaq, sonra isə...


Dünyanın düşmən qütbləri arasında qlobal savaş təhlükəsi artıq tamamilə inandırıcı görüntülər almaqdadır, üstəlik, Rusiya məğlub olma təhlükəsi qarşısında nüvə müharibəsinə keçidi Qərbdən deyil, məhz Şərqdən başlatmaq niyyətindədir... NATO baş katibi Yens Stoltenberqin alyans ölkələrini nüvə başlıqlarını hazır vəziyyətə gətirilməsinin müzakirəsinə çağırması da situasiyanın nəzarətdən çıxmaq üzrə olduğunu göstərir, dünyanın dəhşətli fəlakətdən yayındırılması üçün zaman daralır...

Dünya ciddi narahatlıq içərisindədir. Belə ki, dünya nəhəngləri arasında qlobal qarşıdurma ən yüksək həddə çatıb. Dünya ilk dəfədir ki, dağıdıcı savaş təhlükəsi ilə qarşı-qarşıya qalıb. Üstəlik, bu savaş hər an başlaya bilər. Beynəlxalq siyasi dairələr isə olduqca real görüntülər almış qlobal savaş təhlükəsini bloklamaq üçün demək olar ki, elə bir effektiv addım atmırlar. Və bununla da bəşəriyyətin böyük fəlakətə sürüklənməsi prosesini sadəcə, müşahidə etməklə, kifayətlənmiş olurlar.

Onu da qeyd etmək lazımdır ki, yeni dünya müharibəsi təhlükəsinin planlı şəkildə inkişaf etdirildiyni düşünməyə əsas verən məqamlar da olmamış deyil. Belə ki, bəzi Qərb siyasi dairələri, xüsusilə də, ABŞ və Fransa öz davranışları ilə dünyada hərbi-siyasi qütblər arasında müharibə ehtimalını gücləndirməklə məşğuldur. Bu baxımdan, əgər, dünyada qütblər arasında savaş başlayarsa, bunun məsuliyyəti ilk növbədə ABŞ və Fransa kimi stimullaşdırıcı ölkələrin üzərində olacaq.

Məsələ ondadır ki, ABŞ Ukrayna savaşının sülh masası arxasında nizamlanma imkanlarını bloklamaqda davam edir. Fransa isə NATO-nun Rusiyaya qarşı müharibədə birbaşa iştirakını təmin etməyə cəhd göstərir. Rəsmi Parisin Ukraynaya NATO hərbi kontingentinin göndərilməsində israr etməsi bu hərbi-siyasi alyansın Rusiya ilə savaşa bulaşma ehtimalını gücləndirir. Və Qərbdə artıq bu təhlükəyə kifayət qədər ciddi yanaşmağa başlayıblar.

Maraqlıdır ki, Macarıstan baş naziri Viktor Orban NATO-nun Ukrayna savaşında yeni hərbi missiyasının ola biləcəyini bəyan edib. Ancaq baş nazir Viktor Orban onu da vurğulayıb ki, Macarıstan NATO-nun Ukraynadakı hərbi missiyasında heç bir halda, iştirak etmək niyyətində deyil. Bu baxımdan, məlumatlı Qərb mənbələrinin tədricən qlobal savaş planlarının mövcudluğuna yönəlik dolayısı eyham vurmağa başladıqları müşahidə olunur. Və belə anlaşılır ki, qütblərarası savaşda maraqlı olan Qərb siyasi dairələrinin mövcudluğu artıq inkaredilməz reallıqdır.

Bir neçə gün öncə isə digər Avropa ölkəsi Serbiyanın prezidenti Aleksandar Vuçiç də tezliklə qlobal savaşın başlayacağını vurğulamışdı. O, bildirmişdi, yaxın 3-4 ay ərzində dünya müharibəsi başlayacaq və bunun qarşısını almaq imkanları artıq demək olar, itirilib. Ona görə də, Serbiya hazırda ərzaq ehtiyatı toplamaqla məğşuldur. Və Serbiya prezidenti Qərb ölkələrini əsl reallıqları öz vətəndaşlarına açıq şəkildə anlatmağa da çağırmışdı.

Ancaq Ukrayna savaşı ətrafında yaranmış vəziyyətə daha diqqətlə yanaşdıqda, əslində, əlavə izahata da elə bir ehtiyac qalmamış kimi görünür. Çünki ABŞ və Qərbin son davranışları, Rusiyanın dərinliklərinə hərbi zərbələrin intensivləşdirilməsi demək olar ki, Ukrayna savaşının daha geniş areala yayılaraq, qloballaşmasına yönəlik təhlükəni ən yüksək həddə çatdırıb. Və Rusiya bu prosesə olduqca aqressiv reaksiya verməyə başlayıb.

Məsələ ondadır ki, prezident Vladimir Putin Ukrayna savaşının dərhal dayandırılması üçün Rusiyanın şərtlərini artıq rəsmən bəyan edib. Kreml sahibi bildirib ki, Ukraynanın işğal edilmiş əraziləri Rusiyanın nəzarətində qalmalıdır. Eyni zamanda, Ukrayna NATO-ya üzv olmamalıdır, neytral ölkə statusunda qalmalıdır və bu dövlətin ərazilərində hər hansı xarici hərbi baza yerləşdirilməməlidir. Və əgər, bu şərtlərin qəbul ediləcəyinə təminat verilərsə, Kreml rəsmi Kiyevlə sülh masası arxasında müzakirələrə hazırdır.

Digər tərəfdən, Kremlin Ukrayna savaşının qloballaşma təhlükəsinə qarşı da ehtiyat variantı mövcuddur. Belə ki, Rusiya ərazilərində ABŞ-ın nüvə bazaları olan Avropa ölkələrinə zərbə endirəcəyini bəyan edib. Rusiya israrla tələb edir ki, ABŞ Avropadakı nüvə bazalarını ən qısa zamanda ləğv etməlidir. Kreml bu halda, qütblərarası nüvə savaşının olmayacağına əminliyini də gizlətmir. Və bu, Rusiyanın artıq nüvə savaşına hazırlıq mərhələsinə keçid etdiyini də göstərir.

Onu da qeyd etmək lazımdır ki, Rusiya prezidenti Vladimir Putinin Şərq ölkələrinə - Çin, Şimali Koreya və Vyetnama ardıcıl səfərləri də Kremlin nüvə savaşına hazırlığa artıq başladığını təsdiqləyir. Düzdür, Çin sadəcə, Rusiyanı müdafiə etmək üçün ABŞ və NATO ilə qlobal və ya nüvə savaşına qatılmayacağını qətiyyən gizlətmir. Halbuki, rəsmi Pekin Çinin gələcək taleyinə birbaşa və real təhlükə yaranacağı təqdirdə, bundan çəkinməyəcəyinə də eyham vurur.

Kremlin Vyetnam seçimi isə bu ölkənin ABŞ-la tarixi düşmənliyi ilə əlaqələndirilir. Belə ki, Rusiya ilə strateji tərəfdaşlıqdan çəkinməyən Vyetnam kimi ölkələrlə yaxınlaşma ABŞ və Qərblə problemləri olan digər Şərq ölkələrini də cəsarətləndirə bilər. Nəticədə ABŞ və Qərb əleyhinə daha geniş hərbi-siyasi koalisiyanın reallaşmasının yolu açılar. Və bu baxımdan, Kremlin əvvəlcədən düşünülmüş strategiya ilə hərəkət etdiyi müşahidə olunur.

Xüsusilə də, prezident Vladimir Putinin Şimali Koreyaya səfər etməsi Qərbdə ciddi narahatlıq doğurub. Belə ki, Şimali Koreya beynəlxalq sanksiyalarla dünyadan təcrud edilmiş bir ölkədir. Üstəlik, Şimali Koreya nüvə başlıqların və digər kütləvi qırğın silahlarına sahibdir. Və Şimali Koreya hazırda ABŞ-a qarşı ən ciddi hərbi təhlükə qaynağı hesab olunur.

Bunun əsas səbəbi onunla bağlıdır ki, Şimali Koreya ABŞ-ın ən nəhəng şəhərlərinə dəqiq nüvə zərbəsi endirmək imkanlarına da malikdir. Üstəlik, rəsmi Pxenyan ABŞ-ı açıq şəkildə təhdid etməklə, bunu qətiyyən gizlətmir. Hər imkanda Şimali Koreya ABŞ-a nüvə zərbəsi endirməkdə tərəddüd göstərməyəcəyini açıq şəkildə biruzə verir. Və bu baxımdan, Kreml üçün Rusiya-Şimali Koreya strateji tərəfdaşlığı Qərbə qarşı ortaq müqavimət baxımından, həlledici faktorlardan sayılır.

Məsələ ondadır ki, rəsmi Pxenyan Rusiyanın NATO tərəfindən birbaşa hədəfə alınacağı və məğlub olunacağı təqdirdə, Şimali Koreyanın da mövcudluğunun böyük təhlükə altına düşə biləcəyini anlayır. Ona görə də, rəsmi Pxenyan Rusiyanın məğlub situasiyaya düşəcəyi və Kremlin nüvə silahından istifadə etmək qərarı verəcəyi halda, dərhal hərəkət keçə bilər. Yəni, Şimali Koreyanın ABŞ-a birbaşa nüvə zərbəsi endirməklə, Rusiyanı vəziyyətdən çıxarıb, xilas etməyə çalışacağı qətiyyən istisna deyil.

Bu baxımdan, ehtimal etmək olar ki, əgər, Ukrayna savaşı daha geniş areala yayılarsa, Şimali Koreya kənarda qalmayacaq. Hətta böyük ehtimalla ilk nüvə zərbəsinin də məhz Şərqdən – Şimali Koreyadan endirilə biləcəyi qətiyyən istisna deyil. Belə ki, Şimali Koreyanın nüvə zərbəsinə eyni vaxtda üç ölkə - ABŞ, Yaponiya və Cənubi Koreya məruz qala bilər. Və bu halda, Çinin də nüvə müharibəsinə qatılmaqdan başqa çıxış yolu qalmayacaq.

Belə anlaşılır ki, dünya qütblər arasında qlobal savaş təhlükəsi artıq tamamilə inandırıcı görüntülər almaqdadır. Üstəlik, əgər, qlobal savaş nüvə müharibəsinə çevrilərsə, Rusiya bunu Şərqdən başlatmaq niyyətindədir. NATO baş katibi Yens Stoltenberqin alyans ölkələrini nüvə başlıqlarını döyüşə hazır vəziyyətə gətirilməsini müzakirə etməyə çağırması da situasiyanın nəzarətdən çıxmaq üzrə olduğunu göstərir. Və bu baxımdan, dünyanın dəhşətli fəlakətdən xilas etmək üçün zamanın daraldığı qətiyyən şübhə doğurmur.(Yeni Müsavat)

Oxunub: 10217
Paylaş:
Digər xəbərlər

Siyasət

26-01-2024, 09:00

Qlobal savaşın qorxunc şifrələri: ABŞ və NATO hansı dövləti yox etməyi planlayır

Dünya

19-03-2024, 10:00

Putin NATO-Rusiya və nüvə savaşlarını niyə anons etdi: Üçüncü dünya müharibəsi də olacaq

Siyasət

2-04-2024, 10:00

Avropa tezliklə fəlakət məkanına çevriləcək: Qərb lideri nüvə savaşını niyə anons etdi

Dünya

5-02-2024, 09:19

Szinpindən sərt tələb: Nüvə müharibəsinə hazırlıq...

Dünya

1-11-2023, 09:38

“Nüvə müharibəsi ehtimalı artır” - Şoyqu

Araşdırma
Bu gün onlar üçün də dərs ilinin ilk günüdür - Fotolar
Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi– FOTO
Bilik gününə belə başladılar - FOTOLAR
Sentyabrın 15-i Bakıda nəqliyyat İMTAHANI: Avtobus gözləyən insanların səbri daşdı - FOTOLAR
Emin Əmrullayev şagirdləri təbrik etdi
Bu yollarda “Yaşıl dalğa” rejimi tətbiq edilir
Hadisə
Bugün, 11:46
Bakıda və rayonlarda şok əməliyyat: Külli miqdarda silah-sursat tapıldı
Bugün, 11:18
Hərbi çağırışdan boyun qaçıran iki nəfərə CİNAYƏT İŞİ AÇILDI
Bugün, 10:01
Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu - Tiktoker “Çevik”ə qarşı zorakılıq edib
Bugün, 09:08
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Dün, 12:40
Bulvarda suyun səthi təmizlənir
Dün, 11:21
Bakıda sabah xaos gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ
Son xəbərlər
  • Bugün, 14:22
    Hikmət Hacıyevin Qarabağda göstərdiyi faktlar İrəvanı silkələdi – Bu addımı atmağa məcbur oldular
  • Bugün, 14:00
    Daşınmaz əmlak bazarında YENİ VƏZİYYƏT: Kirayə bahalaşır, satış qiymətləri isə...
  • Bugün, 13:46
    Prezident Hakan Fidanı qəbul etdi - Foto
  • Bugün, 13:39
    ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
  • Bugün, 12:47
    Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - Fotolar
  • Bugün, 12:27
    Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı - Fotolar
  • Bugün, 11:54
    Hikmət Hacıyevdən ABŞ ilə bağlı SON DƏQİQƏ açıqlamaları
  • Bugün, 11:46
    Bakıda və rayonlarda şok əməliyyat: Külli miqdarda silah-sursat tapıldı
  • Bugün, 11:18
    Hərbi çağırışdan boyun qaçıran iki nəfərə CİNAYƏT İŞİ AÇILDI
  • Bugün, 11:11
    Bu gün onlar üçün də dərs ilinin ilk günüdür - Fotolar
  • Bugün, 10:38
    Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi– FOTO
  • Bugün, 10:07
    "Bakının azad edilməsi dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu" - XİN
  • Bugün, 10:01
    Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu - Tiktoker “Çevik”ə qarşı zorakılıq edib
  • Bugün, 09:48
    Bilik gününə belə başladılar - FOTOLAR
  • Bugün, 09:39
    Sentyabrın 15-i Bakıda nəqliyyat İMTAHANI: Avtobus gözləyən insanların səbri daşdı - FOTOLAR
  • Bugün, 09:33
    "Kurtlar Vadisi" Kozinoğlunun ölümünü əvvəlcədən necə bilib? – Ssenaristlərdən ŞOK İFADƏ
  • Bugün, 09:27
    Emin Əmrullayev şagirdləri təbrik etdi
  • Bugün, 09:21
    Bu yollarda “Yaşıl dalğa” rejimi tətbiq edilir
  • Bugün, 09:13
    Türkiyənin ən yaxın 5 dostu müəyyənləşdi – Sorğudan maraqlı nəticələr
  • Bugün, 09:08
    Bakının işğaldan azad edilməsindən 108 il ötür
  • Bugün, 09:00
    Azərbaycanda Bilik Günüdür
  • Dün, 18:42
    Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb
  • Dün, 18:37
    İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi
  • Dün, 16:00
    ABŞ-nin keçmiş kəşfiyyat şefindən 44 günlük savaşa tarixi qiymət – “Ustalıqla təhlil edilib”
  • Dün, 15:30
    “Müsəlmanlıqdan çıxın, pravoslavlığı qəbul edin” – Rusiyada 10 günə 100 min özbək ölkəni tərk etdi
  • Dün, 13:42
    Əli Nağıyev Çinə getdi - Foto
  • Dün, 13:37
    ABŞ-dan ANONS: Bakı ilə İrəvan sazişi BU TARİXDƏ imzalayacaq
  • Dün, 12:40
    Bulvarda suyun səthi təmizlənir
  • Dün, 12:36
    Dini liderlər Azərbaycan Prezidentinə müraciət etdilər
  • Dün, 12:30
    İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olundu
  • Dün, 12:00
    Dünyada neft şoku - Ərəblərin əsas kəməri sıradan çıxdı
  • Dün, 11:21
    Bakıda sabah xaos gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ
  • Dün, 10:49
    SON DƏQİQƏ! “Bakı Metropoliteni” məlumat yaydı
  • Dün, 10:37
    180 min nəfəri sevindirən qərar - Nazirlik açıqladı
  • Dün, 10:28
    Rusiya Ermənistana qaz idxalını dayandırır
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə