• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Mirnaib Mirsalahov: Milli kimliyimizin təqdimatı

Cəmiyyət

21-12-2023, 10:19

Mirnaib Mirsalahov: Milli kimliyimizin təqdimatı


ADAU Meliorasiya və hidrotexniki qurğular kafedrasının müdiri prof Mirnaib Mirsalahov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Mirnaib Mirsalahovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Mirnaib Mirsalahov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, ADAU Meliorasiya və hidrotexniki qurğular kafedrasının müdiri prof Mirnaib Mirsalahova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

ADAU Meliorasiya və hidrotexniki qurğular kafedrasının müdiri prof Mirnaib Mirsalahov - Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür.
Ölkə başçısı yeni yaşını Müzəffər Ali Baş Komandan, qalib sərkərdə kimi qarşılayır.
Prezident İlham Əliyev bütün dünya azərbaycanlılarının Lideri olduğunu onların ən böyük arzusunu həyata keçirməklə təsdiq edib. Eyni zamanda, Prezident İlham Əliyev adını türk dünyası tarixinə Qarabağ həsrətinə son qoyan şəxsiyyət kimi yazdırıb. Odur ki, bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzinə çevrilən Lider kimi sevir, dəstəkləyir. Hər kəs Prezident İlham Əliyevi xilaskar Lider və Azərbaycan tarixinin ən qüdrətli sərkərdəsi olaraq qəbul edir.

Qalibiyyəti ilə dünyaya səs salan Azərbaycanın çoxəsrlik tarixinin ayrı-ayrı dövrlərini müqayisəli təhlil etdikdə Heydər Əliyev mərhələsinin nə qədər zəngin olduğunu görürük. Dövlətini, xalqını canından artıq sevən Ümummilli Liderin yaratdığı möhkəm təməl Azərbaycana bundan sonra da davamlı uğurlar qazandıracaq. 2003-cü ildən isə Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycan möhkəm təməl üzərində cənab İlham Əliyevin rəhbərliyi ilə biri-birindən əhəmiyyətli uğurlara imza atır, dünya birliyinin fəal üzvü kimi yerini və rolunu möhkəmləndirir. Azərbaycanın bugünkü uğurları Ümummilli Lider Heydər Əliyevin 1 oktyabr 2003-cü ildə xalqa müraciətində əksini tapan inam və etimadın təsdiqidir. Dahi şəxsiyyət Heydər Əliyev bildirmişdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

Cənab İlham Əliyev 2003-cü il oktyabrın 15-də xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildi. Keçirilən andiçmə mərasimində bildirdi ki, Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Ulu Öndər Heydər Əliyev siyasəti davam etdirilməlidir. Son 20 ildə bu siyasətə sadiqlik cənab İlham Əliyevin bu dövrdə ölkədə keçirilən prezident seçkilərində qələbəsini təkrarlamasını şərtləndirdi. Belə ki, 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Prezident seçildi. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54 faiz, 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə isə 86,02 faiz səsini qazanaraq yenidən Prezident seçilmişdir.

Cənab İlham Əliyev ilk dəfə Prezident seçiləndə keçirilən andiçmə mərasimində Ümummilli Lider Heydər Əliyevə belə müraciət etmişdir: “Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik.”

Son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurların xronologiyasına nəzər salaq. İqtisadi tərəqqinin vacib amil olduğu atılan addımlardan daha aydın görünür. Cənab İlham Əliyev ilk gündən bu çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın hər bir çətinlikdən az itki ilə çıxmasını şərtləndirdi. Qarşıya qoyulan hədəfə uyğun olaraq regionların malik olduqları potensialdan səmərəli istifadə etmək üçün Regional inkişaf proqramları təsdiqləndi və uğurla icra edilir. Artıq bu il sayca dörduncü Dövlət Proqramının icrası başa çatır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası nəticəsində qazanılan uğurlar hazırda hər bir bölgənin tərəqqisində özünün aydın ifadəsini tapır.

İqtisadi müstəqilliyimiz ölkəmizin siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanır. Enerji diplomatiyamızın davamlı uğurları Azərbaycanın etibarlı, arzuolunan tərəfdaş kimi mövqeyinin möhkəmləndiyinin göstəricisidir. Azərbaycanın zəngin neft və qaz potensialına malik olmasına baxmayaraq, bərpa olunan enerji sahəsindən də böyük potensialı əməkdaşlıq əlaqələrinin yeni prioritetlər üzrə inkişaf etdirilməsində öz sözünü deyir. Azərbaycan regional əməkdaşlığın aparıcı qüvvəsinə və dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib. Bu faktı da xüsusi qeyd etmək istərdik ki, ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsinin yenidən tərtib olunmasında əhəmiyyətli rol oynayır. Son illər Azərbaycanın enerji sektorunda qazandığı uğurlara diqqət yetirmək kifayətdir. İmzalanan yeni sənədlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan roluna və nüfuzuna işıq salır.

Atılan hr bir addımın əsasında Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi, xalqın rifah halının yaxşılaşdrılması dayanır. Azərbaycan iqtisadi möcüzələr, ən islahatçı ölkə kimi nüfuz qazanmaqla yanaşı, özünü dünyaya sosial dövlət kimi təqdim edir. Bütün bunlar möhkəm təmələ əsaslanan siyasətin nəticəsidir.

Tarixi Zəfərimiz Azərbaycanın keçdiyi inkişaf yolunun təqdimatıdır. Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirdi. Prezident kimi ölkəmizə rəhbərlik etdiyi 20 ildə bütün sahələrdə sürətli inkişafa nail oldu, insanların rifah halı daha da yaxşılaşdı. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirildi, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndi və 30 ilin torpaq həsrətinə son qoyularaq ərazi bütövlüyümüz bərpa edildi. Bu gün regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Reallıqlar bir daha təsdiqləyir ki, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir amal – azərbaycançılıq ideyası ətrafında birliyi dövlət başçısı İlham Əliyevin siyasətinin mənəvi dayağına çevrildi.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir müstəqil Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına, tariximizin öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına, ərazi bütövlüyümüzün, suverenliyimizin təmin olunmasına xidmət etdi. Cari ilin 19 sentyabr tarixində rəşadətli Ordumuzun həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyev separatçılardan təmizlənmiş ərazilərimizə səfər edərək Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Xankəndi şəhərindən xalqa müraciətində söylədiyi “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi” çağırışı keçilən yolun ümumiləşdirilmiş ifadəsi oldu.

Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanı ən yüksək zirvələri fəth etdirir. İmzaların arasında imzasını görməkdən qürur duyduğumuz Azərbaycanın bu gün üçrəngli bayrağının işğaldan azad olunmuş torpaqlarımızda dalğalanması milli kimliyimizin nümayişidir.

Oxunub: 10263
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

7-10-2023, 11:44

Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Əhəd müəllimnin diqqətindədir

Cəmiyyət

10-10-2023, 12:28

Mətləb müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Cəmiyyət

16-09-2023, 11:32

ALLAHIN qismətindən asılı ömür yolu - Musa müəllim

Cəmiyyət

15-09-2023, 11:19

Hüseyn müəllim vəzifəsini şərəflə yerinə yetirir

Cəmiyyət

26-09-2023, 06:30

Şəfalı Əllər sahibi Abbasqulu Səfərov

Araşdırma
Taksi sürücüləri sabah imtahan verəcəklər
Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI
Allahşükür Paşazadə: Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir
Bu gün onlar üçün də dərs ilinin ilk günüdür - Fotolar
Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi– FOTO
Bilik gününə belə başladılar - FOTOLAR
Hadisə
Bugün, 11:25
Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir
Bugün, 10:30
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Dün, 11:46
Bakıda və rayonlarda şok əməliyyat: Külli miqdarda silah-sursat tapıldı
Dün, 11:18
Hərbi çağırışdan boyun qaçıran iki nəfərə CİNAYƏT İŞİ AÇILDI
Dün, 10:01
Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu - Tiktoker “Çevik”ə qarşı zorakılıq edib
Dün, 09:08
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Son xəbərlər
  • Bugün, 16:00
    Türk Dünyası Avrasiya üzərində hegemoniya qurur: Əsas qlobal rəqiblər isə artıq sıradan çıxarılmaq üzrədir
  • Bugün, 15:30
    Trampın sərvəti 7 milyard dollara çatdı
  • Bugün, 14:29
    Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
  • Bugün, 14:22
    Azərbaycan dost, İsrail düşmən siyahısında
  • Bugün, 14:11
    İcra başçısı dama qalxdı - VİDEO
  • Bugün, 14:00
    Avtomobil nəhəngləri böhran həddində: Yaxın 5 ildə hansı avto-markalar çökəcək?
  • Bugün, 13:19
    Taksi sürücüləri sabah imtahan verəcəklər
  • Bugün, 13:10
    İlham Əliyev açılışda iştirak edib - FOTOLAR
  • Bugün, 12:24
    Süni intellektin tətbiqi genişləndirilməlidir - İlham Əliyev
  • Bugün, 12:19
    İlham Əliyev bu şəxsləri təltif etdi
  • Bugün, 11:29
    Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI
  • Bugün, 11:25
    Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir
  • Bugün, 11:16
    Allahşükür Paşazadə: Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir
  • Bugün, 10:30
    Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
  • Bugün, 10:05
    Azərbaycan nefti ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
  • Bugün, 10:01
    Polislər etiraz aksiyasına çıxdı
  • Bugün, 09:57
    Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
  • Bugün, 09:54
    Bakıda sabah tarixi-dini abidələrlə bağlı konfrans keçiriləcək
  • Bugün, 09:49
    Süni intellektlər öz aralarında yeni bir dil yaratdı
  • Bugün, 09:45
    Neft ehtiyatları gözlənilmədən artdı - Qiymətlər endi
  • Bugün, 09:14
    Erməni mediası bir-birinə qarşı – Ceyhun Bayramovun sözləri üstündə savaş başladı
  • Bugün, 09:00
    Azərbaycanda mənzil almaq üçün 17 il işləmək lazımdır
  • Dün, 16:00
    Xəzərin dibindən Azərbaycana, oradan Avropaya – İrəvan da qoşulur
  • Dün, 15:30
    Şuşadakı rəqs Livandakı kilsəni qarışdırdı – Katolikos 1500 km-dən diplomatlara qəzəbləndi
  • Dün, 14:22
    Hikmət Hacıyevin Qarabağda göstərdiyi faktlar İrəvanı silkələdi – Bu addımı atmağa məcbur oldular
  • Dün, 14:00
    Daşınmaz əmlak bazarında YENİ VƏZİYYƏT: Kirayə bahalaşır, satış qiymətləri isə...
  • Dün, 13:46
    Prezident Hakan Fidanı qəbul etdi - Foto
  • Dün, 13:39
    ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
  • Dün, 12:47
    Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - Fotolar
  • Dün, 12:27
    Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı - Fotolar
  • Dün, 11:54
    Hikmət Hacıyevdən ABŞ ilə bağlı SON DƏQİQƏ açıqlamaları
  • Dün, 11:46
    Bakıda və rayonlarda şok əməliyyat: Külli miqdarda silah-sursat tapıldı
  • Dün, 11:18
    Hərbi çağırışdan boyun qaçıran iki nəfərə CİNAYƏT İŞİ AÇILDI
  • Dün, 11:11
    Bu gün onlar üçün də dərs ilinin ilk günüdür - Fotolar
  • Dün, 10:38
    Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi– FOTO
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə