• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Məhərrəm Şəfiyev: Şəhid ailələri və qazılər dövlətin diqqət mərkəzindədir

Cəmiyyət

16-10-2023, 12:17

Məhərrəm Şəfiyev: Şəhid ailələri və qazılər dövlətin diqqət mərkəzindədir


“Bərdə-Çörək” ASC -nin idarə heyətinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Məhərrəm Şəfiyev - 30 ilə yaxın xalqımız erməni işğalına, erməni vandalizminə dözdü, məsələnin sülh yolu ilə həll olunacağına inandı. Azərbaycan xalqı və dövləti heç vaxt müharibə istəmirdi, çünki müharibənin yaratdığı faciələri, dəhşətləri bütün ağırlığı ilə yaşamışdı. Lakin, cənab Prezidentin də dediyi kimi, “ On yeddi il ərzində mən şəxsən mənasız və nəticəsiz danışıqlarda dəfələrlə iştirak etmişəm. Nə üçün? Çünki hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq getdikcə ümidlər azalırdı. Ermənistanın işğalçı siyasətini bir daha təhlil edərək tam əminliklə bu gün deyə bilərəm ki, onlar bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildilər. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişəni dondurmaq istəyirdilər, münaqişəni əbədi etmək istəyirdilər. İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın”. Əlbəttə ki. Biz heç vaxt işğalla barışmadıq. 3 il bundan əvvəl 44 günlük Vətən müharibəsi parlaq, tarixi Qələbə ilə başa çatdı, nəticədə ölkəmizin ərazi bütövlüyü bərpa edilib. 2020-ci il noyabrın 10-na keçən gecə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan mahiyyətcə Ermənistanın təslim olması aktı olan üçtərəfli bəyanat imzalamağa məcbur oldu. Təəssüf ki, bundan sonra Ermənistan tərəfi öz təxribatçı siyasətindən əl çəkmədi, xüsusən də yeni müharibəyə təhrik edən bəyanatlar verdi. Ermənistan Respublikası tərəfindən “mina terroru”, o cümlədən erməni silahlı qüvvələri tərəfdən Azərbaycan mövqelərinin mütəmadi olaraq atəşə tutulması, artıq mövcud olmayan qondarma xunta rejiminin sentyabrda seçkilər keçirməsi rəsmi Bakını lokal xarakterli antiterror əməliyyatlara başlamağa məcbur oldu. 24 saata yaxın davam edən və peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində dövlətimizin suverenliyi tamamilə bərpa olundu. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyev həm ölkəmizdə, həm də xaricdə yaşayan milyonlarla azərbaycanlının arzusunu gerçəkləşdirdi. Müstəqilliyini elan etdikdən sonra ilk dəfə olaraq Azərbaycanın suverenliyi onun bütün ərazisini əhatə edir. Bu tarixi hadisənin ən mühüm amili odur ki, bu böyük Qələbə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin planlarına zidd olaraq, dünya ermənilərinin böyük təzyiqlərinə baxmayaraq əldə edildi. Artıq Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Dövlət bayrağını Xankəndində qaldırdı.
Məhərrəm Şəfiyev: Şəhid ailələri və qazılər dövlətin diqqət mərkəzindədir


Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də bir hissəsi Ermənistanın işğalı altında olan və 44 günlük müharibə nəticəsində azad edilmiş Tərtər rayonuna səfər edib. Dövlət başçısı parkın açılışında, Tərtər rayonundakı Suqovuşan su anbarının təmir işlərindən sonra istifadəyə verilməsində iştirak edərək, Sərsəng su anbarının ərazisində Azərbaycanın dövlət bayrağını qaldırdı. Artıq Azərbaycan bayrağı Ağdərədə, Xocavənddə, Xocalıda dalğalanır. Bütün bunlara Ermənistanda, eləcə də ona himayədarlıq etmiş və verməkdə davam edən ölkələrdə necə reaksiya verdiklərini, dünya ermənilərinin nümayəndələrinin emosiyalarını təsəvvür etmək elə də çətin deyil. Onlar demək olar ki, hər gün “Miatsum” və “Artsax” adlı layihələri yad edir, baş verənlərin günahkarının axtarışı gedir. Baxmayaraq ki, hər şey göz qabağındadır. Ermənistanın və dünya erməni ictimaiyyətinin məğlubiyyəti 20 il əvvəl, 2003-cü il oktyabrın 15-də İlham Əliyevin Azərbaycanda keçirilən prezident seçkilərində qalib gəlməsi ilə başlamışdı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı , o dövrdə çətin görünsə də, qarşısına aydın bir vəzifə qoymuşdu: Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmək. 20 il bundan əvvəl Prezident İlham Əliyev deyirdi ki, "Ordu quruculuğu bizim üçün ən vacib, ən prioritet məsələdir. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ başa çatmayıb. Müharibənin birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz ordunu bərpa etmək, ölkəmizin ərazi bütövlüyünü təmin etməkdir”. Və beləliklə, o, bu çətin olduğu qədər şərəfli və məsuliyyətli vəzifəni həyata keçirə bildi. 2003-cü il prezident seçkilərində İlham Əliyevin qələbəsinin 20-ci ildönümü günü Qarabağın son böyük qalası olan Xankəndində dövlətçiliyimizin, müstəqilliyimizin, ərazi bütövlüyümüzün, suverenliyimizin bütün atributları ucaldıldı. Hazırda xunta reyiminin keçmiş “rəhbərləri” Bakı istintaq təcridxanasında oturub Azərbaycan telekanallarından süjetlərə baxaraq bu tarixi məqamı izləyirlər. Biz dünyadakı on milyonlarla azərbaycanlı adından çıxış edərək milli arzumuzu reallaşdıran şəxsə - Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edirik. Qazilərimizə şəfa diləyiriik. Bu gün səngərdə xidmət edən hərbiçilərimizə can sağlığı arzulayırıq!

Düz 20 il əvvəl, 2003-cü il oktyabrın 15-də Azərbaycan xalqı öz gələcəyini ona etibar edərək cənab İlham Əliyevi ölkə Prezidenti seçdi. Sabitlik və inkişafın simvoluna çevrilmiş, ərazi bütövlüyünü və suverenliyini bərpa edən bugünkü Azərbaycan bu tarixi seçimin düzgünlüyünün ən yaxşı təsdiqidir. Prezident İlham Əliyev hələ 20 il əvvəl geosiyasi tendensiyaları görürdü və ölkənin hansı istiqamətdə hərəkət etməli olduğunu, strateji prioritetlərin harada müəyyən edilməli olduğunu anlayırdı: Azərbaycan güclü iqtisadiyyat qurmalı, peşəkar və təchiz olunmuş ordu yaratmalı və dünyada öz layiqli yerini tutmalı idi. mərhələ. Yalnız bu yolla ölkə regionun liderinə və qlobal siyasətin aktoruna çevrilə bilərdi. Ölkəmizin tarixində ölkənin bütövlüyünü bərpa edən, onun uzunmüddətli inkişaf konsepsiyasını hazırlayıb həyata keçirən, milləti öz ətrafında birləşdirən, milyonlarla soydaşımızı bir yumruğa çevirən ikinci belə lider olmamışdır. O, Azərbaycan dövlətinin qüdrətini bütün dünyaya göstərdi, öz ölkəsinin nüfuzunu, Azərbaycan xalqının ləyaqətini, özünə inam hissini artırdı.

Regionun ən böyük çörək istehsal edən müəssisəsi olan “Bərdə-Çörək” ASC - Məhərrəm Şəfiyev

Bərdənin iqtisadi həyatında da böyük canlanma və irəliləyiş müşahidə olunur. Rayonda müasir texnologiyaların tətbiqinə əsaslanan 5 min tonluq logistik mərkəz, hər birinin tutumu 10 min ton olan iki taxıl anbarı, 5200 başlıq dörd heyvandarlıq kompleksi, quşçuluq təsərrüfatı, qüvvəli yem, süd emalı, çörək və şirniyyat istehsalı müəssisələri, ət kəsimi məntəqəsi, “CTS-Aqro” MMC-nin pambıqtəmizləmə zavodu, “Aqrolizinq”in logistik bazası, biolaboratoriya inşa edilib. “Qarabağ pambıqtəmizləmə” və “Bərdə-Çörək” ASC yenidən qurularaq müasir texnologiya ilə təchiz olunub.


Azərbaycan bu gün özünün etibarlı ərzaq təhlükəsizliyini təmin edir, kənd təsərrüfatı məhsullarına olan ehtiyacını ödəyir. Həyata keçirilən tədbirlərin nəticəsi kimi Azərbaycanda rekord həcmdə taxıl istehsal edilib. Bərdə rayonunda da məhsuldarlıq yüksək olub. Bu həm də Bərdənin sözügedən sahədə əvvəlki şöhrətinin bərpasından xəbər verir. Kənd təsərrüfatında qazanılan uğurlar, əldə olunan bol məhsul iqtisadiyyat üzrə fəlsəfə doktoru Məhərrəm Şəfiyevin rəhbəri olduğu “Bərdə-Çörək” ASC-nin də normal fəaliyyətinə, istehsal olunan un məmulatlarının keyfiyyətinə və həcminin artımına müsbət təsir göstərir. Müəssisə vətəndaşlara layiqli xidməti qarşıda əsas məqsəd kimi müəyyənləşdirməklə yanaşı, dövlət və cəmiyyət qarşısında sosial öhdəliklərini də unutmur, ölkəmizin tərəqqisinə öz kiçik töhfəsini verməyə çalışır.

Regionun ən böyük çörək istehsal edən müəssisəsi olan “Bərdə-Çörək” ASC-nin idarə heyətinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Məhərrəm Şəfiyev -müəssisə 1980-cı illərin əvvəllərində xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə tikilib istifadəyə verilib. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq “Bərdə-Çörək” ASC yenidən qurularaq, müasir avadanlıqlarla təchiz edilib. Sutkalıq istehsal gücü 55 ton olan zavodda gündəlik 10-12 ton çörək istehsal olunur. Müəssisə Bərdə və ətraf rayonların əhalisinin yüksək keyfiyyətli çörəklə təmin edilməsində mühüm rol oynayır.

Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də sahibkarlarla müntəzəm görüşlər keçirir, sahibkarlığın inkişafı istiqamətində tövsiyə və tapşırıqlar verir. Dövlət başçısının tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azad olunması bu sahədə qiymətin sabit qalmasına səbəb olub. Çörəyin maya dəyərinin aşağı düşməsi həm sahibkarlara stimul yaradır, həm də əhalinin sosial rifahının yaxşılaşmasına öz töhfəsini verir.

Sahibkarlara göstərdiyi yüksək qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirən Məhərrəm Şəfiyev ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində bundan sonra da əzmlə çalışacaqlarını bildirib.


Məhərrəm Şəfiyev: Şəhid ailələri və qazılər dövlətin diqqət mərkəzindədirMəhərrəm Şəfiyev: Şəhid ailələri və qazılər dövlətin diqqət mərkəzindədirMəhərrəm Şəfiyev: Şəhid ailələri və qazılər dövlətin diqqət mərkəzindədirMəhərrəm Şəfiyev: Şəhid ailələri və qazılər dövlətin diqqət mərkəzindədirMəhərrəm Şəfiyev: Şəhid ailələri və qazılər dövlətin diqqət mərkəzindədirMəhərrəm Şəfiyev: Şəhid ailələri və qazılər dövlətin diqqət mərkəzindədir

Oxunub: 10286
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

17-10-2023, 10:49

Akif müəllim: Zəfər nidası Xankəndidə qoyuldu!

Cəmiyyət

16-10-2023, 13:35

Elnur Əliyev: And yerinə yetdi

Cəmiyyət

16-10-2023, 12:21

İzzət müəllim Vətənə ləyaqət nümunəsi sayılacaq insanlardandır

Siyasət

5-09-2023, 15:00

“Miatsum” yolu bağlandı: Ermənilər üçün son çıxış... - NƏ BAŞ VERİR?

Cəmiyyət

19-07-2023, 09:00

Məhərrəm ayı başlayıb

Araşdırma
Azərbaycan generalı ABŞ-yə getdi - Mühüm görüşlər keçirdi
Bilgəhdə şok: "Ağac əkməyin, ölüm təhlükəsi ilə üzləşərsiniz"
Tikinti şirkətləri ilə sakinlər arasındakı mənzil davası – KİM HAQLIDIR?
Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
Hadisə
Bugün, 10:53
İran-Azərbaycan sərhədində silahlı insident: ÖLƏN VAR - FOTO
Bugün, 09:11
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapıldı
31-10-2026, 11:17
Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
31-10-2026, 11:01
Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
31-10-2026, 10:56
Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
31-10-2026, 09:59
"Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
Son xəbərlər
  • Bugün, 10:57
    Azərbaycan generalı ABŞ-yə getdi - Mühüm görüşlər keçirdi
  • Bugün, 10:53
    İran-Azərbaycan sərhədində silahlı insident: ÖLƏN VAR - FOTO
  • Bugün, 09:48
    Narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanıldı
  • Bugün, 09:44
    Almaniyada iğtişaşlardan sonra 54 nəfər saxlanıldı
  • Bugün, 09:39
    “Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətirdi - Fotolar
  • Bugün, 09:35
    “Müəyyən məqamda onlara ağır zərbə vurmalı olacağıq”
  • Bugün, 09:32
    “28 May”dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
  • Bugün, 09:11
    Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapıldı
  • Bugün, 09:00
    Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Video
  • 31-10-2026, 12:00
    Avropada qaz qiymətləri kəllə-çarxa qalxdı: Bazarda böyük təlaş yaranıb
  • 31-10-2026, 11:17
    Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
  • 31-10-2026, 11:01
    Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
  • 31-10-2026, 10:56
    Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
  • 31-10-2026, 09:59
    "Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
  • 31-10-2026, 09:42
    Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
  • 31-10-2026, 09:38
    Polşada gərginlik pik həddə çatdı - Onlar vəzifədən uzaqlaşdırıldı
  • 31-10-2026, 09:00
    Bilgəhdə şok: "Ağac əkməyin, ölüm təhlükəsi ilə üzləşərsiniz"
  • 30-10-2026, 16:00
    Tikinti şirkətləri ilə sakinlər arasındakı mənzil davası – KİM HAQLIDIR?
  • 30-10-2026, 15:30
    Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
  • 30-10-2026, 14:23
    Putindən Avropaya açıq müharibə anonsu: “Çox irəli getsəniz...!”
  • 30-10-2026, 13:00
    Bakı və İrəvan üçün KRİTİK 2027: Gələn ilin yazı...
  • 30-10-2026, 12:30
    Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
  • 30-10-2026, 12:08
    Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
  • 30-10-2026, 11:26
    Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
  • 30-10-2026, 10:49
    Əli Əsədov İrakli Kobaxidze ilə görüşdü
  • 30-10-2026, 10:45
    Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
  • 30-10-2026, 10:33
    Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
  • 30-10-2026, 10:14
    "Böyük Dəbilqə": Hidayət Heydərov və digər iki cüdoçu mübarizəyə başlayır
  • 30-10-2026, 10:10
    Bu marşrutlar "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan çıxarılır
  • 30-10-2026, 10:07
    FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
  • 30-10-2026, 09:49
    Azərbaycan nefti 3 dollar ucuzlaşdı
  • 30-10-2026, 09:46
    Bəzi yerlərdə yağıntılar intensivdir - Faktiki hava
  • 30-10-2026, 09:42
    Fransada böyük etiraz dalğası: 70 min polis və jandarm səfərbər edilir
  • 30-10-2026, 09:38
    Avropa ölkələri Rusiya ilə danışıqlara nümayəndə tapa bilmir
  • 30-10-2026, 09:35
    Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR - EKSKLÜZİV
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə