• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Akif müəllim: Zəfər nidası Xankəndidə qoyuldu!

Cəmiyyət

17-10-2023, 10:49

Akif müəllim: Zəfər nidası Xankəndidə qoyuldu!


Kürdəmir rayonun Sor-Sor kəndində fəaliyyət göstərən pambıq zavodun direktoru Akif müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Akif müəllimin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Akif müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Kürdəmir rayonun Sor-Sor kəndində fəaliyyət göstərən pambıq zavodun direktoru Akif müəllimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Kürdəmir rayonun Sor-Sor kəndində fəaliyyət göstərən pambıq zavodun direktoru Akif müəllim - 30 ilə yaxın xalqımız erməni işğalına, erməni vandalizminə dözdü, məsələnin sülh yolu ilə həll olunacağına inandı. Azərbaycan xalqı və dövləti heç vaxt müharibə istəmirdi, çünki müharibənin yaratdığı faciələri, dəhşətləri bütün ağırlığı ilə yaşamışdı. Lakin, cənab Prezidentin də dediyi kimi, “ On yeddi il ərzində mən şəxsən mənasız və nəticəsiz danışıqlarda dəfələrlə iştirak etmişəm. Nə üçün? Çünki hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq getdikcə ümidlər azalırdı. Ermənistanın işğalçı siyasətini bir daha təhlil edərək tam əminliklə bu gün deyə bilərəm ki, onlar bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildilər. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişəni dondurmaq istəyirdilər, münaqişəni əbədi etmək istəyirdilər. İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın”. Əlbəttə ki. Biz heç vaxt işğalla barışmadıq. 3 il bundan əvvəl 44 günlük Vətən müharibəsi parlaq, tarixi Qələbə ilə başa çatdı, nəticədə ölkəmizin ərazi bütövlüyü bərpa edilib. 2020-ci il noyabrın 10-na keçən gecə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan mahiyyətcə Ermənistanın təslim olması aktı olan üçtərəfli bəyanat imzalamağa məcbur oldu. Təəssüf ki, bundan sonra Ermənistan tərəfi öz təxribatçı siyasətindən əl çəkmədi, xüsusən də yeni müharibəyə təhrik edən bəyanatlar verdi. Ermənistan Respublikası tərəfindən “mina terroru”, o cümlədən erməni silahlı qüvvələri tərəfdən Azərbaycan mövqelərinin mütəmadi olaraq atəşə tutulması, artıq mövcud olmayan qondarma xunta rejiminin sentyabrda seçkilər keçirməsi rəsmi Bakını lokal xarakterli antiterror əməliyyatlara başlamağa məcbur oldu. 24 saata yaxın davam edən və peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində dövlətimizin suverenliyi tamamilə bərpa olundu. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyev həm ölkəmizdə, həm də xaricdə yaşayan milyonlarla azərbaycanlının arzusunu gerçəkləşdirdi. Müstəqilliyini elan etdikdən sonra ilk dəfə olaraq Azərbaycanın suverenliyi onun bütün ərazisini əhatə edir. Bu tarixi hadisənin ən mühüm amili odur ki, bu böyük Qələbə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin planlarına zidd olaraq, dünya ermənilərinin böyük təzyiqlərinə baxmayaraq əldə edildi. Artıq Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Dövlət bayrağını Xankəndində qaldırdı.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də bir hissəsi Ermənistanın işğalı altında olan və 44 günlük müharibə nəticəsində azad edilmiş Tərtər rayonuna səfər edib. Dövlət başçısı parkın açılışında, Tərtər rayonundakı Suqovuşan su anbarının təmir işlərindən sonra istifadəyə verilməsində iştirak edərək, Sərsəng su anbarının ərazisində Azərbaycanın dövlət bayrağını qaldırdı. Artıq Azərbaycan bayrağı Ağdərədə, Xocavənddə, Xocalıda dalğalanır. Bütün bunlara Ermənistanda, eləcə də ona himayədarlıq etmiş və verməkdə davam edən ölkələrdə necə reaksiya verdiklərini, dünya ermənilərinin nümayəndələrinin emosiyalarını təsəvvür etmək elə də çətin deyil. Onlar demək olar ki, hər gün “Miatsum” və “Artsax” adlı layihələri yad edir, baş verənlərin günahkarının axtarışı gedir. Baxmayaraq ki, hər şey göz qabağındadır. Ermənistanın və dünya erməni ictimaiyyətinin məğlubiyyəti 20 il əvvəl, 2003-cü il oktyabrın 15-də İlham Əliyevin Azərbaycanda keçirilən prezident seçkilərində qalib gəlməsi ilə başlamışdı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı , o dövrdə çətin görünsə də, qarşısına aydın bir vəzifə qoymuşdu: Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmək. 20 il bundan əvvəl Prezident İlham Əliyev deyirdi ki, "Ordu quruculuğu bizim üçün ən vacib, ən prioritet məsələdir. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ başa çatmayıb. Müharibənin birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz ordunu bərpa etmək, ölkəmizin ərazi bütövlüyünü təmin etməkdir”. Və beləliklə, o, bu çətin olduğu qədər şərəfli və məsuliyyətli vəzifəni həyata keçirə bildi. 2003-cü il prezident seçkilərində İlham Əliyevin qələbəsinin 20-ci ildönümü günü Qarabağın son böyük qalası olan Xankəndində dövlətçiliyimizin, müstəqilliyimizin, ərazi bütövlüyümüzün, suverenliyimizin bütün atributları ucaldıldı. Hazırda xunta reyiminin keçmiş “rəhbərləri” Bakı istintaq təcridxanasında oturub Azərbaycan telekanallarından süjetlərə baxaraq bu tarixi məqamı izləyirlər. Biz dünyadakı on milyonlarla azərbaycanlı adından çıxış edərək milli arzumuzu reallaşdıran şəxsə - Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edirik. Qazilərimizə şəfa diləyiriik. Bu gün səngərdə xidmət edən hərbiçilərimizə can sağlığı arzulayırıq!

Düz 20 il əvvəl, 2003-cü il oktyabrın 15-də Azərbaycan xalqı öz gələcəyini ona etibar edərək cənab İlham Əliyevi ölkə Prezidenti seçdi. Sabitlik və inkişafın simvoluna çevrilmiş, ərazi bütövlüyünü və suverenliyini bərpa edən bugünkü Azərbaycan bu tarixi seçimin düzgünlüyünün ən yaxşı təsdiqidir. Prezident İlham Əliyev hələ 20 il əvvəl geosiyasi tendensiyaları görürdü və ölkənin hansı istiqamətdə hərəkət etməli olduğunu, strateji prioritetlərin harada müəyyən edilməli olduğunu anlayırdı: Azərbaycan güclü iqtisadiyyat qurmalı, peşəkar və təchiz olunmuş ordu yaratmalı və dünyada öz layiqli yerini tutmalı idi. mərhələ. Yalnız bu yolla ölkə regionun liderinə və qlobal siyasətin aktoruna çevrilə bilərdi. Ölkəmizin tarixində ölkənin bütövlüyünü bərpa edən, onun uzunmüddətli inkişaf konsepsiyasını hazırlayıb həyata keçirən, milləti öz ətrafında birləşdirən, milyonlarla soydaşımızı bir yumruğa çevirən ikinci belə lider olmamışdır. O, Azərbaycan dövlətinin qüdrətini bütün dünyaya göstərdi, öz ölkəsinin nüfuzunu, Azərbaycan xalqının ləyaqətini, özünə inam hissini artırdı.

Oxunub: 10240
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

10-10-2023, 12:28

Mətləb müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Cəmiyyət

7-10-2023, 11:44

Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Əhəd müəllimnin diqqətindədir

Cəmiyyət

16-09-2023, 11:32

ALLAHIN qismətindən asılı ömür yolu - Musa müəllim

Cəmiyyət

15-09-2023, 11:19

Hüseyn müəllim vəzifəsini şərəflə yerinə yetirir

Cəmiyyət

29-09-2023, 00:37

Bayram müəllim: Şəhidlər ölməz, vətən bölünməz!

Araşdırma
Media və Yayım Şurası: Bunlar ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiyadır
Bakının bu ərazisində EVLƏR SÖKÜLÜR - Ağaclara da pul verilir
Azərbaycan generalı ABŞ-yə getdi - Mühüm görüşlər keçirdi
Bilgəhdə şok: "Ağac əkməyin, ölüm təhlükəsi ilə üzləşərsiniz"
Tikinti şirkətləri ilə sakinlər arasındakı mənzil davası – KİM HAQLIDIR?
Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
Hadisə
Bugün, 10:53
İran-Azərbaycan sərhədində silahlı insident: ÖLƏN VAR - FOTO
Bugün, 09:11
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapıldı
31-10-2026, 11:17
Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
31-10-2026, 11:01
Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
31-10-2026, 10:56
Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
31-10-2026, 09:59
"Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
Son xəbərlər
  • Bugün, 12:21
    Media və Yayım Şurası: Bunlar ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiyadır
  • Bugün, 12:05
    Bakının bu ərazisində EVLƏR SÖKÜLÜR - Ağaclara da pul verilir
  • Bugün, 10:57
    Azərbaycan generalı ABŞ-yə getdi - Mühüm görüşlər keçirdi
  • Bugün, 10:53
    İran-Azərbaycan sərhədində silahlı insident: ÖLƏN VAR - FOTO
  • Bugün, 09:48
    Narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanıldı
  • Bugün, 09:44
    Almaniyada iğtişaşlardan sonra 54 nəfər saxlanıldı
  • Bugün, 09:39
    “Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətirdi - Fotolar
  • Bugün, 09:35
    “Müəyyən məqamda onlara ağır zərbə vurmalı olacağıq”
  • Bugün, 09:32
    “28 May”dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
  • Bugün, 09:11
    Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapıldı
  • Bugün, 09:00
    Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Video
  • 31-10-2026, 12:00
    Avropada qaz qiymətləri kəllə-çarxa qalxdı: Bazarda böyük təlaş yaranıb
  • 31-10-2026, 11:17
    Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
  • 31-10-2026, 11:01
    Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
  • 31-10-2026, 10:56
    Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
  • 31-10-2026, 09:59
    "Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
  • 31-10-2026, 09:42
    Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
  • 31-10-2026, 09:38
    Polşada gərginlik pik həddə çatdı - Onlar vəzifədən uzaqlaşdırıldı
  • 31-10-2026, 09:00
    Bilgəhdə şok: "Ağac əkməyin, ölüm təhlükəsi ilə üzləşərsiniz"
  • 30-10-2026, 16:00
    Tikinti şirkətləri ilə sakinlər arasındakı mənzil davası – KİM HAQLIDIR?
  • 30-10-2026, 15:30
    Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
  • 30-10-2026, 14:23
    Putindən Avropaya açıq müharibə anonsu: “Çox irəli getsəniz...!”
  • 30-10-2026, 13:00
    Bakı və İrəvan üçün KRİTİK 2027: Gələn ilin yazı...
  • 30-10-2026, 12:30
    Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
  • 30-10-2026, 12:08
    Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
  • 30-10-2026, 11:26
    Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
  • 30-10-2026, 10:49
    Əli Əsədov İrakli Kobaxidze ilə görüşdü
  • 30-10-2026, 10:45
    Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
  • 30-10-2026, 10:33
    Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
  • 30-10-2026, 10:14
    "Böyük Dəbilqə": Hidayət Heydərov və digər iki cüdoçu mübarizəyə başlayır
  • 30-10-2026, 10:10
    Bu marşrutlar "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan çıxarılır
  • 30-10-2026, 10:07
    FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
  • 30-10-2026, 09:49
    Azərbaycan nefti 3 dollar ucuzlaşdı
  • 30-10-2026, 09:46
    Bəzi yerlərdə yağıntılar intensivdir - Faktiki hava
  • 30-10-2026, 09:42
    Fransada böyük etiraz dalğası: 70 min polis və jandarm səfərbər edilir
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə