• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Elmin Zamanov ona etibar edilən bütün işləri şərəflə yerinə yetirir

Cəmiyyət

11-10-2023, 12:20

Elmin Zamanov ona etibar edilən bütün işləri şərəflə yerinə yetirir


Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Elmin Zamanov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Elmin Zamanov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Elmin Zamanov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Elmin Zamanov - “Müstəqil Azərbaycan hazırda beynəlxalq münasibətlər sistemində yüksək nüfuza sahib olan dövlətdir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edib, güclənib, regionda güc mərkəzinə çevrilib. 20 il öncə-15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalqımızın düzgün seçim edərək, Ulu Öndərimiz Heydər Əliyevin müraciətini dəyərləndirərək cənab İlham Əliyevə səs verməsi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir”.
Elmin Zamanov ona etibar edilən bütün işləri şərəflə yerinə yetirir


Bölgəmizdə reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Məhz bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunmuş və gələcək inkişaf üçün zəmin yaradılıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Bundan əlavə, neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Artıq bu layihələr reallığa çevrilib. Bununla da, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olundu.
Elmin Zamanov ona etibar edilən bütün işləri şərəflə yerinə yetirir


“Ümummilli Lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır. Bundan sonrakı mərhələlərdə Azərbaycan daha da qüdrətlənəcək, dünyada nüfuzunu daha da artıracaq. Heç bir qüvvə Azərbaycanı tutduğu uğurlu yoldan bundan sonra da döndərə bilməyəcək. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Liderliyinin təntənəsidir. Bu möhtəşəm Zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu və 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə son qoyuldu. Azərbaycan uzun illər bu münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün səylər göstərsə də, Ermənistanın ötən müddət ərzində işğalçılıq siyasətindən əl çəkməməsi, son illərdə isə bu ölkənin rəsmilərinin yeni ərazilər tutmaq iddialarını açıq şəkildə dilə gətirmələri, tez-tez təhrikedici açıqlamalar vermələri, 2019-cu ildə baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi kimi təxribat xarakterli bəyanatları və addımları danışıqlar prosesinə ciddi zərbə vurdu. Nəticə isə göz qabağındadır. Ermənistanın qeyri-konstruktiv, təxribatçı mövqeyi onun kapitulyasiyası ilə nəticələndi. Bütövlükdə, 44 günlük Vətən müharibəsi Azərbaycanın siyasi, iqtisadi, diplomatik və hərbi qüdrətini, həmçinin xalqımızın milli birliyini və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Təbii ki, bu Zəfərin əsas qəhrəmanı Prezident İlham Əliyevdir.
Elmin Zamanov ona etibar edilən bütün işləri şərəflə yerinə yetirir
Dövlətimizin başçısı Vətən müharibəsi dövründə bütün təzyiqlərə mətanətlə sinə gərərək Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə etdi. Bəzi xarici ölkələr, təşkilatlar, siyasi dairələr iddia edirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Lakin Prezident İlham Əliyev “Dəmir yumruq” əməliyyatı ilə sübut etdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsini özü icra etdi. Ötən ay ordumuzun 24 saatlıq antiterror əməliyyatı nəticəsində Qarabağda qondarma rejim özünü buraxdığını elan etdi və bununla da dövlətimiz öz suverenliyini tam təmin etdi. Beləliklə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə mövqeləri güclənib və bundan sonrakı mərhələdə bu mövqe daha da möhkəmlənəcək. Əminik ki, qarşıdakı dövrdə də Prezident İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycan yeni-yeni zəfərlərə imza atacaq”.

Oxunub: 10286
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

15-09-2023, 11:19

Hüseyn müəllim vəzifəsini şərəflə yerinə yetirir

Cəmiyyət

16-09-2023, 11:32

ALLAHIN qismətindən asılı ömür yolu - Musa müəllim

Cəmiyyət

26-09-2023, 06:30

Şəfalı Əllər sahibi Abbasqulu Səfərov

Cəmiyyət

26-09-2023, 15:19

Vətənə Şərəfli xidmət Hikmət Şikarov

Cəmiyyət

11-10-2023, 09:00

Asif Həşimov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir

Araşdırma
Bu gün onlar üçün də dərs ilinin ilk günüdür - Fotolar
Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi– FOTO
Bilik gününə belə başladılar - FOTOLAR
Sentyabrın 15-i Bakıda nəqliyyat İMTAHANI: Avtobus gözləyən insanların səbri daşdı - FOTOLAR
Emin Əmrullayev şagirdləri təbrik etdi
Bu yollarda “Yaşıl dalğa” rejimi tətbiq edilir
Hadisə
Bugün, 11:46
Bakıda və rayonlarda şok əməliyyat: Külli miqdarda silah-sursat tapıldı
Bugün, 11:18
Hərbi çağırışdan boyun qaçıran iki nəfərə CİNAYƏT İŞİ AÇILDI
Bugün, 10:01
Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu - Tiktoker “Çevik”ə qarşı zorakılıq edib
Bugün, 09:08
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Dün, 12:40
Bulvarda suyun səthi təmizlənir
Dün, 11:21
Bakıda sabah xaos gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ
Son xəbərlər
  • Bugün, 15:30
    Şuşadakı rəqs Livandakı kilsəni qarışdırdı – Katolikos 1500 km-dən diplomatlara qəzəbləndi
  • Bugün, 14:22
    Hikmət Hacıyevin Qarabağda göstərdiyi faktlar İrəvanı silkələdi – Bu addımı atmağa məcbur oldular
  • Bugün, 14:00
    Daşınmaz əmlak bazarında YENİ VƏZİYYƏT: Kirayə bahalaşır, satış qiymətləri isə...
  • Bugün, 13:46
    Prezident Hakan Fidanı qəbul etdi - Foto
  • Bugün, 13:39
    ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
  • Bugün, 12:47
    Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - Fotolar
  • Bugün, 12:27
    Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı - Fotolar
  • Bugün, 11:54
    Hikmət Hacıyevdən ABŞ ilə bağlı SON DƏQİQƏ açıqlamaları
  • Bugün, 11:46
    Bakıda və rayonlarda şok əməliyyat: Külli miqdarda silah-sursat tapıldı
  • Bugün, 11:18
    Hərbi çağırışdan boyun qaçıran iki nəfərə CİNAYƏT İŞİ AÇILDI
  • Bugün, 11:11
    Bu gün onlar üçün də dərs ilinin ilk günüdür - Fotolar
  • Bugün, 10:38
    Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi– FOTO
  • Bugün, 10:07
    "Bakının azad edilməsi dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu" - XİN
  • Bugün, 10:01
    Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu - Tiktoker “Çevik”ə qarşı zorakılıq edib
  • Bugün, 09:48
    Bilik gününə belə başladılar - FOTOLAR
  • Bugün, 09:39
    Sentyabrın 15-i Bakıda nəqliyyat İMTAHANI: Avtobus gözləyən insanların səbri daşdı - FOTOLAR
  • Bugün, 09:33
    "Kurtlar Vadisi" Kozinoğlunun ölümünü əvvəlcədən necə bilib? – Ssenaristlərdən ŞOK İFADƏ
  • Bugün, 09:27
    Emin Əmrullayev şagirdləri təbrik etdi
  • Bugün, 09:21
    Bu yollarda “Yaşıl dalğa” rejimi tətbiq edilir
  • Bugün, 09:13
    Türkiyənin ən yaxın 5 dostu müəyyənləşdi – Sorğudan maraqlı nəticələr
  • Bugün, 09:08
    Bakının işğaldan azad edilməsindən 108 il ötür
  • Bugün, 09:00
    Azərbaycanda Bilik Günüdür
  • Dün, 18:42
    Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb
  • Dün, 18:37
    İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi
  • Dün, 16:00
    ABŞ-nin keçmiş kəşfiyyat şefindən 44 günlük savaşa tarixi qiymət – “Ustalıqla təhlil edilib”
  • Dün, 15:30
    “Müsəlmanlıqdan çıxın, pravoslavlığı qəbul edin” – Rusiyada 10 günə 100 min özbək ölkəni tərk etdi
  • Dün, 13:42
    Əli Nağıyev Çinə getdi - Foto
  • Dün, 13:37
    ABŞ-dan ANONS: Bakı ilə İrəvan sazişi BU TARİXDƏ imzalayacaq
  • Dün, 12:40
    Bulvarda suyun səthi təmizlənir
  • Dün, 12:36
    Dini liderlər Azərbaycan Prezidentinə müraciət etdilər
  • Dün, 12:30
    İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olundu
  • Dün, 12:00
    Dünyada neft şoku - Ərəblərin əsas kəməri sıradan çıxdı
  • Dün, 11:21
    Bakıda sabah xaos gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ
  • Dün, 10:49
    SON DƏQİQƏ! “Bakı Metropoliteni” məlumat yaydı
  • Dün, 10:37
    180 min nəfəri sevindirən qərar - Nazirlik açıqladı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə