• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

KOLBASA həvəskarları oxusun! – QİDA mütəxəssisindən SOS [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

Dün, 16:00

KOLBASA həvəskarları oxusun! – QİDA mütəxəssisindən SOS


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında plandankənar yoxlama aparıb. Yoxlama Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsində fəaliyyət göstərən, fiziki şəxs Vüqar Ramiz oğlu Məmmədova məxsus kolbasa və sosiska istehsalı müəssisəsində keçirilib.

Yoxlama zamanı toyuq dərilərinin tükdən təmizlənmədən xammal kimi istifadə edildiyi, bəzi xammalların müşayiətedici sənədlərinin olmadığı, məhsulların etiketlənməsi ilə bağlı tələblərin pozulduğu və istehlakçılara düzgün məlumat verilmədiyi müəyyən edilib. Bundan əlavə, müəssisədə izlənmə sisteminin düzgün aparılmadığı, məhsulların saxlanması və istehsal prosesində qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbirlər görülüb, məhsullardan laborator müayinələr üçün nümunələr götürülüb. Nöqsanlar aradan qaldırılanadək müəssisədə istehsal dayandırılıb, həmçinin, məhsul partiyasının satış şəbəkələrindən geri çağırılması barədə qərar qəbul edilib.

Nəzərə alsaq ki, bu qida növündən gənclər və uşaqlar da çox istifadə edir, satışdakı keyfiyyətli və ya keyfiyyətsiz kolbasaları necə tanımalı? Əsas meyar qiymətdirmi? Yaxşı kolbasa bahalı kolbasadırmı?

Qida məsələləri üzrə eksperti İlkin Şirinov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Ümumiyyətlə, mən indiyə qədər hansısa kolbasa şirkətinin "açıq qapı günü" elan etdiyinin və ya qida mütəxəssislərini, ekspertləri dəvət etdiyinin şahidi olmamışam. Çox yaxşı olardı ki, belə bir dəvət olsun, hər kəs istehsal prosesi ilə yaxından tanış olsun və şəffaflıq təmin edilsin. Eyni zamanda, insanlara kolbasa istehsalı barədə ətraflı məlumat verilsin. Məsələn, bu gün buraxılan məhsulun tərkibində filan maddənin miqdarı nə qədərdir, yaxud istifadə olunan ətin keyfiyyət dərəcəsi hansı səviyyədədir və s.

Əslində, bunun reallaşdırılması tamamilə mümkündür, sadəcə olaraq şirkətlər bunu istəmir. Təbii ki, hər bir istehsal prosesinin özünəməxsus qaydaları və “sirləri” var. Görünür, istehsalçılar bu sirləri bölüşmək niyyətində deyillər. Nəticədə, bu gün hansısa kolbasa haqqında ağızdolusu danışmaq və onun tamamilə təhlükəsiz olduğunu iddia etmək qeyri-mümkündür”.

Məsələnin digər tərəfinə gəldikdə, ekspert kolbasa məhsullarından istifadə etmədiyini bildirir: “Yaxınlarıma da bunu heç vaxt məsləhət görmürəm. Bu, mənim birmənalı mövqeyimdir. Çünki bu gün bazara çıxarılan kolbasaların keyfiyyət dərəcəsinin hansı səviyyədə olması barədə heç birimizdə tam məlumat yoxdur. Bu yaxınlarda baş verən hadisə də dediklərimi bir daha sübut edir. Belə ki, "Azərmet" markalı məhsulun tərkibində markalanmada qeyd olunmayan toyuq lələyinin (tükünün) olduğu aşkarlandı. Yəni belə çıxır ki, markalanmanın özündə belə istehlakçıya yanlış məlumat verilir. Bu isə o deməkdir ki, kolbasanın üzərində yazılanlarla onun daxilindəki reallıq tam fərqli şeylərdir. Adlar başqa, keyfiyyət və reallıq isə tamamilə başqadır.

Mən bu faktı sadə bir texniki nöqsan kimi qiymətləndirmirəm. Əgər kolbasa istehsalında toyuq dərisi tüklərdən təmizlənmədən istifadə olunursa, bu, həmin müəssisədə sanitariya-gigiyena və istehsal intizamında ciddi problemlərin olduğunu göstərir. Bu cür halların istehlakçılar tərəfindən aşkarlanması isə təbii olaraq insanların haqlı narazılığına və ictimai qınağa səbəb olur. Bir məqamı da unutmaq olmaz ki, bu, sadə bir qüsur deyil.

Ümumiyyətlə, qida təhlükəsizliyi heç bir güzəşti qəbul etmir. Bəzi insanlar düşünə bilər ki, məhsul termiki emaldan keçdikdən sonra orada heç bir problem qalmır. Lakin qida təhlükəsizliyi yalnız bişirilmə ilə ölçülmür. İstehsalın hər bir mərhələsində gigiyenaya əməl olunmalı, xammalın mənşəyi izlənilməli və keyfiyyətə ciddi nəzarət təmin edilməlidir. Əks halda, istehlakçının məhsula inamı birdəfəlik sarsılır. Necə ki, "Azərmet" hadisəsində bunun şahidi olduq və insanların bu markaya qarşı olan bütün etimadı tamamilə itdi. Bundan sonra kiminsə həmin məhsuldan yenidən istifadə edəcəyinə inanmıram”.

Ekspert hesab edir ki, bu cür məsələlərdə ən sərt tələblər qoyulmalıdır: “Çünki söhbət hər gün minlərlə insanın, o cümlədən uşaqların və gənclərin mütəmadi istehlak etdiyi qida məhsullarından gedir. Burada əsas məqsəd ucuz istehsal və ya ucuz malın bazara çıxarılması deyil, məhz insanların, istehlakçıların sağlamlığının qorunması olmalıdır. Təbii ki, burada əsas məsuliyyət istehsalçı müəssisənin üzərinə düşür. Lakin bu məsələdə AQTA-nın fəaliyyəti ilə bağlı da ciddi suallar yaranır. Əgər müəssisədə təkcə toyuq tükünün istifadəsi deyil, həm də sənədsiz xammal, etiketlənmə pozuntuları və digər nöqsanlar aşkarlanıbsa, deməli, bu vəziyyət bir gündə yaranmayıb. Bu, aylarla, bəlkə də illərlə yığılıb qalan sistemli bir problemdir.

Burada nəzarət mexanizminin effektivliyi ilə bağlı haqlı suallar ortaya çıxır. Dövlət nəzarətini həyata keçirən qurumun vəzifəsi yalnız istehlakçı şikayətindən və ya problem aşkarlandıqdan sonra tədbir görmək deyil. Əsas məqsəd bu cür keyfiyyətsiz və təhlükəli məhsulların bazara çıxmasının qarşısını əvvəlcədən almaq olmalıdır. İstehlakçı təhlükəli məhsulla qarşılaşdıqdan sonra görülən tədbirlər isə, xalq məsəlində deyildiyi kimi, "sonrakı peşmançılıq fayda verməz" misalına bənzəyir. AQTA mütəmadi yoxlamalar keçirməli idi ki, o tüklü məhsul, ümumiyyətlə, piştaxtalara yol tapıb müştərinin qarşısına çıxmasın”.

Oxunub: 103
Paylaş:
Digər xəbərlər

Siyasət

25-06-2026, 16:39

Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

7-11-2025, 16:07

Prezident onları təltif etdi - SİYAHI [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

İqtisadiyyat

29-11-2023, 14:33

Bazarda ət bahalaşdıqca, kolbasa-sosis ucuzlaşır [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

26-05-2025, 10:29

Prezident Əfv Sərəncamı imzaladı - SİYAHI [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

24-06-2024, 15:25

Dövlət qulluqçuları təltif edilib - SƏRƏNCAM [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
KOLBASA həvəskarları oxusun! – QİDA mütəxəssisindən SOS
Deputatdan AÇIQLAMA - "Azərbaycanda pullu insanlara qarşı çox böyük qısqanclıq, paxıllıq var"
Qarabağ Universitetində YENİLİK
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
Su polisi vətəndaşın şikayətini araşdırır
“Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
Hadisə
Dün, 13:05
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Dün, 10:09
Bakıda hoteldə yanğın - Qonaqlar təxliyə edildi - VİDEO
Dün, 09:56
Dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
15-07-2026, 14:08
Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
15-07-2026, 14:02
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
11-07-2026, 11:30
Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu
Son xəbərlər
  • Dün, 16:00
    KOLBASA həvəskarları oxusun! – QİDA mütəxəssisindən SOS
  • Dün, 15:30
    Məşhur şəhərdə su tükənir: Yeni qadağalar qüvvəyə mindi
  • Dün, 14:22
    Qaqauziya Türkiyədən dəstək istədi
  • Dün, 13:47
    Kiyevdə tarixi RAZILAŞMA: Türkiyə Ukrayna üçün o kritik missiyanı öz üzərinə götürdü
  • Dün, 13:31
    Deputatdan AÇIQLAMA - "Azərbaycanda pullu insanlara qarşı çox böyük qısqanclıq, paxıllıq var"
  • Dün, 13:05
    "Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
  • Dün, 13:02
    İrəvan Zəngəzur dəhlizi ilə bağlı sazişi təsdiqlədi
  • Dün, 12:57
    Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım etdi - FOTO
  • Dün, 12:51
    Fələstinin Baş naziri Bakıda Zəfər parkını ziyarət etdi
  • Dün, 12:24
    Azərbaycanda 37 fələstinli tələbə təhsil alır
  • Dün, 12:20
    İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
  • Dün, 12:14
    İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul edib - FOTO
  • Dün, 10:18
    Neft bazarında SON DURUM – Qiymətlər belə dəyişdi
  • Dün, 10:09
    Bakıda hoteldə yanğın - Qonaqlar təxliyə edildi - VİDEO
  • Dün, 10:00
    Şükürbəyli kəndinə 52 nəfərdən ibarət köç karvanı yola salındı
  • Dün, 09:56
    Dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
  • Dün, 09:53
    Avropa Liqası: "Qarabağ"ı İslandiyada çətin oyun gözləyir
  • Dün, 09:45
    NBC News: İranla müharibə ABŞ-yə 100 milyard dollara başa gələ bilər
  • Dün, 09:42
    Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşdü
  • Dün, 09:00
    DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək növbəti finalçı olub
  • 15-07-2026, 16:00
    Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək
  • 15-07-2026, 15:30
    Yaxın Şərqin yenidən alovlanmasının PƏRDƏARXASI DETALLARI
  • 15-07-2026, 14:12
    İran itkilərinin sayını açıqladı
  • 15-07-2026, 14:08
    Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
  • 15-07-2026, 14:02
    Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
  • 15-07-2026, 13:59
    Ukrayna Qara dənizdə rusların 20 gəmisini vurdu
  • 15-07-2026, 12:52
    Qarabağ Universitetində YENİLİK
  • 15-07-2026, 12:46
    Əli Əsədov Qətərin Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi
  • 15-07-2026, 11:26
    Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
  • 15-07-2026, 11:21
    İlham Əliyev Ərdoğana başsağlığı verdi
  • 15-07-2026, 10:40
    Su polisi vətəndaşın şikayətini araşdırır
  • 15-07-2026, 10:03
    Yamal Mbappeni kölgədə qoydu
  • 15-07-2026, 09:59
    ABŞ 23 il sonra bu ölkədən hərbçilərini tam çıxarır
  • 15-07-2026, 09:55
    Maraqla gözlənilən oyun - İspaniyanın rəqibi bəlli olur
  • 15-07-2026, 09:31
    ABŞ-dən İsrailə təzyiq: Tramp qoşunların geri çəkilməsini istəyib
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə