• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bu gün Azərbaycanda Gənclər Günüdür [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

2-02-2026, 09:03

Bu gün Azərbaycanda Gənclər Günüdür


Bu gün - 2 fevral Azərbaycan Gəncləri Günüdür.

Ümumilli Lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, bu gün Azərbaycan Gəncləri Günü elan olunub.

Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməsinə başlanılıb.

Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra – 1998-ci ilin 8-12 avqustunda gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan olunub.

Ulu öndər Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları buna misal ola bilər.

Heydər Əliyevin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapır. Bu gün Azərbaycanda gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ümummilli liderin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiqləyir. Ölkə gənclərinin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan dövlət başçısının bu sahəyə böyük diqqətinə əyani sübutdur. Məsələn, Azərbaycan Prezidentinin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı" bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə hərtərəfli imkanlar yaradıb. Məhz bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alır.

"Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm", - deyən Prezident İlham Əliyev gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzində saxlayır.

Dövlət başçısının 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı, 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə Gənclər Fondunun yaradılması ümummilli liderin əsasını qoyduğu gənclər siyasətinin elmi-nəzəri əsaslara bağlılığını göstərir.

2015-ci il yanvarın 26-da "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında Sərəncam, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının təsdiq olunmasına dair Sərəncam gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, onların cəmiyyətin bütün sahələrində fəal iştirakına şərait yaratmaq, bu sosial təbəqənin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmağa yönəlib.

Dövlət başçısı İlham Əliyevin başçılığı ilə həyata keçirilən uğurlu siyasətin gənclər arasında vətənpərvərlik hisslərinin daha da artmasına əyani sübut kimi Vətən müharibəsinin ilk günündən gənclərin işğal altındakı torpaqlarının azadlığı uğrunda mübarizə əzmini göstərmək olar. Xatırladaq ki, hələ 2020-ci ilin iyulunda Ermənistanın Tovuzda törətdiyi təxribatdan sonra on minlərlə gənc könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə və şöbələrində qeydiyyata düşdü.

Bundan az sonra başlayan Vətən müharibəsi zamanı gənclərin dövlətə, Vətənə bağlılığının nə qədər əhəmiyyətli olduğuna şahidlik etdik. Könüllü olaraq Vətən savaşında iştirak etmək istəyən gənclərin sayının xeyli artması, Ali Baş Komandan tərəfindən qismən səfərbərliyin elan olunması gənclərin Ali Baş Komandana dəstəyinin bariz nümunəsi idi.

Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan gəncliyi 44 günlük müharibədə düşmən üzərində parlaq qələbənin əldə olunmasında xüsusilə fərqləndi.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı zəmanətidir. Ölkəmizdə bu sahə ilə bağlı siyasətin uğurla həyata keçirilməsi gənclərin həyatın bütün sferalarında öz bilik və bacarıqlarına geniş imkanlar yaradıb. Gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini işıqlı gələcəyə yönəldir.//Report

Əziz gənclər, bayramınız mübarək!

Oxunub: 1013
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

2-02-2024, 09:00

Bu gün Gənclər Günüdür [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

24-08-2023, 14:34

Əliəjdər Ələkbərov: Ümummilli liderimiz Heydər Əliyevin gənclər siyasəti onun layiqli davamçısı, dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

11-02-2025, 10:58

11 fevral Ümumdünya Xəstələr Günüdür [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

28-08-2023, 11:19

Seymur Qaraşov: [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

1-09-2024, 23:30

“Sahil bələdiyyəsinin üzv və qulluqçuları seçicilərinə xidmət göstərməkdən hər zaman məmnunluq duyurlar” [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Albertə haqsız hücumlar
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
ABB-dən kartlardan silinən pullarla bağlı yeni AÇIQLAMA
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Hadisə
Dün, 12:21
Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
Dün, 12:15
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Dün, 11:18
Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
Dün, 10:45
Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanılıb
24-06-2026, 12:58
"Arzum"un cinayət işinin BƏZİ DETALLARI - Hadisə yerindən qaçıb?
24-06-2026, 11:32
Azərbaycanda 5 gün ardıcıl intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Son xəbərlər
  • Dün, 16:49
    Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
  • Dün, 16:46
    Bu hərbçilər təltif edildi - SİYAHI
  • Dün, 16:39
    Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
  • Dün, 16:00
    Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
  • Dün, 15:30
    Albertə haqsız hücumlar
  • Dün, 14:52
    Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
  • Dün, 14:21
    Kral III Çarlz Muxtar Babayevlə görüşüb
  • Dün, 12:40
    Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
  • Dün, 12:33
    İlham Əliyev Sloveniya Prezidentini təbrik edib
  • Dün, 12:29
    ABB-dən kartlardan silinən pullarla bağlı yeni AÇIQLAMA
  • Dün, 12:25
    Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
  • Dün, 12:21
    Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
  • Dün, 12:15
    İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
  • Dün, 11:22
    Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
  • Dün, 11:18
    Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
  • Dün, 10:45
    Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanılıb
  • Dün, 10:08
    Kredit götürmək istəyənlərin nəzərinə: Qaydalar dəyişir
  • Dün, 10:04
    İşləyənlərin nəzərinə! – Bu gün qısa iş günüdür
  • Dün, 10:00
    Bu ölkələrdə dəhşətli zəlzələ - Fövqəladə vəziyyət elan edildi -YENİLƏNDİ
  • Dün, 09:55
    “Artıq Ukrayna üçün təhlükə yaratmırlar”
  • Dün, 09:51
    Mask COVID-19-un yaradılmasında onları günahlandırdı
  • Dün, 09:46
    Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə köç karvanları getdi
  • Dün, 09:29
    Aşuraya görə qanvermə aksiyası başladı - ÜNVANLAR
  • Dün, 09:16
    Bu gün Aşuradır
  • Dün, 09:12
    İrəvanın seçimi, Qafqazın taleyi: Moskva ilə Brüsselin riskli oyunu
  • Dün, 09:00
    I ixtisas qrupu üzrə 700 bal toplayan Burlaxatun
  • 24-06-2026, 16:00
    Ermənistan İranla o sazişi niyə imzalamır? - Bakı və Ankaraya qarşı hiylə
  • 24-06-2026, 15:30
    ABŞ Konqresində Azərbaycanla bağlı “xüsusi düzəliş” nədir?
  • 24-06-2026, 15:26
    İlham Əliyev Numan Kurtulmuşu qəbul etdi
  • 24-06-2026, 13:43
    Pambıqçılıqla məşğul olanlara ŞAD XƏBƏR
  • 24-06-2026, 13:03
    ABŞ-dən İranla bağlı gözlənilməz qərar - İcazə verildi
  • 24-06-2026, 12:58
    "Arzum"un cinayət işinin BƏZİ DETALLARI - Hadisə yerindən qaçıb?
  • 24-06-2026, 12:54
    İnflyasiya ilə bağlı RƏSMİ AÇIQLAMA
  • 24-06-2026, 12:50
    Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
  • 24-06-2026, 12:14
    Əmlak alarkən diqqətli olun: Ali Məhkəmə əsas riskləri açıqladı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə