• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Karantində yazılan cərimələr ləğv edilib? - "Beşillik müddət başa çatıb" [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

22-01-2026, 16:00



Hazırda bir çox vətəndaş “myGov” platformasına daxil olarkən “cərimələr” bölməsində pandemiya dövründən qalmış maska və karantin qaydalarının pozulması ilə bağlı inzibati cərimələrin hələ də aktiv olduğunu görür. Halbuki, ictimaiyyət arasında yayılan bəzi məlumatlarda bu cərimələrin beş ildən sonra avtomatik olaraq silinəcəyi iddia edilirdi. Lakin aradan xeyli vaxt keçməsinə baxmayaraq, həmin cərimələr ləğv olunmayıb və sistemdə qalmaqda davam edir.

Bəs bu cərimələrin taleyi necə olacaq? Vətəndaşlar onları ödəməyə məcburdurmu, yoxsa yaxın dövrdə dövlət tərəfindən silinməsi nəzərdə tutulur?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Zahid Oruc Sfera.az-a açıqlama verib. O bildirib ki, Azərbaycan dövlət hakimiyyət orqanları, cənab Prezident başda olmaqla, əhalinin sağlamlığını və təhlükəsizliyini qorumaq üçün olduqca səmərəli tədbirlər görüblər və bu tədbirlər sayəsində müsbət nəticələr əldə olunub:

“Bir tərəfdən xəstəxanalar mövcud tələblərə uyğunlaşdırıldı, yeni səyyar tipli tibb məntəqələri yaradıldı və kütləvi virus yoluxma hallarının azaldılması üçün mühüm işlər görüldü. Amma eyni zamanda cərimələrin tətbiqi də məcburi addımlar idi. Bütövlükdə məsələyə baxdıqda, bu cərimələrin büdcə üçün çox kiçik bir əmsal təşkil etdiyinin şahidi oluruq. Onun ətrafında hakimiyyətə və ya dövlət orqanlarına qarşı siyasi kampaniyalar aparanlar da fərqində idilər ki, özlərinin və ya yaxınlarının həyatına kiçik bir ziyan dəydiyi təqdirdə, onlar polis orqanlarından və müvafiq hüquq-mühafizə qurumlarından ciddi və sərt addımlar atılmasını tələb edirdilər. Elə bu səbəbdən də açıq demək lazımdır ki, daxili işlər orqanları həmin dövrdə xüsusi bir fədakarlıq göstərirdi və yalnız son mərhələdə cərimə tədbirlərinə əl atılırdı. Bu tədbirlərin ictimai və sosial ədaləti təmin etmək baxımından çəkindirici xüsusiyyəti var idi. Bəllidir ki, bir çox hallarda bu cür qərarlar verilmirdi. Bütün hallarda viruslar, hətta indiki dövrdə belə insan biologiyasında yaşamaq və uyğunlaşmaq imkanına malik olsa da, əvvəlki qədər ciddi təhlükə yaratmır. Buna görə də cərimələrlə bağlı məsələ bu və ya digər media qurumlarında, ictimai təşkilatlarda, üçüncü sektor nümayəndələri tərəfindən səsləndirilir. Hesab edirəm ki, bu istiqamətdə müəyyən fərqli addımlar atıla bilər”.

Deputatın sözlərinə əsasən, bu məsələ geniş şəkildə Maliyyə Nazirliyi və digər aidiyyəti qurumlarla müzakirə olunmalıdır:

“Burada bir parlament nümayəndəsinin subyektiv dəyərləndirməsi ilə və ya cinayət törədən şəxslərin amnistiya və əfvi nümunə götürülərək sosial bir qərarla problemin tam həllinə nail olmaq çətin olar. Düşünürəm ki, bu məsələdə differensial və seçimli yanaşma daha faydalı ola bilər. Qaydaları təkrar-təkrar və qəsdən pozan şəxslər ayrıca qiymətləndirilə bilər. Xüsusilə kütləvi tədbirlərdə iştirak edən, saxta icazələrdən istifadə edən şəxslərin cərimələrinin bağışlanması növbəti mərhələdə həmin qanunun müddəalarını və mahiyyətini zədələyə bilər. Digər tərəfdən, zamanında bu ödənişləri edən şəxslərə qarşı da ədalətli və seçici yanaşma olmalıdır. Bu baxımdan, aşağı gəlirli və işsiz qalmış vətəndaşlarımız üçün müəyyən addımların müzakirə edilməsi məqsədəuyğun ola bilər. Həmçinin hüquqi mexanizm seçilərək cərimələrin müəyyən hissəsinin bağışlanması və ya amnistiya edilməsi də mümkündür. Beləliklə, sosial əfvin əsas məqsədi yenə də insanlara, onların həyatına və sağlamlığına humanist münasibətin nümayiş etdirilməsi olar. Düşünürəm ki, bu istiqamətdə addımlar atılarsa, cərimələrin uzun müddət ödənilməməsi problemi ilə yanaşı, digər sahələrdə də oxşar məsələlər gündəmə gələ bilər. Məsələn, enerji daşıyıcılarının, qazın, elektrik enerjisinin, həmçinin suyun ödənişi ilə bağlı tələblər ortaya çıxa bilər. Bu cür zəncirvari reaksiyaların qarşısını almaq və eyni zamanda vətəndaş məsuliyyətini qorumaq üçün olduqca ehtiyatlı yanaşma seçilməlidir. Bütün hallarda millətimizin həyatı və təhlükəsizliyi ön planda saxlanılmalıdır”.

Məsələ ilə bağlı vəkil Babək Umudov da fikirlərini bölüşüb. Vəkilin sözlərinə əsasən, İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinə görə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir:

“Bu o deməkdir ki, karantin dövründə vətəndaşlar barəsində tətbiq edilmiş inzibati cərimələrin məcburi icrası üçün artıq heç bir tədbiq görülə bilməz. Ancaq burada bir məqam diqqətə alınmalıdır ki, vətəndaş bu cərimənin ödənişindən qəsdən yayınmamış olsun. Yəni vətəndaş cərimədən yayınmaq üçün gizlənmiş, icra məmurunun çağırışlarından yayınmışsa və buna görə vətəndaş barəsində axtarış elan edilibsə, bu halda 5 illik müddət dayandırılır və vətəndaş tapıldıqdan sonra müddətin axımı davam edir.

Yuxarıda qeyd etdiyim ki, vətəndaş heç bir yayınma etməyibsə, cərimənin silinməsi üçün onu tətbiq edən orqana yazılı (elektron) qaydada müraciət edərək və müraciətində İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinə istinad edərək, ona tətbiq olunmuş inzibati cərimənin silinməsini tələb edə bilər”.

Oxunub: 1022
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

1-02-2025, 11:15

Azərbaycanda bu cərimələr silinə bilər? [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

13-12-2023, 13:07

Pandemiya cərimələri seçkiyədək silinəcəyi deyilir - KİV [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

21-01-2025, 12:43

Metroda bu cərimələr artırıldı - MƏBLƏĞLƏR [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

24-05-2023, 11:53

Türkiyədə pandemiya zamanı maska taxmayanların cərimələri geri qaytarılacaq [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

12-06-2024, 13:42

Parklanma qaydalarının pozulması: cərimələr artırılır [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Xankəndidəki hərbi yürüşdən - Fotolar
Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Albertə haqsız hücumlar
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
ABB-dən kartlardan silinən pullarla bağlı yeni AÇIQLAMA
Hadisə
Dün, 11:05
Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
Dün, 09:46
DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
25-06-2026, 12:21
Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
25-06-2026, 12:15
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
25-06-2026, 11:18
Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
25-06-2026, 10:45
Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanılıb
Son xəbərlər
  • Dün, 13:02
    Xankəndidəki hərbi yürüşdən - Fotolar
  • Dün, 12:14
    NATO Azərbaycan Ordusuna qiymət verdi
  • Dün, 12:11
    NATO-nun Baş katibi Putini hədələdi: “Cavab verəcəyik”
  • Dün, 11:51
    Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib
  • Dün, 11:15
    NATO-nun gizli sənədi mətbuata sızdı - 70 milyardlıq yardım
  • Dün, 11:05
    Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
  • Dün, 10:39
    8 gün əvvəl qızıl medal qazanan cüdoçumuz vəfat etdi
  • Dün, 10:28
    Zakir Həsənov hərbçilərə nə arzuladı?
  • Dün, 10:18
    Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
  • Dün, 10:12
    Süni intellekt vəkilləri də əvəzləməyə başlayır — Açıqlama
  • Dün, 09:46
    DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
  • Dün, 09:40
    Yaponiyada yenidən güclü zəlzələ oldu
  • Dün, 09:36
    Avropada rekord istilər - Yüzlərlə ölən var
  • Dün, 09:32
    Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatdı
  • Dün, 09:27
    Arda DÇ-də rekorda imza atdı
  • Dün, 09:23
    Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
  • Dün, 09:11
    Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
  • Dün, 09:00
    Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günüdür
  • 25-06-2026, 16:49
    Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
  • 25-06-2026, 16:46
    Bu hərbçilər təltif edildi - SİYAHI
  • 25-06-2026, 16:39
    Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
  • 25-06-2026, 16:00
    Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
  • 25-06-2026, 15:30
    Albertə haqsız hücumlar
  • 25-06-2026, 14:52
    Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
  • 25-06-2026, 14:21
    Kral III Çarlz Muxtar Babayevlə görüşüb
  • 25-06-2026, 12:40
    Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
  • 25-06-2026, 12:33
    İlham Əliyev Sloveniya Prezidentini təbrik edib
  • 25-06-2026, 12:29
    ABB-dən kartlardan silinən pullarla bağlı yeni AÇIQLAMA
  • 25-06-2026, 12:25
    Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
  • 25-06-2026, 12:21
    Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
  • 25-06-2026, 12:15
    İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
  • 25-06-2026, 11:22
    Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
  • 25-06-2026, 11:18
    Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
  • 25-06-2026, 10:45
    Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanılıb
  • 25-06-2026, 10:08
    Kredit götürmək istəyənlərin nəzərinə: Qaydalar dəyişir
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə