• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ramiz Hümmətov: Seçim vaxtıdır!

Cəmiyyət

10-08-2023, 02:00

Ramiz Hümmətov: Seçim vaxtıdır!


31№-li Dövlət notariat kontorunun müdiri Ramiz Hümmətov - Azərbaycan diplomatik uğurları tarixi həqiqətlərə, real faktlara əsaslanır. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizi şərtləndirən amillər sırasında diplomatik üstünlüyümüz, münaqişənin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu xüsusi yer tutdu. Ədalətə və beynəlxalq hüquqa söykənən Azərbaycanın istər 30 illik işğal, istər 44 günlük Vətən müharibəsi, istərsə də postmünaqişə dövründə əsas çağırışlarından biri dünyanın ikili standartlara əsaslanan siyasətə son qoyub beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi, BMT qətnamələrinin icrası üçün vahid mexanizmin müəyyənləşdirilməsidir. Bu məqamı da qeyd edək ki, BMT sisteminin təkmilləşdirilməsi, tərkibinin genişləndirilməsi məsələsinin gündəmə gətirilməsi də səbəbsiz deyil.

Dövlət başçısı İlham Əliyevin hər bir müsahibəsi Azərbaycanla bağlı həqiqətlərin öyrənilməsi üçün zəngin mənbədir. Cənab İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi də hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Bu məqam diqqətdən kənarda qala bilməz ki, dövlət başçısı İlham Əliyev bütün məsələlərlə bağlı Azərbaycanın mövqeyini açıqlamaqla bir daha ölkəmizin siyasətində müstəqil olduğunu, xarici siyasətinin prinsiplərinin dəyişməzliyini təsdiqlədi. Azərbaycan-Ermənistan münasibətlərinin son vəziyyəti, regionda baş verən proseslər, münasibətlərin normallaşdırılması, sülh üçün irəli sürülən təşəbbüslərlə bağlı suallar ətraflı, əsaslı şəkildə cavablandırıldı. Dövlət başçısı “Biz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq” mesajı ilə hazırkı dövrün əsas çağırışlarının ümumi mənzərəsini təqdim etdi.

Ölkə Prezidentinin çağırışında da qeyd olunduğu kimi, Azərbaycan 30 il işğal dövrünü yaşadı. Torpaqlarımızın 20 faizi işğal altında, bir milyondan çox soydaşımız qaçqın, məcburi köçkün vəziyyətində yaşadı. Soydaşlarımız torpaq həsrətinə son qoyulacağı günü səbirsizliklə gözləyirdilər. Nəhayət, həmin gün yetişdi. Azərbaycan tarixi ədaləti, ərazi bütövlüyünü güc hesabına bərpa etdi. 30 ildə dünya güclərinin edə bilmədiyini rəşadətli Ordunuz 44 gündə etdi. BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edən Azərbaycan dünyaya nümayiş etdirdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar var. Onların tətbiqi üçün vahid mexanizm müəyyənləşdirilməlidir.

Tarixi Zəfərimizdən ötən dövrdə hadisələrin xronologiyasına diqqət yetirdikdə görürük ki, Azərbaycan bütün öhdəliklərin yerinə yetirilməsi üçün səylər göstərir. Sülh müqaviləsi gündəlikdədir. Ermənistan isə yenə də ənənəsinə uyğun olaraq sülh müqaviləsinin imzalanması prosesinin uzadılması üçün müxtəlif yollara əl atır. Qeyd edilən müsahibəsində “Düşünürdüm ki, İkinci Qarabağ müharibəsindən sonra vəziyyət fərqli olacaq. Biz sülh üçün hazır idik və əslində bir az gözlədik ki, beynəlxalq iştirakçılar bizə müəyyən yeni təkliflər versinlər. Anladıq ki, bir növ boşluqdur. Heç kəs nə etməyi bilmirdi. 2020-ci il noyabrın 10-da Bəyanatı imzaladığımız zaman vəziyyət, əslində, dayanıqlı sülhü təmin etmirdi. O, sülh razılaşması deyildi, Bəyanat idi. Əslində, Ermənistanın kapitulyasiya aktı idi. Buna görə biz Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladıq və ictimaiyyət qarşısında bunu açıqladıq. Elan etdik ki, sülh sazişi imzalanmalıdır. Amma yenə boşluq yarandı” söyləyən dövlət başçısı İlham Əliyev əlavə olaraq vurğuladığı “Sonra isə biz sülh sazişinin prinsiplərini müəyyən etdik. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir. Bu təklifi biz masa üzərinə qoyduq” fikirləri ilə bir daha postmünaqişə dövrünün əsas hədəfinin nədən ibarət olduğunu diqqətə çatdırdı.

Müsahibəsində Laçın sərhəd-keçid məntəqəsi ilə bağlı beynəlxalq səviyyədə yaranmış vəziyyəti diqqətə çatdıran ölkə Prezidenti bildirdi ki, Qarabağda yaşayan erməni əhali manipulyasiyanın girovu olmağa son qoymalıdır. Çünki beynəlxalq hüquq separatizmi dəstəkləmir. Bu səbəbdən, Qarabağ erməniləri öz seçimlərini etməlidirlər.

Regionda sülh və əməkdaşlığın təmin olunması üçün mühüm təşəbbüslərlə çıxış edən Azərbaycan Qarabağda yaşayan erməni vətəndaşlarımızın təhlükəsizliyini, təminatını da öz üzərinə götürməyə hazırdır.

Oxunub: 10255
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

10-08-2023, 12:49

Daxil Kərimov: Dövlət başçısı İlham Əliyevin hər bir müsahibəsi Azərbaycanla bağlı həqiqətlərin öyrənilməsi üçün zəngin mənbədir

---

16-06-2023, 11:24

Aqiyə Naxçıvanlı: “Azərbaycan və Pakistan bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır”

Siyasət

3-07-2023, 12:59

Abramyan: Bakı bu məqamı gözləyir və…

Araşdırma
Azərbaycanı ağır illər gözləyir? – İki BAXIŞ
Şagirdin həyatını itirdiyi, jurnalistlərin döyüldüyü 225 nömrəli məktəbin direktoru kimdir?
Səbinə Əliyeva vəzifədən gedir, yoxsa...?
Azərbaycanda aliment artırılacaq
Sərnişinlərə şad xəbər: Bütün köhnə avtobuslar yenilənəcək
Bakı məktəbində dəhşət: Şagird dərs zamanı necə ölüb? - DETALLAR
Hadisə
Dün, 10:40
Anasının zorakılığına məruz qalan 14 yaşlı qız sığınacağa yerləşdirilib
28-10-2026, 10:05
Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının - Siyahısı
28-10-2026, 09:56
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
28-10-2026, 09:26
Almaniyanın elit hərbçiləri Rusiya ilə müharibəyə hazırlaşır
28-10-2026, 09:00
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
27-10-2026, 22:02
Ramiz Mehdiyevə hökm oxundu - Əmlakları ilə bağlı qərar verildi
Son xəbərlər
  • Dün, 16:00
    Azərbaycanı ağır illər gözləyir? – İki BAXIŞ
  • Dün, 15:30
    Şagirdin həyatını itirdiyi, jurnalistlərin döyüldüyü 225 nömrəli məktəbin direktoru kimdir?
  • Dün, 14:22
    Səbinə Əliyeva vəzifədən gedir, yoxsa...?
  • Dün, 14:00
    Varlılardan ƏLAVƏ VERGİ yığılacaq - Baş nazirdən TƏCİLİ TAPŞIRIQ
  • Dün, 12:15
    Əli Əsədov Gürcüstana gedir
  • Dün, 12:10
    Azərbaycan XİN Türkiyəni təbrik etdi
  • Dün, 11:53
    Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
  • Dün, 11:02
    Dələduzluğa qarşı yeni mərkəz yaradılır: Nazir elan etdi
  • Dün, 10:58
    Manatla bağlı mühüm qərar verildi
  • Dün, 10:55
    Sabah Azərbaycanın yeni ombudsmanı seçiləcək
  • Dün, 10:48
    Mərkəzi Bankın valyuta ehtiyatları artdı
  • Dün, 10:44
    Azərbaycanda qiymət artımı bu qədər olacaq
  • Dün, 10:40
    Anasının zorakılığına məruz qalan 14 yaşlı qız sığınacağa yerləşdirilib
  • Dün, 10:13
    Trampdan Netanyahunun seçkidəki taleyinə dair - Açıqlama
  • Dün, 10:00
    Etirazlara görə Avropa Liqası matçının vaxtı dəyişdi
  • Dün, 09:34
    Ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
  • Dün, 09:31
    Avropa İttifaqı geri addım atdı
  • Dün, 09:27
    Mehriban Əliyeva Türkiyə xalqını təbrik etdi
  • Dün, 09:13
    İsraildə "ölüm-qalım savaşı" başladı – Netanyahu hakimiyyəti itirir, ərəblər hərəkətə keçdi!
  • Dün, 09:00
    Azərbaycanda aliment artırılacaq
  • 28-10-2026, 16:00
    Moskvanın ikili oyunu ifşa olunur: Rusiya peykləri…
  • 28-10-2026, 15:30
    Putin Əliyevlə fəal danışıqları elan etdi – Bakı ilə ortaq plan
  • 28-10-2026, 14:22
    TÜRK DÜNYASININ BÖYÜK AİLƏ MƏCLİSİ ANKARADA TOPLANIR – İlham Əliyevin iştirakı bədxah dairələrə cavab olacaq!
  • 28-10-2026, 14:00
    Bu rayonların icra hakimiyyətlərində həbslər anonsu
  • 28-10-2026, 13:41
    Paşinyan qələbə eyforiyasında - sülhə risk?
  • 28-10-2026, 12:15
    Sərnişinlərə şad xəbər: Bütün köhnə avtobuslar yenilənəcək
  • 28-10-2026, 11:58
    Bakı məktəbində dəhşət: Şagird dərs zamanı necə ölüb? - DETALLAR
  • 28-10-2026, 11:53
    İlham Əliyev Çexiya Prezidentini təbrik etdi
  • 28-10-2026, 11:49
    Prezident: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir
  • 28-10-2026, 10:49
    Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
  • 28-10-2026, 10:43
    Bu gün 5 matç var
  • 28-10-2026, 10:38
    Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
  • 28-10-2026, 10:34
    Rusiyanın ən böyük kimya zavodlarından biri vuruldu
  • 28-10-2026, 10:08
    ABŞ-dən Körfəz ölkələrinə müharibə - Xəbərdarlığı
  • 28-10-2026, 10:05
    Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının - Siyahısı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə