• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Günay Dadaşova: Ölkəmizin müstəqillik tarixində əlahiddə siyasi hadisə [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

24-11-2024, 10:12

Günay Dadaşova: Ölkəmizin müstəqillik tarixində əlahiddə siyasi hadisə


Tovuz Şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri Günay Dadaşova - Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü tamam olur. Bu tarix 730 mindən artıq insanı öz sıralarında birləşdirən, milyonlarla təəssübkeşi olan bir təşkilatın fəaliyyətində əhəmiyyətli məqam olmaqla yanaşı, həmçinin ölkəmizin müstəqillik tarixində əlahiddə siyasi hadisədir. Çünki Ulu Öndər Heydər Əliyevin yaratdığı YAP müstəqillik illərində Azərbaycan dövlətinin qazandığı bütün uğurların müəllifi olan hazırkı iqtidarın komandasını təşkil edən hakim partiya, siyasi mərkəzdir.

Müstəqillik tariximizdən bəlli olduğu kimi, ötən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyəti ələ alan bir sıra partiyaların yarıtmaz fəaliyyəti ölkədə ağır siyasi, iqtisadi və sosial böhran yaratmışdı. Bu partiyaların təmsil etdikləri iqtidarların anormal idarəetmə metodları daxili situasiyanı gərginləşdirməklə yanaşı, respublikamızın müstəqil dövlət kimi gələcək perspektivlərini ciddi təhlükə altına salmışdı.

O zaman YAP-ın yaranması Azərbaycanın siyasi həyatında böyük hadisəyə çevrildi. Bütün ölkə Heydər Əliyevin rəhbərlik etdiyi yeni partiyadan danışırdı. Vətəndaşlar kütləvi şəkildə YAP-ın sıralarına qoşulur, rayonlarda könüllü şəkildə təşkilatlanırdılar. Təsis konfransından bir neçə ay sonra YAP-ın sıralarında artıq minlərlə üzv var idi. Təbii ki, bu, o zamankı hakimiyyət dairələrini narahat etməyə bilməzdi. Amma yaradılan əngəllər, təzyiqlər YAP-ın ölkənin ən aparıcı siyasi partiyasına çevrilməsinin qarşısını ala bilmədi. Xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gələrək, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan YAP Azərbaycanın siyasi həyatına yeni nəfəs verdi, qurtuluş və tərəqqinin simvoluna çevrildi.

Yeni Azərbaycan Partiyasında Heydər Əliyev missiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hələ 1995-ci ildə partiyanın namizədi kimi parlament seçkilərində qələbə qazanan cənab İlham Əliyev təşkilatın gəncləşməsində, fəaliyyətinin daha effektiv qurulmasında müstəsna xidmətlər göstərmişdir. Bu baxımdan təsadüfi deyil ki, YAP-ın birinci qurultayında təşkilatın çoxminli üzvlərinin istəyinə uyğun olaraq cənab İlham Əliyev partiya sədrinin müavini, ikinci qurultayda isə sədrin birinci müavini seçilmişdir.

Ümummilli lider Heydər Əliyev 2003-cü ilin oktyabr ayının 1-də Azərbaycan xalqına müraciətində cənab İlham Əliyevlə bərabər, həm də YAP-a yüksək önəm verdiyini qeyd etmiş, xalqa ən düzgün seçim ünvanı kimi məhz İlham Əliyevi və YAP-ı göstərmişdir: "Üzümü sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir".

Azərbaycan tarixində indiyə qədər 730 min üzvü olan siyasi təşkilat olmayıb. Bu rəqəmə sadəcə statistika nöqteyi-nəzərindən baxılmamalıdır. Bu, insanların YAP-a, partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinə, YAP-ın sədri, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətə münasibəti, Azərbaycandakı ictimai-siyasi duruma verdikləri yüksək qiymətin göstəricisidir. YAP üzvlərinin fəal surətdə ölkəmizdə həyata keçirilən ictimai-siyasi proseslərdə iştirak etdiklərini nəzərə alsaq, bu, həm də partiya sədrinin, ölkə Prezidentinin həyata keçirdiyi siyasətin dəstəklənməsi və həmin siyasətin həyata keçirilməsində fəal iştirak etmək istəklərinin ortaya qoyulması deməkdir. Fərəhli haldır ki, Prezident İlham Əliyev YAP üzvlərinin cəmiyyətdə gedən siyasi və iqtisadi proseslərdə nümayiş etdirdikləri fəallığı yüksək qiymətləndirməklə bərabər, bu yönümdəki fəaliyyəti daha da genişləndirməyi məqsədəuyğun sayır. Dövlət başçısı ölkəmizin əldə etdiyi bütün uğurların müəllifinin mövcud iqtidar, eyni zamanda hakimiyyətin siyasi istinadgahı olan YAP olduğunu bildirib. Hakim partiyanın cəmiyyətdə böyük nüfuz sahibi olduğunu və onun üzərində şərəfli missiya dayandığını söyləyən Azərbaycan Prezidentinin bu fikirləri YAP-ın fəaliyyətinə verilən real qiymət və təşkilatın malik olduğu potensialın dəqiqliklə qiymətləndirilməsidir: "Partiyamız bu illər ərzində güclənibdir. Yeni Azərbaycan Partiyası güclü təşkilatdır, Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyil. Hətta digər bütün siyasi qüvvələr birləşsələr, yenə də bizim işimizə, siyasətimizə bunun heç bir təsiri olmayacaqdır".

Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşib. Cənab İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın sıraları getdikcə daha da artmaqdadır. Bu, dövlətimizin başçısına, YAP-a Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtiramdan irəli gəlir. Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən YAP ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir. YAP bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə ümummilli lider Heydər Əliyevin ideyalarını, məqsəd və məramlarını rəhbər tutaraq Azərbaycanın çiçəklənməsinə və dövlətçiliyimizin qüdrətlənməsinə böyük töhfələr verəcək.

Oxunub: 1098
Paylaş:
Digər xəbərlər

---

31-07-2024, 11:21

Respublikamızda təhsilin bütün sahələrinə, o cümlədən məktəbəqədər təhsilə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

16-09-2024, 13:39

Milli Məclisdə təmsil olunacaq partiyaların sayı açıqlandı [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

7-02-2024, 11:09

Azərbaycanın müstəqillik tarixində ilk dəfə Xankəndidə səsvermə keçirilir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

27-02-2024, 13:07

Xalqın inam partiyası [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

19-11-2024, 13:19

Yaşar Hüseynov: Yeni bir dövr başlayıb [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Erməni evlərində Azərbaycan İŞIĞI – “Metsamor”u bağlamaq ZAMANI
Valideynlərin DİQQƏTİNƏ! Qəfil uşaq ölümlərinin səbəbləri...
Məktəbli formasına dair vahid yanaşma təmin ediləcək
Səhiyyə nazirinə yeni müavin təyin olundu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
Kimlər daha tez pensiyaya çıxa bilər?
Hadisə
Dün, 14:11
Nazirliyin qoyunlarını oğurladı
Dün, 13:45
Sabah 35 dərəcə isti olacaq - PROQNOZ
Dün, 13:26
İrandan Azərbaycana 78 kq narkotik keçirmək istədilər
Dün, 10:17
Dərnəgül yolunda dəhşətli qəza - Sürücü öldü - Video
7-07-2026, 13:17
Nəsimi rayonunda 70 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
6-07-2026, 12:39
Həbs edilən "Arzum" ləqəbli tiktoker cəza ilə razı deyil - Apellyasiya şikayəti verdi
Son xəbərlər
  • Dün, 16:00
    Erməni evlərində Azərbaycan İŞIĞI – “Metsamor”u bağlamaq ZAMANI
  • Dün, 15:30
    Bakı-Moskva qatarının “bəxti” açıla bilər
  • Dün, 14:22
    İrandan Ermənistana verilən o VƏD... – Bakının gözləntisi
  • Dün, 14:11
    Nazirliyin qoyunlarını oğurladı
  • Dün, 14:05
    Ceyhun Bayramov: "Bu, cinayətdir"
  • Dün, 13:45
    Sabah 35 dərəcə isti olacaq - PROQNOZ
  • Dün, 13:32
    Azərbaycan və İordaniya viza rejimini ləğv edir
  • Dün, 13:26
    İrandan Azərbaycana 78 kq narkotik keçirmək istədilər
  • Dün, 11:57
    Tehrandan Vaşinqtona: O dövr bitdi, artıq…
  • Dün, 11:53
    NATO zirvəsində qeyri-adi hadisə: Bu ölkəni iki lider təmsil edir
  • Dün, 11:45
    Azərbaycan Prezidenti İordaniya Kralını ölkəyə səfərə dəvət etdi
  • Dün, 11:08
    Prezident qəbul keçirdi - FOTOLAR
  • Dün, 11:02
    ADY sərnişin daşınmasını 18 % artırıb
  • Dün, 10:21
    Tramp bu barədə əmri Ankarada olarkən verib
  • Dün, 10:17
    Dərnəgül yolunda dəhşətli qəza - Sürücü öldü - Video
  • Dün, 09:41
    Azərbaycanda yeni avtomobil zavodu tikiləcək
  • Dün, 09:36
    Xocavənd və Şuşaya növbəti köç karvanı yola salındı
  • Dün, 09:31
    Yaxın Şərqdə silahlar yenidən işə düşdü: ABŞ və İranın gecə zərbələri
  • Dün, 09:24
    DÇ-2026: 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşdi
  • Dün, 09:00
    Türkiyənin F-35-ləri rəsmən Netanyahunu qorxuya saldı: daha bir...
  • 7-07-2026, 16:00
    Valideynlərin DİQQƏTİNƏ! Qəfil uşaq ölümlərinin səbəbləri...
  • 7-07-2026, 15:30
    Dizel yoxdur, Rusiyada kənd təsərrüfatı çökür: məhsul yığımı dayandı
  • 7-07-2026, 14:22
    "Yeganə yol üsyandır!"
  • 7-07-2026, 13:40
    Tramp Türkiyəyə kömək edəcək
  • 7-07-2026, 13:30
    Tbilisi qatarlarında sərnişin tutumu artırılır - Biletlər satışdadır
  • 7-07-2026, 13:22
    Xocavənd şəhərinə növbəti köç karvanı yola salındı
  • 7-07-2026, 13:17
    Nəsimi rayonunda 70 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
  • 7-07-2026, 13:02
    Ankarada 36-cı NATO Sammiti başladı
  • 7-07-2026, 12:52
    Dəməşqdə Makronun qaldığı hotelin yaxınlığında partlayış olub
  • 7-07-2026, 12:15
    Məktəbli formasına dair vahid yanaşma təmin ediləcək
  • 7-07-2026, 12:02
    "Trampın sülh gündəliyinin irəli aparılmasında xüsusi rolu var" - Prezident
  • 7-07-2026, 11:40
    Pakistan–Əfqanıstan sərhədində alov yenidən qızışır - SON DƏQİQƏ
  • 7-07-2026, 11:29
    İlham Əliyev Stiv Deynsi qəbul etdi
  • 7-07-2026, 11:19
    Səhiyyə nazirinə yeni müavin təyin olundu
  • 7-07-2026, 10:44
    Hörmüzdə yeni gərginlik neft qiymətlərinə təsir etdi
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə