• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Aysel Vəlizadə: Heydər Əliyev yolu ilə yüksələn Azərbaycan təhsili [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

3-10-2024, 11:19

Aysel Vəlizadə: Heydər Əliyev yolu ilə yüksələn Azərbaycan təhsili


Sabirabad rayon Əsgərbəyli kənd tam orta məktəbinin direktoru Aysel Vəlizadə - Son 20 ildə ölkəmizdə 3600 yeni məktəb tikilib və ya əsaslı təmir olunub. Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı vuruşaraq qəhrəmanlıqlar göstərib. Bu müharibədə 20 təhsil işçisi döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Müəllimlər də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər.

Elə tarixi şəxsiyyətlər var ki, onlar zaman və məkan anlayışına, milli ölçülərə sığmayaraq dünya miqyasında tanınır və qlobal səviyyədə başqaları üçün örnəyə çevrilirlər. Bu baxımdan Ulu Öndər Heydər Əliyev müdrik siyasəti ilə ümumdünya tarixində özünə dərin iz qoymuş dahi liderdir. Azərbaycanın tərəqqisi naminə yorulmaz fəaliyyət göstərməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunması istiqamətində məqsədyönlü və uzaqgörən siyasət aparması, bu sahədə böyük uğurlar əldə etməsi Heydər Əliyevin Liderliyini səciyyələndirən vacib xüsusiyyətlərdir.

Oktyabr ayının 3-də Heydər Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 31-ci ili tamam olur. Öncə onu qeyd edim ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü Naxçıvandan Bakıya gəlməsi və Ali Sovetin Sədri seçilməsi xalqımızın öz sınanmış oğluna olan dərin inamının və etimadının göstəricisi idi. Xalq əmin idi ki, ölkədəki dərin böhranlara yalnız Heydər Əliyev son qoya bilər. Kiçikdən böyüyə hər kəs əmin idi ki, Azərbaycanın dövlət müstəqilliyini yalnız Heydər Əliyev dühası, Onun siyasi təcrübəsi xilas edə bilər. Təsadüfi deyil ki, Ulu Öndərin Ali Sovetin Sədri seçildiyi vaxtdan respublikamızdakı siyasi-hərbi böhrana son qoyuldu, müstəqilliyimiz üçün yaranmış təhdidlər aradan qaldırıldı. Ulu Öndərin Ali Sovetin Sədri seçildiyi gündən də artıq aydın idi ki, Azərbaycanın taleyi etibarlı əllərdədir.

1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində Heydər Əliyevin seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Prezidenti seçilməsi bir daha xalqın Ulu Öndərə olan dərin inamının və etimadının təntənəsinə çevrildi. Bu seçki vətəndaşların Heydər Əliyev şəxsiyyətinə verdiyi qiymətin göstəricisi oldu. Həmin dövrün nəticələrini təhlil edəndə görürük ki, Ümummilli Lider Heydər Əliyev öz siyasi dühası ilə qısa müddətdə nə qədər əzəmətli missiya həyata keçirib. Fövqəldüşüncə sahibi Dahi Liderin siyasətinin əsas fəlsəfəsi mükəmməl olmaqla bərabər, həm də əhatəli idi. Onun həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi qısa müddətdə müstəqilliyimizin etibarlı təməlləri yaradıldı, hüquqi dövlət quruculuğu həyata keçirildi, iqtisadi tənəzzülə son qoyuldu.

1994-cü ilin may ayında cəbhə xəttində atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, Azərbaycanın öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya birliyinə daxil olmasına imkan yaradan beynəlxalq müqavilələr, razılaşmalar əldə edildi. Heydər Əliyevin başlatdığı yeni neft strategiyasının uğurla reallaşması Azərbaycanın inkişafına böyük töhfələr verməklə yanaşı, beynəlxalq münasibətlər sistemində ölkəmizin layiqli mövqeyini təmin etdi. Bütövlükdə, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 il Azərbaycanın tarixinə yüksəliş və dövlətçiliyimizin etibarlı təməllərinin yaradılması dövrü kimi daxil oldu.

Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi o dövrdən başlayan yüksəliş strategiyasının yerinə yetirildiyinin sübutudur. Bu gün respublikamızda Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə əldə olunan bütün uğurlar Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha göstərir. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyata keçirdiyi siyasət Prezident İlham Əliyev və ölkə rəhbərliyinin siyasətinə layiqli töhfələr verən birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu gün dövlət quruculuğu prosesi daimi xarakter daşıyır, cəmiyyət inkişaf edir, müasir dünyamızda gedən proseslərə uyğun olaraq Azərbaycanın sosial-iqtisadi həyatında, qanunlarında, insanların həyat tərzində, idarəçilikdə müvafiq dəyişikliklər həyata keçirilir. Cəmiyyətimiz indiki dövrün çağırışlarına uyğun olaraq yeniləşir, müasirləşir və müstəqil Azərbaycanın mövqeləri getdikcə möhkəmlənir.

Heydər Əliyev siyasətinin təntənəsinin ən böyük təcəssümü isə torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması, yurd yerimiz olan Qarabağda erməni separatizminə son qoyulmasıdır. Bütün bunlar həm də ondan xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin həyata keçirdiyi strategiya bundan sonra da Azərbaycana möhtəşəm uğurlar bəxş edəcək.

Oxunub: 10155
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

7-09-2023, 09:42

Heydər Əliyev Fondu tərəfindən təmir olunan məktəb və bağçalar istifadəyə verilir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

6-09-2023, 10:51

Fərhad Səfərov: Təhsilin inkişafı diqqət mərkəzindədir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

30-09-2023, 00:00

Afiq müəllim bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

28-09-2023, 10:48

Şərəfli vəzifə sahibi Aysel Vəlizadə [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

26-09-2023, 11:26

Sabir Mahmudov: Bu gün ölkədə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilimizə yüksək diqqət və qayğısı var [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA
İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
Onlar belə maaş alacaqlar
Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
Sürücülərin 20 bal problemi parlamentə çıxdı
Hadisə
Bugün, 09:24
Pulda və eşqdə bəxtləri gətirəcək BÜRCLƏR
Dün, 16:28
Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
Dün, 15:30
Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
Dün, 09:49
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
4-06-2026, 15:42
Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
4-06-2026, 14:22
Sabah 32 dərəcə isti olacaq
Son xəbərlər
  • Bugün, 10:12
    Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA
  • Bugün, 09:53
    Zelenskinin Putinə yazdığı o məktub - TAM MƏTN
  • Bugün, 09:48
    Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi
  • Bugün, 09:37
    Tesla xidmətə cəlb olundu
  • Bugün, 09:30
    Kilsə ilə separatçılar birləşdi – TƏHLÜKƏ
  • Bugün, 09:24
    Pulda və eşqdə bəxtləri gətirəcək BÜRCLƏR
  • Bugün, 09:16
    İran ABŞ bazalarını hədəf aldı
  • Bugün, 09:11
    Süni intellekt “super peyvənd” hazırladı
  • Dün, 21:18
    AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
  • Dün, 16:28
    Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
  • Dün, 16:00
    Dünyanı lərzəyə gətirən terror zərbəsi: Omanın nəhəng neft terminalında dəhşətli partlayış
  • Dün, 15:30
    Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
  • Dün, 15:29
    Prezidentdən Azərbaycan Minifutbol Federasiyası ilə bağlı Sərəncam
  • Dün, 14:22
    İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
  • Dün, 13:48
    Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib
  • Dün, 13:11
    Onlar belə maaş alacaqlar
  • Dün, 12:37
    Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
  • Dün, 12:21
    Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
  • Dün, 12:17
    Son DƏQİQƏ! İsrail Livanda tutduğu mühüm məntəqəni Livan ordusuna təhvil verdi
  • Dün, 12:13
    Sürücülərin 20 bal problemi parlamentə çıxdı
  • Dün, 11:39
    Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
  • Dün, 11:29
    Paşinyandan şok etiraf: ATƏT MQ yaradılmışdı ki, Qarabağ münaqişəsi həll edilməsin
  • Dün, 11:13
    Paşinyan: KTMT-dən çıxacağıq, Lukaşenkoya bir daha imkan vermərik ki...
  • Dün, 11:08
    Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək
  • Dün, 10:51
    Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıbmış
  • Dün, 10:24
    Prezident millimizi qələbə münasibətilə təbrik etdi
  • Dün, 09:53
    Tokayev Qazaxıstan prezidenti haqqında qanunu imzaladı
  • Dün, 09:49
    DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
  • Dün, 09:41
    "Bitcoin" kəskin ucuzlaşdı
  • Dün, 09:36
    Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
  • Dün, 09:29
    Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
  • Dün, 09:00
    Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
  • 4-06-2026, 16:00
    Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
  • 4-06-2026, 15:42
    Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
  • 4-06-2026, 15:30
    Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə