• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Eltun Süleymanov: “Ulu öndər Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoymuşdur"

---

15-06-2023, 17:33

Eltun Süleymanov: “Ulu öndər Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoymuşdur"


“Görkəmli dövlət xadimi Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqı üçün həm də bütün sahələrin inkişafının qeydinə qalan, xalqın hər bir təbəqəsini eyni cür düşünən, ölkənin daha perspektivli gələcəyi üçün hər cür imkanlar yaradan rəhbər və lider idi. Onun Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə təhsil və mədəniyyət iqtisadiyyat, siyasət kimi prioritet məsələlərindən olmuşdur. Dahi şəxsiyyət hər zaman bütün çıxışlarında bir xalqın inkişafının və dünyada özünü təsdiqləməsinin əsas vasitəsi kimi təhsili və mədəniyyəti qeyd etmişdir. “Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”,- deyən Ümummilli Lider “Mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir” də deyir və əlavə edirdi ki, “Mədəniyyəti inkişaf etdirmək üçün milli ruhu yaşatmaq lazımdır”.
Ulu öndər ruhən incəsənətə çox bağlı şəxsiyyət idi. Mədəniyyət və incəsənət xadimlərinin bir çoxları ilə şəxsən tanış olan Heydər Əliyev onların yaradıcılığına yaxından bələd idi və bu insanlara xüsusi münasibətilə seçilirdi. Bu illər ərzində çox insanların onunla bağlı xatirələrini, fikirlərini dinləmişəm və görmüşəm ki, hər bir insanın qəlbində öz Heydər Əliyev obrazı var. Hər dəfə onun haqqında yeni nələrsə öyrənirik və bir daha əmin oluruq ki, hazırkı çiçəklənən Azərbaycan məhz Heydər Əliyevin qurub-yaratdığı Azərbaycandır. Heydər Əliyev mədəniyyətimizə, incəsənət xadimlərinə hər zaman diqqət və qayğı nümayiş etdirib. O, incəsənətin hər sahəsinə eyni həssaslıqla yanaşar, mədəniyyət xadimlərini öz diqqətiylə ruhlandırardı. Ona görə də onun hakimiyyəti dövründə mədəniyyətimiz özünün ən gözəl inkişaf yolunu keçdi.
Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoyan ulu öndər Heydər Əliyevin qayğı və diqqəti sayəsində mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı. Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə mədəniyyəti, incəsənəti diqqət mərkəzində saxlayıb. Mədəniyyətin elə bir sahəsi yoxdur ki, bu diqqətdən kənarda qalsın. Heydər Əliyev rəssamların, bəstəkarların, yazıçıların, teatr xadimlərinin qurultaylarında özü şəxsən iştirak edir, gözəl çıxışları və dəyərli təklifləriylə onları ruhlandırır, stimul verirdi. Bir çox tamaşaların premyeralarında iştirak edən Ulu Öndər tamaşa sonrası səhnə arxasında fikirlərini yaradıcı heyətlə, aktyorlarla bölüşür, onları təbrik edirdi. O, yeni estetik düşüncəyə malik əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi.”


Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz bildirib ki, “bütün varlığı ilə ziyalılıq nümunəsi olan bu nadir şəxsiyyət ziyalı sözünə, ziyalı fikrinə daim hörmətlə yanaşır, onları dinləyir, fikir mübadiləsi aparır və qərarlar qəbul edirdi. Hər bir ziyalı ilə şəxsən maraqlanan, onların qayğılarını dinləyən görkəmli dövlət xadimi ziyalıları xalqın qaymağı adlandırır, onları qorumağın vacibliyini dönə-dönə xatırladırdı.
"Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir". –deyə fikir bildirən Ümummilli Lider Heydər Əliyev bildirirdi ki. milli dövlətçilik dəyərlərinin əsasını mədəniyyət təşkil edir. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır. Mədəniyyəti xalqın böyük sərvəti hesab edən Ulu Öndər rəhbərlik fəaliyyətinin bütün dövrlərində bu sahənin inkişafını diqqət mərkəzində saxlamışdır. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltəraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında Ulu Öndərin çox dəyərli ideyalarından bəhrələnib. Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoyub.
Hələ sovet dönəmində S. Rüstəm, R.Rza, M.İbrahimov, S.Rəhimov kimi yazıçılara, Q. Qarayev, Niyazi, F.Əmirov, T. Salahov, M. Hüseynov kimi bəstəkar, rəssam və memarlara o zaman SSRİ-də ən yüksək fəxri adlardan olan Sosialist Əməyi Qəhrəmanı adının verilməsi Heydər Əliyevin böyük xidməti, onun Azərbaycanın görkəmli sənətkarlarına yüksək qayğısı idi. Onu da qeyd edim ki, sovet dönəmində Ulu Öndərə qədər heç bir sənətkar bu fəxri adlara layiq görülməmişdir. O, bununla milli ədiblərimizin və insənət xadimlərinin geniş şöhrət qazanmasına nail olurdu. Bəşəri düşüncəyə malik bu dahi şəxsiyyət istiqlal dövründə də Azərbaycan yazıçılarının əməyini yüksək qiymətləndirərək İ.Əfəndiyev, B.Vahabzadə, X.Rza, M.Araz, M.Dilbazi, İ.Şıxlı, Elçin, Anar, H.Abbaszadə, Qabil kimi yazıçı və şairləri ölkənin ən yüksək mükafatları ilə təltif etdi. Heydər Əliyevin mədəniyyət siyasətində ədəbiyyata bütöv bədii sistem kimi nəzər salınır, həmişə klassiklərlə müasirlər arasında tarixi-mənəvi əlaqələrin, varislik münasibətlərinin qorunmasına diqqət yetirilirdi. Elə buna görə də o, klassik bədii irsimizin dünya şöhrəti qazanması naminə bu irsi yaradanların yubileylərinin təntənəli tarixi hadisə kimi qeyd olunmasına həssaslıqla yanaşır, böyük önəm verirdi. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 70-80-ci illərdə dahi Nizaminin 840, Nəsiminin 600, M.F.Axundovun 170, böyük romantik, filosof şairi H.Cavidin 100 illik yubileyləri keçirilmişdir. "Kitabi Dədə-Qorqud"un 1300 illiyi, M.Füzulinin 500 illiyi ilə bağlı milli istiqlal məfkurəsi işığında keçirilən möhtəşəm tədbirlər, Heydər Əliyev epoxasının mədəniyyət üzrə zirvə məqamları Azərbaycan Prezidentinin milli-mənəvi keçmişə məhəbbət və ehtiramının, xalqın gələcəyinə inamının tarixi ifadəsidir.” Ulu öndərin görkəmli yazıçı-publisist, dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin ev-muzeyinin açılışı mərasimində söylədiyi “Əgər Cəlil Məmmədquluzadə kimi şəxsiyyət dünyaya gəlməsəydi, öz fəaliyyətini göstərməsəydi, əgər “Molla Nəsrəddin” jurnalı yatmış insanları qaranlıqdan çıxartmağa çalışmasaydı, əgər onun “Ölülər” əsəri insanların gözünü real dünyaya açmasaydı, xalqımız bu qədər inkişaf edə bilməzdi.” Fikri onun millətin inkişafına xidmət edən hər bir şəxsə ehtiramının ifadəsidir.
Eltun Süleymanov sonda qeyd edib ki. “elə bir ziyalı, elə bir müasir və klassik ədəbiyyat xadimi, elə bir mədəniyyət və incəsənət xadimi yoxdur ki, Heydər Əliyev onun haqqında fikir bildirməmiş olsun, onun yaradıcılığını qiymətləndirməsin. Təbii ki, bu qiymətləndirmə həmin elm adamının, ziyalının xalqa bağlılığından, Vətən üçün yaratmaq əzmindən qaynaqlanırdı və Ulu öndər də hər bir şəxsi qiymətləndirərkən bu prizmadan çıxış edirdi.

Estafeti Ümummilli Liderdən alaraq şərəf və ləyaqətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də elm, təhsil, mədəniyyət və incəsənət sahəsində Heydər Əliyev kursunu uğurla davam etdirir. Dövlət başçımız cənab İlham Əliyevin imzaladığı bir sıra fərman və sərəncamlar respublikamızda bu sahələrin müasir dünya standartlarına uyğunlaşmasında böyük rol oynamışdır. "Qloballaşan dünyada Azərbaycan Respublikası və azərbaycanlılar özünün maddi-mənəvi və intellektual potensialına uyğun layiqli yer tutacaqdır", - deyən möhtərəm Prezident xalqın milli xüsusiyyətlərinin və milli dəyərlərinin dünyada yayılmasında ədəbiyyatın və mədəniyyətin böyük rolunu xüsusi qeyd etmişdir. Son bir neçə il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində elm, təhsil və mədəniyyətin ayrı-ayrı problemlərinə həsr olunmuş çoxsaylı dövlət proqramları hazırlanıb təsdiq olunmuşdur.
Bu mənada Azərbaycan xalqı xoşbəxt xalqdır. Çünki ziyalısına, aliminə, mədəniyyət xadiminə qiymət verilməsində ulu öndərin əsasını qoyduğu ənənə bu gün də layiqincə, dünyaya örnək olacaq səviyyədə davam etdirilir.

Oxunub: 10234
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

18-05-2023, 15:16

İlhamə Abdullayeva: Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan özünü qlobal miqyasda mühüm dövlət kimi təsdiqlədi

---

26-05-2023, 10:49

Ağsuda Mədəniyyət evində “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda yığıncaq keçirilib

Araşdırma
Türkiyədə bu məhsul qadağan edildi - Azərbaycanda da istifadə olunur
3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
Gələn ilin sosial xərcləri üçün vəsait artırılır
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Dəfn pulu da artırılır
Hadisə
Bugün, 13:38
Sabah leysan olacaq, qar yağacaq
Bugün, 12:11
“Toyota Prado” ana və arabadakı körpəsinin üstündən keçdi - Anbaan video
Bugün, 12:05
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Bugün, 10:08
İnsan hüquqları üzrə Avropa Məhkəməsi Əli Kərimlinin iddialarını rədd etdi
Bugün, 10:05
“Abşeron” TM-in qarşısında ağır qəza, piyada öldü
Dün, 17:16
Murad Fetiyev xaricdə tutularaq Azərbaycana gətirildi
Son xəbərlər
  • Bugün, 16:00
    Rusiya Türk Dövlətləri Təşkilatına buraxılmır – Ankaradan önəmli şərt!
  • Bugün, 15:30
    Türkiyədə bu məhsul qadağan edildi - Azərbaycanda da istifadə olunur
  • Bugün, 13:42
    Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
  • Bugün, 13:38
    Sabah leysan olacaq, qar yağacaq
  • Bugün, 13:04
    Prezident və birinci xanım “AIREX 2026” sərgisi ilə tanış oldular
  • Bugün, 12:16
    Ehtiyatlarımız ölkəni 40 ay saxlayacaq səviyyəyə çatdı - SON RƏQƏMLƏR
  • Bugün, 12:11
    “Toyota Prado” ana və arabadakı körpəsinin üstündən keçdi - Anbaan video
  • Bugün, 12:05
    Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
  • Bugün, 12:02
    3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
  • Bugün, 11:59
    Gələn ilin sosial xərcləri üçün vəsait artırılır
  • Bugün, 11:53
    Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
  • Bugün, 11:45
    Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
  • Bugün, 11:39
    Dəfn pulu da artırılır
  • Bugün, 11:36
    2027-ci ildə ərzaq təhlükəsizliyinə ayrılacaq vəsait artırılır
  • Bugün, 10:08
    İnsan hüquqları üzrə Avropa Məhkəməsi Əli Kərimlinin iddialarını rədd etdi
  • Bugün, 10:05
    “Abşeron” TM-in qarşısında ağır qəza, piyada öldü
  • Bugün, 09:43
    UEFA Çempionlar Liqasında IV turun növbəti oyunları keçiriləcək
  • Bugün, 09:28
    "Binance"dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı
  • Bugün, 09:24
    Texasda 32 il sonra Demokratlar qalib gəldi - Mask rəqibinə 200 milyon ayırmışdı
  • Bugün, 09:20
    Trampdan seçki nəticələrinə dair - İlk açıqlama
  • Bugün, 09:12
    SON DƏQİQƏ! Rusiyanın böyük ticarət şirkətinə PUA zərbəsi – Logistika mərkəzi yanır!
  • Bugün, 09:04
    Tramp məğlubiyyəti etiraf etdi: Ağ Evdə qarşılıqlı ittihamlar başlandı
  • Bugün, 09:00
    İran-ABŞ danışıqlarında yeni vəziyyət: Tehran şərtlərindən geri çəkilmir
  • Dün, 17:16
    Murad Fetiyev xaricdə tutularaq Azərbaycana gətirildi
  • Dün, 16:00
    Rusiya Türk Dövlətləri Təşkilatına şərt qoyur? – Tatarıstan yox, bütün ölkə!
  • Dün, 15:30
    İrana nüvə zərbəsi, dünyaya fəlakət – Tramp bu riskə gedəcəkmi?
  • Dün, 14:22
    Zəngəzurda SAVAŞ TƏHLÜKƏSİ: İranla bağlı NƏ BAŞ VERİR?
  • Dün, 13:39
    Şərqi Zəngəzurla bağlı VACİB AÇIQLAMA
  • Dün, 13:11
    Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı
  • Dün, 13:01
    Azərbaycanın yeni ombudsmanı seçildi
  • Dün, 12:12
    Milli Məclis bəyanat qəbul etdi
  • Dün, 12:09
    Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə beynəlxalq zərbə - KMBİ-dən əməliyyat
  • Dün, 12:05
    MM Prezidentlə xanımına təbrik məktubu ünvanladı
  • Dün, 12:01
    Vəzifəli şəxs rüşvətə görə həbs olunubmuş - Rəsmi
  • Dün, 11:58
    Kozinoğlunun saç və dırnaq nümunələrində - Ölümcül maddə aşkarlandı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə