• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İlham Əliyevin növbəti dəfə inamlı qələbə qazanması ilə Azərbaycan yeni dövrə qədəm qoydu

---

5-04-2024, 10:26

İlham Əliyevin növbəti dəfə inamlı qələbə qazanması ilə Azərbaycan yeni dövrə qədəm qoydu


Pərvin Səlimov
Yardımlı rayon Dəlləkli kənd ümumi orta məktəbinin direktoru


Fevralın yeddisində keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin növbəti dəfə inamlı qələbə qazanması ilə Azərbaycan yeni dövrə qədəm qoydu. Bütöv Azərbaycan ərazisində baş tutan prezident seçkiləri Azərbaycanın tarixinə növbəti şanlı səhifə olaraq yazıldı. Seçicilərin 92 faizi cənab İlham Əliyevə öz etimadını göstərdi. Dahi xalq öz dahi sərkərdəsinə səs verdi və beləliklə, bütün dünyaya Azərbaycan xalqının birliyini nümayiş etdirdi.

Azərbaycan tarixində müstəqilliyimiz bərpa edildikdən sonra ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazilərində keçirilən bu seçkilər doğrudan da bayram əhval ruhiyyəsi ilə vətəndaşlarımızın-seçicilərimizin seçki məntəqələrinə gəlməsi ilə yadda qaldı. Nəyə görə insanlar bu qədər həmrəylik nümayiş etdirdi? Əslində, bu cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının seçkilərdə vahid namizədi olaraq 20 il ərzində həyata keçirdiyi tədbirlərin nəticəsi idi. 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra andiçmə mərasimində ölkə başçısının çıxışı hər birimizin xatirindədir. Prezident İlham Əliyev 2003-cü il oktyabrın 15-də Qarabağın geri qaytarılacağına, Azərbaycanın suveren hüquqlarını tam və bütöv bərpa olunacağına söz vermişdi. Verdiyi sözlərin hamısını reallıqda həyata keçirdi. İşğal dövründə xarici dövlətlərin belə dəstəklədiyi erməni xuntasının, havadarlarının bütün arzuları, istəkləri ürəklərində qaldı. Verdiyi sözün ağası olaraq, İlham Əliyevin adı tariximizin yeni səhifələrinə qızıl hərflərlə həkk olundu.

Bəli, biz təkcə Prezident İlham Əliyevin 20 illik fəaliyyətini Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbə ilə məhdudlaşdırmırıq. Eyni zamanda, Vətən müharibəsinə aparan zəfər yolunda Prezident İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasətini də vurğulamalıyıq. 44 günlük Vətən müharibəsinin yekunu ölkəmizin iqtisadi, siyasi və hərbi cəhətdən regionda lider, dünya miqyasında böyük nüfuz qazanmış, qətiyyətli mövqeyi olan qüdrətli dövlət olduğunu bir daha təsdiq etmişdir. Həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları sayəsində bütün parametrlər üzrə özünün böyük resurs üstünlüyünü yaratmış Azərbaycan geosiyasi prosesləri öz xeyrinə dəyişməklə yanaşı, regionun iqtisadi coğrafiyasını yeni formata salmışdır.

20 illik bir dövr ərzində Prezident İlham Əliyev onu da sübut etdi ki, tarix şəxsiyyətlər yetişdirmir, eyni zamanda, şəxsiyyətlər, müdrik liderlər tarixi özü yazır. Prezident İlham Əliyev bu tarixi yazdı, Azərbaycanın ən böyük problemi olan torpaqlarımızı işğaldan azad etdi, suverenliyimiz təmin olundu.

2003-cü ildə Prezident İlham Əliyev qeyd edirdi ki, biz güclü və qüdrətli Azərbaycan quracağıq. 2023-cü ilin sonlarında biz gördük ki, güclü və qüdrətli Azərbaycan artıq formalaşıb. İndi hədəf nədir? Daha müasir, daha güclü və daha qüdrətli bir ölkə qurmaq. Azərbaycan Prezidentinin fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmır. Qlobal proseslərin fəal iştirakçılarından biri kimi Azərbaycan beynəlxalq aləmdə əsas söz sahibinə çevrilir. Ölkəmizin uzun illər ərzində formalaşdırdığı etibarlı tərəfdaş imici, eləcə də yaratdığı faydalar respublikamızla əlaqələrin daha da sıxlaşmasına marağı artırır. Ona görə də beynəlxalq tərəfdaşlar, xarici ölkələrin dövlət rəhbərləri əmindirlər ki, Prezident İlham Əliyevə istənilən məsələdə inanıb güvənmək, Azərbaycanla əməkdaşlıqdan yalnız böyük qarşılıqlı faydalar götürmək olar.

Hədəflər çox böyükdür. Azərbaycan xalqı fevral ayının yeddisində bir daha nümayiş etdirdi ki, Azərbaycan Prezidentinə, Yeni Azərbaycan Partiyasının vahid namizədi cənab İlham Əliyevə inamı, etimadı sonsuzdur. Yeni hədəflərə isə yalnız cənab İlham Əliyevin liderliyi ilə nail olmaq mümkündür.

Oxunub: 10174
Paylaş:
Digər xəbərlər

---

9-02-2024, 10:36

Fəridə Həsənova: Qalib xalq qalib Lideri ilə birlikdə yeni zəfərlərə imza atacaq

---

25-03-2024, 11:23

Xalq böyük uğurlara imza atdı

---

7-02-2024, 10:32

Heydər Yaqubov: Bu seçkilər Azərbaycan üçün tam bir demokratik bayram oldu

---

7-02-2024, 10:31

Elman Nuriyevdən Müzəffər Liderimizin möhtəşəm Qələbəsinə Təbriki

---

8-02-2024, 14:54

Elvin Paşayev: Xalq növbəti dəfə İlham Əliyevlə davam əzmini və istəyini nümayiş etdirdi

Araşdırma
Taksi sürücüləri sabah imtahan verəcəklər
Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI
Allahşükür Paşazadə: Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir
Bu gün onlar üçün də dərs ilinin ilk günüdür - Fotolar
Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi– FOTO
Bilik gününə belə başladılar - FOTOLAR
Hadisə
Bugün, 11:25
Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir
Bugün, 10:30
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Dün, 11:46
Bakıda və rayonlarda şok əməliyyat: Külli miqdarda silah-sursat tapıldı
Dün, 11:18
Hərbi çağırışdan boyun qaçıran iki nəfərə CİNAYƏT İŞİ AÇILDI
Dün, 10:01
Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu - Tiktoker “Çevik”ə qarşı zorakılıq edib
Dün, 09:08
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Son xəbərlər
  • Bugün, 16:00
    Türk Dünyası Avrasiya üzərində hegemoniya qurur: Əsas qlobal rəqiblər isə artıq sıradan çıxarılmaq üzrədir
  • Bugün, 15:30
    Trampın sərvəti 7 milyard dollara çatdı
  • Bugün, 14:29
    Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
  • Bugün, 14:22
    Azərbaycan dost, İsrail düşmən siyahısında
  • Bugün, 14:11
    İcra başçısı dama qalxdı - VİDEO
  • Bugün, 14:00
    Avtomobil nəhəngləri böhran həddində: Yaxın 5 ildə hansı avto-markalar çökəcək?
  • Bugün, 13:19
    Taksi sürücüləri sabah imtahan verəcəklər
  • Bugün, 13:10
    İlham Əliyev açılışda iştirak edib - FOTOLAR
  • Bugün, 12:24
    Süni intellektin tətbiqi genişləndirilməlidir - İlham Əliyev
  • Bugün, 12:19
    İlham Əliyev bu şəxsləri təltif etdi
  • Bugün, 11:29
    Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI
  • Bugün, 11:25
    Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir
  • Bugün, 11:16
    Allahşükür Paşazadə: Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir
  • Bugün, 10:30
    Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
  • Bugün, 10:05
    Azərbaycan nefti ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
  • Bugün, 10:01
    Polislər etiraz aksiyasına çıxdı
  • Bugün, 09:57
    Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
  • Bugün, 09:54
    Bakıda sabah tarixi-dini abidələrlə bağlı konfrans keçiriləcək
  • Bugün, 09:49
    Süni intellektlər öz aralarında yeni bir dil yaratdı
  • Bugün, 09:45
    Neft ehtiyatları gözlənilmədən artdı - Qiymətlər endi
  • Bugün, 09:14
    Erməni mediası bir-birinə qarşı – Ceyhun Bayramovun sözləri üstündə savaş başladı
  • Bugün, 09:00
    Azərbaycanda mənzil almaq üçün 17 il işləmək lazımdır
  • Dün, 16:00
    Xəzərin dibindən Azərbaycana, oradan Avropaya – İrəvan da qoşulur
  • Dün, 15:30
    Şuşadakı rəqs Livandakı kilsəni qarışdırdı – Katolikos 1500 km-dən diplomatlara qəzəbləndi
  • Dün, 14:22
    Hikmət Hacıyevin Qarabağda göstərdiyi faktlar İrəvanı silkələdi – Bu addımı atmağa məcbur oldular
  • Dün, 14:00
    Daşınmaz əmlak bazarında YENİ VƏZİYYƏT: Kirayə bahalaşır, satış qiymətləri isə...
  • Dün, 13:46
    Prezident Hakan Fidanı qəbul etdi - Foto
  • Dün, 13:39
    ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
  • Dün, 12:47
    Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - Fotolar
  • Dün, 12:27
    Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı - Fotolar
  • Dün, 11:54
    Hikmət Hacıyevdən ABŞ ilə bağlı SON DƏQİQƏ açıqlamaları
  • Dün, 11:46
    Bakıda və rayonlarda şok əməliyyat: Külli miqdarda silah-sursat tapıldı
  • Dün, 11:18
    Hərbi çağırışdan boyun qaçıran iki nəfərə CİNAYƏT İŞİ AÇILDI
  • Dün, 11:11
    Bu gün onlar üçün də dərs ilinin ilk günüdür - Fotolar
  • Dün, 10:38
    Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi– FOTO
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə