• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Xəzər Abışov: Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi

---

6-11-2023, 10:17

 Xəzər Abışov: Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi


Sabirabad rayon Yolçubəyli kənd ərazi bələdiyyəsinin sədri Xəzər Abışov - 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir.

44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. 2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktı- “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı” imzalandı. Həmin gün xalqa sayca səkkizinci müraciətində cənab İlham Əliyev milli şüara çevrilmiş “Qarabağ Azərbaycandır və nida” ifadəsinin artıq bütün Qarabağı əhatə etdiyini və Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduğunu elan etdi.

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizdə bütün sahələrdə olduğu kimi, Silahlı Qüvvələrin yenidən formalaşdırılması məqsədilə bu sahədə də köklü islahatlar həyata keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri bu gün yeni inkişaf yoluna qədəm qoymaqla Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla davam etdirir. Sirr deyil ki, 2003-cü ildən bu günə qədər hərbi xərclərimiz 15 dəfə artmış, cənab Prezidentin təşəbbüsü ilə 20-dən çox hərbi zavod yaradılıbmış, bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunaraq nəinki ordumuzun potensialı gücləndirilmiş, eyni zamanda hərbi məhsullarımızın ixrac olunmasına da başlanılmışdır. Bununla bərabər, xarici ölkələrdən ən müasir zirehli texnikalar, gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri, nəqliyyat vasitələri, helikopterlər, kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri, eləcə də digər texnika və silahlar alınmaqla Silahlı Qüvvələrimizin arsenalı daha da zənginləşdirilmişdir.

Heydər Əliyev siyasi yolunun ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünyada iqtisadi və siyasi sabitliyin qorunduğu, bütün sahələr üzrə davamlı inkişaf edən ölkələrdən birinə çevrilib. Azərbaycan bu siyasi kursa sadiq olmaqla bu gün beynəlxalq müstəvidə möhtəşəm nailiyyətlər ortaya qoyur. İqtisadi cəhətdən güclü, siyasi cəhətdən isə tam müstəqil dövlətə çevrilmiş Azərbaycanın mövqeyi regional və beynəlxalq məsələlərdə mütləq nəzərə alınır. Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. Bu, Azərbaycanın artan mövqeyinin, nüfuzunun göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq müstəvidə, eləcə də ölkə reallıqları çərçivəsində ümummilli liderin yolunu uğurla davam və inkişaf etdirməsi möhtəşəm nailiyyətlər ortaya qoymaqdadır.

Bu gün Ümummilli Liderimizin arzuladığı bir Azərbaycan var, dövlətçilik əmin əllərdə yaşayır, Qarabağ, onun tacı Şuşa tarixi sahibinə qovuşub, doğma yurdumuza 30 ildən sonra yenidən həyat qayıdır. Əminliklə demək olar ki, Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında, Heydər Əliyev ideyaları işığında bundan sonra da yeni qələbələrə, yeni nailiyyətlərə doğru irəliləyəcək.

Ən nəhayət cari ilin oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımızın ucaldılması və Prezident İlham Əliyevin Xankəndi şəhərindən xalqımıza müraciəti ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi olmaqla yüksək qürur və iftixar hissləri ilə qarşılandı. Xalqa müraciətində Prezident İlham Əliyev bidirib ki: “Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır. Bu gün vaxtilə - hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”. Beləliklə, 15 oktyabr tarixi təqvim günü siyasi iradənin növbəti təntənəsi kimi də Şanlı tariximizə yazıldı. Prezident, Müzəffər Ali Baş komandan İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha parlaq şəkildə nümayiş etdirdi. 15 okyabr tarixi bir daha dünyaya Azərbaycan xalqının nə qədər böyük, yenilməz, dəmir iradəli, müzəffər xalq olduğunu göstərdi.

Əldə olunmuş bu tarixi nəaliyyətlər, qazanılmış böyük uğurlar ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı və zərgər dəqiqliyi ilə qurub-yaratdığı hərbi-siyasi xarakterli müdrik strateji gedişlərin əməli nəticəsidir. Bu səbəbdəndir ki, Azərbaycan xalqı hər zaman öz rəhbərinə güvənmiş, onun “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” kəlamının ətrafında böyük inam və cəsarətlə sıx birləşmişdir. Bunun əməli nəticəsidir ki, xalq-iqtidar birliyi hər zaman olduğu kimi bu gün də qazanılmış böyük uğur və nailiyyətlərlə özünü sübuta yetirməkdədir. Şübhəsiz ki, Prezident İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycan bundan sonra da möhtəşəm zəfərlər qazanacaq.

Oxunub: 10229
Paylaş:
Digər xəbərlər

Hadisə

4-09-2023, 11:00

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Siyasət

25-10-2023, 09:53

Qubadlı şəhərinin işğaldan azad olunmasından 3 il ötür

Siyasət

4-10-2023, 09:22

Cəbrayılın işğaldan azad olunmasından 3 il ötür

Hadisə

12-07-2023, 13:39

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Hadisə

4-10-2023, 10:04

Gəncə terrorundan 3 il ötdü

Araşdırma
Hansı temperaturda çay içmək xərçəng yaradır?
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
Dərslər başladı, xərclər artdı: Sentyabr ailə büdcəsini necə dəyişir?
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Hadisə
Dün, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Dün, 11:41
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
Dün, 10:39
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
17-09-2026, 11:44
Ramiz Mehdiyev məhkəməyə getmək istəmir
17-09-2026, 10:52
Bakıda 6 dost gecə 4-də dəhşət yaşayıb - Biri ölüb, digəri ağır yaralanıb - Foto
17-09-2026, 09:26
Lənkərandakı ağır qəzada ölənlərin kimliyi bilindi - Yenilənib
Son xəbərlər
  • Bugün, 12:00
    Hansı temperaturda çay içmək xərçəng yaradır?
  • Bugün, 10:28
    DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
  • Bugün, 10:18
    “Bitcoin”in yenidən bahalaşdı
  • Bugün, 10:12
    Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
  • Bugün, 09:50
    Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
  • Bugün, 09:44
    Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
  • Bugün, 09:32
    Dünya bazarında neft ucuzlaşdı
  • Bugün, 09:21
    Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
  • Bugün, 09:17
    “Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
  • Bugün, 09:00
    Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
  • Dün, 16:00
    Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
  • Dün, 15:30
    Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
  • Dün, 14:22
    Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
  • Dün, 14:00
    Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
  • Dün, 13:32
    İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
  • Dün, 13:13
    Azərbaycan millisinin heyəti açıqlandı
  • Dün, 12:25
    Afra Saraçoğlu da saxlanıldı
  • Dün, 12:12
    Tahir Gözel bu bankın rəhbəri oldu
  • Dün, 11:44
    Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
  • Dün, 11:41
    “Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
  • Dün, 11:36
    Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
  • Dün, 10:39
    DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
  • Dün, 10:30
    “Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
  • Dün, 10:26
    Rusiyada üçgünlük seçkilər başladı
  • Dün, 10:21
    Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı
  • Dün, 10:18
    Formula 1-ə görə sabahdan bu yollar bağlanır - Siyahı
  • Dün, 09:43
    Dərslər başladı, xərclər artdı: Sentyabr ailə büdcəsini necə dəyişir?
  • Dün, 09:36
    Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
  • Dün, 09:30
    Səssiz ölüm təhlükəsi: Mikrodalğalı sobada yemək qızdıranların nəzərinə
  • Dün, 09:13
    İrəvandan Bakı benzini ilə bağlı açıqlama – “Azərbaycan olmasaydı...”
  • Dün, 09:00
    Satışda olan ətlərlə bağlı TƏCİLİ XƏBƏRDARLIQ
  • 17-09-2026, 18:39
    Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar
  • 17-09-2026, 16:00
    DÜNYA ÇALXALANIR: Neft 100 dolları keçdi, 10-dan çox ölkədə xalq AYAĞA QALXDI
  • 17-09-2026, 15:30
    Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?
  • 17-09-2026, 15:24
    Prezident "Pirqulu Park" hotelinin açılışında iştirak etdi
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə