• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Vidadi müəllim: “Dirçələn Qarabağ, abadlaşan Xocalı” [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

26-02-2026, 10:04

Vidadi müəllim: “Dirçələn Qarabağ, abadlaşan Xocalı”


İmişli rayonunda fəaliyyət göstərən armatur sexinin sahibi Vidadi müəllim - Tarix boyu Azərbaycan xalqı ağır faciələrlə üzləşmişdir. Bu faciələr sırasında miqyasına və qəddarlığına görə 34 il əvvəl ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı xüsusi yer tutur. Bu faciə öz amansızlığı və insanlığa zidd xüsusiyyətləri ilə digərlərindən fərqlənir. Xocalı hadisələri 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir.

1988-ci ildən başlayaraq erməni şovinist dairələrinin irəli sürdüyü əsassız ərazi iddiaları azərbaycanlıların qədim torpaqlarından kütləvi deportasiyasına, çoxsaylı terror aktlarına və genişmiqyaslı müharibəyə səbəb olmuşdur. Nəticədə minlərlə insan həlak olmuş, əlil vəziyyətinə düşmüş, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkünə çevrilmişdir. Dağlıq Qarabağ və ətraf yeddi rayon erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdir.

1992-ci il fevralın 26-da Xocalı şəhərinin misli görünməmiş qəddarlıqla məhv edilməsi bu faciələrin ən dəhşətlisi olmuşdur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Xankəndi ilə Əsgəran arasında yerləşən, 7 minə yaxın əhalisi olan şəhərə hücum etmişdir. Nəticədə 613 nəfər, o cümlədən 106 qadın və 83 uşaq qətlə yetirilmişdir. 21 uşaq hər iki valideynini itirmiş, 10 ailə tamamilə məhv edilmişdir. 1275 nəfər girov götürülmüş, 150 nəfərin taleyi isə bu günədək məlum deyil. 1000-dən artıq insan əlil olmuşdur.

Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir. Bu hadisə xalqımızın yaddaşında silinməz iz qoymuşdur. Uzun illər imperiya dövründə xalqımıza qarşı törədilmiş belə faciələrin üzəri ört-basdır edilmiş, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına maneələr yaradılmışdır.

Yalnız Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilmişdir. Onun təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis Xocalı faciəsinə rəsmi siyasi qiymət vermişdir. Bundan sonra faciə haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl iş aparılmışdır.

Bu siyasət bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Onun rəhbərliyi ilə Xocalı soyqırımı barədə həqiqətlərin dünyaya çatdırılması istiqamətində mühüm addımlar atılmış, müxtəlif dillərdə kitablar və sənədlər nəşr olunmuşdur. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr, xüsusilə fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın parlaq qələbəsi ilə başa çatmışdır. İşğal altındakı torpaqlar azad edilmiş, şəhidlərimizin qanı yerdə qalmamışdır.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri tam nəzarətə götürülmüşdür. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq tarixi ədalətin bərpa olunduğunu bəyan etmişdir.

Bu gün Xocalı yenidən qurulur, abadlaşdırılır, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Xocalı soyqırımının xatirəsi daim anılır və gələcək nəsillərə çatdırılır. Bu faciəni unutmaq olmaz. Onu yaşatmaq və həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq hər bir azərbaycanlının mənəvi borcudur.

Oxunub: 1047
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

26-05-2025, 10:29

Prezident Əfv Sərəncamı imzaladı - SİYAHI [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

3-05-2024, 16:59

Şərəfli və keşməkeşli ömür yolu [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

22-10-2024, 11:01

Gözəl pedaqoq, nüfuzlu rəhbər, dəyərli ziyalı, ləyaqətli insan Vidadi Nəzərov [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

6-01-2026, 09:05

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

4-09-2025, 12:34

"Vidadi müəllim: İmişli Rayonunda Armatur Sənayesində Uğurun və Keyfiyyətin Nümunəsi" [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bu şəxslər təcrid vəziyyətində müalicə olunacaq
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
“Əhalini təşvişə düşməməyə çağırırıq” - MN
Xəzərdən su götürənlər bu qədər ödəniş etməlidirlər - Sentyabrın 1-dən
Zirzəmilərdə mağaza, obyekt qurmaq qanunidir?
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara çağırış etdi
Hadisə
Bugün, 16:00
Sabah 36 dərəcə isti olacaq
Bugün, 13:21
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Bugün, 12:21
Psixiatriya ilə bağlı elektron kart tətbiq olunacaq
Bugün, 12:16
Füzulidə 3 tondan artıq çətənə bitkisi məhv edilib
Bugün, 11:40
Bərdədə 10 kiloqramlıq narkotik yükü ələ keçdi
Bugün, 09:53
17 yaşlı Zəhranın həlak olduğu qəza yerindən - Görüntülər
Son xəbərlər
  • Bugün, 16:00
    Sabah 36 dərəcə isti olacaq
  • Bugün, 15:30
    ABŞ-İran anlaşmasının 4-cu bəndi və... Tramp marşrutu
  • Bugün, 13:21
    Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
  • Bugün, 13:11
    Hakan Fidanla Putin görüşəcək - gündəlikdə İrəvan-Bakı məsələsi də var
  • Bugün, 12:26
    Bu şəxslər təcrid vəziyyətində müalicə olunacaq
  • Bugün, 12:21
    Psixiatriya ilə bağlı elektron kart tətbiq olunacaq
  • Bugün, 12:16
    Füzulidə 3 tondan artıq çətənə bitkisi məhv edilib
  • Bugün, 11:53
    Meloni Ərdoğanın sözünü yerə salmadı - Siqareti tərgitdi
  • Bugün, 11:48
    Şükürbəyli kəndinə daha 45 ailə yola salınıb
  • Bugün, 11:44
    I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
  • Bugün, 11:40
    Bərdədə 10 kiloqramlıq narkotik yükü ələ keçdi
  • Bugün, 10:43
    “Əhalini təşvişə düşməməyə çağırırıq” - MN
  • Bugün, 10:39
    Xəzərdən su götürənlər bu qədər ödəniş etməlidirlər - Sentyabrın 1-dən
  • Bugün, 10:35
    Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi - Fotolar
  • Bugün, 09:53
    17 yaşlı Zəhranın həlak olduğu qəza yerindən - Görüntülər
  • Bugün, 09:48
    Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olundu - Foto
  • Bugün, 09:42
    Ronaldo DÇ öncəsi azarkeşlərə səsləndi
  • Bugün, 09:34
    Zirzəmilərdə mağaza, obyekt qurmaq qanunidir?
  • Bugün, 09:28
    Rusiya ilə sülh danışıqlarına hazırıq - Merts
  • Bugün, 09:00
    Qərb Kremlin qorxduğu ssenarini niyə işə saldı: Almaniya NATO-nun vuracağı Rusiya ərazilərini anons etdi
  • Dün, 16:00
    Qazaxıstanda Ceki Çanın rol aldığı film çəkilir – Növbəti dayanacaq Azərbaycan olacaq
  • Dün, 15:30
    Lukaşenko Zelenskidən üzr istədi: Onun döyüşdüyünü nəzərə almalıydım...
  • Dün, 13:18
    Baş Dövlət Yol Polisi İdarəsi piyadalara çağırış etdi
  • Dün, 13:13
    Azərbaycanda bu ödəniş ləğv edilir - Pulsuz olacaq
  • Dün, 13:07
    Məktəbli forması ilə bağlı qanunu pozanları nə gözləyir?
  • Dün, 13:03
    Müəllimlər də forma geyinəcək
  • Dün, 12:58
    Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olundu
  • Dün, 11:56
    TƏCİLİ: Putin o sənədi imzaladı! Tarix bəlli oldu...
  • Dün, 11:39
    SON DƏQİQƏ! Moskva küçələrində hərəkət dayandı
  • Dün, 10:51
    “İrana 300 milyard dollar ödəyəcəyimiz xəbəri feykdir”
  • Dün, 10:48
    Prezident qəbul keçirdi - Foto
  • Dün, 10:34
    Yeni Şuranın vəzifələri bunlar olacaq - Siyahı
  • Dün, 10:14
    Bu qurumlar ləğv edilir - Media və Yayım Şurası yaradılır
  • Dün, 09:52
    “Onlar ABŞ-dən bir qəpik də almayacaqlar”
  • Dün, 09:42
    Bu yollar tıxaclıdır - Siyahı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə