• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Rəfail Məmmədov: Xocalı - Ağrıdan Gücə, Faciədən Zəfərə [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

24-02-2026, 15:21

Rəfail Məmmədov: Xocalı - Ağrıdan Gücə, Faciədən Zəfərə


Yevlax rayonunun Xaldan qəsəbəsində fəaliyyət göstərən uşaq musiqi məktəbin direktoru, dəyərli pedaqoq Rəfail Məmmədov - Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağının ucaldılması tarixi ədalətin bərpasının, suverenliyin tam təmin olunmasının və xalqımızın milli qürurunun təntənəsi oldu. Bu hadisə 30 ildən artıq davam edən ədalətsizliyə son qoyulmasının, dövlət suverenliyinin bərpasının və milli qürurun təntənəsinin simvolu oldu. Xocalı Azərbaycan tarixində həm faciə, həm də müqavimət rəmzi kimi xüsusi yer tutur. Şəhər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi və burada Azərbaycan xalqına qarşı XX əsrin ən ağır cinayətlərindən biri Xocalı soyqırımı törədildi. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirildi, yüzlərlə insan yaralandı və əsir götürüldü.

Uzun illər ərzində Xocalı işğal altında qalsa da, şəhərin azad ediləcəyi gün Azərbaycan xalqının milli yaddaşında daim yaşadı. Ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymətin verilməsi istiqamətində mühüm addımlar atdı. Onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində Xocalı hadisələrinə hüquqi-siyasi qiymət verildi və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün beynəlxalq təşkilatlara müraciətlər edilməyə başlandı. Həmçinin Ulu Öndərin qərarı ilə hər il 26 fevral tarixinin Xocalı qurbanlarının anım günü kimi qeyd olunması təsbit edildi. Bu qərar xalqımızın yaddaşında şəhidlərimizin əziz xatirəsinin daim yaşadılmasına xidmət edir.Xocalı həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması istiqamətində Heydər Əliyev Fondu da mühüm fəaliyyət göstərir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası başladılmışdır. Bu kampaniya çərçivəsində dünyanın bir sıra dövlətlərinin parlamentləri və beynəlxalq təşkilatlar Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qərar və aktlar qəbul etmişlər. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçı silahlı qüvvələrdən təmizləndi və Azərbaycanın suverenliyi bərpa olundu. Bu əməliyyatlar nəticəsində bölgədə qanunsuz silahlı birləşmələr tərksilah edildi və dövlət idarəçiliyinin bərpası üçün şərait yaradıldı. Bu hadisə Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması istiqamətində mühüm mərhələ kimi qiymətləndirildi.May ayının 28-də Müstəqillik Günündə Xocalıda səfərdə olan və xocalılılarla görüşən Prezident İlham Əliyev də vurğulamışdır: Müstəqilliyin bərpası elan olunandan dörd ay sonra Ermənistan Xocalı soyqırımını törətdi, günahsız insanları qətlə yetirdi, insanlığa qarşı cinayət törətdi. Xocalılılar faktiki olaraq müstəqilliyin bütün illərini başqa-başqa yerlərdə keçirməli oldular. Bayrağın Xocalıda dalğalanması bütün ölkədə böyük qürur hissi yaratdı.


Bayrağın ucaldılması yalnız simvolik hadisə deyil, həm də Xocalının bərpası və yenidən qurulması prosesinin başlanğıcı kimi qiymətləndirilir. Dövlət tərəfindən həyata keçirilən bərpa layihələri çərçivəsində:yaşayış məntəqələrinin yenidən qurulması, infrastrukturun bərpası, məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, sosial və iqtisadi həyatın dirçəldilməsi kimi mühüm dövlət proqramları həyata keçirilir. Bu gün xalqımız tariximizin ən şanlı səhifələrindən birini böyük qürur və minnətdarlıq hissi ilə yad edir. Ata vəsiyyətini layiqincə yerinə yetirən, ölkəmizin ərazi bütövlüyünü təmin edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və sonrakı antiterror tədbirlərində qazanılan qələbələr Azərbaycan xalqının sarsılmaz iradəsinin, milli birliyinin və gücünün təntənəsidir. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi ilə qəhrəman Azərbaycan Ordusu düşməni darmadağın edərək torpaqlarımızı, doğma Qarabağımızı 30 ilə yaxın davam edən işğaldan azad etdi. Bu zəfər təkcə hərbi uğur deyil, həm də tarixi ədalətin bərpası, şəhidlərimizin qanının yerdə qalmadığının sübutu oldu. Ordumuzun məhv etdiyi düşmən qüvvələri arasında Xocalı faciəsinin icraçılarının da olması xalqımız üçün ayrı bir mənəvi ədalətin təcəssümünə çevrildi.

Prezident İlham Əliyevin çıxışlarında vurğuladığı kimi, Azərbaycan heç vaxt bölgədə erməni faşizminin yenidən baş qaldırmasına imkan verməyəcək və ölkəmiz üçün hər hansı təhlükənin yaranmasına qətiyyətlə cavab verəcək. Bu mövqe dövlətimizin gücünü, xalqımızın birliyini və gələcəyə inamını nümayiş etdirir. Bu gün, Xocalı faciəsinin 34-cü ildönümündə həmin torpaqlarda Azərbaycan bayrağının dalğalanması hər bir azərbaycanlının qəlbini qürur və kövrək hisslərlə doldurur. O bayraq təkcə bir şəhərin deyil, bütün xalqın ləyaqətinin, mübarizəsinin və zəfərinin rəmzidir. Xocalıda üçrəngli bayrağımızın ucaldılması dünyaya bir daha göstərdi ki,Azərbaycan dövləti illərlə həll olunmayan bir məsələni öz gücü, siyasi iradəsi və milli həmrəyliyi ilə həll etdi.Bu gün Xocalı Böyük Qayıdış proqramının mühüm səhifələrindən birinə çevrilir.Bu səhifə Xocalı sakinlərinin doğma yurdlarına qayıdışı, dağıdılmış həyatların yenidən qurulması və tarixi ədalətin tam bərpası deməkdir. Qarşıdakı illərdə Xocalı yalnız faciə ilə deyil, dirçəlişin, yenidən doğuluşun və qələbə ruhunun simvolu kimi xatırlanacaq.

Xocalı qurbanlarının qanı yerdə qalmadı.Azərbaycan xalqı öz tarixi ədalətini bərpa etdi və bundan sonra da müstəqilliyini, suverenliyini və milli ləyaqətini qətiyyətlə qoruyacaq.

Oxunub: 1043
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

21-08-2025, 20:52

Prezident İlham Əliyev Kəlbəcər şəhərinin sakinləri ilə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib YENİLƏNİB [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

3-05-2024, 16:59

Şərəfli və keşməkeşli ömür yolu [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

6-01-2026, 09:05

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

22-10-2024, 11:01

Gözəl pedaqoq, nüfuzlu rəhbər, dəyərli ziyalı, ləyaqətli insan Vidadi Nəzərov [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

7-11-2023, 10:27

Elnur İsmayılov: Şəhidlər ölməz, Vətən bölünməz! [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Azərbaycan əhalisinin sayı artıb
AYNA-dan taksi operatorları ilə bağlı QƏRAR
Ölkədə doğulanların sayı azalıb, ölənlər isə artıb - RƏSMİ RƏQƏMLƏR
Azərbaycanda ilk dəfə 3 universitet TOP 800-ə daxil olub
Bu şəxslər təcrid vəziyyətində müalicə olunacaq
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Hadisə
Bugün, 10:05
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
Bugün, 09:40
Arvadını bacısı kimi təqdim edirmiş... – Bakıda film kimi dələduzluq
Bugün, 09:18
Azərbaycanlı gənc faciəvi şəkildə öldü
Dün, 12:14
Faciədən sonra atalara səsləndi: "Sizə pis ata desələr də, nəzarəti əldən verməyin"
Dün, 09:44
Neft Emalı Zavodunda yanğın baş verib
17-06-2026, 16:00
Sabah 36 dərəcə isti olacaq
Son xəbərlər
  • Bugün, 11:23
    Trampın ad gününə hücumu planlaşdıran "Çoban" saxlanılıb
  • Bugün, 11:18
    ABŞ-İran danışıqları təxirə salındı
  • Bugün, 11:13
    Xankəndi şəhərinə daha 18 ailə yola salındı
  • Bugün, 10:05
    Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
  • Bugün, 09:55
    "Memorandum İranın kapitulyasiyasıdır" - Tramp
  • Bugün, 09:51
    Azərbaycan və İtaliya arasında mədəni əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub
  • Bugün, 09:40
    Arvadını bacısı kimi təqdim edirmiş... – Bakıda film kimi dələduzluq
  • Bugün, 09:32
    Türkiyə kəşfiyyatı Almaniyanı lərzəyə saldı
  • Bugün, 09:27
    Hörmüz boğazı ilə bağlı xərclər İran tərəfindən ödəniləcək
  • Bugün, 09:23
    ABŞ rəsmisindən qalmaqallı açıqlama: İranda yüzlərlə insanın ölümündə İlon Maskın əli var
  • Bugün, 09:18
    Azərbaycanlı gənc faciəvi şəkildə öldü
  • Bugün, 09:00
    Qurban Qurbanovun qovduğu Elvin ən bahalı azərbaycanlı futbolçudur
  • Dün, 16:00
    Türkiyə Ermənistanla münasibətlərin tam normallaşması üçün ŞƏRTİNİ AÇIQLADI
  • Dün, 15:30
    ABŞ-ın İran əməliyyatına çəkdiyi xərc bu qədər oldu - Sayğac dayandı
  • Dün, 14:30
    İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib
  • Dün, 13:17
    Azərbaycan əhalisinin sayı artıb
  • Dün, 12:14
    Faciədən sonra atalara səsləndi: "Sizə pis ata desələr də, nəzarəti əldən verməyin"
  • Dün, 12:04
    İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
  • Dün, 12:01
    ABŞ-İran sazişi, Versal mesajı: 100 il sonra Yaxın Şərq yenidən şəkilləndirilməsi
  • Dün, 11:38
    AYNA-dan taksi operatorları ilə bağlı QƏRAR
  • Dün, 11:33
    Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI
  • Dün, 11:18
    Tramp və Pezeşkian 14 maddəlik sazişi BELƏ İMZALADI
  • Dün, 10:54
    Ölkədə doğulanların sayı azalıb, ölənlər isə artıb - RƏSMİ RƏQƏMLƏR
  • Dün, 10:48
    Prezidentdən ŞAD XƏBƏR - Tezliklə....
  • Dün, 10:20
    Azərbaycanda ilk dəfə 3 universitet TOP 800-ə daxil olub
  • Dün, 10:12
    Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
  • Dün, 10:07
    İlham Əliyev: Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir
  • Dün, 10:00
    Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
  • Dün, 09:50
    Moskvaya kütləvi hücum - paytaxt səmasını qara bulud bürüdü
  • Dün, 09:44
    Neft Emalı Zavodunda yanğın baş verib
  • Dün, 09:38
    2 milyard illik su tapıldı: Dadı necədir?
  • Dün, 09:32
    İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var
  • Dün, 09:28
    İlham Əliyev Bakıda açılış mərasimində iştirak edir
  • Dün, 09:14
    Ağ Ev İranla razılaşmasının 14 maddəsini açıqlandı: TAM MƏTN
  • Dün, 09:00
    Sən çağırsan gələrəm mən: Paşinyan Bakıya gəlmək istəyir
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə