• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qəzənfər Niftəlıyev: Müzəffər Prezident – sözü imzası qədər dəyərli Lider [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

22-12-2025, 13:14

Qəzənfər Niftəlıyev: Müzəffər Prezident – sözü imzası qədər dəyərli Lider


Abşeron rayonu İpək Yol MMC polietilen torbaların istehsal şirkətinin sahibkarı Qəzənfər Niftəlıyev – Müstəqil Azərbaycan dövlətinin inkişafında Lider amili hər zaman ön planda olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin milli maraqları uğurla təmin edilmiş, xalqın rifahı yüksəlmişdir. Dövlətimizin başçısının şəxsi nüfuzu, qətiyyəti və uzaqgörən siyasəti Azərbaycanın müasir və güclü dövlət kimi formalaşmasına xidmət etmişdir.

2003-cü ildən etibarən Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin yolunu uğurla davam etdirərək xalqa verilən bütün vədləri yerinə yetirmişdir. Dövlət siyasətinin müasir modeli çərçivəsində həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafına, güclü iqtisadi potensialın formalaşmasına, müasir cəmiyyət quruculuğuna və vətəndaşların rifahının yüksəlməsinə şərait yaratmışdır. Eyni zamanda, dövlətin təhlükəsizliyi, müasir ordu quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun artırılması da həmin siyasətin prioritet istiqamətlərindən olmuşdur. Cənab İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional və analitik təhlilə əsaslanan davranış modeli gətirmişdir. Bu fəaliyyət nümunəsi uzunmüddətli sabit siyasətin təminatçısı rolunda çıxış etmişdir.

2006-cı il iyulun 13-də XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin açılışı ölkəmizin enerji təhlükəsizliyi və beynəlxalq mövqeyinin möhkəmlənməsində mühüm rol oynamışdır. BTC layihəsi beynəlxalq tərəfdaş ölkələr üçün də mühüm önəm kəsb edir. Bu layihə Avrasiya regionunda dövlətimizin mövqeyini gücləndirmiş, ölkəmizi Cənubi Qafqazın liderinə çevirmişdir. BTC həm iqtisadi, həm də siyasi baxımdan Azərbaycanın strateji əhəmiyyətini artırmışdır.

Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları ölkəmizdə iqtisadi tarazlığın, sosial rifahın və modern islahatların tətbiqinə mühüm töhfə vermişdir. Bu proqramlar kənd təsərrüfatı sahəsində müxtəlif layihələrin icrasına, işsizliyin və yoxsulluğun maksimum azalmasına və qeyri-neft sektorunun inkişafına şərait yaratmışdır. Həmin tədbirlər nəticəsində bölgələrdə infrastruktur yaxşılaşdırılmış, yerli iqtisadiyyat güclənmiş və vətəndaşların rifah səviyyəsi yüksəlmişdir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycanda aparılan islahatlar, düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafına təkan verdi: “Bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə, nikbinliklə baxır. Bunun əsas səbəbi iqtisadi müstəqillikdir, iqtisadi gücümüzdür və siyasi iradədir”.

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” ölkənin davamlı inkişafı, iqtisadiyyatın şaxələnməsi və əhalinin rifahının yüksəldilməsi üçün möhkəm zəmin yaratmışdır. Strategiya beş Milli Prioritet əsasında həyata keçirilir və ölkənin iqtisadi artımının xarici təsirlərə qarşı dayanıqlığını möhkəmləndirir. Bu strategiyanın ardıcıl icrası nəticəsində iqtisadi artım davamlı, inklüziv və əhalinin rifahını artıran xarakter almışdır. Prezident İlham Əliyev artıq növbəti dövr üçün yeni sosial-iqtisadi inkişaf strategiyasının hazırlanmasını tapşırmış, ölkənin gələcək çağırışlara və texnoloji tərəqqiyə hazırlığını təmin etmişdir.

Ölkəmizin neft sektoruna yatırdığı investisiyalar sosial-iqtisadi məqsədlərə yönəldilmiş, Dövlət Neft Fondu tərəfindən gələcək nəsillər üçün maliyyə ehtiyatları formalaşdırılmışdır. 2003–2022-ci illərdə iqtisadiyyatımıza yatırılan investisiyalar 310,4 milyard ABŞ dollarına çatmış, neft-qaz sektorunun xüsusi çəkisi isə 82,8 faiz təşkil etmişdir. Bu strategiya Azərbaycanı regional enerji liderinə çevirmiş, iqtisadiyyatın şaxələnməsi və ixrac potensialının artırılması üçün əlavə imkanlar yaratmışdır.

Azərbaycanın uğurlu xarici siyasəti ölkəyə beynəlxalq etibarlı tərəfdaş imici qazandırmışdır. Prezident İlham Əliyevin regional təşəbbüsləri və diplomatik fəaliyyəti sayəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, Qoşulmama Hərəkatına 2019–2023-cü illərdə sədrlik etmiş və beynəlxalq nüfuzunu gücləndirmişdir. Eyni zamanda, Bakı Beynəlxalq Humanitar Forumu və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi tədbirlər Azərbaycanı qlobal mədəniyyətlərarası dialoqun önəmli mərkəzlərindən birinə çevirmişdir.

2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Prezident İlham Əliyevin qətiyyəti, xalqın birliyi və şanlı ordumuzun gücü nəticəsində tarixi Zəfərlə sona çatmışdır. 44 gün davam edən müharibə nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilmişdir. Həmin il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verilmişdir. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olunmuşdur. Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilmişdir. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilmiş, 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürülmüşdür. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşmışdır.

Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə şanlı ordumuz 2023-cü il sentyabrın 19-20-də lokal xarakterli antiterror əməliyyatı keçirmişdir. Hərbçilərimiz bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Beləliklə, bu şanlı Qələbə ölkəmizin ərazi suverenliyi və ərazi bütövlüyünün təmin olunması ilə nəticələnmişdir.

Postmüharibə dövründə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda minatəmizləmə əməliyyatları, şəhər və kəndlərin bərpası üzrə infrastruktur layihələri və keçmiş məcburi köçkünlərin məskunlaşması uğurla həyata keçirilir. Beş il ərzində Prezident İlham Əliyev azad edilmiş ərazilərimizdə 569 tədbirdə iştirak etmiş, müxtəlif təyinatlı 177 layihənin təməlini qoymuş və 167 obyektin açılışını etmişdir. Hazırda həmin ərazilərdə 62 mindən çox insan yaşayır və fəaliyyət göstərir. Bu proses həm iqtisadi, həm də sosial baxımdan bölgələrin dayanıqlı inkişafına xidmət edir.

Artıq Azərbaycan yeni reallıqlar mühitində növbəti inkişaf mərhələsinə qədəm qoymuşdur. Qarşıda duran strateji vəzifələr müstəqilliyin qorunması, əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin davam etdirilməsi, təhlükəsizliyin təmin olunması və müasir ordu quruculuğu, qabaqcıl elmə və texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması, cəmiyyətin rifahının yüksəldilməsi və dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi istiqamətində müəyyən edilmişdir. Yeni dövrdə Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsi və siyasi dialoqun dərinləşdirilməsi prioritet istiqamətlər olacaqdır.

Müstəqil Azərbaycan cəmiyyətinin dayanıqlı inkişafı, milli maraqların qorunması və beynəlxalq nüfuzun möhkəmləndirilməsi Prezident İlham Əliyevin liderliyi və uzaqgörən siyasətinin nəticəsidir. Dövlətin gücü və vətəndaşların rifahı vəhdət təşkil edir. Bu amil isə ölkəmizi davamlı və dayanıqlı inkişaf edən, həm regionda, həm də beynəlxalq aləmdə nüfuzlu dövlətə çevirir.

Oxunub: 1039
Paylaş:
Digər xəbərlər

---

29-07-2024, 11:28

Qəzənfər Niftəlıyev Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

8-12-2025, 13:17

Aynur xanım: Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin Anım Günü - Qəlblərdə Əbədiləşən Xatirə [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

7-05-2025, 01:10

Əli Hümbətov: Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

23-12-2024, 10:05

Orxan İbrahimov: Sözü imzası qədər dəyərli Lider! [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

8-12-2025, 15:43

Aydın müəllim: Azərbaycanın Qüdrətli Dövlətçiliyinin Banisi - Heydər Əliyev [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Sabah icra məmurları Bilgəhə gedir - eks-deputatın həyat yoldaşı vətəndaşın torpağını geri qaytarmalıdır
Xankəndində işləmək istəyənlərin NƏZƏRİNƏ
Yumurtanın yeni qiyməti MƏLUM OLDU
Yağışlı hava şəraiti ilə bağlı sürücülərə - Müraciət
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi açıqlama
Hərbi Xidmətdən Yayınanlara Sərt Mesaj: “Neqodnı” Olanlar Komissiyaya Gəlsin!
Hadisə
Dün, 13:06
Qaxda gizli narkotik plantasiyası– ölkə üzrə 150 kiloqramdan çox narkotik, silahlar və onlarla şübhəli saxlanıldı
Dün, 12:47
Çətənə kolu yetişdirən şəxsin saxlanılmasının ƏMƏLİYYAT GÖRÜNTÜSÜ
27-06-2026, 09:56
Yaxın saatlarda leysan olacaq, dolu düşəcək
26-06-2026, 11:05
Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
26-06-2026, 09:46
DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
25-06-2026, 12:21
Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
Son xəbərlər
  • Dün, 16:00
    İrana qarşı “SÜRÜNƏN” müharibə – DÇ-2026 bitməmiş...
  • Dün, 15:30
    Ermənistandan İrana yeni tunel - Zəngəzur bəhanəsi bitəcəkmi?
  • Dün, 14:22
    Seçkidə Paşinyana “HƏ”, referendumda “YOX”? – KRİTİK dövr
  • Dün, 13:23
    Şəki Xan Sarayı ilə bağlı sirlər ortaya çıxdı - FOTO
  • Dün, 13:06
    Qaxda gizli narkotik plantasiyası– ölkə üzrə 150 kiloqramdan çox narkotik, silahlar və onlarla şübhəli saxlanıldı
  • Dün, 13:01
    Sabah icra məmurları Bilgəhə gedir - eks-deputatın həyat yoldaşı vətəndaşın torpağını geri qaytarmalıdır
  • Dün, 12:47
    Çətənə kolu yetişdirən şəxsin saxlanılmasının ƏMƏLİYYAT GÖRÜNTÜSÜ
  • Dün, 12:09
    Xankəndində işləmək istəyənlərin NƏZƏRİNƏ
  • Dün, 12:01
    Azərbaycanda kriptovalyuta ilə bağlı qanun qəbul edilə bilər
  • Dün, 11:55
    Azərbaycan Prezidenti: “Var qüvvəmizi əsirgəməyəcəyik”
  • Dün, 11:50
    Yumurtanın yeni qiyməti MƏLUM OLDU
  • Dün, 11:10
    Leyla və Alena Əliyevalar festivalda - Fotolar
  • Dün, 11:04
    Prezidentdən “Türk Dünyası Həftəsi”nin iştirakçılarına - Müraciət
  • Dün, 10:28
    Bakıda “Türk Dünyası Həftəsi” keçirilir
  • Dün, 10:21
    Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”
  • Dün, 09:44
    “İsrail hökuməti öz cinayətlərini ört-basdır etməyi hədəfləyir” - Türkiyə XİN
  • Dün, 09:38
    İsti hava Avropada 1300-dən çox can aldı
  • Dün, 09:32
    Pakistan Əfqanıstanla sərhəddə əməliyyat həyata keçirdi - 29 ölü
  • Dün, 09:22
    ABŞ və İran razılığa gəldi
  • Dün, 09:00
    Putindən acı etiraf: Benzin tapılmır
  • 27-06-2026, 12:00
    “Hər gün yüzlərlə iş yeri bağlanır”
  • 27-06-2026, 11:23
    Yağışlı hava şəraiti ilə bağlı sürücülərə - Müraciət
  • 27-06-2026, 11:18
    Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi açıqlama
  • 27-06-2026, 10:01
    DÇ-2026: Misir İranla bərabərə qalaraq ilk dəfə pley-offa vəsiqə qazanıb
  • 27-06-2026, 09:56
    Yaxın saatlarda leysan olacaq, dolu düşəcək
  • 27-06-2026, 09:46
    Bu ölkədə azanı qadağan etməyə hazırlaşırlar
  • 27-06-2026, 09:41
    Bu gün Bakıda UFC turniri keçiriləcək
  • 27-06-2026, 09:01
    Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
  • 27-06-2026, 09:00
    Hərbi Xidmətdən Yayınanlara Sərt Mesaj: “Neqodnı” Olanlar Komissiyaya Gəlsin!
  • 26-06-2026, 13:02
    Xankəndidəki hərbi yürüşdən - Fotolar
  • 26-06-2026, 12:14
    NATO Azərbaycan Ordusuna qiymət verdi
  • 26-06-2026, 12:11
    NATO-nun Baş katibi Putini hədələdi: “Cavab verəcəyik”
  • 26-06-2026, 11:51
    Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib
  • 26-06-2026, 11:15
    NATO-nun gizli sənədi mətbuata sızdı - 70 milyardlıq yardım
  • 26-06-2026, 11:05
    Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə